XV hissə: Başı bədəni
üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suçlu sayılırdı
1500-cü ildə Murad ilə Əlvənd imperatorluğu
aralarında bölüşdürdülər. Azərbaycan, Diyarbəkr, Əlvənd Mirzəyə, İran (Əcəm),
İraq, Fars ilə Kirman da Murad bəyə verildi. Bu çəkişmələrin nəticəsində xalq
pərişan, ölkə isə xaraba olmuşdu. Böyük bəylərin əlində oyuncaq halında olan bu
iki gənc padşah xəzinədə pul qalmadığından və əmirlərin mərkəzi tanımamasından
müşkül vəziyyətə düşdülər. Belə müşkül vəziyyətdə sultan Heydərin kiçik oğlu
İsmayıl Gilandan neçə yüz atlı ilə yola çıxıb Ərzincana getdi (1499).
Ərzincandan Anadolunun hər tərəfinə xəbərçi göndərib, Səfəvi xanədanının müridlərini çağırdı. Bu müridlər böyük bir şövqlə Ərzincana gəldilər. İsmayıl bunlardan beş minə qədər ordu hazırlayıb Şirvana tərəf hərəkət etdi. Müridlərin mühüm qismi köçəri oymaqlara (Ustaclu, Şamlu, Zülqədər, Varsaq, Turqutlu, Əfşar və Qacar), bir qismi də kəndlilərə (Rumlu və Təkəlu) mənsub idilər.
Ərzincandan Anadolunun hər tərəfinə xəbərçi göndərib, Səfəvi xanədanının müridlərini çağırdı. Bu müridlər böyük bir şövqlə Ərzincana gəldilər. İsmayıl bunlardan beş minə qədər ordu hazırlayıb Şirvana tərəf hərəkət etdi. Müridlərin mühüm qismi köçəri oymaqlara (Ustaclu, Şamlu, Zülqədər, Varsaq, Turqutlu, Əfşar və Qacar), bir qismi də kəndlilərə (Rumlu və Təkəlu) mənsub idilər.
Şirvanşahla savaşda Fərrux Yassar məğlub oldu
və öldürüldü. Bu vəziyyəti görən Əlvənd Mirzə qüvvəsini yığıb Naxçıvan
yaxınlığında Səfəvi qoşununun qarşısına çıxdı, çoxlu itki verəndən sonra məğlub
olaraq Diyarbəkirə qaçdı. Bundan sonra İsmayıl Təbrizə gəlib taxta oturdu,
şahlığını elan etdi, on iki imam adına xütbə oxudub pul basdırdı və Səfəvi
dövləti rəsmən quruldu (1501). Bu vaxt Şah İsmayıl 15 yaşında idi.
Əlvənd Mirzə Diyarbəkrdə hakimiyyətini təkrar
ələ gətirmək üçün çalışsa da, müvəffəq ola bilməmiş və 1504-cü ildə orada vəfat
etmişdir.
Şah İsmayıl 1503-cü ildə sultan Muradı məğlub
edib, Fars əyalətini, sonra İraqı və Diyarbəkri aldı, Ağqoyunlu
imperatorluğunun bütün torpaqlarını zəbt etdi. Sultan Murad Osmanlı padşahına
sığınıb, sultan Səlim ilə birlikdə İrana gəldi və sonra hökuməti ələ almaq üçün
Diyarbəkrə göndərildi. Lakin orada Səfəvi əmirləri ilə savaşda öldürüldü
(1514).
Şah İsmayıl atası, qardaşı və ailə üzvlərindən
bəzilərini öldürdükləri üçün Ağqoyunlu xanədanına şiddətli kin bəsləyib, bu
xanədana mənsub olan, ya tərəfdarlardan əlinə keçəni öldürdü. Onun əlndən
qurtulanlar Osmanlı dövlətinə sığınıb, bir çoxları İran hüduduna yaxın
vilayətlərdə yerləşdilər. Bunlar Osmanlı qoşununa daxil olub əsrlərcə İranın
baş bəlası oldular.
