12.02.2019

İsrail ordusunun sələfi olan “Xaqana” yəhudi hərbi təşkilatı alman kəşfiyyatı ilə sıx əlaqə saxlayırdı. Həmin təşkilatın rəhbərlərindən biri İsrailin gələcək baş naziri Levi Eşkol olmuşdur. 1937-ci ilin oktyabrında Gestaponun yüksək rütbəli məmurları Adolf Eyxman və Herbert Haqen sionistlərlə “işçi əlaqələrin möhkəmləndirilməsi” məqsədilə Fələstinə yollandılar. Onlar Qahirənin “Qroppi” kafesində “Xaqana” hərbi təşkilatının nümayəndəsi Feyfel Polkes ilə görüşdülər. Polkes alman zabitlərinə dedi: “Yəhudi millətçi dairələri Almaniyanın radikal siyasətindən tam razıdırlar”. Eyxman və Haqenin Gestapoya yazdıqları məruzədə göstərilir ki, Polkes onlara vacib kəşfiyyat məlumatları da vermişdir. Polkesin alman zabitlərinə satdığı informasiyalardan biri ondan ibarət olmuşdur ki, Almaniyaya köklənmiş xüsusi güclü siqnala malik qeyri-leqal kommunist radiostansiyaları yük maşınlarına quraşdırılmışdır və bu maşınlar müəyyən zamanlarda Almaniya sərhədi yaxınlığında hərəkət edərək verilişin ölkəyə ötürülməsini təmin edirlər. Məruzədə göstərilir ki, “Xaqana” nümayəndəsi Fələstində yəhudi dövlətinin qurulmasına dəstək müqabilində digər işlərlə yanaşı alman kəşfiyyatına lazım olan informasiyaların ötürülməsini də öz üzərinə götürürdü. Burda sionistlərin yəhudi xalqını permanent satmasının daha bir aspekti ortalığa çıxır.

Комментариев нет:

Отправить комментарий