09.04.2014

Xəqani Aşiq - A dünya

Sehrli bir ağaca bənzəyirsən,
Mat qalmişam bəhərinə, a dünya.
Kimlər səndən bezib, getdi piyada,
kimlər mindi yəhərinə, dünya...

Sən çox "mənəm-mənəmlər" sındırmısan,
Çox yolçuya yolunu qandırmısan,
Namərdlərə sözünü dandırmısan,
Qurban olum sehirinə, a dünya...

Ayırmaqçın bizə, ağı-qaradan,
Səni imtahan eyləyib yaradan,
Gecə gəlir, səhər gedir aradan,
Gecən həsrət səhərinə, a dünya...


Halal dayaz bizə dərin görünür,
Haram isti bizə sərin görünür,
Haram niyə bizə şirin görünür?
Bal qatmısan zəhərinə, a dünya..

Комментариев нет:

Отправить комментарий