Страницы

29.09.2017

Трамп – слуга Аллаха?!

Саудовский проповедник Саад бин Гонейм на молитве в пятницу, 5 мая публично воздал хвалы “слуге Аллаха” Дональду Трампу и помолился за его здоровье. Гонейм также сообщил, что Аллах возьмет Трампа под свое крыло и покажет ему правильное направление для того, чтобы прекратить несправедливости в отношении мусульман.
Гонейм написал твит, который позднее ему пришлось удалить: “О Аллах, Трамп один из твоих слуг, ты контролируешь его и его судьбу. Дай ему команду – и хочет он того или нет, он будет служить интересам мусульман и уничтожит угнетение мусульман. Спаси нас отдурных дел и направь его на верную тропу”.
Молитвы Гонейма были плохо восприняты мусульманской уммой. Один из пользователей, разместив репортаж о потерях среди гражданского населения в результате американских ударов по Мосулу написал: “Я плюю на твою бороду, если все. что тебе осталось делать – это молиться зато, чтобы он попал на небеса. Даже шайтану стало бы стыдно за такое”. Другие пользователи пишут, что Гонейму было бы лучше помолиться за сотни йеменских детей, погибших в результате саудовских бомбардировок.

27.09.2017

Abel Məhərrəmovun saxta alimliyi

Qocaman Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov “Bir qalanın sirri” filmindəki Elşəni geridə qoyub.
Mətanəti xilas etmək üçün dağı yarmağa hazırlaşan Elşənin belində kəmər yalnız bir rəf dolusu kitabı oxumaqla mümkün idi.
Sovet dövründə çəkilmiş və bu gün də uşaqların sevimli filmi olaraq qalan “Bir qalanın sirri”ndə Elşən təmkinlə kitabları oxuyub qüvvətlənir.
Bu utopik və uşaqlar üçün nəzərdə tutulmuş ssenari XXI əsr Azərbaycanında reallıq imiş. Demə, BDU rektoru Elşəni də tapdalayıb keçib.
Belə ki, onun biblioqrafiyası Heredotu, Platonu, İbn Sinanı şoka sala bilər. A.Məhərrəmov o qədər kitabların, məqalələrin müəllifidir ki, Lenin belə “əlinə su tökməyə yaramaz”.
Bu qənaət aparılan araşdırmalar, sosial şəbəkələrdə və mediada yayılmış məlumatlar, müqayisələr və statistik rəqəmlər əsasında yaranıb.
Anaxeber.az-ın hazırladığı araşdırmada qeyd olunur ki, A.Məhərrəmovun biblioqrafiyası haqda informasiyalar bir-birini təkzib edir.
Bu rəqəmlərə nəzərə salanda rektorun fəaliyyətinin təpədən-dırnağa qədər şişirdilmiş olduğu təsəvvürü yaranır.
İlk növbədə 2010-cu ildə yayılmış məlumatlara diqqət yetirək: “525-ci qəzet”də dərc olunmuş “Biblioqrafiyaya haqqı olan alim” başlıqlı məqalədə göstərilir ki, Abel müəllimin 512 səhifəlik yeni biblioqrafiyasına 9 monoqrafiyası, 600-dən çox məqalə və tezisi, 50-yə yaxın dərsliyi, dərs vəsaiti və digər kitabları, 50-yə yaxın patenti, rəhbərlik etdiyi-yetişdirdiyi 30-dan çox elmlər doktoru və elmlər namizədi daxildir.
Amma filologiya elmləri doktoru Cahangir Məmmədlinin “Vətəndaşlığın, yaradıcılığın, şəxsiyyətin ziyalı modeli” başlıqlı yazısında isə Abel müəllimin 9 fundamental monoqrafiyasının, 47 dərslik və dərs vəsaitinin, 800-dən çox elmi məqaləsinin, 40-dan çox patentinin olması və akademikin 26 nəfər elmlər doktoru və elmlər namizədinə rəhbərlik etdiyi göstərilir.
Cəmi 20 gün fərqlə dərc olunmuş bu yazılarda 200 məqalə, 3 dərslik və dərs vəsaiti, 10 patent, yetişdirilmiş 4 elmlər namizədi və elmlər doktoru fərqi var.
Dəhşətdir: ya BDU rektoru bu saxtakarlığa imza atıb, ya da Rəşad Məcidin rəhbəri olduğu qəzetlə Cahangir Məmmədli özlərindən uydurublar.
Anaxeber.az yazır ki, bir neçə mənbəyə istinadla yayılmış biblioqrafik məlumatlar daban-dabana ziddir.
A.Məhərrəmovun bu fantastik əməllərindən təhsil üzrə məşhur alim Etibar Əliyev də faktlar açıqlamışdı. Abel müəllim doktorluq dissertasiyasını 1991-ci ildə müdafiə edib. Tanınmış alimlərdən biri deyir ki, 1990-92-ci illər doktorluq dissertasiyalarının müdafiəsi üçün ən münbit illər olub. Səbəbini isə belə izah edirdi: “Sovetlər birliyinin dağıldığı ərəfədə Moskvada müdafiə işlərinin ciddiliyinə bir o qədər diqqət yetirilmirmiş. O zaman bundan xeyli adam sui-istifadə etdi. İndi elmdən ən çox dəm vuranlar o vaxt müdafiə edənlərdir”.
Görəsən nədən indiyə qədər Cahangir Məmmədli Abel müəllimin Nobel mükafatına namizədliyini irəli sürməyib? Yaxud Ginnesin rekordlar kitabı hara baxır?
Azərbaycanın ən böyük və qədim universitetinə rəhbərlik edən və Milli Məclisin üzvü olan bir şəxs görəsən elmlə məşğul olmağa necə vaxt tapir?
Rektorluqdan qabaq isə o, tədris hissə müdiri və dekan vəzifələrində çalışıb. Deyəsən bizdə artıq məqalə, monoqrafiya, patent, dərslik anlayışları öz mahiyyətini tamam itirib. Bəlkə bunlar da insana şeir kimi bədahətən gəlir?
Azərbaycanın böyük alimi akademik Yusif Məmmədəliyev cəmi 200-ə yaxın elmi əsərin və 6 monoqrafiyanın, tanınmış riyaziyyatçı-akademik Mirabbas Qasımov isə 100-ə yaxın elmi əsərin müəllifi olub. Elmimizdə kəmiyyətin keyfiyyət üzərində qələbəsi davam edir.
Lakin iş bununla yekunlaşmır. Vikipediyada göstərilir ki, akademik Abel Məhərrəmov 600-dən çox elmi məqalənin, 33 ixtiranın, 10 monoqrafiyanın, 37 dərslik və dərs vəsaitinin müəllifidir. Və yenə də rektorun bibliqorafiyası haqda səhih informasiyalar verilmir.
Üstəlik, bir neçə il öncə BDU rektorunun 510 səhifədə yer almış “Biblioqrafiya”sı çap olunub. Bu göz qamaşdıran “Biblioqrafiya” haqda Bəhmən Sultanlının bloqundakı geniş araşdırmada inanılmaz faktlara rast gəlinir.
BDU rektoru heç vaxt bir gün də məşğul olmadığı sahələrə (analitik kimya, qeyri-üzvi kimya, yer quruluşu kimyası, bioloji kimya, neft kimyası, fiziki kimya, fenollar kimyası, kükürdlü üzvi birləşmələr kimyası, kristallokimya, kvant kimyası, nanotexnologiya, kimya tədrisi metodikası, biofizika…) aid yüzlərcə elmi məqalənin, tezisin, kitabın, neçə-neçə patentin, dərsliyin, dərs vəsaitinin avtoru olub, elmi məqalə və tezislərinin, patent və kitablarının sayını fantastiktik həddə qədər artırıb.
Bunları “Biblioqrafiya”da izləyək:
1. İctimai vəzifə daşımadığı 20 ildə (1973-1993-cü illər) 2 dərslik və dərs vəsaitinin, 50 elmi məqalə və tezisin, 12 patentin avtoru olub.
2. Fakultə dekanı işlədiyi 5 ildə (1993-1998-ci illər) isə, 45 elmi məqalə və tezisin, 8 dərslik və dərs vəsaitinin avtoru olub, 1 dissertasiyaya elmi rəhbərlik edib, 1 müxtəlif mövzulara (?- B.S.) həsr olunmuş məqaləsi, 4 müsahibəsi dərc olunub.
3. Rektor olduğu 10 ildə (1999-2009 illər) 612 elmi məqalə və tezisə avtor olub, 9 kitabı, 48 dərsliyi və dərs vəsaiti çıxıb, 23 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərlikdə bulunub.
5 kitaba redaktorluq yapıb, ictimai-siyasi çalışmaları ilə bağlı 101, müxtəlif mövzulara həsr olunmuş 61 məqaləsi, 81 müsahibəsi, 240 çıxışı baş tutub.
2010, il boyu hər üç gündən bir məqalə və tezis yazmaq mümkündürmü? Bu “Biblioqrafiya”nı vərəqləyən ingilis, fransız, alman, rus, yəhudi alimləri başlarını itiriblər az qala…