Ağqounlu dövlətinin əsası köçəri bəylərə
arxalanırdı. Uzun Həsən Təbrizi alıb, imperatorluq qurandan sonra, yerli və
şəhərliləri də iş başına gətirməyə çalışıb ulusunu mədəniləşdirmək istədi, bu
yolda ilk addımlarını da atdı. Lakin əski üsul və ənənəni aradan apara
bilmədiyi üçün, özündən sonra az müddətdə imperatorluğu zəifləməyə başladı,
nəhayət, Şah İsmayılın əli ilə məhv oldu.
Ağqoyunlular zamanında bütün ölkə əski türk
ənənəsinə görə xanədanın mülk sayılırdı. Sultanın oğulları ölkənin müxtəlif
əyalətlərində vali, digər şahzadələr də əmir təyin edilirdilər. Ağqoyunlu
dövlətində ölkə Azərbaycan, Aran, Diyarbəkr, İraq, Fars, İsfahan, Kirman və
Qəzvin əyalətlərinə bölünmüşdü. Bu əyalətlərə sultanın oğulları, qardaşları,
əmi oğulları və ya boy rəisləri vali təyin edilirdilər.
Sultan öləndən sonra, əksər hallarda onun
seçdiyi vəliəhd sultan olurdu. Lakin çox vaxt yeni sultanın əleyhinə digər
şahzadələr üsyan edib, daxili savaş aparırdılar. Nəticədə səltənət müvəffəq olanın
əlində qalırdı. Ağqoyunlu dövlətinin az müddətdə aradan getməsinin
səbəblərindən biri də bu məsələ idi.
Uzun Həsən zamanında idari təşkilatın mərkəzi
böyük divan idi. Divanın rəisi divanbəyi və ya sahibi-divan adlanırdı.
Divanbəyinin yanında «sahib» deyilən vəzirlər, hər biri vəzarətə (vəzirlik,
nazirlik) bərabər olan işraf divanları (təftiş, tuğra və ya nişan, istifa, yəni
maliyyə), cəza və nizami işlərə baxan ədl və ərz (şikayət) divanları, qazi
əsgər (hərbi məhkəmə) və pərvanəçi (sənədləşmə üzrə məmur) var idi. Bunlardan
başqa bəzi böyuk bəylər də divanın təbii üzvləri idilər.
Böyuk bəylərin hər biri vilayətlərdə bir
şahzadənin atabəyi idi. Əyalətlərdə də divanın kiçik bir nümunəsi qurulardı.
Uzun Həsən fütuhatından sonra dərbar
təşkilatını da genişləndirmiş, Təbrizdə İstanbul dərbarının əzəmətində bir
dərbar qurmuşdu.
Uzun Həsən ordu təşkilatını da Osmanlı ordusu
kimi qurmuşdu. Ordunun əaas qismini xüsusi əsgərlər təşkil edirdi. Onlar daim
xidmət edib, dövlətdən maaş alırdılar. Qəsəbə və kəndlilərdən alınan piyada
əzəblərlə (subay, evli olmayan) köçəridən alınan çeriklər ancaq savaş zamanında
maaş alırdılar. Bir də vilayətdlərdəki bəylərin əmrində və torpağa bağlı olan
timarlı sipahilər (himayədə olan hərbçilər) var idi. Ağqoyunluların bayraqları
ağ rəngində olub üstündə qoyun başı var idi. Uzun Həsəndən sonra gələn hakimlər
adlarının başına sultan, sonuna padşah, xan və ya bahadır ünvanlarını əlavə
edib, pul, fərman, damğa və yazılarında da bu ünvanları işlədirdilər.
Uzun Həsən bəyin «Qaunnamə»si əkinçi, sənətkar
və tacirlərdən alınan vergilərin adilanə bir şəkildə toplanması, tənzim
edilməsi üçün yazılmışdır. Onun «Qanunnamə»si Səfəvilər tərəfindən uzun müddət,
Osmanlılar tərəfindən də bir müddət tətbiq edilmişdir.
