16.12.2012

Qərib

Omid Nəccari

qərib olsanda bu diyarda, ey tanış
uçan durnalardan mavi göydən sən danış
bu şəhər zindan olub yorgun qəribə
gözləyir ölümü xəbər gətirə

nəfəsindən gecələr söz tökülər
səhər olsa yanaqından yaş süzülər
ulduzlar zindanıvın çiraqıdır
ay doğanda sevgilin fəraqıdır

bu topraq ayax qabıvın canına yatmaz
vətənin bir dəyqəsin heç yana satmaz
göylün istəyir qayalari, o daği
maral baxışlı zaliim, O yarı


təkcə yardımıni tanrıdan istə
isti röyaların buzların üstə
şairin fikrindən çıxmısan sən
qurbeti hiss edər, hər an, hər dəm

Omid halını qələmiylə təmsil edənməz
üzüvün gülmeyini Nuh da görenməz!

Комментариев нет:

Отправить комментарий