anaxeber.az

26.09.2017

Saxta xəyali Kürdüstan

Əli Şərif

Kürdlər hər zaman bizlərə xəncər vurandı, duz yeyib duzqabı sındırıblar! Fəxr etdikləri Bərzaninin isə babası yəhudidir!
***
Kürdlərin metr və ölçüləri gen enli şalvarlarıdı; onlar belə düşünür ki nə qədər geniş olsa, o qədər yaxşıdı. Amma daha bilmirlər ki bu tuman dallarına böyükdü!
***
Kürdlərin fikrincə hardan bir kürd keçib, ora Kürdüstandı! Saxta xəyali Kürdüstan. Mənim toprağıma xor baxının gözünü çıxardaram.
***
İŞİD bitdi, kürdlərin proqramını yüklədilər! Əlbəttə, kürdlərə biz tarix boyu dərs vermişik, amma indi bunların qabaqda gedəni İsrailin quludu! Hamıdan çox elə kürd xalqı zərər çəkəcək. İŞİD-dən sonra İraqda sünni-şiə birləşməyə getdi, şükürlər olsun, amma separatçı kürdlər xərçəng kimi yaraya çevrildi.
***
Mənim fikrimcə bizim bölgədə özgə millət yoxdu, hamının talehi birə-birinə bağlıdı bu zəmanədə... Özəlliklə Azərbaycanın tarixi ərazisindəki millətlər! Güneydə talışlar və türklər ən yaxın dostlardır.
***
İndiki dövrdə biz xalqların bir-birilə savaşması təhlükəsini hiss edirik, bu da elə işimizdən çıxan həmin faşistlərin sayəsindədir - axmaq dilləri və quş beyinli olmaları ilə. Dost xalqları bir-birindən ayrımaq! Xalqlar bir-birinə düşmən olmalıdır ki, İsrail və Qərb işlərini rahatcasına görsünlər! Sionistlər ən böyük düşməndir xalqlara!

Türkiyədən Azərbaycana daha bir virus gəldi

Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqlar arasında "Koksaki" virusunun yayıldığı barədə məlumatlar gəzir.
Metbuat.az-ın məlumatına görə, valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqəti olmağa çağırırlar. Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılara yoluxaraq gəlib. Hətta Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.Pediatr Günay İmanovanın açıqlamasına görə, "Koksaki" viral xəstəlikdir: "Su çiçəyi xəstəliyinə bənzəyir. "Koksaki" orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. "Koksaki" xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir".
Baş pediatr bildirib ki, Səhiyyə Nazirliyinin xüsusi Referens Laboratoriyası var və orada bütün viruslar araşdırılır.

Azərbaycanda vəzifəli şəxsdən Kürdüstana dəstək

Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.
Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki,  özündə potensial separatizm təbliğatı təhlükəsi saxladığına görə, bu cür şəxsi fəaliyyətlərə müvafiq xidmətlər tərəfindən həmişə nəzarət edilir. /virtualaz.org/

24.09.2017

"Дональд Трамп творит немыслимые вещи, а все продолжают говорить о важности отношений с США. Давайте проводить реальную политику в отношениях с Россией. Это же в наших интересах. Русский менталитет нам гораздо ближе, чем американский. Я семь лет прожил в США и знаю, о чём говорю. Многое в США поверхностно и напоминает скорее шоу. За семь лет у меня появилось всего два друга, один из которых в результате оказался британцем. История культуры, вопросы преданности и дружбы сильно укоренились во многих русских. Сколько войн после Второй мировой разожгла Россия и сколько Америка? У кого больше военных баз? Кто в этом мире настоящий агрессор? Никто не призывал к санкциям, когда США вторглись в Ирак, в результате чего они дестабилизировали весь Ближний Восток. Америка на первом месте, а все беды достаются нам".

Мой любимый немецкий актёр, Тиль Швайгер

DTX əməkdaşlarını İraqa göndərdi: 300 azərbaycanlı məhv edilib

"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib".

Report.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib. "Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir".
Mədət Quliyev həmçinin bildirib ki, son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub. Onlar inanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir.
Onun sözlərinə görə, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub: "Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub".

20.09.2017

Забелин: В администрации президента Азербайджана работают русские ребята и девушки

Депутат Милли Меджлиса Михаил Забелин, выступая в «Президент-отеле» в Москве в ходе конференции «Ось Москва-Баку: к новой геополитике Кавказа» рассказал о положении русского населения в современном Азербайджане. Об этом сообщает портал «Евразия».
По словам докладчика, на данный момент именно в этой стране находится самая большая русская диаспора на Южном Кавказе. «В Азербайджане более 120 тысяч русских, — заявил Забелин. – У нас крупнейшее поселение русских, более 3 тысяч человек – село Ивановка. Много других мест, но в основном компактные проживания русских находятся в Баку, Сумгаите».
«Сегодня в Азербайджане благодаря Гейдару Алиеву и Ильхаму Алиеву достаточно успешно развивается русский язык, — отметил докладчик. – С каждым годом увеличивается количество желающих поступить русский класс».
По словам депутата, «…когда народ призвал Гейдара Алиева возглавить республику и он в январе 1994 года принял участие в нашем рождественском концерте, лидер мусульманской страны вступил перед людьми в зале и призвал к тому, чтобы русские люди не уезжали. Они поверили, они остались. И сегодня мы, если говорить от имени русских, которые остались в Азербайджане, ощущаем себя полноправными гражданами этого государства».
«Назовите мне другую страну, где был бы депутат русский, а в администрации (президента — ред.) работали бы русские ребята и девушки. Я искренне благодарю азербайджанский народ и руководство Азербайджана, что к нам относятся как к полноправным гражданам. Мы не претендуем на большее. Мы действительно полноправные граждане, которые пользуются всеми законными правами. И мне сегодня очень приятно, что отношения между Россией и Азербайджаном расширяются и углубляются». /minval.az/

18.09.2017

Rəsmi Bağdad: Ölkənin şimalında ikinci İsrail yaratmağa imkan verməyəcəyik

"İraqın şimalında ikinci İsrailin yaranmasına icazə verməyəcəyik"

Eastnews.org-un verdiyi xəbərə görə, İraq prezidentinin köməkçisi və keçmiş prezident Nuri əl-Maliki İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçirməyi planlaşdırdığı müstəqillik referendumuna toxunaraq, "İraqın şimalında ikinci İsrailin qurulmasına icazə vermərik", -deyə söyləyib.
Ofisindən edilən yazılı açıqlamada Malikinin ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşdüyü bildirilib. Açıqlamada Malikinin referendumun nə İraq xalqının, nə də kürdlərin xeyrinə nəticələnməyəcəyini, qanuni xarakter daşımadığı, təxirə salınması və ya ləğv edilməsinin lazım olduğunu bildirərək, "İraqın şimalında ikinci İsrailin yaradılmasına imkan verməyəcəyik", -deyə söylədiyi bildirilib.
Kürdlərin referendum qərarına İraq mərkəzi hökuməti, mübahisəli bölgələrdə yaşayan türkman və ərəblər, ABŞ, BMT, Böyük Britaniya, Türkiyə və İran qarşı çıxaraq ləğv edilməsini tələb etmişdi. İraqın Baş naziri Heydər əl-Abadi referendum qərarının konstitusiyaya zidd olduğunu bildirərək nəticəni tanımayacaqlarını bildirmişdi. İraq Məclisi də apardığı səsvermədə "müstəqillik referendumunu" rədd etmişdi.
Ağ Evin mətbuat katibi Sarah Sanders dünən verdiyi yazılı açıqlamada, "Kürd Regional Rəhbərliyini referendumu ləğv etməyə və Bağdadla ciddi və davamlı dialoqa girməyə dəvət edirik", -deyə qeyd etmişdi.   Xatırladaq ki, dünən İraq Baş naziri Heydər əl-Abadi bildirib ki, planlaşdırılan azadlıq referendumu xaos və zorakılığa səbəb olacaqsa, ordu hərbi müdaxiləyə hazır olacaq. Heydər əl-Abadi danışıqlar üçün qapıların daim açıq olduğunu da qeyd edib.

