21.06.2012

MKİ AGENTLƏRİ SURİYALI QİYAMÇILARA SİLAH PAYLAYIR

The New York Times-ın verdiyi məlumata görə, xüsusi xidmət zabitləri artıq bir neçə həftədir ki, Türkiyə ilə Suriyanın sərhəddindədirlər


Rusiyanı Suriyaya silah göndərməkdə ittiham edən ABŞ-ın elə özü silahlı münaqişədə iştirak edirmiş. Belə ki,  The New York Times-ın Amerikalı məmurlara və Türkiyənin cənubunda  ərəb xüsusi xidmət orqanlarınndan olan qaynağa istinadən verdiyi məlumata görə, Suriya ilə sərhəddin yaxınlığında qiyamçılara  gizli şəkildə silah paylamaqla məşğul olan Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları var.
Xüsusi xidmət zabitləri  artıq bir neçə həftədir ki, sərhəddədirlər.
Qeyd edək ki, müxtəlif növ avtomat, qumbaraatan, döyüş sursatlarının, tankəleyhinə silahların Suriyaya Türkiyədən vasitəçilər şəbəkəsi ilə göndərildiyi və bütün bunların Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər tərəfindən ödənildiyi artıq sirr deyil.

Комментариев нет:

Отправить комментарий