
Sultan Laçın“Filankəs fərasətlidi, yaxşı pul qazanır”... Son onilliklərdə ən çox eşitdiyimiz cümlələrdən biridir. Bəs həmin “filankəs” nə qədər günah qazanır? Təəssüf ki, bu, çoxumuzu düşündürmür. Əksər valideynlər övladlarına ”Bala, get pul qazan” –deyir. Ardınca “Günah qazanma!” -demir. Etiraf etmək lazımdır ki, artıq cəmiyyət düşüncəsində haram yolla pul qazananlar özlərinə “hüquqi bəraət” alıblar: ”Fərasəti var, qazanır. Bacarırsan, sən də qazan”. Odur ki, kim yaxşı dolanırsa, onun qazancının halal-haram olması ictimai müzakirə obyektinə çevrilmir. Hətta dünyəvi qanunlarla cinayət hesab edilən oğurluq, narkobiznes, korrupsiya, rüşvətxorluqla yaşayanlar da, əgər həbs edilmirsə, “fərasət” sahibi sayılır...
Artıq 10-15 ildir ki, bir çox dünyəvi (!) ölkələr kimi Azərbaycanda da əhalinin bütün təbəqələrini əhatə edən ən çox yayılmış haram dolanışıq yolu sələmçilik və kreditdir. Bu gün danılmaz faktdır ki, məmləkətimizdə xalqın bir yarısı xaricdə, əsasən Rusiyada işləyən Azərbaycan vətəndaşlarının(!) göndərdiyi vəsaitlə, digər böyük yarısı isə götürdükləri kredit və sələmlə dolanır. Hətta bu iki dolanışıq mənbəyinin qovuşduğu hallar da çoxdur. Məsələn, bir qardaş Azərbaycanda götürdüyü krediti Rusiyada işləyən qardaşının göndərdiyi para ilə ödəyir. Ölkəmizdə tikilən yeni şəxsi evlərin bir qismi vəzifədə alınan rüşvət, haram ticarət və narkotikdən gələn qazanc hesabına tikilirsə, xeyli hissəsi də kredit və sələm pulları hesabına ucaldılır...
Bax, xalq bu yollarla “firavan” yaşayır. Təbii
ki, rüşvətin, oğurluğun haram sayılmadığı bir yerdə faizin, ribanın haram
olduğunu anlatmaq çətindir. Hər kəs bir yolla özünə bəraət qazandırmağa
çalışır.
Bəziləri iddia edirlər ki, guya sələm alanlar yox, sələm verənlər
günah daşıyır. Sələm alanlar
özlərinə onunla da haqq qazandırırlar ki, onlar məcburiyyət qarşısında buna
gedirlər. Doğrudur, dünyada, o cümlədən məmləkətimizdə hədsiz ehtiyac içində
yaşayan insanlar çoxdur. Və ilk baxışdan onları sələmə, faizli
kreditə əl atmaqda qınamaq da olmur. Lakin çoxları əllərində olan halal qazanc
vasitələrindən (məsələn: həyətyanı
sahədən, pay torpağından, mal-qaradan və s.) istifadədə tənbəllik etdiyindən ən
asan dolanışıq yolu kimi faizli borca baş vurur. Həm də belələri faizə
götürdükləri pulu da qənaətlə xərcləmir, o qədər də ehtiyac olmayan ərzaq
və geyim növlərinə para verərək israfçılıq edirlər. Odur ki, illərlə faizin
“altından” çıxa bilmirlər. Yəni, yoxsul insanların xeylisi halal zəhmətlə
dolanışıq yollarına baş vurmadan, qazandığına qənaət etmədən dərhal haram
yola əl atırlar. Bunun da əsas səbəbi haram bataqlığında boğulan yuxarıların
göstərdiyi “nümunədir”.
Məntiqlə insan haram işə şərikdirsə, əsas günahkarla bərabər o da günah daşıyır və cəzaya məhkumdur. Dünyəvi hüquqda da cinayətə şərik olan və ya yardım edən şəxs cəzalandırılır. Bu, ona bənzəyir ki, məsələn, spirtli içki istehsalçısına, yaxud oğurluq edənə bu və ya digər bir formada yardım edəsən, sonra da deyəsən ki, mənim onun haram işi ilə, günahı ilə, cinayəti ilə heç bir əlaqəm yoxdur...