Enerji içkiləri insanları məhvə aparırır

Bu içkilərə öküz sperması qatılır

Bir neçə il əvvəl bir çox Avropa ölkələrində qadağan olunan energetik içki brendləri təəssüf ki, qısa müddətdə Azərbaycana və bütün postsovet ölkələrinə sürətlə yayılıb. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə yayılan məlumatlar, tələbatı azaltmaq əvəzinə, artırır.
Qida mütəxəssisi və dietoloq Leyla Zülfüqarova bildirib ki, enerji içkiləri insanları məhvə aparırır: "Mən bu içkilərə enerjiverici yox, enerjisovurucu, enerjidağıdıcı içkilər deyirəm. Çünki tərkibində elə maddələrin birləşməsi, yüksək kofein vardır ki, bunların artıq dozada qəbulu insanı məhvə aparır”.
Mütəxəssis bu içkilərlə bağlı daha çox yayılan "Energetik içkilərə öküz sperması, sidiyi qatılır” şayiələrə də münasibət bildirib: "Energetik içkilərin tərkibində Taurin var. Bu bir amin turşudur. İnsan orqanizmində də, heyvanlarda da ifraz olunur. Bu, daha çox öküzün ödü və spermasında var. Təbii ki, sənayedə insan taurinindən yox, öküzlərdən alınmış taurin istifadə olunur. Energetik içkilər o qədər çox istehsal olunur ki, ehtimal var ki, taurin məhz öküz spermasından qaynaqlanır. Bu içkilərə öküz sperması qatılır. Təhlükə təkcə taurin deyil ki... İçkilərin tərkibində şəkər, kofein də çoxdur. İnsan orqanizminin gündəlik kofein norması 300-400 mq-dır. Gün ərzində çay, kofe, qazlı içkilər, bəzi yeməklərlə kofein dozasını alırıq. İndi təsəvvür edin, bir-iki banka da energetik içki içərsə, orqanizmə sanki kofein bombası düşür, beyin, qan dövranı, ürək, sinirlər ikiqat yüklənir, sürətlə işləyir və 1 saatın içində olan-qalan enerjini də aparır. Halbuki həmin enerji 1 gün bəs edərdi. Ona görə uşaqlar, gənclər yatmır, yatsa da yuxudan doymur, yorğun, halsız, key kimi olur. Nevroz, nevrasteniya, apatiya, yorğunluq, bir sıra beyin pozulmaları başlayır”. 
Leyla Zülfüqarova bu içkilərin ölümə səbəb ola biləcəyini istisna etməyib: "Avropada və Rusiyada bu içkiləri çox qəbul edən 1-2 gəncin ölümü faktları var. Azərbaycanda bu fakt var, ya yoxdur, dəqiq bilmirəm. Bəlkə də hər hansı gənc ürək tutmasından vəfat edib, amma heç kim onun energetik içki qəbul edib-etməməyinin fərqinə varmayıb. Energetik içkilər 2 cür olur: alkoqollu və alkoqolsuz. Alkoqolluda dediklərim ikiqat dozadadır. İstirahət mərkəzlərində masada energetik alkoqollu və digər spirtli içkilər görürük. Bunlar birgə qəbul olunur, bu isə fəlakətdir. Ona görə yollarda vəhşiləşmiş sürücülər artır. Energetik içkiləri davamlı olaraq qəbul edən sürücülər təhlükə mənbəyidir. Son zamanlar insanlarda vəhşilik, quduzlaşma, canavarlaşma sindromu çoxalıb. Kişilər ətrafa, özünə, ailəsinə qarşı qəddarlaşır. Mənəvi-maddi problemləri önə çəkirlər, amma birinci növbədə nə yeyib-içdiyimizə diqqət yetirməliyik. Xüsusən analar oğlan uşaqları və yeniyetmələri bu içkilərdən uzaq tutmalıdır”. /medicina.az/

17.09.2017

Bakıya ölüm gətirən yağlar

Kütləvi istehslak edilən bitki yağları xərçəng, infarkt və görmə problemlərinə səbəb olur

Bu ilin əvvəlindən Bakı supermarketlərində kərə yağı 70 faizə qədər bahalaşıb və nəticədə Azərbaycanda kərə yağının onsuz da normadan 8 dəfəyədək aşağı olan istehlakı bir qədər də azalıb. Əsas bahalaşma avqust ayında baş verib. Məsələn, avqustda Zelandiya yağının kiloqramı əvvəlcə 14 manatdan 16 manata, daha sonra isə 18 manata qalxıb. Halbuki, 2017-ci ilin əvvəllərində bu yağın kiloqramı 12 manat ətrafında dəyişirdi. Devalvasiyadan əvvəl isə 6, 5-7 manat arasında dəyişirdi.
Beləliklə, kərə yağı qısa zaman ərzində 3 dəfəyə qədər bahalaşıb, əhalinin gəlirlərində isə ciddi dəyişiklik olmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə orta aylıq əmək haqqı 2015-ci ildə 467 manat olduğu halda, 2016-cı ildə 500 manat olub, yəni cüzi artıb. 2017-ci ilin iyul ayında isə orta maaş göstəricisi 523 manat olub. Göründüyü kimi, devalvasiyadan sonra maaşların artımı (12%) kərə yağının bahalaşmasından (300%) çox-çox geri qalıb.
Bu isə ölkə üzrə onsuz da dəfələrlə aşağı olan kərə yağı istehlakını bir qədər də azaldacaq. Tibbi normalara görə, hər bir insan gün ərzində ən azı 30 qram kərə yağı istehlak etməlidir. Bu, Azərbaycan üzrə 110 min ton kərə yağı istehlakını vacib edir. Amma Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanda ildə cəmi 14 min ton yağ istehlak edilir. Bunun  13 min tonu idxal edilir,  min tonu isə ölkə daxilində istehsal edilir.
Bu, orqanizmi lazım olan qədər A E, D və K vitaminləri ilə təmin etməyə imkan verir. Kərə yağının tərkibində olan piy turşuları kalsiumun və başqa elementlərin bədəndə mənimsənilməsinə yardım edir, alternativ yağlar isə əksinə buna mane olur. Bu, baş vermədikdə orqanizmin qocalması sürətlənir, ürək-damar xəstəlikləri artır və infarktdan ölənlər çoxalır. Kütləvi istehlak edilən bitki yağlarının böyük hissəsi raps yağları olduğundan, bu, həm də görmə problemləri yaradır.
Həmçinin, bədəndə  mənimsənilməyən elementlər toplaşaraq bədxassəli şişlər əmələ gətirə bilir. Məhz buna görə, sovet dövründə uşaq bağçalarında və məktəblərdə uşaqların, hərbi hissələrdə isə əsgərlərin hər gün 20 qram kərə yağı qəbul etməsini vacib görürdülər. İndi Azərbaycanda bu praktika yoxa çıxıb deyə, xərçəngdən ölənlər 2 dəfə artıb- 1990-cı ildə ölkədə xərçəngdən 4 min adam ölübsə, 2016-cı ildə 8 mini keçib. Halbuki, hazırda onkoloji xəstəliklərə qarşı ciddi mübarizə aparılır. Əks halda, ölənlər qat-qat artıq olardı.
Ölkədə kərə yağı istehsalının artırılması üzrə təcili tədbirlər görülməsinin vacib olduğu aydındır. Aqrar islahatlar üzrə ekspert Vahid Məhərrəmov İstiPress-ə müsahibəsində atılacaq ilk addımın ölkədə yem istehsalının artırmaq olduğunu bildirir: "Əslində yerli istehsal xeyli azalıb ki, bu da qiymətlərə ciddi təsir göstərib. Əsas problem regionlarda yemin bahalaşması ilə bağlıdır. Vaxtilə yonca əkilən sahələrdə pambıq əkildiyinə görə yem qıtlığı yaranıb. Bu isə Bakı bazarlarına rayonlardan gələn kərə yağının azalmasına və bahalaşmasına səbəb olub. Bunun üzərinə avqust ayında dünya bazarlarında kərə yağının kiloqramının 1,5 dollar bahalaşması da gəlib".
Aqrar ekspertin dediklərini İstiPress-in regionlarda apardığı araşdırma da təsdiq edir. Əgər əvvəlki illərdə aran rayonlarında biçin vaxtı 20 kiloqramlıq yonca bağlamasının 1 ədədi 1-1.5 manat idisə, bu il hazırda 2,5-3 manat təşkil edir. Bu, ət bazarına da təsir edib və Bakı qəssablarının dana ətinin kiloqramını 10 manatdan 12 manata qaldırmasına səbəb olub.
Vahid Məhərrəmov problemi həll etmək üçün Azərbaycana yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini vacib sayıb: ”Bizdə 500-600 min hektar şoran torpaq var. Məhz onları münbitləşdirib pambıq, taxıl əkmək lazımdır. Yonca və yem bitkilərinin əkinlərinə dəymək olmaz. Həm də heyvandarlıqda intensiv üsullara keçmək lazımdır”.

