Qalib Şəfahət
Qışda soyuq ev kimi
Soyuq dolur içimə.
Səsim donub içimdə -
Soyuq dolur içimə.
Nə talayan, talan yox
Nə içimdə qalan yox
Içimə od salan yox,
Soyuq dolur içimə.
Ay içimə azdıran,
Min bir yana yozduran,
Qızınmadım qızdıram -
Soyuq dolur içimə.
Qalmağa bir kəsi yox,
Kimi yox, kimsəsi yox,
Qapı pəncərəsi yox -
Soyuq dolur içimə.
Yırğalanmır beşiyim,
Çəkən yoxdu keşiyim,
Yiyəsiz ev-eşiyim -
Soyuq dolur içimə.
Qışda soyuq ev kimi
Soyuq dolur içimə.
Səsim donub içimdə -
Soyuq dolur içimə.
Nə talayan, talan yox
Nə içimdə qalan yox
Içimə od salan yox,
Soyuq dolur içimə.
Ay içimə azdıran,
Min bir yana yozduran,
Qızınmadım qızdıram -
Soyuq dolur içimə.
Qalmağa bir kəsi yox,
Kimi yox, kimsəsi yox,
Qapı pəncərəsi yox -
Soyuq dolur içimə.
Yırğalanmır beşiyim,
Çəkən yoxdu keşiyim,
Yiyəsiz ev-eşiyim -
Soyuq dolur içimə.
Комментариев нет:
Отправить комментарий