09.12.2012

Qidadan pampersə qədər “sonsuz problem”


Lalə Mehralı

İsrail şokoladla sonsuzluq yayır

Son 10 ildə bu mövzu mətbuatımızda tez-tez müzakirə obyektinə çevrilir. Bəzi mütəxəssislər sonsuzluğu ekologiya ilə əlaqələndirir, bəziləri bunun qidalar sayəsində yayıldığını deyir, bəziləri isə uşaq bezlərinin təhlükəsindən danışır, bir qisim ekspert də ayaqüstü kafelərdə təklif olunan qidaların və içkilərin sonsuzluğa səbəb olduğunu deyir.
Səbəblər bir deyil hər halda. Çoxdur...


Uşaq bezindəki təhlükə

Əgər siz bir əczaxanada cəmi 10 dəqiqə müşahidə aparsanız, nə qədər uşaq bezi - pampers satıldığına şahid olarsınız. Amma pampers heç bir istifadəçisi ömründə bir dəfə bu bezin necə, nədən hazırlanması barədə maraqlanmayıb. Maraqlansa və istifadə edilmiş bezi kəsib içinə baxsa, orda maye ilə islanandan sora yaranmış kiçik kristallara bənzər kütləni də görər və özünə sual verərdi: “Bu niyə belə olur?”
Ölkənin baş pediatrı bütün müsahibələrində pampersə qarşı olduğunu deyir. Nəsib Quliyevlə söhbətimiz əsnasında bütün növ pamperslərin - uşaq bezlərinin sonsuzluq yarada biləcəyini istisna etmədi: “Bir həkim olaraq heç vaxt valideynlərin uşaqlarına pampers geyindirməsinin tərəfdarı olmamışam. Ona görə ki, hazır uşaq bezləri sintetik məhsullardan hazırlanıb. Pambıqdan hazırlansaydı, zərər verməzdi. Pampers uşaqlarda sonsuzluq yarada bilər. Allergiyaya da səbəb olur. Təbii prosesi əngəlləyir, ifrazat bədəndən xaric olunursa, deməli, uzaqlaşdırılmalıdır. Amma bezin içində saatlarla sidiklə təmas edən dəri uşağı narahat qoyur. Bu bezlər haqqında yaxşı nəsə deyə bilmərəm, sonsuzluq yaratması da istisna edilmir. Bizim televiziyalarda isə pul naminə hər zərərli məhsulu reklam edirlər, valideyn də aldanır”.
Baş pediatr süni uşaq qidalarının da sonsuzluq yarada biləcəyi ehtimalını təsdiqlədi: “Adından da məlumdur, “süni uşaq qidası”. Süni olan bir şey uşaq orqanizminə zərərdən başqa nə verə bilər? Əgər hansısa ana övladına bu qidalardan verirsə, olduqca böyük risk edir. Süni qidalar tək sonsuzluq yox, çoxsaylı xəstəliklər yaradır”.

Qadınlar geyimlərindəki təhlükədən xəbərsizdir

Ekspertlər deyir ki, qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyyət almasına, bunun nəticəsində də rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına səbəb olur. Ginekoloq Könül Qarayeva bildirdi ki, bu cür geyim mütəmadi geyilərsə, rəhm və yumurtalıq xərçəngi də yarana bilər: “Daha təhlükəlisi isə neylon və sintetikadan ibarət kapron corablardır. Gün ərzində soyuq havada bu kapron corablarla gəzən qadın bütün bədəninə soyuqluq yığır, qadınlıq orqanları xəstələnir və sonsuzluğa addım-addım yaxınlaşır. Maraqlansaq görərik ki, bütün yeni evlənən qızlar müalicəsiz, iynə-dərman dəstəyi olmadan hamilə qala bilmir. Bu isə doğulacaq körpəyə zərərdir. İynə-dərmanla yetişən fabrik toyuqları kimi uşaqlar da iynə-dərmanla böyüyür”.
Həkim həmçinin dar şalvarların kişilərə yaratdığı təhlükədən də söz açdı. Bildirdi ki, bu, kişi yumurtalıqlarının bədənə daha yaxın yerdə dayanmasına səbəb olur: “Halbuki yumurtalar bədəndən daha aşağı temperaturda olmalıdır, amma dar geyim onları bədənə möhkəm sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bunun nəticəsində də sperma hüceyrələrinin hərəkətliliyi və sayı aşağı düşür. Bu, çoxdan sübut olunub, amma lider ölkələr bu cür şalvarları istehsal edib ikinci dərəcəli ölkələrə göndərir və əhalinin sonsuzlaşmasına çalışır”.
Həkim bildirdi ki, kişilər dar şalvar və dar alt paltar geydikcə sperma yollarının tıxanmasına və bu vasitə ilə sonsuzluğun yaranmasına özləri yol açır. Eyni zamanda dar geyimdə olan kişi saatlarla o geyimdə oturaq işdə işləyirsə vəziyyət daha da təhlükəli hal alır.