Məntiqlə insan haram işə şərikdirsə, əsas günahkarla bərabər o da günah daşıyır və cəzaya məhkumdur. Dünyəvi hüquqda da cinayətə şərik olan və ya yardım edən şəxs cəzalandırılır. Bu, ona bənzəyir ki, məsələn, spirtli içki istehsalçısına, yaxud oğurluq edənə bu və ya digər bir formada yardım edəsən, sonra da deyəsən ki, mənim onun haram işi ilə, günahı ilə, cinayəti ilə heç bir əlaqəm yoxdur...
Hərbdə belə bir prinsip var: “Komandirin əmri müzakirə olunmur”. Amma
biz insanlar nə qədər həddini aşmışıqsa, prezidentin, icra başçısının, polisin
hər hansı bir əmri, göstərişindən qorxa-qorxa danışırıq, amma Allah-Təalanın
əmrini müzakirə etməyə cürət edirik: “zina niyə qadağandır?”,”içki niyə
haramdır?” və s. Yenə də bir müsəlman kimi anlamayanlar üçün bəzi
nəsnələri anlatmağa məcburuq. Sələmin qadağan
olunmasının səbəblərini görmək üçün alim olmaq gərək deyil. Çoxumuz bunu
anlayır, sadəcə, nəfsimizin basqısı ilə özümüzü bilməzliyə qoyuruq. Sələm ən
asan, zəhmətsiz gəlir vasitəsidir. Odur ki, cəmiyyətdə ifrat təbəqələşmə
yaratmaqla, yəni kiçik bir qrupu sürətlə varlandırıb əksəriyyəti
müflisləşdirməklə ədalətsizliyi, zülmü artırır. Məsələyə daha geniş
bucaqdan baxsaq, görərik ki, dövri-qədimdən Allahın, İslamın düşmənlərini
varlandırıb müsəlmanlar üzərində hakim edən amillərdən ən əsası sələmdir.
Peyğəmbərimiz(s) də həm cahiliyyə dövründə, həm də artıq müsəlmanlığın
yayıldığı zamanlarda aydın şəkildə görürdü ki, kafirlərin, müşriklərin,
yəhudilərin əsas gəlir mənbəyi sələmdir. Odur ki, Allahın əmri ilə öz ümmətinə
sələmdən uzaq durmağı buyururdu.
Tarixi izləsək,
Fransa inqilabından, Marks-Engelsdən, Lenindən, Oktyabr inqilabından üzü bəri
dünyanı qatıb-qarışdıran hadisə və proseslərin arxasında dayanan
oliqarxların – masonların, o cümlədən ABŞ, Fransa kimi dövlətlərin əsas gəlir
mənbələri məhz sələmdir, kreditdir... ABŞ, Dünya Bankı, Beynəlxalq valyuta
Fondu və s. Azərbaycan kimi ölkələrə canları yandığından kredit vermir,
birincisi, onları özündən asılı vəziyyətə salıb gözükölgəli edir, ikincisi də
həmin kreditdən aldığı faizlərlə öz kapitalını artırıb daha da güclənir.Bu gün ABŞ-ın, masonların nəzarəti altında olan”Soros” fondu, “FİNGA”, “KRED AQRO” kimi təşkilatlar aclıqdan əziyyət çəkən və ya Azərbaycan kimi inkişaf (?) etməkdə olan ölkələrin sakinlərinə guya yaxşılıq edərək kiçik kreditlər verib onların biznesinə, dolanışığına şərait yaradır. Amma bu nəhəng sələmçilərin əsas niyyəti əvvəla, ifrat varlanmaq, ikincisi, bəşər əhlini, xüsusən də müsəlman və türkləri yoldan çıxarıb daha çox harama vadar etmək (cəhənnəmə gedən özünə yoldaş axtarar), üçüncüsü, dünya sakinlərini mümkün qədər asılı vəziyyətdə və nəzarətdə saxlamaqdır. Əcnəbilərə bağlı təşkilatların dürüstlüklə, öz banklarımızdan fərqli olaraq heç bir “şapka” almadan verdiyi sələmə şirniklənən biz türk və müsəlmanlar onu da dərk etmirik ki, ödədiyimiz faizlər gündən-günə daha da varlandırdığımız düşmənlərimizin əlində güllələrə, mərmilərə, bombalara, raketlərə çevrilərək Qarabağda, İraqda, Fələstində, Əfqanıstanda, Türkiyədə, Pakistanda kafir ordularının və onların təşkil edib maliyyələşdirdiyi “islam terrorçuları”nın vasitəsilə başımıza yağır, övladlarımızı, qardaş-bacılarımızı, ata-analarımızı qətlə yetirir, məscidlərimizi, evlərimizi başımıza uçurur, bizi yurd-yuvalarımızdan didərgin salır...
