09.12.2012

Bir çarə desin

Vüsal HİCRANOĞLU

Görəsən dərdimi kim ol güli-rüxsarə desin,
Canı tənimdən alan mah üzlü dildarə desin.

Qaş kaman, kirpiyi ox çəkibdir eşqin yayını,
Naz, qəmzəsiylə vurubdu qəlbə min yarə desin.

Göz gördü, sevdi könül, tərk edə bilməz əsla,
Mən çarə tapammıram varmıdı bir çarə desin?

Məcnun, Kərəmlə, Qərib yanımda əfsanə olub,
Gəldiyi qərarın heç olmasa aşkarə desin.


Güllərin hər iztirabından bülbül hali olar,
Zənn eyləyə bilmirəm dərdini gül xarə desin.

Vüsala kömək olmadı  yer üzündə bəndələr,
İndi üz tutub dərdini pərvərdigarə desin.

Комментариев нет:

Отправить комментарий