13.02.2014

Gülnarə İsrafilqızı - Sübh mavi gəlinlikdə

1469921_1421339634750335_1756663543_nSübh mavi gəlinlikdə
Mənsə ulduzlu axşam
Əks olunur dodağımda
İçimdə əriyən şam.

Açılır hər yeni gün
Xəyalıma pəncərə
Göy qurşağı deyilir
Arzular doğan yerə

Qanadları bəm-bəyaz
Uçur-gedir zamanım
Qışa doğru yürüyən 
Payızdır mənim adım.

Комментариев нет:

Отправить комментарий