O da diqqəti cəlb
edir ki, geridə qalmış və ya “inkişaf etməkdə olan” bir sıra ölkələrə yönələn
kapital müəssisələrin, iş yerlərinin açılmasına yox, məhz yoxsullara kredit
verməyə xərclənir. Azərbaycan kimi yeraltı və yerüstü sərvətləri bol olan
ölkələrdə isə hakimiyyətə elə qüvvələr gətirilir ki, onlar dövlətin qazandığı
milyardlarla paraları mənasız, yersiz tikililələrə, heykəllərə, fontanlara,
yersiz bər-bəzəyə xərcləyərək xalqın firavan yaşayışına şərait yaratmırlar.
Hətta bəzən insanların
pensiya və müavinətləri qəsdən ləngidilir ki, banklardan kredit götürməyə
məcbur olsunlar. Və onların pensiya və ya müavinət kartları girov kimi
saxlanılır... İnsanlar məqsədli şəkildə kütləvi olaraq harama
qurşanmağa vadar edilir. Bu, bir İBLİS TEXNOLOGİYASIDIR... Dünyanı
Yaradanın əlindən almağa yanlış cəhdlər edən İblis canişinləri bütün əməlləri
kimi faizli kreditə də müxtəlif yollarla haqq donu geyindirməyə
çalışırlar...Tövratda guya Allah yəhudilərə belə məsləhət görür:”Sizin Rəbbiniz
sizdən razı qalar; siz bir çox digər millətlərin (yəni, qeyri-yəhudilərin)
borcunu artırın (yəni, onlardan pulunuzu faizlə alın). Ancaq bunu özünüzdən (yəni, yəhudilərdən)
tələb etməyin. Bunun nəticəsi olaraq siz bütün millətlər üzərində hakim olacaqsınız.
Onların isə sizin üzərinizdə heç bir hakimiyyəti olmayacaq...” (Tövrat, 15:6)
Təbii ki, məlumatlı
möminlər, eləcə də vicdanlı xaçpərəstlərin və yəhudilərin özləri də gözəl
bilirlər ki, Tövrat və İncilin Allah tərəfindən nazil edilmiş həqiqi nüsxələri
saxtakar ravvin və keşişlər tərəfindən hələ qədimlərdən yandırılıb. Hazırda bu
səmavi kitabların bir neçə həqiqi nüsxəsi gizli şəkildə saxlanılır. Odur ki,
yəhudilərin dünyada hakim olduğunu təbliğ edən bir çox “ayələr” kimi sələm
barədə verilən bu “hökmün” də Yaradana heç bir aidiyyatı yoxdur. Amma həqiqət
odur ki, kafirlər məhz bu cür iblisanə müddəalara əsaslanaraq dünya xalqlarına
doğrudan da hökmranlıq etməyə çalışır və xüsusən müsəlmanlara qarşı hədsiz
zülmlər etməyə nail olurlar. Sələm, kredit onların əlində beynəlxalq, qlobal
istismar və idarəetmə alətidir. Belə çıxır ki, bu gün sələmə pul verib hədsiz
varlananlar da, banklarda, kredit təşkilatlarında kasıb-kusuba kredit
paylayanlar da, həmin sələm və kreditləri sevinclə alıb halal pul kimi xərcləyən,
özlərinə təsərrüfat quran, ev tikib yavaş-yavaş dirçələn yoxsullar da öz
beynəlxalq kafir “dostlarıyla” bərabər cəhənnəmə gedəcəklər.
Düşünən insan üçün hər şey aydındır. Sələm,
kredit verənlər Allah və Peyğəmbəri ilə müharibəyə girişiblər. Əgər sən
onlardan sələm və ya kredit alrsansa, deməli, məntiqlə sən də onlara
yardım etməklə Allaha və Peyğəmbərinə qarşı müharibəyə qoşulursan. Bundan
sonrası hər kəsin imanından, vicdanından asılıdır...
modern.az
modern.az
Комментариев нет:
Отправить комментарий