Страницы

17.01.2016

Ukraynalı politoloq: Rusiya dağılmayacaq, sakitləşin!

Vadim Karasyov: "Rusiyanın dağılacağı barədə söhbətlərə son qoyun. Dağılmayacaq!"

Ukraynalı politoloq Vadim Karasyov "112 Ukraina" telekanalının efirində Rusiyanın dağılacağına və Putinin yerinə yeni liderin gələcəyinə ümid etməyə son qoymağa çağırmışdır. Ukraynalı siyasətçinin sözlərinə görə, Putinin varisi ondan da kəskin siyasətçi olan Sergey Şoyqu ola bilər.
Karasyov demişdir: "Xoşunuza gəldi, ya gəlmədi- Rusiya bizim qonşumuzdir. Biz bunu yaşamağa məhkumuq... Rusiyanın dağılacağı barədə boş söhbətlərə son qoymaq lazımdır. Dağılmayacaq! Orda güclü elita var. Güclü avtoritar lider var. Elita Putinin ətrafında birləşib. Xalq o qədər mobildr ki, etiraza yığışanları anicə dağıdırlar. Ruslar bilirlər ki, Maydan etirazları kimlər tərəfindən və necə təşkil olunur, odur ki buna imkan vermirlər. Bizim bunu yaşamağımız lazımdır".
Ukraynalı ekspertin sözlərinə görə, Putinin hakimiyyətdən getməsi ilə Rusiya dağılmayacaq: "Elə bilməyin ki, Putin gedəndən sonra hakimiyyətə Kasyanov, ya Navalnı gələcək. Putindən sonra hakimiyyətə İvanov, Patruşev və ya Şoyqu gələcək. Hələ bilmək olmaz kim yaxşıdır". 

Комментариев нет:

Отправить комментарий