13.10.2012

Payız e-notları

Aydın Xan Əbilov

(Qardaşım Ilqar Orucov üçün)

Dostunuzu sındırmayın -
öləndə, tabutunuzun altına
içində hönkürərək çiyin versin...

Sevgilinizi incitməyin -
şər qarışanda, siz olmayanda,
ruhunuza acı bir dua edən qalsın...

Doğmanızı yandırmayın -
getmiş olsanız, əgər qəfildən,
Qoy xatirənizə elə hey yansın...


Düşməninizi öldürməyin -
yoxluğunuza qoy heç olmasa,
bircə nəfər olsa da, barı sevinsin...

Mərhəmətinizi söndürməyin -
yaralarına məlhəm olanlar indi,
əbədi getməyinə kədərlənsin...

Əməllərinizə diqqət verin -
O dünyadaykən siz, onlar
xoş xatirənizi rövnəqləndirsin...

Məhəbbətinizi paylaşın -
sizdən sonrakı ruhi boşluğunuzu,
doldursun heç olmasa, ruhən dirilin...

Sözlərinizi sonacan yazın -
varlığınız xoş kəlamlara dönsün,
hər oxuyançün bir ölüb, min doğulun...

Комментариев нет:

Отправить комментарий