21.06.2012

Rus fahişələr türk ordusunun məxfi sənədlərini necə oğurladılar?

Türkiyənin "Yeni Akit" qəzeti hərbi cəsusluq və fahişə şəbəkəsinin istintaqına başlanmasına səbəb olan görüntülər yayımlayıb.


Publika.Az-ın məlumatına görə, hərbi cəsusluq ittihamı çərçivəsində keçirilən əməliyyat zamanı may və iyun ayında 51 nəfər saxlanılıb. Onlardan 12-si həbs olunub, qalanları isə ölkə xaricinə çıxmamaq şərtilə sərbəst buraxılıblar.
Ortaya atılan iddialara görə, hərbi cəsusluqla məşğul olan şəbəkə xarici ölkələrdən gələn fahişələrdən istifadə edərək, hərbi məlumatları ələ keçirirmişlər.
"Yeni Akit" qəzeti bəzi türk əsgərlərinin fahişələrlə çəkilmiş fotolarını yayımlayıb. Fotolarda aralarında zabitlər olmaqla bir neçə hərbçi hərbi təyyarələrdə fahişəni qucağına alarkən, otel və hərbi kazarmalarda fahişələrlə əylənərkən görüntüləniblər.
Yüzlərlə kosmik sirri və gizli məlumatları ələ keçirən "cəsus fahişələr"in Türkiyədən çıxdıqları bildirilir.
Türkiyə Hava, Jandarma, Dəniz, Xüsusi Təyinatlı qüvvələrində aparılan araşdırmadan sonra bir çox kriptoqram və hərbi planların ələ keçirildiyi bildirilib.

Комментариев нет:

Отправить комментарий