04.02.2019

NSDAP-ın əsas yaradıcılarından biri də varlı aristokrat ailəsindən çıxmış Ditrix Ekkart idi. Məhz Ekkartın sayəsində Hitler Almaniyanın elit təbəqəsinə çıxdı və ölkənin əsas aparıcı simaları ilə tanış oldu ki, bu onun hakimiyyətə yiyələnməsində mühüm rol oynadı. Ekkart varlı dostları ilə pul qoyub bankrot olmuş “Fölkişer Beobaxter” (Xalq icmalçısı) qəzetini aldı və Hitlerin ixtiyarına verdi. 1920-1923-cü illərdə Ekkart Hitlerin imici üzərində əzmlə işləyərək onun siyasi səhnəyə atılmasına köməklik göstərdi. Professional jurnalist və dramaturq olan Ekkart həm də Hitlerə natiqlik qabiliyyəti öyrədir, kütlə ilə ünsiyyət qaydaları aşılayırdı. Tarixçilər onu “nasional-sosializmin mənəvi atası” adlandırırlar. Ekkart 9 noyabr 1923-cü ildə Hitlerin uğursuz Pivə Qiyamında iştirak etdiyinə görə həbs olundu. Türmədə ağır xəstələndi, azadlığa buraxıldı və 26 dekabr 1923-cü ildə Berxtesqaden şəhərində ürək tutmasından öldü.

Комментариев нет:

Отправить комментарий