Страницы

27.05.2015

Səudiyyə kralı: "Allah məndən öncəki yəhudi krallara rəhmət etsin!"

FaktXeber.com-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının 79 yaşlı yeni kralı Salman bin Əbdüləziz əs-Səud ölkənin təhlükəsizlik qurumlarının başçıları qarşısında çıxışı zamanı "quş" buraxıb. Necə deyərlər, bəzən dil çaşıb düzünü deyər.
Ölkəyə babalarının adını qoyan Səud zümrəsinin iş görmək gücü olmayan sonuncu kralı öz çıxışı zamnı belə deyib: "Allah məndən öncəki yəhudi krallarına rəhmət etsin!"
Əlbəttə bu kralın buraxdığı ilk səhv deyil. Bir müddət öncə də o, Liviya rəsmiləri ilə görüşü zamanı belə demişdi: "Mənim salamımı qardaşım Müəmmər Qəzzafiyə də çatdırın!"
Maraqlıdır, bəs Ali-Səud kimlərdir və onların əsil-nəsəbi, nəsli kimə çatır?
Bilmək lazımdır ki, Ali-Səudun bir zahiri, bir də batini (həqiqi) nəsəbi vardır. Zahiri nəsəbi hal-hazırda təbliğ olunan nəsəbdir. Guya onlar uzun müddət yarımadada sakin olan Ənzət ibni Vailin nəslindəndir. Amma onların əsil və həqiqi nəsəbləri tamamilə başqadır. Yarımadanın yaşlılarının etiqadlarına görə Ali-Səudun zahiri nəsəbi yalan və qondarmadır. Onlar rüsvayçılığın qarşısını almaq üçün bu məsələni məxfi saxlamışlar və ölkə mediasında bu barədə hər hansı bir cümləni yazmaq, ölüm hökmü deməkdir.
Amma bu barədə yaşlı nəslin söylədiklərini sirr kimi saxlamaq olmur. Yarımadanın yaşlıları deyirlər ki, Ali-Səud ərəb olmayan və öz nəsəblərini ərəblərə aid edən bir ailədəndir. Onların dediyinə görə, Ali-Səud sülaləsinin əsli yəhudi olub, babalarının adı Mordxay İbrahim (Avraam) Muşadır. Bu şəxs ticarət məqsədləri üçün ərəb ölkələrinə səfər edibmiş. Amma adının yəhudi adı olduğu üçün çox çətinliklərlə üzləşir. Bu çətinlikləri aradan qaldırmaq üçün öz adını dəyişərək Süleyman Əslayim, oğlunun Makron adını isə dəyişib Muqrin qoyur. Sonra öz oğlunu ərəb qəbilələrindən birinin qızı ilə evləndirmək istəyir ki, ticarət işləri rövnəqlənsin və daha çox müvəffəqiyyətlər əldə etsin. Ancaq ərəblər işin əvvəlində əsil-nəsəblərini tanımadıqlarına görə, onlara qız verməkdən çəkinirlər. Buna görə onun özü və oğlu qərara alırlar ki, külli-miqdarda ehsan və bəxşiş yolu ilə özlərini ərəb qəbilələrindən birinə mənsub etsinlər. Ərəblərin tanınmış qəbilələri yad və qərib bir adamı qəbul etməkdən çəkindiklərinə görə, yəhudi Mordxay adı-sanı olmayan və Ənzət qəbiləsinin bir şaxəsi sayılan Məsalix qəbiləsinə üz tutur. Başqa qəbilələr bu qəbiləyə həqarət gözü ilə baxırmış. Onların özü də qəbilə təəssübü olmayan bir qəbilə kimi tanınırmış. Beləliklə, Mordxay özünü bu qəbiləyə mənsub edə bilir. Həmin qəbilədən oğluna bir qız alır. Bu evlilikdən bir oğlan uşağı olur. Onun adını əvvəlcə Məhəmməd, sonra isə dəyişib Səud qoyurlar. O həmin kəsdir ki, Ali-Səud özünü onun övladlarından hesab edir.
