16.03.2013

Budur bu mən, bu da ki qəm

Nuray Nur

Qaçıb yenə yuxularım,
Fikirlərim darmadağın.
Viran qalmış şəhər! kimi,
Pərən düşüb ümidimdən arzularım.
Gözümdə yaş, üzümdə qəm,
ara-ara hönkürürəm.
Ayaqlarım sürüklənir,
Bilmirəm hara gedirəm.
Elə bil ki, boşdu həyat
Səslənsəm olmaz hay verən.
Elə bil dayanıb ürək,
səssizliyimdən hürkürəm.
Danışıram səs qırılır,
Qəhər mənə vermir aman.

Bədənimdə ruh yorulur,
az qalır qoşulub ona
özümdən baş alıb qaçam.
Əriyirəm yavaş-yavaş,
damcılanıb tökülürəm.
Gücüm çatmır edəm savaş,
Qəmə məğlub diz çökürəm.
Budur bu mən, bu da ki, qəm,
Onun əlində əsirəm.

Комментариев нет:

Отправить комментарий