Страницы

23.03.2013

Bizdə qanun şahdırmı?

İlkin Hüseynli

Ombudsmanın açıqlaması yadınızdadır. Amma nə olsun? Görürük ki, Misir Mərdanov ombudsmanı belə vecinə almır.

Bəzən məni bir sual maraqlandırır məmurların maraqları önəmlidir yoxsa vətəndaşların hüquqları?
Qayıdaq yenə ombudsman məsələsinə...
Bir neçə həftə bundan əvvəl Azərbaycan ombudsmanı Elmira Süleymanovanın hazırladığı 2012-ci il üçün illik məruzə ictimaiyyətə təqdim olundu. Hesabatda bir çox məsələlərə toxunuldu.
Toxunulan məsələlərdən biridə vahid məktəbli forması idi. Elmira Süleymanova məruzəsində bildirmişdi ki, “təhlillər zamanı bir sıra ümumtəhsil məktəblərinin, habelə ali təhsil müəssisələrinin nizamnamələri, habelə şagirdlərin geyim formasının eskizləri təsdiq edilərkən Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin tələbləri, Azərbaycanın tərəfdar çıxdığı “Uşaq hüquqları Konvensiyası”nın 14-cü maddəsinin 3-cü bəndinin pozulması müəyyən edilib.
Belə ki, geyim formasına tələblər və onların eskizləri təsdiq edilərkən qızların baş örtüyü (hicab) ilə dərslərdə iştirak etməsi hüququ nəzərə alınmayıb. Qanuna əsasən, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz”.
Məsələ burasındadır ki, Azərbaycan Ombudsmanının xəbərdarlığına baxmayaraq nəyinki hicab qadağası orta məktəblərdə ləğv olundu, əksinə ali məktəblərə yayılmağa başladı. ADNA( Azərbaycan Dövlət Neft Akademiyası)-da təhsil alan hicablı tələbə dərsə buraxılmadı.İlk öncə hicablı tələbənin təhsil aldığı fakultənin dekanı Elxan Axundov “Hicablı tələbələr universitetdən kənarda başlarını bağlaya bilərlər, universitet daxili bu mümkün deyil”- dedi. Daha sonra ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov “Universitetin daxili intizam qaydaları var. Tələbələr bunlara riayət etməlidir. Qəbul olunmuş qaydaya görə, tələbənin geyimi sadə, müasir, rahat, dünyəvi, dini ifratçılıqdan uzaq olmalıdır. Qızlar hicab taxmamalı, oğlanlar isə saqqal saxlamalıdır ” şəklində açıqlama verdi.
Başqa ölkələrdə Ombudsman məruzə hazırlayanda dərhal mənfi halların hamısı yada bir hissəsi aradan qaldırılır. Amma Azərbaycanda Təhsil Nazirliyinin tabeçiliyində olan orta məktəblər və ali məktəblər nəinki mənfi halları aradan qaldırır, əksinə məsələni dahada böyüdür. Mən bu yaxınlarda mətbuatda oxumuşdum, Rusiya prezidenti Vladimir Putin ölkəsində olan hicab qadağasına münasibət bildirərkən demişdi ki, ”Rusiya Fedarasiyası dünyəvilik prinsipləri ilə idarə olunur amma dindarların hisslərinədə hörmətlə yanaşılmalıdır.” Putini hardasa başa düşmək olar, xristiandı və ölkənin əksəriyyəti xristian əhalidi. Ona görədə müxtəlif bəhanələrlə qadağanı reallaşdırır.
Məsələ burasındadır ki, təhsil naziri Misir Mərdanov həm deyir müsəlmanam və stolüstü kitabım Qurandı, biz tolerantıq və s. Həmdə müsəlmanların müqəddəsatına və atributlarına qadağa qoyur. Hicab vətəndaşın konstitusion hüququdur. Qanunvericiliyimizə əsasən istər hicablı olsun, istər olmasın, hər bir vətəndaşın təhsil almaq hüququ var. İnsan haqqlarını pozanlarında cəzalandırılması bizim qanunvericiliyimizlə təsdiqlənmiş məsələlərdəndir. Amma baxaq görək bu gün təhsil naziri Misir Mərdanov Azərbaycan ombudsmanı Elmira Süleymanovanında təsdiqlədiyi qanun pozuntusunu niyə aradan aparmır yada buna görə cəzalandırılmır? Amma əksinə bu qadağaya etiraz edən ruhanilər Hacı Abgül Süleymanov, Hacı Mövsüm Səmədov, Hacı İlham Əliyev digər ruhani və dindarlar ağır cəzalarla həbs olunur .
Bu ölkənin vətəndaşının hüquqları hər şeydən üstündür. Əgər qanun şahdırsa, gərəkdir ki, bu problemlər tezlilə həll olsun. Yox əgər tərsinədirsə. Onda...

islamazeri.az

Комментариев нет:

Отправить комментарий