Vüqar Bayramov 1983-cü ilin yanvar ayının 12-də anadan olub. Uşaq yaşlarından şeirə ədəbiyyata saz-söz sənətinə vurğun olub. Bir neçə qəzet və jurnallarda,, həmçinin online qəzetlərdə şeirləri dərc olunur.
Görərsən
Söndürmə gözümdə yanan alovu,
Bir gün ulduzumu sönən görərsən.
Sənin həyatında günəş doğanda,
Mənim taleyimi dönən görərsən.
Büsatın xoş olar öz ünvanında,
Xatirəm dolanar dörd bir yanında.
Tərs dönən bəxtimin nərdivanında,
Məni pillə-pillə enən görərsən.
Mənli günlərinin qoxusu itməz,
Şirin xəyalların yuxusu bitməz.
Yoxluğun əcaib qorxusu getməz,
Hər şeyi tər – təzə, dünən görərsən.
Hicran səhnəsinin, sal pərdəsini,
Endir birdəfəlik al pərdəsini,
Sən könül sazımın lal pərdəsini,
Həsrətdən, hicrandan dinən görərsən.
Bəyənməmisən
Mənim sənə olan məhəbbətimi,
Şam kimi əriyən dəyanətimi,
Yazdığım şerimi, şeriyyətimi,
Gözümün içinə deyənməmisən,
Deyəsən şerimi bəyənməmisən.
Ələ qələm aldım sözün eşqinə,
Yaşadım, yaratdım düzün eşqinə,
Yandım bulaq kimi gözün eşqinə,
Demə ki, qəddimi əyənməmisən
Deyəsən şerimi bəyənməmisən.
Mən şair deyiləm kitablar yazam,
Münəccim deyiləm yuxular yozam,
Sənin həsrətinə köklənmiş sazam,
Hələ də qapımı döyənməmisən,
Deyəsən şerimi bəyənməmisən.
Sevərsənmi
Desəm sənsiz dözmür ürək
Sən, inana bilərsənmi?
Mən səninçün ölüm gərək,
Onda məni sevərsənmi?
Görsən yoxdur sənsiz halım,
Tək sən olsan arzularım,
Desəm, gülüm, qadan alım,
Öz dünyama gələrsənmi?
Dəniztək coşub çağlasam,
Mən sənə ümüd bağlasam,
Səndən ötrü çox ağlasam,
Göz yaşımı silərsənmi?
Eşqin sinəmi dağlayıb,
Gülüm, yaramı bağlayıb,
Mən ağlayanda ağlayıb,
Mən güləndə, gülərsənmi?
Körpəmiz olsa qolunda,
Dünya olsa sağ solunda,
Ölüm olsa eşq yolunda,
Sevgin üçün ölərsənmi?
Görərsən
Söndürmə gözümdə yanan alovu,
Bir gün ulduzumu sönən görərsən.
Sənin həyatında günəş doğanda,
Mənim taleyimi dönən görərsən.
Büsatın xoş olar öz ünvanında,
Xatirəm dolanar dörd bir yanında.
Tərs dönən bəxtimin nərdivanında,
Məni pillə-pillə enən görərsən.
Mənli günlərinin qoxusu itməz,
Şirin xəyalların yuxusu bitməz.
Yoxluğun əcaib qorxusu getməz,
Hər şeyi tər – təzə, dünən görərsən.
Hicran səhnəsinin, sal pərdəsini,
Endir birdəfəlik al pərdəsini,
Sən könül sazımın lal pərdəsini,
Həsrətdən, hicrandan dinən görərsən.
Bəyənməmisən
Mənim sənə olan məhəbbətimi,
Şam kimi əriyən dəyanətimi,
Yazdığım şerimi, şeriyyətimi,
Gözümün içinə deyənməmisən,
Deyəsən şerimi bəyənməmisən.
Ələ qələm aldım sözün eşqinə,
Yaşadım, yaratdım düzün eşqinə,
Yandım bulaq kimi gözün eşqinə,
Demə ki, qəddimi əyənməmisən
Deyəsən şerimi bəyənməmisən.
Mən şair deyiləm kitablar yazam,
Münəccim deyiləm yuxular yozam,
Sənin həsrətinə köklənmiş sazam,
Hələ də qapımı döyənməmisən,
Deyəsən şerimi bəyənməmisən.
Sevərsənmi
Desəm sənsiz dözmür ürək
Sən, inana bilərsənmi?
Mən səninçün ölüm gərək,
Onda məni sevərsənmi?
Görsən yoxdur sənsiz halım,
Tək sən olsan arzularım,
Desəm, gülüm, qadan alım,
Öz dünyama gələrsənmi?
Dəniztək coşub çağlasam,
Mən sənə ümüd bağlasam,
Səndən ötrü çox ağlasam,
Göz yaşımı silərsənmi?
Eşqin sinəmi dağlayıb,
Gülüm, yaramı bağlayıb,
Mən ağlayanda ağlayıb,
Mən güləndə, gülərsənmi?
Körpəmiz olsa qolunda,
Dünya olsa sağ solunda,
Ölüm olsa eşq yolunda,
Sevgin üçün ölərsənmi?
Комментариев нет:
Отправить комментарий