23.12.2011

Əzizim


Səhər

Bir ruh nə qədər sıxılar,
bir bədəndə, əzizim.
bilsən nə qəribsəmişəm
bu vətəndə, əzizim.

Cana doydum yalanlardan,
bu ləkəli kurallardan.
cıxdim getdim buralardan
hər gedənlə, əzizim.

Tanrım, sənmi belə dedin,
mənmi belə istədim,
ömrü boyu yol gözlədim
küsdüm səndən, əzizim.

Susqundum, süstdüm, bilirəm,
nələrə dözdüm, bilirəm,
mən səndən küsdüm, bilirəm,
sən də məndən, əzizim.

Комментариев нет:

Отправить комментарий