15.03.2013

Həyata şikayət


Aqşin Rafiqoğlu

Gətirmir həyatda, biçarə bəxtim,
Gətirmir nədənsə, gətirmir inan,
Hələ heç bir təbib, nə də bir həkim,
Tapmayıb bu dərdə, çarə heç zaman.

Bəxtsiz doğulmuşam qoca dünyaya,

Sanki sınaqlarçün doğubdur anam,
Çayları qurutdum, düz yolum qaya,
Mən işi daşlardan keçən insanam.

Peşmanam əlimi bir işə vuram,

Dərhal puça dönür işim həmin an,
Peşmanam arzular, istəklər quram,
Qurub – yaratmağa tapmıram imkan.


Yoruldum inanıb, mən aldanmaqdan,
Hər kəsin yalançı, şirin sözünə,
Ayıra bilmədim yalanı haqdan,
Baxmadım həyatın mən dik üzünə.

Qırılıb ümüdim, tükənib səbrim,

Məni cavan çağı həyat sındırıb,
Bircə o qalıbdır, qazılsın qəbrim,
Artıq sabahıma ümüdi qırıb.

Bilmirəm heç kimə, şikayət edim,

Mən bəxtsiz, uğursuz bu taleyimdən,
Başımı götürüb mən hara gedim,
Bu fani dünyanın, yalan dilindən.

Bir ümid qalıbdır, təkcə Allaha,

Bəlkə ulu tanrım, iman yetirə,
Artıq imanımda, qalmayıb daha,
Bəlkə mən kafiri, dinə gətirə.

Bəlkə İlahimin yazığı gələ,

Bəxt ulduzlarımı səpələr yola,
Bəxtimə bir azca, ruzi ələyə,
Bəlkə şikayətim, onda azala.

Комментариев нет:

Отправить комментарий