Çingiz Rüstəmov           İstiPress

16.09.2017

Диверсия на станции Москва-Баку

Не успели смолкнуть аплодисменты участников прошедшей в четверг в Москве конференции «Ось Москва-Баку: к новой геополитике Кавказа», как пришло сообщение о реакции Еревана на это событие, которое, по большому счету, может послужить и делу общей стабилизации в Армении, испытывающей немалые трудности как финансового, так и экономического порядка.
Теперь к ним могут прибавиться и проблемы чисто политического свойства, причем ни Москва, ни Баку к этому прямого отношения не имеют. Эти сложности, как не раз случалось в истории Армении, связаны с неспособностью ее элит сформировать объективное представление о месте и роли названной  крохотной страны в этом противоречивом мире, давно поделенном на сферы влияния и в котором не осталось места не только для Армении, которую гонщик средней руки может объехать по периметру за несколько часов, но и странам куда покрупней, помощней и экономически много более развитым.
Итак, в Ереване не нашли ничего более умного, чем начать политическую возню вокруг вопроса о целесообразности пребывания Армении в составе Евразийского экономического союза.
Как оказалось, в парламенте вовсю действует даже блок "Выход", который развил бурную деятельность по организации экстренного прощания с Россией, о чем немедля его представители постарались растрезвонить не столько по всему евразийскому пространству (здесь судьба членства Армении в организации, честно говоря, мало кого волнует), но прежде всего по каналам западной прессы.
«Выход» обстоятельно обосновывает причину столь неожиданного решения: "Евразийский союз не принес Армении ничего хорошего, лишь усугубив проблемы безопасности, увеличив безработицу и усилив ее политическую изоляцию". Причем никто не скрывает, что выход из ЕС будет сопровождаться стремительной интеграцией Армении в Европейский экономический союз.
haqqin.az опубликовал упомянутое сообщение, и на этом можно было бы поставить точку: поживем-увидим, что выйдет из очередной ереванской затеи. Гораздо интересней идейно-политическая составляющая армяно-российских взаимоотношений, особенно на фоне совершенно нового содержания, которое приобретает сотрудничество Баку и Москвы. И которое на упомянутой конференции трактовалось как «стратегическое братство» (Александр Проханов).
Даже с учетом склонности к преувеличениям, свойственного одному из лидеров «Оси», надо признать, что такая трактовка азербайджано-российского сближения звучит впервые и объясняется не только желанием (вполне понятным в данном случае) принять желаемое за действительное.
Как бы ни позиционировала себя в будущем Армения, на данном этапе ее беспокоит не столько складывающая диспозиция и ее возможные трансформации в ближайшее время, сколько то, что Азербайджан впервые на представительном международном форуме в Москве предстал в совершенно новом качестве – в качестве игрока, лидерство которого на Южном Кавказе нельзя далее игнорировать. И это дорогого стоит.
Как и признание того, что "Ось Москва-Баку" имеет стратегическое значение" (Геннадий Зюганов).
И речь идет вовсе не о пресловутом нефтяном факторе, который не могут не учитывать ни Москва, ни Брюссель, ни Вашингтон. Терпит крах сама стратегия Армении, втянувшая в непримиримое, изнурительное противостояние своего исторического соседа и тем создавшая труднопреодолимые проблемы для Москвы.
Эта стратегия в свое время выковывалась Арменией, позиционировавшей себя этаким кавказским центром либерализма в расчете на либералов Москвы. С тех пор многое изменилось в расстановке сил в Первопрестольной и в кавказском регионе. И вот теперь армянская пресса причитает: «Победила нефть!»
Между тем победила не только нефть, а ставка на перспективные силы новой России. Армения с самого начала перестроечного процесса, приведшего к распаду СССР, шагала в ногу с либеральным крылом горбачевской перестройки, в котором тон задавали деятели типа Старовойтовой, Немцова и пр. Азербайджан же, не без колебаний и за вычетом народфронтовского периода своей новейшей истории, ориентировался на национально-патриотическую Россию.
Да, либералы ельцинской поры немало поспособствовали Еревану в карабахском вопросе, однако за последние 17 лет Баку удалось переломить ситуацию, а недавнее заявление А.Дугина о том, что у президентов России, Армении и Азербайджана есть договоренность по поэтапному решению карабахского конфликта, как минимум, свидетельствует о восприимчивости определенной части российских политических элит, включая и правящую, к законным требованиям Азербайджана о восстановлении целостности страны.
Сегодня можно однозначно утверждать, что если б вслед за армянскими политическими лидерами руководство Азербайджана сделало ставку на либералов, о нынешнем уровне взаимопонимания Баку и Москвы не могло быть и речи. После долгих споров и политического противостояния Россия нашла свой путь развития, и он предполагает национал-демократические ценности.
А разве где-либо на постсоветском пространстве продолжают всенародно восхищаться либералами? В связи с этим вспоминается сюжет из моих личных взаимоотношений с одним из лидеров азербайджанского либерализма. С момента нашей первой встречи он, как о само собой разумеющемся факте, поведал, что России - конец, и она вот-вот развалится. Он повторял эту идейную мантру после каждого митинга на Красной площади, после каждого выступления Ельцина и даже после прихода к власти В.В. Путина. Теперь ему приходится комментировать выступления А.Дугина, убежденного, что "Азербайджан резко укрепляется. И меняется баланс сил в регионе". По мысли известного идеолога, мнением которого дорожат и в Кремле, ныне во взаимоотношениях Баку и Москвы появилось много такого, что позволяет уверенно “двигаться вперед". Вперед- на путях евразийской интеграции. На фоне этих перспектив одиозной выглядит Армения, чья политика территориальных захватов становится серьезным препятствием на пути большой интеграции, с которой  связывают свои надежды на будущее миллион с лишним наших соотечественников на постсоветском пространстве. Слышу возражения из либерального лагеря: опять, мол, Россия, мы один раз это уже проходили. Может, и так. Однако есть ли альтернатива этому курсу? Теперь-то уже ясно, что речь идет не о тактическом ходе, а о политическом курсе: ясном, выверенном, рассчитанном на года.
В Москве говорят: пока Украина закрывает плотно двери перед Россией, Азербайджан все шире открывает свои ворота. Мир вокруг нас стремительно меняется, соответственно приходится вносить коррективы и в устоявшиеся представления о собственном месте и роли в этом мире. Что же касается ереванского намерения выйти из Евразийского Союза, то если это все-таки произойдет, придется думать, что не такие уж они умные, эти армяне, как нам иногда казалось.
В заключение- небольшой, но очень интересный сюжет в связи с неожиданным закрытием выставки в Ереване о жертвах сталинских репрессий, по поводу чего в местных СМИ поднялся невообразимый шум. В армянской столице внезапно появился спецпредставитель президента РФ по международному культурному сотрудничеству, посол по особым поручениям Михаил Швыдкой. Гость был принят министром иностранных дел Эдвардом Налбандяном, после чего шум стих, и о выставке, как случалось в добрые, старые советские времена, все дружно забыли. Так что понимают задачу армяне, хоть и стремятся к независимости от России…

