16.12.2012

Gətirdi

Laçın Məmişov

Bu yalan dünyada doğru danışmaq
Adəm övladına hey qal gətirdi
Şirin yalanları həzm eyləyənə
Həqiqət pərişan halın gətirdi

Dövran çox dəyişib, məşhər yetişib
Göylə yerin üzü sanki bitişib
Haqqdan həqiqət aşiqi tutuşub
Qara duvağ, matəm şalın gətirdi

Gözlərdə var kədər, qaşlar çatılıb
Dünən meydandakı, bu gün satılıb
İgidlər vurulub, ərlər atılıb
Firdovsi Rüstəmi Zalın gətirdı


Məddahlar ordusu, ozan şairi
İçi qurdlu, gül çiçəkdir zahiri
Gecə gündüz mədh eyləyir kafiri
İblisdən, şeytan misalın gətirdi

Xoş günü görmüşük daim röyada
Söz verib şahımız, balıq dəryada
Alıb atımızı, qoyub piyada
Yaltağa döyumluq yalın gətirdi

Doğma yurd-yuvası düşmən əlində
Vartan at oynadır onun elində
Qaçqınam kəlməsi bitib dilində
Dəmləşib, muğam vüsalın gətirdi

Cahan zülmət oldu, xəyalım nurlu
Ləl bilib gəlmişdim qoy deyim doğru
İşıqda açanda dom-dolu ovucu
Laçın gördü daşın salın gətirdi

Комментариев нет:

Отправить комментарий