Namiq Hüseynlinin tərcümələri
Henri Miller
Bizim qitəmizdə, bizdən əvvəl məskunlaşmış yerlilər, əvvəlcə Köhnə Dünyadan olan koloniyaçıları Tanrı kimi qəbul etmişdilər. Ancaq onlar tezliklə bundan məyus oldular. Onlar çox tezliklə bizdən qorxmağı və bizə nifrət etməyi öyrəndilər (məhz biz, solğun bənizlilər hindulara düşmənin başını kəsməyi öyrətmişik!). Dünya baxışları bizimki ilə üst-üstə düşməyənlərlə də biz eyni qəddarlıqla davranmışıq. Məhz biz, heyrətamiz Oneyda icmasının, eləcə də bir çox rühani icmaların kökünü kəsmişik. Biz hinduların torpaqlarını əllərindən aldıq və bu xalqı məhv etmək üçün əlimizdən gələni etdik. Bununla belə heç bir dəfə də olsun, etdiklərimizin əvəzini ödəməyə cəhd göstərmədik.
Henri Miller
Biz
tariximizə soyqırımla başlamışıq! Bizimlə
razılaşmayan hər kəs rədd olsun!
Bir göz
qırpımında uçub gedən, sonuncu iki yüz ildə, biz sanki, zibil borusunda yuvarladıq.
Elə orda da boynumuzu sındırdıq! Bizim halımıza yanan kimsə yoxdur, hətta bizim
ayağa qalxmağa kömək etdiklərimiz belə bizə arxasını çevirir. Tariximizin
hansısa bir məqamında, sadəcə bütün dünyanı zəhərləməyə başladıq. Biz onu,
tərəqqi, məhsuldarlıq və mexanikiləşdirmə ideyalarımızla zəhərlədik. Biz güclü tərəfimiz
olan, pioner-ixtiraçılamızı, robotlarla əvəzlədik. Biz yaşadığımız dünyanı insansızlaşdırmaya
sürüklədik.
Bizim qitəmizdə, bizdən əvvəl məskunlaşmış yerlilər, əvvəlcə Köhnə Dünyadan olan koloniyaçıları Tanrı kimi qəbul etmişdilər. Ancaq onlar tezliklə bundan məyus oldular. Onlar çox tezliklə bizdən qorxmağı və bizə nifrət etməyi öyrəndilər (məhz biz, solğun bənizlilər hindulara düşmənin başını kəsməyi öyrətmişik!). Dünya baxışları bizimki ilə üst-üstə düşməyənlərlə də biz eyni qəddarlıqla davranmışıq. Məhz biz, heyrətamiz Oneyda icmasının, eləcə də bir çox rühani icmaların kökünü kəsmişik. Biz hinduların torpaqlarını əllərindən aldıq və bu xalqı məhv etmək üçün əlimizdən gələni etdik. Bununla belə heç bir dəfə də olsun, etdiklərimizin əvəzini ödəməyə cəhd göstərmədik.
Sanki, biz
hamımız nifrət və zorakılıqlar arasında döllənmiş və talamaq, zorlamaq,
öldürmək üçün doğulmuşuq. Bizim tariximizlə bağlı kitablarda, əcdadlarımızın törətdiyi
bütün qəddar, alçaq, əxlaqsız hərəkətlər ört-basdır edilməyə çalışılır. Bizim
xalqımızın, ən görkəmli öndəri Tomas Ceffersonun (Tomas Jefferson) qaradaərili
köləsindən qeyri-qanuni övladı olduğunu misal göstərmək bəs edər. Bizdə
demokratiyanın özülünü qoyan böyük siyasətçilərdən az qala hamısı quldarlar
idi. Məhz onlar bizim millət üçün respublika və demokratiya anlayışlarını
düşünüb hazırlamışdılar, ancaq əslində elə şeylərin heç biri bizdə olmayıb, elə
indinin özündə də yoxdur. Bu ölkəni nüfuzlu ailələrdən olan bir neçə patrisi
(qədim Romada zadəganlar) idarə edir. Hələ Uolt Uitmenin (Walt Whitmanın)
zamanında, bütün bu ərazi rüşvət içində inləyirdi. Uitmenin şeiriyyatında “Ot
yarpaqları”, “Mənim mahnım” kimi əsrarəngiz şeir nümunələri ilə yanaşı, nəsr
əsərləri də amerika cəmiyyətinə qarşı yönəlmiş ittihamlardan ibarətdir.