Чингиз Гусейноглу                             haqqin.az 

Hibrid müharibənin allahı

Belarus çöllərində, meşələrində üzü qərbə doğru Rusiya tankları, zirehli texnikaları, əsgərləri düzülüb. Baltik dənizində hərbi gəmilər manevrlər keçirir. Desantçılarla dolu təyyarələr havaya qalxmağa hazırlaşır. Düşmən kimdir? Qərbin maliyyələşdirdiyi terrorçuların kök saldığı davakar dövlət Veyşnoriya, hansı ki Rusiyadakı vəziyyəti destablizə edib onun nüfuz sferasına soxulmaq istəyir.
Virtualaz.org xəbər verir ki bu sətirlər “The Financial Times” qəzetinin “Zapad-2017” Rusiya-Belarus hərbi təlimlərinə və Rusiyanın müasir hərbi doktrinasının əsasını təkil edən  hibrid müharibənin banisi, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimova həsr edilmiş məqaləsindəndir.
Əslində Veyşnoriya uydurulmuş ölkədir, Rusiya isə “uzaqbaşı” Avropa İttifaqının şərq sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirir. Bununla belə NATO-nun liderləri əsəbi halda deyirlər ki, bu güc nümayişi general Gerasimovun işləyib hazırladığı “hibrid müharibə” konsepsiyasını əks etdirir. Gerasimovun doktrinası Rusiyanı soyuq müharibənin başa çatmasından bu yana ən ciddi hərbi təhdidə çevirib.
“Qərb-2017” təlimlərinin başlanmasına aylar qalmış NATO ölkələri şərq sərhədləri boyu ehtiyat tədbirləri görməyə başlayıblar. Baltikyanı respublikalardakı NATO qruplaşmaları gücləndirilib, ABŞ Hərbi Hava Qüvvələri Baltikyanı hava sahəsini nəzarətə götürüb, Avropa hökumətləri isə Rusiyadan qaynaqlanan dezinformasiyalardan, saxta xəbərlərdən və kiberhücumlardan qorunmağa çalışır.
Az danışan, çox nadir hallarda publika qarşısında görünən general Gerasimov nümunəvi generaldır. Rusiya müdafiə naziri Sergey Şoyqu bir dəfə onun haqqında demişdi: “Saçının kökünə qədər hərbçidir”.
Hesab edilir ki, Şoyqu generala çevrilmiş siyasətçidir, o hərbi məsələlərdə keçmiş tankçıya- general Gerasimova arxalanır. Belə deyim var ki, Şoyqu gitarada yaxşı çalır, bir şərtlə ki, arxa planda Gerasimov ifa etsin.
Rusiya ordusunu faktiki komandanı kimi general Gerasimov hərb elmi barədə öz fikirlərini 2013-cü ildə “Hərbi-sənaye xəbərləri” nəşrində dərc edilmiş geniş məqaləsində çatdırıb. “21-ci əsrdə müharibə və sülh vəziyyəti arasında sərhədlər silinib gedir. Müharibə artıq elan edilmir, başlayanda isə adi şablon üzrə getmir. Asimmetrik hərəkətlər anlayışı geniş yayılıb... Bura daimi mövcud olan cəhbə formalaşdırmaq üçün xüsusi təyinatlı qüvvələrdən və daxili müxalifətdən istifadə, habelə informasiya ilə təsir göstərmə də daxildir. Bunun forma və üsulları daim təkmilləşir”- general yazmışdı.
Həmin fikirlər generalın Baş qərargah rəisi təyin olunmasından 3 ay sonra prezident Putinə təqdim etdiyi analitik hesabatdan bir hissə idi. Bu hesabatda siyasi, informasiya, humanitar və digər hərbi olmayan yollardan da istifadə edilməklə hibrid müharibənin aparılması konsepsiyasından bəhs edilirdi.
Cəmi bir il sonra geyimlərində tanınma nişanları olmayan QRU xüsusi təyinatlıları Krımda peyda olub əməliyyat keçirməyə başlayanda və Ukraynanın bir hissəsi ilhaq ediləndə hamı Gerasimovun həmin hibrid müharibə konsepsiyasını yada saldı. Generalın dedikləri necə də peyğmbərcəsinə özünü doğrultmuşdu! Bunun ardınca həmin konsepsiya Donbassda işə düşdü və bötövlükdə Ukraynanın qərbyönümlü hökumətinə qarşı istifadə edilməyə başlandı.
Qərb müşahidəçiləri dərhal Gerasimovun konsepsiyasını Qərbə qarşı gələcək hibrid hücumların layihəsi kimi nəzərdən keçirməyə başladı. Rusiyayönümlü xəbər KİV-lərində aparılan təbliğat, hakim istebleşmenə qarşı çıxan avropalı siyasətçilərə pulların paylanması, rus hakerlərinin kütləvi hücumları, Qərb seçkilərinə və siyasi kampaniyalarına müdaxilə- bütün bunlar Gerasimovun doktrinasından irəli gəlir.
“Düşmənə məsafədən təmassız təsir döyüşdə və əməliyyatda qarşıya qoyulmuş hədəfə nail olmağın başlıca vasitəsinə çevrilir. Bütün bunlar gizli xarakterli hərbi tədbirlərlə, o cümlədən xüsusi təyinatlı qüvvələrin işə salınması və informasiya məkanında görülən tədbirlərlə tamamlanır”- general Gerasimov yazırdı. Amerika dəniz piyadaları Korpusunun komandanı Rotbert Neller etiraf edirdi ki, o, generalın məqaləsini üç dəfə oxuyub.
Gerasimov evlidir, bir oğlu var. O, 1955-ci ildə Kazanda fəhlə ailəsində anadan olub, orada Ali tank məktəbini bitirib. Sovet ordusunun müxtəlif hərbi birləşmələrində sürətlə hərbi karyera qurub, Şimali Qafqazdakı 58-ci orduya komandanlıq edib. Çeçenistanda döyüşüb. Moskva və Sankt-Peterburq hərbi dairələrinin komandanı olub, sonra Baş qərargah rəisinin müavini təyin edilib. Həmin vəzifədə öz rəisi ilə qarşıdurmaya görə işdən çıxarılıb, lakin beş ay sonra Putin onu Baş qərargah rəisi postuna təyin edib.

virtualaz.org

14.09.2017

1400 İŞİD-çi arvadı əsir düşdü

İŞİD mənsubu olan, indisə əsir düşmüş terrorçuların həyat yoldaşları İraqdakı həbsxanalardan kənarda olsalar da, durumları həddən artıq pisdir.
RT telekanalının hazırladığı reportajda bildirilir ki,  bu qadınların ərləri terrorçulardır, İŞİD üzvləridir və onları qanlı əməllərinə görə ağır cəzalar gözləyir. Həmin terrorçuların xanımları isə deyirlər ki, terrorçu deyillər, sadəcə, ərlərinin arxasınca Suriyaya və İraqa yollanıblar. “Biz buraya vuruşmağa yox, yaşamağa gəlmişdik. Biz qatil deyilik”,- İraq ordusunun səhradakı məxfi, qapalı həbsxanalarından birinin həyətində saxlanan qadınlar deyirlər.
İraqın Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Mosul və Təlafar şəhərləri İŞİD-dən azad ediləndən sonra terrorçuların 1400 nəfər ailə üzvü ələ keçib. Qadınların əksəriyyəti Türkiyə vətəndaşlarıdır və aralarında postsovet ölkələrindən, o cümlədən Rusiyadan, Tacikistandan, Özbəkistandan və Azərbaycandan olan qadınlar da var. Bu qadınlar uşaqları ilə birlikdə həbsxananın həyətindəki çadırlarda yaşayırlar. Qadınlardan biri deyir: “Bizi buraya gətirəndə bir qadın özünü partlatdı. Əsgərlər atəş açmağa başladılar”. İŞİD terrorçusu olan əri Mosulda öldürülmüş başqa qadın isə ağlayaraq söyləyir: "Evə qayıtmaq istəyirəm. Buraya təsadüfən gəldim. Gerçəkdən də, evə dönmək istəyirəm. Yalvarıram, məni buradan çıxarın".
Həbsxananın yeri açıqlanmır, çünki ailə üzvlərini və yaxınlarını İŞİD terrorçuları qətlə yetirmiş iraqlılar ələ keçmiş qadınlarla uşaqlardan qisas ala bilərlər.
Həbsxananın həyətindəki çadır düşərgəsi BMT-nin nəzarətindədir.

MTN əməkdaşları qaçaqmalçılarla necə ortaq biznes qurub? - Məhkəmədə şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in Əməliyyat-Texniki İdarəsinin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib. O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: "İşim məxfi məlumatlarla bağlı telefonların dinləməsindən ibarət olub. İdarənin rəisi Natəvan xanım idi. Bizə raportla məlumat gəlirdi, telefonla izləyirdik. Həmin şəxsləri tanımırdım. Antiterror Mərkəzinin rəisi, idarə və şöbə rəisləri telefon dinləmələri ilə bağlı bizə raportla müraciət ediblər. Bizim də işimiz həmin texniki işləri görməkdən ibarət olub. Biz uzun illər məhkəmə qərarı olmadan, nazirin dərkənarı ilə telefon dinləmələrini həyata keçirmişik. Mənə tapşırıqları əsasən Elşad Əzizov verib, o işdə olmayanda isə tapşırıqları birbaşa Natəvan Mirvətovadan almışam".
Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov ifadə verib. O, zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimovun epizodları üzrə dindirilib: "Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Şahid əlavə edib ki, Rafiq Səfərov siqaret qaçaqmalçılığı ilə tutulan şəxsin yanında işləyən fəhləni dindirib: "Dindirilmə zamanı həmin şəxs heç nə bilmədiyini dedi. Bu zaman Rafiq onu şillə ilə vurdu. Bundan 10 gün sonra şöbəyə Zaur Əzimov gəlib. 15 dəqiqə sonra Rafiq müəllim onu da dəhlizə çıxarmağımı tapşırdı. Mən də onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Mirələm Həşimov qeyd edib ki, Zaur Əzimov və digərlərinin buraxılmasından, Rafiq Səfərovun onlardan pul tələb etməsi və ya almasından xəbəri olmayıb. Şahid bildirib ki, əməliyyatlara Rafiq Səfərovun özü rəhbərlik edib, onun Sahib Qurbanov və Zaur Əzimovdan 100 min dollar almasını ümümi söhbətlərdən eşidib.
İş üzrə şahid qismində MTN-in Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib. O, ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb. Vüqar Mahmudov deyib ki,  MTN-də 2013-ci ildə işə başlayıb: "Nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olmuşam. O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələri yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi". Şahid bildirib ki, bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış edib. Prokurorun suallarına cavab verən Vüqar Mahmudov etiraf edib ki, Rafiqlə İlhamı tanış eləməkdə məqsəd bazarda digər siqaret qaçaqmalçılarının qarşısını almaq olub: "İlham bu işdə uzun müddət idi çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı". Şahid bildirib ki, bir neçə dəfə İlham ondan xahiş edərək pulu Rafiqə onun verməyini istəyib: "Bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".
Bu zaman təqsirləndirilən general Elçin Quliyev etiraz edib. O bildirib ki, bunun onun işinə dəxli yoxdur: "Başa düşmürəm, deyirəm, sakit oturum, danışmayım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var? Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var? Sonda deyəcəksiniz ki, bax, Elçin Quliyev, şahidlər gəlib sizin əməllərinizi etiraf edir". Bu zaman hakim bildirib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək". Prokuror arayış verərək bildirib ki, ittiham mütəşəkkil dəstə şəklində verilib.
Şahid Vüqar Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurbanov bir dəfə yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Dedim mən heç kimin  malını götürməmişən. Dedim bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini Heydər İslamov. Heydərlə danışdım, dedi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi".
Daha bir DTX-a əməkdaşı Hüseyn İlyasov dindirilib. O bildirib ki, dinləmələri rəhbərliyin tapşırığı ilə ediblər: "Heç bir məhkəmə qərarı olmayıb".
Prosesdə hazırda həbsdə olan Fərhad Atayev və general Teymur Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələri təsdiq ediblər. Teymur Quliyev bildirib ki, o, istintaqa umumi məlumat verib: "Rəhbərlik nə tapşırıq verib, onu icra etmişik".
Məhkəmə sebtyabrın 22-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

