Qələmini xəncər edib düşmənlərin bağrına sancan, haqqın dili olub həqiqətləri söyləyən, maneələrindən çəkinməyən, bu yolda ölümdən belə qorxmayan yeni dövrün söz sənətkarı Dədəkişi Solğun haqqında
Haqq ölmədiyi kimi, Dədəkişi Solğun poeziyası da həmişətəravətli, həmişəmüasir, həmişədiri qalacaq
Böyük mütəfəkkir Mənsur Həllac edam olunarkən Allaha müraciətlə demişdi: “Mənə əyan etdiklərini onlara göstərsəydin, etdiklərini etməzdilər. Sən onlardan gizlətdiklərini məndən də gizlətsəydin mübtəla olduğum bu bəlaya düşməzdim”. Bu, Allah tərəfindən həqiqət yükünü bu dünyada daşımağa məmur olan bir aşiqin sözləridir.
Həqiqət bir ağır yükdür ki, onu daşımaq şərəfi yalnız seçilmiş bəndələrə nəsib olur. Onlar Yer üzündə haqq-ədalət bərqərar olacaq günə qədər sadiq aşiqlərə və vəfalı əsgərlərə çevrilirlər. Belə sadiqlərdən və mübarizlərdən biri də qələmini əlində xəncər edib düşmənlərin bağrına sancan, haqqın dili olub həqiqətləri söyləyən, bu yolun maneələrindən çəkinməyən, bu yolda ölümdən belə qorxmayan yeni dövrün söz sənətkarı Dədəkişi Solğundur. O Dədəkişi ki zəmanəmizin Sabiri missiyasını üzərinə götürüb, mücahid bir yazar kimi tanınmaqdadır. Ölkəmizi işğal edənlərə qarşı etiraz səsini ucaldır, vətənimizin sərvətlərini çapıb-talayanlara “Bəsdirin!” hayqırır.
Ədəbiyyat tariximizin hər hansı bir dövründə yaşayan şairlərin poetik nümunələrini oxuyub onların hansının daha yaxşı yazdığını ayırd etmək o qədər də çətin olmur. Son yüz il istisnadır. Bir yandan şair və yazıçıların çoxluğu, bir yandan da informasiya bolluğu bu istiqamətdə həqiqəti üzə çıxarmağa xüsusi peşəkar hazırlıq tələb edir. Ancaq bununla yanaşı, yaşadığımız dövrün bir özəlliyi vardır ki, burada yazdıqları ilə əməlləri üst-üstə düşən, mənəviyyatı saf olan çox az qələm sahibinə rast gəlmək olur. Bizim cəmiyyətdə barmaqla sayıla biləcək qədər olan bu “mogikan”ları arayıb tapmaq olduqca çətindir. Dədəkişi Solğunu da məhz həmin “mogikan”lardan biri saymaq olar.
“Ey ki, sultan olmaq istərsən, fəqir ol kim, fəqir,/ Kim ki, sultan oldu, dərviş olmadı, sultan deyil”. 14-cü əsrdə Nəsiminin dilindən qopan bu misralar 600 il tarix yaşayıb gah Seyid Əzim qəzəlində, gah da Sabir satirasında təzahür etdi. 100 ildən sonra isə həmin ruh Dədəkişi Solğun yaradıcılığında bir daha canlandı. Dədəkişi Solğunun da taleyinə fəqirlik yolu yazıldı, sadə yaşasa da məna aləmində kaşanələr ucaltdı.
Bir sənətkar üçün ən böyük xoşbəxtlik- içində olan istedadları harmonik halda bir məqsəd üzərində toplaya bilmək və işləmək istədiyi mövzunu, formanı tapmaqdan keçir. Dədəkişi Solğuna bu xoşbəxtlik satirada qismət olub. Məhz satirada Dədəkişinin hərtərəfli müşahidəçi, dövrünün kəskin tənqidçisi və istehzalı şair obrazları qardaşca bir yerə toplanıb. Dədəkişi kimi kasıbçılığın sərt sifətini görmüş, xalqın xoşbəxt gələcəyinə ümidini tamam itirmiş, yadelli işğalçıların xalqı əzməsini qəzəblə seyr edən birisinin ürəyi, ağrı-acını özünə hopduran süngər kimi olur. O İudanın qoy xalqa qarşı bütün növ qeyri-insani davranışlarının necə bir ədalətsizlik və məkrlə dolu olduğunu müşahidə etmiş, bəzən qəzəbdən və içində boğulub qalmış bağırtıdan dodaqları titrəmişdir. Digər tərəfdən o ruhunun dərinliklərində əsla bir qiyamçı, dirənən, etirazçı şəxsiyyət olmayıb, həlim və neytral təbiəti ilə özünə yaratdığı ədəbi obraz heç cür uzlaşmamışdır. Sadəcə xalqın qanına susamış İudanın təcavüzünü durdurmaq arsuzu onu lirik ədəbiyyatdan satira sahəsinə gətirmişdir.