Energetik içkilər kişilik potensialını məhv edir

Son zamanlar energetik içkilərin tərkibi, bu içkilərin insan orqanızminə zərərləri barədə məlumatlar yayılır. Hətta bir neçə ay Avropa ölkələrindən birində bir gündə iki şüşə energetik içki içən gənc qızın ölməsi də bu içkilərin istehlakını azaltmadı. Daha çox gənc nəslin istehlak etdiyi bu içkilər uşaqlara, hamilə qadınlara və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara qadağan edilir. Səbəbi çox sadədir - onun verdiyi süni enerji çox hallarda fəsadla müşayiət olunur.
Energetik içkilərin tərkibində “taurin” adlı maddə olur. Bu maddə isə ürək fəaliyyətini gücləndirir, gücə düşən orqan qəfil dayanır. Energetik içkinin tərkibindəki qlükoza və kofein gənc orqanizmə olduqca zərərdır. Energetik içkilərin zərəri barədə nəinki bir qəzet səhifəsi, hətta elmi monoqrafiya belə yazmaq olar.
Qısaca qeyd edək ki, Fransa və Filippində, Norveç və Danimarka kimi ölkələrdə energetik içkinin satışına qadağa qoyulub. Çünki bu ölkələrin elmi-tədqiqat institutlarında  energetik içkilərin sonsuzluğa və allergik xəstəliklərə səbəb olması barədə tutarlı tədqiqatlara imza atılıb. Almaniyada isə ümumiyyətlə, energetik içkilərin istehsalı yasaqdır.

“Cola” potensial sperma qatilidir

Bir müddət əvvəl Danimarkada yerli alimlər 2 min oğlan üzərində araşdırma aparmışdılar. Məlum olmuşdu ki,  gündəlik 1 litr “cola” içən oğlanlarda bu içkidən istifadə etməyənlərlə müqayisədə spermanın keyfiyyəti 30% aşağı olur.
Həmçinin Qərb ölkələrinin birləşmiş həkimlər qrupu da bir neçə il boyunca məşhur içkilərin, eyni zamanda “coca-cola”nın sonsuzluq yaratması faktını araşdırıblar. Təbii ki, araşdırmaların nəticələri elə də ürəkaçan olmayıb. Məlum olub ki, uzun müddət kola qəbulu kişilərdə və qadınlarda sonsuzluqla nəticələnir. Buna səbəb içkinin hazırlanmasında istifadə edilən “kola qozu” verir.
Məlumat üçün qeyd edək ki, keçmişdə bu qoz yalnız Amerikada bitirdi və onu hindu döyüşçülərə məcburi çeynədirdilər. Çünki əsgər cinsi istəyinin ardınca gedərək ordudan yayına bilərdi. Bu qozdan hazırda bəzi ölkələrin ordusunda əsgərlərə gizli şəkildə yedirilir. “Coca-cola”nın tərkibinə əlavə edilən bu məhsul da məhz cinsi zəifliyə, dolayısı ilə sonsuzluğa gətirir.