11.09.2017

SƏNİ UNUTDURMAĞA HEÇ NƏYİN GÜCÜ ÇATMAZ

Xatirə Xatun

Sən- uçuq ürəyimə qətrə-qətrə damanım,
"İndi yazar, bu saat zəng eləyər" dediyim.
Tək pənahım, ümidim, söykəndiyim gümanım,
"Gəl məni məndən qurtar" axşam-səhər dediyim.

Aylar, illər, fəsillər beləcə ötüb keçər, 
Səni unutdurmağa heç nəyin gücü çatmaz.
Zaman bir qayçı kimi ömrümü kəsər, biçər,
Alışmağı öyrədər, unutmağı... bacarmaz!

Allah, o nə sevgiydi? 
Möcüzəydi, möcüzə!
Adın çəkilən kimi dilim-dodağım əsər.
İndi qoymusan məni yoxluğunla üz-üzə
Hər gecə əllərimə intizarın tələsər...

Sən yaşayan o yerdə hava necədir görən?
Xəritədə gəzirəm sən getdiyin şəhəri.
İzləyirəm, baxıram xəbərlərdən, efirdən
Dirigözlü açıram bəzən olur səhəri...

Lənətə gəlsin görüm!
Əlindən hara gedim
Gözlərinə baxarkən hiss etdiyim acının?
Bu ömrü asta-asta belə yedim, bitirdim,
Çarəsini kim bilir qürurun əlacının?

Dəstə-dəstə adamlar gələr, ömürdən keçər,
Səni unutdurmağa heç kimin gücü çatmaz.
Zaman bir qatar kimi ömrümü kəsər, biçər,
Alışmağı öyrədər, unutmağı bacarmaz...

05.09.2017

AMEA Əlyazmalar İnstitutunun direktor müavininin 1 milyon 200 min manatı necə oğurlanıb?

Bakı şəhər sakini Zeynalov Abduləli Mirzə oğlu mətbuata göndərdiyi şikayət ərizəsində qızının AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edildiyini yazıb. Ata bu məsələdə qızını günahkar saymır. Bununla belə, redaksiya AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın da mövqeyini öyrənməyə çalışır. Aşağıda həmin şikayət məktubunu ixtisarla təqdim edirik.

Hörmətli «Təzadlar»! Bəzən KİV-də yazılır ki, alimlərin aldığı məvacib qənaətbəxş deyil. Belə yazılara çox rast gəlinir. Bəzən də alimlərin evində baş vermiş oğurluq hadisələri ətrafında istintaq orqanı araşdırma aparanda bəlli olur ki, sən demə, alimlərin bəziləri kasıb yox, lap yaxşı yaşayır və dolanır.
Deməyim odur ki, mən Zeynalov Abduləli Mirzə oğlu, sizin sayta müraciət edərək bildirirəm ki, mənim qızım Zeynalova Xanım Abduləli qızı Azərbayacan AMEA-nın əməkdaşı, professor, elmlər doktoru, 2002-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində işləmiş, indi isə AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edilib. Həbs edilən qızım Xanım Zeynalova əvvəllər A.Əliyevanın evində xadimə işləyib və guya alimin evindən 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ona görə “guya” yazıram ki, təqsirsizlik prezumpsiyası adlı bir hüquqi anlayış var və hələ ki istintaq gedir, məhkəmə hökmü olmadan kimisə cinayətkar hesab etmək olmaz. Oğurluqda şübhəli bilinərək həbs edilən qızımın isə taleyi məni ciddi narahat edir, bəzən bu qanunsuz hərəkətə görə intihar etmək istəyirəm. Amma bəzən də gözləyirəm görüm bu işin axırı necə olacaq.
Hamıya bəllidir ki, sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yəni, Aybəniz xanım, istintaq tərəfi sübut etməlidir ki, həqiqətən də, Aybəniz xanımın evindəki seyfdə 536 min ABŞ dolları, 143 min manatlıq da qızıl-zinət əşyaları olub və bunların hamısını məhz təqsirləndirilən qızım oğurlayıb. Bunlar öz yerində... Mən həbsdə olan qızımın sözlərinə istinadən bildirirəm ki, Aybəniz xanım çox əliaçıq və ürəyi geniş olub, şəxsi seyfinin də qapılarını ailə üzvlərinin üzünə geniş açıbmış. Kim nə vaxt, nə qədər istədi, götürüb xərcləyirmiş. Misal üçün, xüsusi qeyd edim ki, Aybəniz xanımın qızı Gülşən Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur. O, yaxın dostu olan, Zorik (əsl adı Qalibdir) kimi tanıdığı oğlana “Albatros”dan hədiyyə almaq üçün, anasının xəbəri olmadan onun seyfindən 3 min ABŞ dolları götürübmüş və bu barədə biləndə Aybəniz xanımla qızı arasında mübahisə olub. Belə hallar tez-tez təkrarlanırmış deyə, ana-bala arasında tez-tez mübahisələr baş verirmiş. Abduləli Zeynalov olaraq onu da bildirəm ki, axtarış zamanı qızımın evindən, Aybəniz Əliyevanın oğurlandıqlarını iddia etdiyi bir neçə qızıllar həqiqətən də tapılıb. Həmin bir neçə qızılları isə Aybəniz xanımın qızı Gülşən qızıma veribmiş. Səbəbini isə belə izah edə bilərəm: Aybəniz Əliyeva xəstə olduğu müddətdə ona qulluq etmək üçün qızı Gülşən Əliyevanın vaxtı olmayıb, ona qızım Xanım Zeynalova xidmət edib. Bunun müqabilində qızı Gülşən Əliyeva bir neçə xırda qızıl məmulatını qızıma pul əvəzi bağışlayıb. Bunu Aybəniz Əliyeva istintaqa verdiyi birinci ifadəsində təsdiqləsə də sonradan verdiyi ifadədən imtina edib. Maraqlısı isə odur ki, oğurluq hadisəsi qızım Xanım Zeynalova A.Əliyevanın evindən işləməkdən çıxıb Bakı Metropolitenində işlədiyi müddətdə baş verib. Yəni 8 ay sonra törədilib. Demək istəyirəm bu qədər pul qızıl iynə olub ki, bunun oğurlanmasından Aybəniz Əliyeva 8 ay sonra xəbər tutub? Elə bu oğurluq hadisəsi qaranlıq mətləblərdən xəbər verir. Hələliksə hər kəsin marağına səbəb olacaq bir suala cavab verirəm: AMEA-nın professoru, Əlyazmalar İnistitunun direktor müavini Aybəniz Əliyevanın evində 1 milyon manatdan artıq pul haradandır?
Görəsən Aybəniz Əliyeva düz danışırmı? Onun evindəki seyfdə həqiqətən də 536 min ABŞ dolları, 143 min manatlıq qızıl-zinət əşyaları olub? Olubsa, hardandır bu sərvət? Aldığı 1500-2000 manatı yeməsə, içməsə, istirahətə, səyahətə getməsə, özünə bahalı geyimlər, zinət əşyaları almasa, neçə ilə bu qədər sərvəti toplaya bilərdi Azərbaycan alimi? A.Əliyevanın məvacibini, hətta 1500-2000 manatdan götürsək (onu deyim ki, bu məvacibi də almasi ağıla batan deyil) ilə 24 min manatdan, 30 ilə yalnız 720 min manat yığmaq olar. Burada isə milyondan artıq sərvətdən söhbət gedir. Aybəniz Əliyeva-Kəngərli 30 il pəhrizmi saxlayıb, orucmu tutub? Onu da qeyd edim ki, qızımın əsassız yerə həbs edilməsi, onun azyaşlı övladlarının kimsəsiz qalması bir ailə faciəsi ilə nəticələnib. Mən növbəti yazımda Aybəniz xanımın qızı Gülşən Əliyeva barəsində daha geniş məlumat göndərəcəm. Çünki bu məlumatlarda oğurluq hadisəsinin izi aydın görünə biləcək…
Hörmətli «Təzadlar»!
Sizə əlavə məlumat göndəriləcək. İstəyirəm ki, kimisə hansısa cinayətdə ittiham edəndə insaf və ədalət ortada olsun, başımızın üzərində olsun. Yenə də məhkəmə istintaqından ədalətli nəticə gözləyirəm.
Dərin hörmətlə:
Zeynalov Abduləli Mirzə oğlu
Bakı şəhəri, Yasam rayonu Faiq Kərimov küç.-186.