Onun şeirlərini oxuyanda tüklərin biz-biz olur. Nə qədər güclü millətçilik ruhu hakimdur onun təbiətinə, nə qədər böyük vətənpərvər ürəyə malikdir bu insan, sözlə ifadə etmək çətindir! Cahillərə gülür, onları özləri-özlərinə gülməyi məcbur edəndə isə özü onların halına acıyır. Hər kəlməsinin arxasında bir təəssüf hissi də gizlənir.
Dədəkişi şeiri həmişəmi nikbindir? Bəzən hissə qapılıb bədbinləşir, neqativ hallar onu ağrıdır. Günahsız insanlara zülm edən, onların haqlarını pozan, öz həddini aşan hər bir azğına mesaj göndərir. O demək istəyir ki, insan törətdiyi hər bir əməlin mükafatını elə bu dünyada alır. Ən doğru yol hidayət yolu- Haqq yoludur. Dədəkişi gözlərini haqqın qapısına zilləyib; qapının nə vaxtsa açılacağı və oradan Sahib əz-Zəmanan enəcəyi ümidi ilə yaşayır, zühur intizarıyla alışıb yanır.
Homerin məşhur “Odisseya” əsərinin qəhrəmanı hiyləgər Odissey Troya müharibəsində iştirak etməmək üçün özünü ölülüyə vurur. Onun hiyləsini asanlıqla ifşa edirlər. Odisseyin körpə uşağını kotanla şumlayıb keçəcəyi yolun ustünə qoyurlar. “Uşağını tanıyıb götürsə, deməli dəli deyildir”- deyirlər. Odissey uşağa çatanda onu qaldırıb kənara qoyur. Beləliklə onun dəli olmadığı aydınlaşır. Bu isə bir zərurət idi. Odissey Troya müharibəsinə getməli, məşhur Troya atını düzəltməli idi. Deməli, Troya şəhərinin taleyi qabaqcadan həll olunubmuş.
Dədəkişinin də taleyi qabaqcadan həll olub; vətənin, millətin haqq carçısı olmaq onun alnına yazılıb. Müqəddəs, ilahi yalan adlandırırlar şeiri. Mənəvi ekologiyanın pozulduğu, milliliyimizin kəskin dəyişikliklərə məruz qoyulduğu, mənəviyyatımızın iudeylər tərəfindən deformasiyalara uğradıldığı, “təmiz çörək”, “təmiz içməli su”, “təmiz çəki” kimi sözlərin leksikamıza daxil olduğu bir dövrdə Dədəkişi kimi Allahdan ilham alan, haqqa sığınan şairlərin sözlərinə böyük ehtiyacı var. Məhz buna görə də o millətimizin saflığı və ənənəçilik uğrunda mübarizə aparır. Ana dili onun üçün məhəbbətin, nifrətin şux dili, kəskin dilidir. Bu dil heç vaxt saralıb-solmayan söz sənətinin əzəli, axarı, özülüdür.
Dədəkişi Solğun xalq yaradıcılığından qidalanır, klassiklərimiz kimi xalq deyimlərini yeni poetik biçimdə xalqın özünə qaytarır. Onun yaradıcılığında mayasını klassik ədəbiyyatdan alan onlarca şeir nümunəsinə rast gəldim. O da klassik satiriklər kimi əsərlərini münacatla başlayır, atalar sözü və məsəllərdən yerində istifadə edir.
Şeir, söz, kəlam ona görə vəzndə yüngül, çəkidə ağırdır ki, onda dövrün nəbzi döyünür, bütün zamanların əks-sədası eşidilir. Bu mənada poeziya zamanın haqq səsidir. “Zəmanə sənə bab olmasa, sən ol zəmanəyə bab” kəlamıyla qətiyyən razılaşa bilmirəm. Bu kəlamda daha çox çirkin niyyət və qəbahətlərini zamanın boynuna yükləyən bədxahlara haqq qazandırılıb. Öz axar-baxarı ilə davam edən zamanda dəyişən əsasən tamahkar və əqidəsiz insanlar olur. Bu gün böyük Sabir demiş, “şeytan insanların” mələk insanlara divan tutduğu zaman var, bir də zamana sığmayan Dədəkişi Solğun kimi haqq aşiqləri. Eşitməmiş olmazsınız, Həzrəti Əli sözüdür: Öz valideynlərindən çox yaşadıqları zamanın özünə bənzəyir övladlar. Şair Dədəkişi Solğun isə təkcə öz zamanının deyil, bütün gələcək zamanların övladıdır. Yəqin elə bu qısqanclıqdandır ki, zəmanənin rəsmiləri onun kimilərin yaradıcılığını qiymətləndirməyə səy etmirlər. O konkret bir əsrdə dünyaya gəldiyi kimi, gələcək əsrlərdə də təzə doğulanlarla yenidən dünyaya gələcək. Çünki o ölməyən haqq carçısıdır. Haqq ölmədiyi kimi, haqqın poetik təcəllası olan, insanı duyğulandıran, düşündürən, təkcə doğulduğu zaman sərhədlərinə sığmayan Dədəkişi Solğun poeziyası da həmişətəravətli, solmaz, həmişərayihəli, həmişəmüasir, həmişədiri qalacaq. Mən belə düşünürəm.