Səud da sonralar evlənir və bir neçə övladı olur. Onlardan Məşari, Sənyan və Məhəmmədi qeyd etmək olar. Məhəmməd Əddaiyə məntəqəsinin böyüklərindən idi. Əvvəldə deyildiyi kimi, ingilis casusu Hemfer Əddaiyənin rəisi Məhəmməd ibni Səud və vəhhabiyyətin rəhbəri Məhəmməd ibni Əbdül Vəhhabı bir-biri ilə tanış etmiş və onlar da öz növbəsində aşağıdakı ardıcıllıqla razılığa gəlirlər:
1. Məhəmməd ibni Səud Əddaiyədə rəislikdə qalsın, hökmranlıq və qüdrət isə irsi olaraq onun ailəsində nəsildən-nəslə keçsin; (Məhəmməd ibni Əbdül Vəhhabın ailəsi indi Ali-Şeyx adı ilə məşhurdur. Bu, həmin Məhəmməd ibn Əbdül Vəhhabdır. Bəzi vaxtlar vəhhabiyyəti “əd-dəvətüs-sələfiyyə", onun ardıcıllarını isə “sələfilər” adlandırırlar).
2. Müsəlmanların dini rəhbərliyi Məhəmməd ibni Əbdül Vəhhabın əlində olsun və bundan sonra irsi olaraq onun nəslinə çatsın.
Beləliklə hakimiyyət, qeyd olunan qayda əsasında o iki nəfərin arasında bölüşdürülür. Bu hadisə vəhhabiyyətin qara tarixinin ilk nöqtəsi idi. Hər kəs bu rüsvayçı razılaşmanın tarixini araşdırsa, görəcək ki, onun bu günə kimi davam edib qalması müxaliflərin cəsədləri hesabına, qanı bahasına olmuşdur. Bu barədə Hafiz Vəhəb özünün “Cəzirətül-ərəb fil-qərnil-işrin” kitabında yazır:
"Əbdül Əziz ibni Əbdür-Rəhman Ali-Səud deyir: “Vəhhabiyyətin təbliğ olunub yayılmasının ilk vaxtlarında bütün ərəb qəbilələri bizimlə müxalifət etməyə başladılar. Mənim babam Birinci Səud Müteyr qəbiləsinin başçılarından bir qrupunu həbs etdi. Tutulanların qohum-əqrəbası vasitəçilik üçün onun yanına gəldikdə, əmr etdi ki, məhbusların boyunlarını vursunlar və nahar yeyəndə başlarını süfrəyə qoysunlar. Sonra qonaqlardan (öldürülənlərin qohum-əqrəbasından) istədi ki, süfrədə qoyulanlardan meyl etsinlər. Birinci Səudun bu istəyi rədd olunduqda, qonaqların da qətl hökmünü verdi”.
Bu deyilənlər Məhəmməd ibni Səud və Məhəmməd ibni Əbdül Vəhhabın, vəhhabiyyətin azdırıcı ideyalarının yayılması istiqamətində olan saysız-hesabsız qanlı siyasətlərindən bir nümunə idi.
Beləliklə, bu cərəyan Ərəbistan yarımadasında inkişaf edib genişləndi. Ali-Səud hökumət və qüdrəti öz ailələrində irsiyyətə keçirdilər və öz babalarının adını (Səudu) bu yarımadaya yaydılar. Halbuki, Səudun özü bir yəhudi nəvəsi idi. Bu yəhudi ailəsi öz hakimiyyətləri dövründə İslam və müsəlmanların əleyhinə törətdikləri cinayətlər saymaqla qurtarmaz. Bu cinayətlər elə indiyə kimi də ardıcıl surətdə davam edir.

birlik.az

Комментариев нет:

Отправить комментарий