Redaksiyadan: A.Əliyevanın da mövqeyini dinləməyə hazırıq və buna çalışırıq...

faktinfo.az

Gülşən Əliyeva-Kəngərli: 1800 maaş alıram, bacım bir əməliyyatı 5 minə edir, anamın 50-70 minlik qrantları var

1 milyonu oğurlanan alimin professor qızından MARAQLI AÇIQLAMALAR

Evindən 1 milyonluq oğurluq edilmiş AMEA-nın professoru, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva Ölkə.Az-a maraqlı açıqlamalar verib. G.Əliyeva bildirib ki, qarşı tərəf məsələni ictimailəşdirməklə onlara təzyiq göstərməyə çalışır: “Məlumat doğrudur. Bu adamlar bizim evimizdən 500 min pul aparıblar. Üç il əvvəl başımızı aldadıb ki, atam ölüb. Üç il ərzində bu adam evimizdən o pulları aparıb. Aybəniz xanım hazırda Fransada rəsmi ezamiyyətdədir. Mən bir professoram, ədəbiyyatçıyam, o Abduləli isə heç kimdir. Onunla bir tərəziyə düşmək istəmirəm. Onların evindən bizim əşyalarımız artıq tapılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İndi o başa düşüb ki, saytlara məlumat verməklə bizə təsir edə və ərizəmizi geri götürtdürə bilər. O səbəbdən ora-bura yanlış məlumatlar verir. Yəqin sizə də belə deyib ki, “Albatros” dükanından filan şey alınıb. 47 yaşlı adamam, “Albatros” dükanından dayıma da, qardaşıma da, qonşuma da almışam. Kiməsə nəsə almaq istəyəndə dükanda qəbz yazdırırsan. Bu adi qaydadır. Mağazada qəbz yazdırıb adama hədiyyə etmişəm. Bunu sayta verməyin mənası nədir?”
Güləşn Əliyeva bildirib ki, alimin evində  bir milyon vəsaitin olmağı qeyri-adi sayıla bilməz: “Əgər siz həqiqətən jurnalistsinizsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə hüququnuz var. Nəsimi rayon prokurorluğuna rəsmi şəkildə sənədlərimizi təqdim etmişik. Bizim “Sovetski” adlanan ərazidə, Mirzə Fətəli küçəsində 2 mərtəbəli mülkümüz olub. Hökumət o evin əvəzində bizə 220 min pul verib. Bundan əlavə əlimizdə digər pulların da mənbələri var. Yəqin ki, orada soyadımızı oxudunuz. Biz məşhur Kəngərli nəlindənik, köklü ailəyik. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndərin prototipi mənim babamdır. Biz qələm əhliyik. Başa düşürəm, sizə də bir xəbər lazımdır. Əslində bir ziyalının tərəfini qoyub, oğrunun tərəfini saxlayırsınız. Bu adam 2015-ci ildən evimizdən bu şeyləri yavaş-yavaş aparıb. Sadəcə anam buna inanıb ki, yazıqdır, kasıbdır. Deyir, guya anam xəstə olub və anama baxdığı üçün bu şeyləri ona hədiyyə vermişəm. Mənim bacım məşhur həkimdir, skaleoz əməliyyatları həyata keçirir. Bacım anamı yox, yüzlərlə başqa adamı müalicə edir. Aybəniz xanım onkoloji xəstədir. Biz onu dizimizin üstündə Almaniyaya, digər şəhərlərə aparıb müalicə elətdirmişik. Aybəniz xanım 50 ildir bu sahədə işləyir, bir neçə 50-70 minlik qrantları var. Bunların hamısı sənədlidir. Bacım həkimdir, etdiyi əməliyyatların rəsmi qiyməti 5 min manatdır, mən özüm 1800-1900 manat məvacib alıram. Atam professor alim idi, ölkədə çox nadir bir elmlə- ilan zəhəriylə məşğul olurdu. Mən də Mədəniyyət və İncəsənət Universitetinin Prorektoruyam. Universitetin 2500 tələbəsi var, 20 ildir orada dərs deyirəm. Hər yerdə bizim tələbələrimiz işləyir. Onlardan məni soruşun. 500 nəfər sənə deyəcək ki, bu müəllimə heç kimə demədən mənim təhsil haqqımı ödəyib, Türkiyəyə gedə bilməmişəm yolpuluma, biletimə kömək edib. Yüzlərlə adama təmənnasız kömək etmişəm. Fikirləşmişəm ki, mənim də uşağım var və bu yaxşılıqlar nə vaxtsa qarşıma çıxacaq. Bir adam deyə bilməz ki, mən Aybəniz xanıma bir manat rüşbət vermişəm. Elə bir şey mümkün deyil”.
Qeyd edək ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərlinin Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənzildən 29 ay müddətində oğurluq etmiş X.Zeynalova tutulub və onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib.

qafqazxeber.az

04.09.2017

Keçibəy barədə şeir

Keçi satdı yaylağı
Yendi gəldi arana.
Onun çağdır damağı
"Xidməti" var xalqına.

Göz çıxır orbitindən
Düz yerdə də dolaşır.
Deyir kənardan görən
Keçi dupl piyandır.

Keçi gəzdi bağları
Sındırdı budaqları.
Çox yedi kal şəftəli
Keçi oldu dəm dəli.

Çəkmədi bağdan gözün
Kəsdi meyvənin kökün.
Qoydu bağları barsız
Hamıdan kənar arsız.

Rəhim Əliyev

02.09.2017

Саад Харири: Израиль запустил против Ирана кампанию дезинформации

Премьер-министр Ливана назвал новые обвинения сионистского режима в адрес ИРИ о строительстве ракетного завода в Ливане необоснованными и отметил, что такие обвинения являются частью израильской кампании дезинформации против Ирана.
Саад Харири в пятницу в интервью французской газете Le Monde в Париже сказал: "Израильтяне хорошо знают, что никаких ракетных заводов в Ливане не существует".
Премьер-министр Ливана при этом заметил: "Для них привычны подобные кампании дезинформации. Власти сионистского режима всегда ведут необоснованную пропаганду против кого-то".
Харири добавил также: "Наша проблема с Израилем заключается в том, что его руководители всегда говорят о войне и безопасности и никогда - о мире".
Премьер-министр сионистского режима Биньямин Нетаньяху на днях на встрече с президентом РФ Владимиром Путиным, не упомянув ни словом о многократных обстрелах позиций сирийской армии сионистским режимом в поддержку террористов ДАИШ и "Фронта ан-Нусра", выступил со смехотворными обвинениями в адрес ИРИ в поддержке террористической группировки ДАИШ.
Между тем, Москва неоднократно опровергала заявления сионистского режима, отмечая, что Россия, Иран и ливанская "Хизбулла" находятся на передовой линии борьбы с терроризмом. 

parstoday.com

01.09.2017

АЗЕРБАЙДЖАН ВЗРЫВАЮТ?

Захираддин Ибрагими

Рано утром, 27-го августа 2017-го года, на оружейном складе военной части, расположенной на территории Хызинского района Азербайджана, прогремел взрыв, после чего начался пожар и всё новые и новые взрывы боеприпасов. В результате чего, население нескольких близлежащих деревень было эвакуировано, а автомагистраль Баку-Губа закрыта в течение нескольких часов.
После "четырёхдневной войны" в Карабахе, в первые дни апреля прошлого года, чрезвычайные происшествия в азербайджанских вооружённых силах участились. В июле прошлого года, взрыв произошёл на военном заводе "Араз", расположенном в городе Ширван (бывший Али-Байрамлы), специализированном на изготовлении пуль разного калибра, боеприпасов для миномётов и РПГ. Вследствие двое работников погибли, а более двадцати получили ранения разной тяжести. На этот раз, пока объявлено о шести раненых военнослужащих.
В прошлом году взрыв списали на якобы подготовку к утилизации вооружений различного калибра с истекшим сроком действия. Понятно, что на этот раз случай другой, и на утилизацию, которую минобороны ещё раз назвало причиной, списать не удастся. Хотя, зная азербайджанские реалии, и как власти этой страны умеют нагло лгать, и нести всякую чушь, считая всех баранами, такой вариант тоже не исключается.
Прибавим к этому ещё несколько фактов, которые на наш взгляд могут иметь связь друг с другом, перед тем, как перейти к нашим соображениям и версиям насчёт происходящего. После того, как турецкие истребители сбили российский бомбардировщик в сирийском небе, азербайджанские войска перешли в атаку на Бакинский посёлок Нардаран, впоследствии чего шесть человек было убито, несколько ранено, и десятки арестовано. Посёлок несколько дней находился в осаде, с отключённым газом и светом в зимнее время, и через несколько дней капитулировал.
Доблестная азербайджанская армия-победительница триумфально вошла в деревню, сняла вражеские религиозные знамёна, и вместо них водрузила азербайджанский триколор. Через несколько дней после нардаранской битвы, в Каспийском море, на одной из нефтяных платформ Азербайджана, прогремел взрыв, после чего начался пожар. Трагедия унесла жизни около тридцати нефтяников. После этих событий турецкие власти стали настоятельно требовать у своих азербайджанских союзников начать военные действия в Карабахе, чтобы создать для России новую проблему. В начале апреля 2016-го года Баку начал уже упомянутую "четырёхдневную войну".
После этой авантюры, официальный Баку заявил о 35-ти погибших с азербайджанской стороны, хотя независимые медиа-агенства собрали более ста имён и фамилий военнослужащих, на основании всё той же официальной боевой хроники. Вот такая арифметика у официального Баку. Вернее там могут ляпнуть что захотят, или, что в голову придёт, как мы уже написали, считая всех баранами. И действительно, внутри страны ни за такую арифметику, ни за такие ляпы, и ни за что другое, никто просто не сможет привлечь официоз к ответу перед гражданами, которые считаются всё теми же баранами. Но сейчас, по обнародованному некоторыми СМИ документу, который в МО АР должен был содержаться под грифом "совершенно секретно", в котором содержится доклад начальника генштаба МО генерал-полковника Наджмаддина Садыкова, другому генерал-полковнику (пока маршала в стране нет, но это пока), на этот раз министру обороны Закиру Гасанову, о более чем 500 только погибших с азербайджанской стороны в результате апрельской авантюры.
И ещё... Несколько месяцев тому назад, в разных воинских частях были арестованы десятки военнослужащих, большинство из которых - офицеры младшего звена, сержанты, а также солдаты срочной службы. Обвиняются они в работе на армянские спецслужбы. Нескольких из них уже убили под пытками, без суда и следствия, и похоронили, даже не информировав семью и близких. Теперь рассмотрим версии насчёт происходящего.
Первое, страна пришла в неуправляемое положение, во власти и всех структурах начались разборки всех против всех. Власти полностью израсходовали кредит доверия, как внутри страны, так и во внешних взаимоотношениях, и мировые центры силы начали дёргать за верёвки, что прослеживается во всей жизнедеятельности внутри страны, и все агенты, то есть все властные группировки перешли в действие, так как каждая внутривластная группировка завязана на какой-то внешний центр силы. Второе, региональные акторы дают новые месажи официальному Баку, что они ведут себя неправильно, играя на стороне не региональных держав, наверное другой язык в Баку просто перестали понимать.
Тут следует отметить ещё два момента... Во-первых, данная воинская часть находится поблизости военного аэродрома Ситалчай, которую по некоторым информациям модернизировали израильские специалисты, которые получили право использовать его в своих нуждах, когда понадобится. И на территории Хызинского района (вторая находится в Лерике), находится одна из двух РЛС, которые установили американцы, для слежения за российскими и иранскими территориями.
Во-вторых, после того, как болгарские хакеры сломали электронную почту азербайджанского посольства в Софии, из документов которого стало известно, что азербайджанская авиакомпания Silk Way участвует в снабжение оружием террористов в Ираке и Сирии, а министерство оборонной промышленности производило намного больше оружия, чем нуждаются азербайджанские силовые структуры, и в первую очередь пуль разного калибра, автоматов, пистолетов, миномётов, гранатомётов, и их запалов, ракет близкого радиуса действий и их систем. А свои многомиллионные сделки продажи этих видов вооружения за рубеж, не указывая точные адресаты, называли арабские страны. Весьма возможно, за такую опасную игру начала приходить кара со стороны стран борющихся с международным ваххабитским терроризмом, не на словах, а на деле.
Третье, нахичеванский клан, во главе с Рамизом Мехтиевым, решил так наказать министра оборонной промышленности Явера Джамалова, который, как некоторые другие министры, решил переметнуться в стан Пашаевых, возглавляемую первой леди, и заодно первым вице-президентом страны, главой фонда Гейдара Алиева, послом доброй воли UNESCO и ISESCO, депутатом парламента (такой орган тоже существует), лауреатом ордена "Французского легиона", и многих других орденов и медалей, и тому подобное Мехрибан ханум Алиевой (в девичестве Пашаевой).
Четвёртое, в вооружённых силах продолжаются разборки между протурецким генералитетом, лидером которых является сам министр обороны, без пяти минут маршал Закир Гасанов, и так называемым пророссийским генералитетом, атаманом которых является маршал Наджмеддин Садыков.
Пятое, министерство оборонной промышленности действительно выпускает и покупает зарубежом некачественное оружие, и договорившись с МО, возможно с другими высшими чиновниками тоже, воруют бюджетные деньги, а потом таким образом скрывают свои преступления.
Шестое, о чём страшно даже думать: всё это является делом рук агентов армянской военной разведки. Ведь, если они смогли прибрать к рукам десятки человек из младшего офицерского состава, разумеется, что такие имеются и в высших эшелонах армии, которые могут устраивать диверсии и в тылу. Коварные армяне, для отвода глаз, в тот же день и час подожгли отходы в своем "Наирите". И это только верхушка айсберга. Куда он заплывёт, знает только Всевышний, а нам остаётся ждать новых арестов, грызни за власть, сброса грязных компроматов, взрывов и убийств.

iarex.ru

İki qol arasında vətəndaşam, ustad!

Ümid Nəccari

(Müəllimim Professor Ədalət Tahirzadəyə məktub)

Gözümüz aydın, ustad!
Universitetdəki pillələrlə sevgili olduq.
Qırx beş milyon ayağımdır bu pillələrdə,
Düşündükcə qırx beş yaş qocalıram...
Biləklərimdəki bilərziklərin cavabını soruşmağa gəldim.
...kürəyimdəki yaralar yenə ağrıdır, ustad.
Qamçıları kəs ki, keçməsin insanıq fənnini,
keçməsin yuxularımdan işigəncə qatarı...
Neçənci kursda keçəcəyik ağrı fənnini,
görəcəyik Təbrizin Ərkini...?!
...daha kəsilməyə canım da yoxdur
Dilim kəsik-kəsikdir, ustad!
De, getsin yuxularımdan
Yenə o kişi məni gözü bağlı soraqlayır.
Onun çiyninə taxılan ulduzlar gecələrimi qaraldır...
Yuxularımda qaranlıq otaq,
qaranlıq otaqdasa yenə özümü görürəm,
yenə pəncərələr daralır divarların qucağında...

Daha dilim danışmır gərçəkləri,
biləklərim sıxılır.
Utanıram dilimdən...
Adım Ümiddir, yoxsa Umud ?!
Öyrətsən də
içimdə Umud məzarlığı var.
Tələbə biletimin gözlərini bağlayıb güllələdilər,
asdılar bioqrafiyamı,
bəlkə yorulsun ayaqlarım,
söz tapa bilməyəm yazmağa...
Səməd əminin məzarı üstə kitabım necə kəpənəyə döndüyünü soruşma!
Özüm burda olsam da, kölgəmi basdırdim İmamiyyə qəbristanında.

Gözümüz aydın, ustad!
Universitetdeki pillələrlə sevgili olduq...
Gündə danışıram əzablarımı pillələrə.
Pillələri çıxarkən özümdən çıxıram,
Axı ağırlığım boyda daşam bu yaşımda.
İki qol arasında vətəndaşam, ustad!
Sözlərim zindanda qocalır...
Anama görə bütün şeirlərimin qanadları bağlıdı...