Lap bu yaxınlarda bizim bütün prezident müşavirlərinin bir
çərçivədə toplanmış rəsmini gördüm, onların hamısının görünüşünü səfeh işlərlər
məşğul olan obrazlarla eyniləşdirmək olardı. Onların bəzisi cinyətkara, bəzisi
kütbeyinə, bəzisi isə axmağa oxşayırdı. Heç prezidentlərimiz də onlardan geri
qalmır. Şözsüz ki, bütün dünyanın dövlət xadimlərinin çöhrəsində bir
ağıldankəmlik və bambılılıq yağır. Heç Çörçildə istisna deyil.
Çoxları Linkolna dərin ehtiram duyurlar, lakin mənim
fikrimcə bu ölkədə vətəndaş müharibəsinin başlamasında əsas cavabdehlik daşıyan
odur, çünki onun Şimal və Cənub arasında razılıq yaratmaq imkanları var idi. İstər
həmin vətəndaş müharibəsində olsun, istər ondan sonrakılarda elə misilsiz
vəhşiliklər törədildi ki, bu günədək ölkə özünə gələ bilməyib.
Birinci dünya müharibəsində iştirak etmək isə, yumuşaq desək
axmaqlığın ən qorxunc forması idi. Gəlin yada salaq görək, bəşəriyyətin bundan
əvvəlki qorxunc düşmənləri haraya getdi? Axı kim onları zərərsizləşdirdi?!
Müharibə, müharibə. Lap uşaqlıq illərimdən Birləşmiş
Ştatlarla, İspaniya müharibəsində, rus-yapon müharibəsində, Balkanlardakı
müharibələrdə və saymaqla bitməyən minlərlə belə müharibədə nələr baş verdiyini
xatırlayıram. Jan Jiono (Jean Giono) özünün “İtaətdən yayınma” (“Refus
d'Obeissanse”) yazırdı: “müharibələr kapitalizmi yedirdir, onlarsız kapitalizm
heç ayaqda dura bilməz”
Bu gün bütün partiyalar müharibə aparmaqla məşğuldur, istər
liberallar, istər mühafizəkarlar olsun, hamısının fikri-zikri müharibə
aparmaqdır. Kommunistlər də, kapitalistlər və faşistlər kimi cəlladdır. Bizim millətin
bəşəriyyət qarşısında xidməti o olub ki, o yerdə qalan millətlərə özünü məhv
etməyi, bununla belə ətrafındakı bitki və heyvan aləmini də yer üzündən silməyi
öyrədib.
Bir zamanlar bütün cəmiyyət Aya uçuşu diqqətlə izləyirdi.
İndi belə anlaşılır ki, bu eksperimentin cəmiyyət üçün heç bir faydası yox imiş,
burdan yeganə qazanan Pentaqon oldu. Çox yaxın zamanlarda bizə nə hərbi forma,
nə hərbi hazırlıq nə də, nizam-intizam lazım gəlməyəcək. Biz haradan xoşumuz
gəlirsə, oraya düşərgəmizi salacağıq və oturduğumuz yerdən ən ölümcül silahlarımızı
idarə edəcəyik. Müharibələr isə bizim yırğalanan kreslomuzdan çox-çox uzaqlarda
cərəyan edəcək! Həmçinin, generallara, admirallara və bu cür komandanlara
ehtiyacımız olmayacaq. Hər kəs birlikdə və hamı ayrı-ayrılıqda, istər kişilər,
istər qadınlar, istərsə də uşaqlar olsun, bizim üçün potensial bomba rolunu
oynayacaq.
Mən, kanalizasiya borusunda axıb gedirik deyəndə, yer üzündəki bütün insanlığı da buraya aid edirəm. Hamımız birlikdə düşdükcə düşürük. Kütləvi məhv oluruq. Ola bilsin yer üzündə ancaq ən bəsit canlılar və vəhşi heyvanların nümayəndələri həyatda qalacaq. Yalnız bundan sonra biz yeni insanlığın doğuşuna şahid olacağıq. Əslində biz sistemdən narazı yenilikçilər hal-hazırkı cəmiyyətdə əksəriyyəti təşkil edirik, lakin hələ də Dövlət adlı gəmini doğru yola yönləndirmək iqtidarında deyilik. Tərəqqipərvər ideyalara edilən istənilən hücum bizi get-gedə daha da keçmişə sürükləyir.
Mən, kanalizasiya borusunda axıb gedirik deyəndə, yer üzündəki bütün insanlığı da buraya aid edirəm. Hamımız birlikdə düşdükcə düşürük. Kütləvi məhv oluruq. Ola bilsin yer üzündə ancaq ən bəsit canlılar və vəhşi heyvanların nümayəndələri həyatda qalacaq. Yalnız bundan sonra biz yeni insanlığın doğuşuna şahid olacağıq. Əslində biz sistemdən narazı yenilikçilər hal-hazırkı cəmiyyətdə əksəriyyəti təşkil edirik, lakin hələ də Dövlət adlı gəmini doğru yola yönləndirmək iqtidarında deyilik. Tərəqqipərvər ideyalara edilən istənilən hücum bizi get-gedə daha da keçmişə sürükləyir.
Dünya xəritəsində ortaya çıxdığımız ilk gündən bəri, bizim
öz quldurlarımız, öz qatillərimiz və rüşəvətxor siyasətçilərimiz olub. Axı biz
nə vaxt, xoşbəxt, xeyirxah və sadəlöv dövr yaşamışıq ki? Mənim zənimmcə heç bir
zaman. Hələ mən uşaqkən Tammani Holl haqqında (Tammany Hall - 1790-1960-cı
illər arasında ABŞ-da Demokrat partiyası nəzdində fəaliyyət göstərən
təşkilatdır, onlar öz namizədlərini hakimiyyətə gətirmək üçün, rüşvət,
quldurluq, adam-oğurluğu və s. cinayətlərlə törədirdilər-N.H) şaiyələr
təzə-təzə yayılmağa başlayırdı. Hələ lap uşaqkən, gözlərimin önündə bir dəstə
yaxşı təlim keçmiş, atlı, gənc polisin, Yunion-Skveyrdə silahsız kütləni necə
qovduğunu görmüşdüm. Hələ tamamilə uşaqkən mənə admiral Dyu (Admiral Dewey-Sakit
okeanda İspaniya donanmasının ağalığana son qoyan, xüsusi qəddarlığı ilə
fərqlənən amerikalı admiralı) kimi safdil “qəhrəmanlar”, ya da San-Xuan Hill döyüşündə (1898-ci ildə
Amerikanın, Kubanın işğalı uğrunda İspaniya ilə döyüşü) misilsiz rəşadət
göstərmiş Teddi Ruzveltdən danışırdılar. Ancaq mənə Emerson, Toro və yaxud
Uitmen haqqında heç nə deməmişdilər. O dövrlər mənim “qəhrəmanım” “gümüş sözün
natiqi” Uilyam Cenninqs Brayn idi (William Jennings Bryan - 1896-cı ildə Amerikada
prezidentliyə namizəd, görkəmli natiq idi, o gümüş və qızıl pulların tədavüldən
çıxarılmasını tələb edirdi-N.H). Çox-çox sonralar mən Sinq-sinq, Dannemor,
Livenvort həbsxanaları (Amerikanın dözülməz şəraitdə olan, ciddi rejimli həbxanaları-N.H)
haqqında eşitdim. Gənclikdə ən sevimli yazıçım O`Henri idi, lakin o zamanlar
heç kim mənim kumir-yazıçımı yazmağa sövq edən, Ohayoda onunla eyni kamerada
həbsdə yatmış Al Cenninqs haqqında danışmamışdı.
Bizim yaşadığımız rayonda nə ictimai kitabxana, nə də kitab
mağazası vardı. Ancaq iyirmi bir yaşım olanda bəxt mənim üzümə güldü və mən
Kaliforniyada, San-Dieqoda Emma Qoldmanla qarşılaşdım. O mənim üçün mədəniyyət
sözünün əsl mahiyyətini açdı. Məhz onun sayəsində mən Mark Tvendən, Fridrix
Niçşeyə doğru dönüş etməyi bacardım.
Təkcə bizim prezident müşavirlərimiz kütbeyin və geri
düşüncəlilər deyil, az qala bütün ölkə həmin yolun yolçusu idi. Bu iki yüz ildə
bizim ölkəmiz neçə böyük yazıçı, rəssam, musiqiçi yetişdirib? Ancaq onun
yetişdirdiyi məhşur avaraları, əyyaşları yada salmaq kifayətdir!
Bundan əlavə Uotorqeyt (Watergate - Amerikada prezident
Niksonun istefası ilə nəticələnən 1972-1974 –cü illərdə baş vermiş siyasi
skandal) adı ilə tanınan həmin sirki yada salmaq bəs edər. Əgər cəmiyyətin
həmin hadisəyə münasibətini nəzərə alsaq, elə anlaşılır ki, güya bizim siyasətçilər
heç bir cinayət törətmirlər, onların əlindən ancaq sadə səhflər etmək gəlir.
Biz dəfələrlə belə davranmışıq, çünki belə sadə addımlarla şərin kökünü
həmişəlik kəsə biləcəyimizə bərk-bərk inanmışıq.
Linkoln özünün “Azadlıq haqqında deklorasiya”sını dərc
etdirəndə, biz axır ki, quldarlığın sonun gəldiyinə inanırdıq. Ancaq Amerikanın
şimalında cənubundan betər irqi ayrıseçkiliyin hökm sürdüyünü ağlımıza belə
gətirə bilməzdik. Biz təkcə qaradərili qullar yaratmamışıq, həm də
mexanikiləşdirmə erasının qulları olan – ağdərili qulları da doğurmuşuq. Hələ
də Ku-kluks-klan (Amerikda ağların qaralara qarşı nifrətini ifadə edən gizli
terrorçu təşkilat) mövcudluğunu qoruyub saxlayır. Həmçinin hələ də mafiyalar
ölkə boyu yayılıb! Bizdə qırğınlar olmasa da, antisemitizm gün-gündən güclənib, budaqlanmaqdadır.
Tərəqqiyə doğru getdiyimizlə bağlı yayılan bu mənasız
söz-söhbətlərin ucbatından bizlər düşüncə zəifliyindən əziyyət çəkirik, bununla
belə cürbəcür mövhumatlar və qan tökmək yanğısı əvvələr olduğu kimi yenə də
bizi idarə edir. ABŞ –ın hərbi idarəsi olan Pentaqonun adını çəkmək belə
insanları qorxutmağa bəs edir! Vyetnam müharibəsi əsl rəzillik idi! Teymurləng
və Atilla bizim atom və yandırıcı bombalarla silahlanmış
azğın qatillərizimin yanında uşaq idilər. Əgər Hitlerin etdikləri soyqırım
idisə, ondan bizim əməllərimizə nə ad versinlər?
Biz tariximizə soyqırımla başlamışıq! Bizimlə razılaşmayan
hər kəs rədd olsun! Biz hindulara, zəncilərə, meksikalılara qarşı soyqırımlar
törətmişik. Uşaqlarımız televiziya ekranlarında göstərilən cinayətlər, qətllər,
quldurluqlar, işgəncələr və ağla gələn, gəlməyən hər cür qəddarlıq, cəhalət və
amansız səhnələrə baxa-baxa böyüyürlər. Bunlar hamısı bizim belə çox
təriflədiyimiz “tərəqqi”nin göstəriciləridir. Bizsə hələ də niyə belə pozulub
məhv olduğumuzu (həm millət kimi, həm xalq kimi) araşdırırıq.
Amerikan “sivilizasiyasında” təqdirə layiq bir şeyin
olub-olmaması məni hələ də maraqlandırır. Ancaq ağlıma heç nə gəlmir. Həbsxanalar
əxlaqsızlıq yuvasıdır. Məktəblər uşaqlara qorxu və məcburiyyət yoluyla bilik
öyrədilən yerdir, ancaq əgər şagirdlər öz müəllimlərindən qorxursa burada hansı
bilikdən söhbət gedə bilər?! Hər kəsin qorxduğu birisi var və bu zəncirvari
qurulub, bu qorxu doğulduğu gündən insana yeridilir. Amerikada heç bir hünərli
oğlan gecə yarısı tək başına, həm də silahsız küçəyə çıxa bilməz. Ona görə də
burada gecələr bayırda görünən adamların şübhə oyatması tamamilə normaldır.
Son dövrlər yenidən zöhrəvi xəstəliklər və narkotik
istifadəçiliyin kütləvi yayılması tez-tez müzakirə edilir. Cinsi yolla ötürülən
xəstəliklər yeniyetmələr arasında gün-gündən daha böyük surətlə yayılmaqdadır.
Həmçinin narkotik və içki haqqında da eyni şeyi demək olar. Millətin böyük
əksəriyyəti içki düşkünü və narkomanlardan ibarətdir. Hətta qoca nənələrin belə
içdiyi bir ölkədə, başqa nə gözləyəsən ki!
Bəs bizim “fədakar” polislərimiz, güya müdafiəmizdən
cavabdeh olanlara nə deyəsən? Gör bir onlar nə qədər cinayətə bulaşıblar! Onlar
bizdə ancaq şübhə və nifrət oyadırlar! Onları xarakterizə etmək üçün ən uyğun
söz, rüşvətdir! Bəs hanı bizim o qəhrəmanlarımız! Bəlkə idmançıların arasından
axtarsaq bircə Məhəmməd Əlini taparıq. Ondan sonra gərək hansısa futbolçudan
zaddan özümüzə qəhrəman düzəldək. Yox axı bizim əsl qəhrəmanlarımız da olub,
ancaq onların çoxu indi ya həbsxanadadır ya da öldürülüb. Bizim müharibələrdə
ölüb getmiş çoxlu-çoxlu adsız qəhrəmanlarımız olub. Lakin, hər dəfə vyetnam
müharibəsini xatırladıqca ürəyim bulanır. Hələ də fəxrlə özünü həmin
müharibənin “qəhrəmanları” hesab edən veteranlar var. Tanrı onları əhv etsin.
Sözlərimin acı olmasına baxmayaraq, mən nə Birləşmiş
Ştatlara, nə də amerikalılara nifrət etmirəm. Qanla dolu coşğun keçmişimizə
nəzər yetirsək, özünü sivil adlandıran digər ölkələrdən elə də
fərqlənmədiyimizi görərik. Mən istənilən böyük ölkənin cılız vətəndaşlarının
düşündüyü kimi: “Biz necə varıqsa elə olmaqdan xoşbəxtik. Bizim heç nəyi
dəyişdirməyə ehtiyacımız yoxdur”, şəklində düşünə bilmərəm. Həmçinin dünyanın
bütün sivil millətləti arasında amerikan milləti, mənə ən narahat, ən acgöz
millət kimi görünür. Bununla belə onlar axmaqcasına aruzlara qapılıb, bütün
dünyanı özlərinə bənzətməyə çalışırlar. Lakin bununla məşğul olarkən, onlar
güya dünyanı düzəltmək arzusuyla əskinə onu dağıdır və zəhərləyirlər. Şair Uolt
Uitmen düz yüz il əvvəldən bunu görmüş və bizi ən axmaq millət adlandırmışdı. Bəlkə
də yer üzündə yaşamış ən dahi amerikalı elə Uolt Uitmen özü olub!
Budur Uitmenin düz yüz il əvvəl yazdığı sözlər, hər şeyi
təsdiqləyir: “İrəli, mənim sevimli amerikalılarım, atlarınızı daha da uzaqlara
çapın həyəcanla! Pul, Siyasət uğrunda! Bütün kilidləri açın, daha da uzaqlara
yetişmək üçün, hər kəsə dərs vermək üçün! Çox yaxında istədiyinə çatacaqsan,
ancaq onları saxlamaq istəsən belə bacarmayacaqsan. Ən yaxşısı (köhnə və yeni
ölkələrə) vaxtında göstəriş ver, minlərlə dəlixana tiksinlər. Çünki sən
axmaqlardan ibarət bir millət yaratmaq üçün ən doğru yolu seçibsən”.
(“La
Jornada” qəzeti, Meksika)
Çeviri: Namiq Hüseynli
Комментариев нет:
Отправить комментарий