Dədəkişi kimi patriot şairlərin şeirləri gənclərin milli-mənəvi tərbiyəsində böyük rol oynayır. Xüsusilə də indiki dövrdə, iudey-mason mədəniyyətinin həyatımızın müxtəlif sahələrinə kəskin nüfuz etdiyi bir dövrdə o gənclərimizi ziyanlı tendensiyalara həddən ziyadə aludə olmamağa, öz tarixi köklərimizə istinad etməyə çağırır. Yaradıcılığında nikbinliyin daha çox üstünlük təşkil etdiyi şair bizi ruhlandıraraq vətənimizin, xalqımızın xoşbəxt gələcəyinə inandırır.
İndi artıq qocalmış, yorğunlaşmış Dədəkişi Bakının ağır ab-havasından, zamənənin üstünə yaratdığı təzyiq və narahatçılıqdan qaçıb, doğulduğu rayona gəlmiş və öz kitabları üzərində işləməyə başlamışdır. Şair artıq daim gərginlikdə olan, düşüncənin ehtiraslara, ədalətin təcavüzə qurban verildiyi böyük şəhərdə özünü yad hiss edir. Öz məqsədindən qətiyyən dönməyən bir işıq mənbəyi kimi, baxış bucağına düşən hər şey işıqlandırıb oxucularına göstərməkdə davam edir. O, ruhdan düşmür, nankor dünyada belə hələ də danışmaq haqqının olduğuna inanan bir insan kimi yazıb-yaradır.
Baba Pünhan yolunun davamçısı olan şairimiz şeirləri ilə bədxislətləri islah etməyə, nəfsləri təmizləməyə çalışır, amma o da sələfləri kimi bir bəhrə görmür. Özü isə bir dünya kədər daşıyır çiyinlərində. Bir az Səttar Bəhlulzadəyə, bir az da maestro Niyaziyə bənzərliyi var. Qafqaz tipikliyinə məxsus saçlarını bəstəkar küləklər darayan Dədəkişi özünəməxsus bir məğrurluqla yaşayır bu həyatda. Taleyin oyunlarından yorğun, başının ağrısını yavaşıtmağa çalışan bir məğrurluqla. İçindən nələr keçir? Könlü hansı ümidlərə, hansı üfüqlərə yelkən açır? Kim bilir... Yaxın tariximizdəki keşməkeşli hadisələrdə gördükləri çox olmuş, yaxşısıyla pisiylə, hər situasiyadan ayrı bir ovqat almışdır Dədəkişi. Buna görə xatirəsi çoxdu. Vətənin taleyüklü anlarında daim narahatlıq keçirmiş, mübarizənin ön sıralarında olmuşdur. Ölkə müxalifətçiləri onu yaxşı tanıyırlar. Yeni nəsil üçün də onun yaxın keçmişimizlə bağlı fikirləri maraq yaratmaya bilməz. Elə biz də onun müstəqillik dönəminin fəsadları ilə bağlı açıqlamalarını daim böyük maraqla dinləyirik.
Dədəkişi Solğun sənətə tam ciddiyyəti ilə yanaşan sənətkarlardandır. O hər misrasında “haqq” deyib car çəkir, həqiqəti yazıb söz qiyaməti qoparır, yazdığı hər bir kəlməni yaşayır, sözə elə yanaşır ki özündən sonra əbədi yaşasın. Hüsamə bin Sərxan deyir ki nə qədər ki haqq aşiqləri var, bu şeirlər yazılacaq, o qədər də Dədəkişi Solğun var olacaq. Doğrudan da haqq sözü bütün dövrlərdə nə qədər sıxılsa da, heç vaxt qələmlərdən ayrılmamış və həmişə ağ vərəqlərin bəzəyinə çevrilmişdir. Elə Dədəkişini yaşadan da bu ümid və bu əminlikdir. Haqq-ədalətin bir gün zəfər çalacağı, ölkəmizin yadelli işğalçılardan təmizlənəcyi ümidi ilə...


Комментариев нет:
Отправить комментарий