Страницы

27.01.2016

Məmmədqulu Əhmədov - Sən ki olmasan...

Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram.

Ömrümüz keçir o yan, bu yanda- 
Bir gün xeyirdə, bir gün ziyanda.
Bizim günəşli Azərbaycanda
Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram

Allah saxlasın səni fələkdən,
Heç üzülməsin əlin çörəkdən.
Bunu deyirəm təmiz ürəkdən:
Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram.
         
Canım da qurban qara gözünə,
Hər nə desən sən, baxdım sözünə.
Qiymətdən düşər desəm üzünə,
Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram.

Daim qalginən olduğun adda,
Dediklərimi sən saxla yadda,
Dayaqsan mənə sən bu həyatda,
Sən ki olmasan, mən də olmaram.
Sənsiz dünyaya meyl salmaram.

Ömrü heç zaman keçirmə boşa,
Tale bizləri yazıbdır qoşa.
Kiçik qardaşam böyük qardaşa,
Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram.

Olmuşdu Məcnun əsir Leyliyə,
Canın demişdi nəzir Leyliyə.
Əyan olmad bu sirr Leyliyə.
Sən ki olmasan, mən də olmaram,
Sənsiz dünyaya meyl salmaram.

Комментариев нет:

Отправить комментарий