İsrail şokoladla sonsuzluq yayır

1980-ci illərdə Orta Şərqdə qızğın mübahisə doğurmuş bir mövzu var idi. Hətta buna “sui-qəsd nəzəriyyəsi” adı da vermişdilər. Həmin nəzəriyyəyə görə, İsrail hökuməti gizli laboratoriyalarda tərkibində bol miqdarda “progesteron” (aybaşı dövrünə nəzarət edən hormon) ehtiva edən şokolad hazırlayır və bu şokoladları fələstinli gənclərə yedirirlər. Hədəf xüsusilə gənc qızlar idi. Onların doğuş qabiliyyətlərinin azalmasına - sonsuzluğa səbəb olan şokoladlar qızların diqqətini çəksin deyə xüsusi dizayn edilirdi.
Fələstin hakimiyyəti ölkə xaricində bu şokaladların olmadığını biləndə analiz etmək və tərkibini öyrənmək qərarına gəlir. Məlum olur ki, fələstinlilərin artmasına qarşı yönəlmiş bir addımdır...
 
“McDonalds” bütün dünyaya sonsuzluq “bəxş edir”

“McDonalds”ın bütün qidaları insan orqanizminə ziyan vurduğu söylənilir. Təhlükəli maddələrdən ibarət yağda qızardılmış GMO-lu kartof, sıçan geni vurulmuş tərəvəz və göyərtilər, kişilik potensialını məhv edən içkilər insan orqanizminin ən böyük düşməni olmaqla yanaşı Amerika büdcəsinin ən yaxın dəstəkçisidir.
Çünki dünya ölkələrində məhz bu geni dəyişdirilmiş qidalar sayəsində milyonlarla insan xəstəliyə tutulur, dolayısı ilə dünya əhalisi azalır, dərman biznesi çiçəklənir. “McDonalds”ın yeməklərinin sonsuzluq, piylənmə, allergik xəstəliklər yayması məsələsi bütün dünya ölkələrinin mətbuatında olduqca çox yazılan və müzakirə edilən mövzudur.
Qeyd edək ki, “tez-bazar” hazırlanan qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qarışıq maddələr bədənin müqavimətini zəiflədir. Bir neçə ay əvvəl alman mütəxəssislərin apardığı araşdırmada müxtəlif həyat tərzi yaşayan 99 kişi iştirak edib. Nəticədə məlum olub ki, 1 həftə ərzində 3-4 dəfə “fast-food”la qidalanan kişilərin 42 faizinin spermatozoidinin tərkibi digər normal qidalanan kişilərə nisbətən dəfələrlə zəifdir.

Texnologiya da sonsuzluğa səbəb olur

Bir neçə ay öncə Nyu-York uroloqları yaşı 21-35 arasında olan kişilər üzərində eksperiment aparıblar. Onlar1 saat ərzində dizlərinin üzərində noutbuk qoyaraq işləməli olublar. Sonradan aparılan analiz kişilərin hamısında nəsil artırmaq imkanlarının azaldığını göstərib. Alimlər müəyyənləşdirib ki, bu, noutbukdan yayılan isti ilə əlaqədardır. Onlar kişilərə dizlərinin üzərində kompyuteri 11 dəqiqədən artıq saxlamamağı məsləhət bilir.
Həmçinin Argentinada aparılmış araşdırma naqilsiz internetin kişilərdə sonsuzluq yaratdığını ortaya çıxarıb. Tədqiqatçılar Wi-Fi istifadəçisi olan kişilərdə cinsi problemlərin meydana çıxdığını bildirirlər. Xüsusilə onların spermatozoidlərinin keyfiyyəti xeyli azalır.
Eyni zamanda mikrodalğalı sobalarda isidilən yeməklər də sonsuzluq yarada bilir. Belə sobalar yüksək nisbətdə radiasiya göndərərək qida atomlarını sürətləndirir və isinmələrini təmin edir. Bu sobanın içindəki qidaya göndərdiyi radiasiya, bir “WI-FI” şəbəkəsindəki radiasiya sıxlığının təxminən 100.000 dəfə artıqdır və dolayısı ilə sonsuzluq yaratması riski də bir o qədər  çoxdur.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий