Aqşin YeniseyMən görəndə, qocaydı, xəstəydi, ölüm yatağındaydı..
Uzun uzadı və acı-acı öskürürdü,
Əlləru əsə-əsə,
taxma dişlərini stəkanda suya qoyurdu..
Ayaqlarına yox,
əsasına etibar edirdi yerişini..
Qulaqları ağır eşitdiyindən,
onunla bağıra-bağıra danışırdım..
Elə bağırırdıq ki,
sözlərdəki bütün incə saitlər qalınlaşırdı..
Sanki ələ keçmiş qəddar bir qulduru
danlayırdım..
Gözləri çalağanı,
kəpənək boyda görürdü.
Evdə çox vaxt iməkləyə-iməkləyə gəzirdi..
Ölümlə bir evdə yaşayırdı;
Ölüm səhər çıxıb, axşam qayıdırdı..
Önunla köhnə taxtda yanaşı yatırdı..
Mən görəndə qocaydı, xəstəydi, ölüm yatağındaydı..
Və bir gün öldü Bakı..
Комментариев нет:
Отправить комментарий