Страницы

21.10.2016

Professor "Mersedes"dən çoban çomağını götürüb, qaçqına zərbə endirdi

Virtualaz.org saytının verdiyi məlumata görə, ötən gün Salyan rayonunun Yenikənd kəndində Ağdam qaçqını 40 yaşlı Əliyev Cahandar Məmməd oğlu torpaq mübahisəsi zəminində əslən Cəbrayıl rayonundan olan Bakı şəhər sakini Nuru Şahməmmədov tərəfindən çoban çomağı ilə döyülüb.
Aldığı xəsarətlərdən Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Cahandar Əliyev virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumatda N.Şahməmmədovun istefada olan rütbəsi polkovnik-leytenant olan həkim olduğunu desə də, məlum olub ki, Nuru Şahməmmədov Azərbaycan Tibb Universitetinin radiologiya kafedrasının müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru imiş.
***
Ağdam qaçqını, Salyan rayonunun Yenikənd kəndində məskunlaşmuş 40 yaşlı Əliyev Cahandar Məmməd oğlu döyülmə nəticəsində aldığı bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cahandar Əliyevin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, ona əslən Cəbrayıl qaçqını olan, Bakı şəhərində yaşayan, imkanlı bir şəxs kimi tanınan Nuru Şahməmmədov döyərək xəsarət yetirib. Belə ki, Cahandar 5 nəfərlik ailəsini dolandırmaq üçün məskunlaşdığı ərazidə saxladığı heyvanları otarmaq məqsədilə dövlət fondundan 3 hektar torpaq icarəyə götürüb. Amma Yenikənddə heyvandarlıqla məşğul olmağa başlamış Nuru Şahməmmədov iddia edir ki, Cahandarın istifadə etdiyi torpağın bir hissəsi onun istifadəsində olan əraziyə daxildir. Beləcə aralarında xeyli vaxtdır ki, mübahisə gedir. Bu səbəbdən Cahandar Salyan RİH-ə şikayətə getdikdən sonra əraziyə baxış keçirilib və mübahisəli torpaq sahəsinin qanunla onun istifadəsində olduğu təsdiqlənib. Bu isə əks tərəfə xoş gəlmədiyindən dünən Cahandar Əliyev kənddə mübahisə zəminində Ağdam qaçqını Nuru Şahməmmədova “Mercedes” markalı maşınından götürdüyü çoban ağacı ilə boyun və kürək nahiyəsindən 2 zərbə vurub. Cahandar deyir ki, yaxınlıqda olan kənd camaatı onu döyəni zorla sakiləşdirə bilib.
Mübahisə zəminində Cahandar ona dövlət orqanlarına şikayət edəcətini dedikdə isə N.Şahməmmədov özünün polkovnik olduğunu, heç kimdən çəkinmədiyini bildirib. Cahandar Əliyev onu da bildirdi ki, Nuru Şahməmmədov hadisəni törədərkən içkili vəziyyətdə olması açıq-aşkar sezilirdi. Sonradan məlum olub ki, Nuru Şahməmmədov DİN-nin Hospitalında bir vaxtlar həkim işləyib, istefada olan polkovnik-leytnantdır.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırmalara başlanıb.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий