Страницы

12.06.2018

Elşad İskəndərov:
-Gah Əhli-beyt irsinə, gah Şah ismayıl şəxisyyətinə, gah Babəkə dil uzadan, gah Qərb, gah Feto, gah müxalifət maşalığını edən birisinin mənim fəaliyyətimi öz aləmində ittiham etməsi vicdan və əxlaqdan kənar yanaşmadan başqa bir şey deyil. Mən Qəzənfəroğlunu alçalda biləcək, onun qaranlıq və yaralı keçmişinə, onu yetişdirən xarici qum və dibçəklərə, özü də faktlarla, nəzər salmaq istəməzdim – ilk növbədə buna elə onun bəyənmədiyi etiqadım izin vermir. Amma çəkinən o adam olmalıdır ki, əqidəsini və liderini “siyasi zərurətə” görə dəyişə. Şükürlər olsun nə əqidəmi dəyişmişəm, nə də xarici qumlarda yetişənləri yanıma salıb şübhəli xarici turnelərə çıxmamışam. Nə 2013-cü il prezident seçkiləri öncəsi dindarları dağıdıcı müxalifətin yanına çəkmək istəyən radıkallarla açıq müstəvidə qarşıdurma zamanı çəkinməmişəm, nə məscidlərimizi təkfirçilərin işğalından təmizlərkən onların təhdidlərindən qorxmamışam, nə də FETO-nun qaralama və mənəvi terror kampaniyası ilə üzləşəndə mövqeyimdən dönməmişəm. İndi bunların hamısına müxtəlif zamanlarda sözcülük və maşalıq etmış birisindənmi çəkinəcəm?

Комментариев нет:

Отправить комментарий