12.02.2019

Alman faşistləri 1940-cı ilin payızında baş qərargahı Ankarada olan, Beyrut və Dəməşqdə şöbələrə malik “Yaxın Şərq Hərbi Təşkilatı” adlı böyük hərbi-siyasi mərkəz yaratdılar. 1941-ci ilin yanvarında bu təşkilatın yəhudi agenturasının formalaşdırılması üçün alman kəşfiyyatının zabiti R.Rozen və xarici işlər nazirliyinin şöbə müdiri Otto fon Qentiq Beyruta gəldilər. Onlar ərəb kəndlərini terror edən yəhudi silahlı dəstələri ilə görüşlər keçirdilər. Rəhbərlərindən birinin İsrailin gələcək baş naziri İsxak Şamir olduğu “Lexi” hərbi təşkilatı Beyrutdakı alman diplomatlarına müraciət ünvanladı və Almaniya ilə birgə hərbi-siyasi alyans qurmaq istədiklərini bəyan etdi: “Yeni Avropa Nizamında ümumi maraqlar mövcuddur. Yeni Almaniya və yeniləşmiş milli yəhudilik arasında kooperasiya vacibdir”. Rəhbəri İsrailin gələcək baş naziri Menaxem Beqin olan “İrqun” hərbi təşkilatının imzaladığı “Avropada yəhudi məsələsinin həlli və yəhudilərin müharibədə Almaniyanın tərəfində iştirakı ilə bağlı təklif” adlı sənəddə Hitlerin işğal etdiyi Avropa ərazilərində köməkçi yəhudi hərbi qoşunlarının hazırlanması təklif olunurdu və deyilirdi: “Alman reyxinin və onun hökumətinin Almaniya daxilində sionist fəaliyyətinə və emiqrasiyanın sionist planlarına münasibətdə xoş məramı “İrqun” milli hərbi təşkilatına yaxşı məlumdur. “İrqun” təşkilatı müharibədə Almaniyanın tərəfində aktiv iştirak etməyə hazırdır”. Bundan sonra yəhudi silahlı təşkilatları Fələstində Almaniyanın xeyrinə terror aksiyaları həyata keçirməyə başladılar. 1944-cü ilin avqustunda Menaxem Beqinin əmri ilə Yerussəlimdə “Çar David” oteli partladıldı, bu terror aktı nəticəsində içində qadın və uşaqlar da olmaqla 91 nəfər öldü, 45 nəfər yaralandı. 1944-cü ilin noyabrında isə İsxak Şamirin əmri ilə Qahirədə İngiltərənin Yaxın Şərqdəki nazir-rezidenti lord Moyn öldürüldü. Bu xəbəri alman faşistləri böyük şadyanlıqla qarşıladılar.

Комментариев нет:

Отправить комментарий