*****
SƏFƏVİLƏR. Səfəvilər ərdəbilli Şeyx
Səfiəddinin övladlarıdır. Bunlar yeni İranı bərpa edib, şiə məzhəbini İranın
rəsmi məzhəbi etmişlər.
Şeyx Səfiəddin 1251-ci ildə monqol İlxanilərin
bərkgedən zamanında Ərdəbildə anadan olmuş və 1334-cü ildə 82 yaşında vəfat
etmişdir.
Şeyx Səfiəddin 25 il Zahid Gilaninin şagirdi
olduğu zaman onun qızı ilə evlənmiş, şeyx Zahid öləndən sonra təriqətin şeyxi
olmuşdu.
Şeyx Səfiəddin ilə müasir olan məşhur Qəzvinli
Həmdullah Mustoufi və İbn Bəzzazın yazdığı «Səffətus-səfa»da («Əsl nüsxə») verdikləri
məlumata görə, şeyx Səfiəddin, oğlu Sədrəddin, nəvəsi Xacə Əli və nəticəsi şeyx
İbrahim təriqət şeyxi olub, xalq arasında çox sevilib və hökumət yanında nüfuz
sahibi olmuşlar.
Şeyx İbrahimin oğlu Cüneyd atasının yerinə
oturandan sonra, müridlərini silahlandırmış, özünə sultan ləqəbi verərək
Azərbaycan və Anadoluda şiə məzhəbini yaymağa çalışmışdır. Cahanşah Qaraqoyunlu
sultan Cüneydin qüdrətindən qorxuya düşüb ondan Ərdəbili tərk etməsini istəyir.
Sultan Cüneyd diyarbəkrə gedir, orada Ağqoyunlu əmiri Uzun Həsən tərəfindən
qarşılanır və Uzun Həsənin bacısı ilə evlənir.
Uzun Həsən Cahanşahı məğlub edib Təbrizi
alandan sonra, sultan Cüneydi yenidən Ərdəbil xanəgahına rəhbər təyin edir.
Sultan Cüneyd 1459-cu ildə Gürcüstan
çərkəzlərinə hücum edir, sonra Şirvanşah (sultan Xəlil) ilə savaşır və bu
savaşda ölür.
Sultan Cüneyddən sonra oğlu Heydər onun yerinə
oturur. Heydər Uzun Həsənin qızı ilə evlənir və atasının yolunu davam edir.
Sultan Heydər əvvəlcə məsihi çərkəzlərini məğlud edir, onlardan 6 minə qədər
əsir gətirir. Sonra Şrvanşah Fərrux Yassarla savaşmağa məcbur olur. Fərrux
Yassar Ağqoyunlu padşahı sultan Yaqubdan kömək istəyir, sultan Yaqub da öz
səltənətinə nicat vermək üçün (bu dövrdə Şirvanşahlar Ağqoyunluların vassalı
idilər) sultan Heydərə hücum edir. Sultan Heydər iki cəbhədə savaşmağa məcbur
olaraq Elbrus dağlarının ətəyində şəhid olur.
Sultan Heydər Uzun Həsənin qızı Şahbəyimlə
evlənmişdi və ondan üç oğlu vardı: İbrahim, İsmayıl və Əli.
Sultan Yaqub onldarı Şiraza göndərib İstəxr
qalasında həbs etdirir. Lakin sultan Yaqub öləndən sonra hər üçü zindandan
çıxırlar. Sultan Əli xanəgah mürşidi olur və nəhayət, ağqoyunlularla savaşda
öldürülür.
İsmayılı müridləri Gilana aparırlar və 15
yaşına qədər orada saxlayırlar. Gənc İsmayıl Ağqoyunlu dövlətinin daxili
ixtilaflarından, aralarındakı çəkişmə və mübarizədən xəbərdar olandan sonra bir
neçə yüz nəfərlə Ərzincana tərəf gedir (1500). Şah İsmayıl sultan Bəyazidin
zəifliyindən faydalanaraq, ailəsinin tərəfdarlarını ətrafına toplayır. 5000 silahlı
müridləri ilə Şimali Azərbaycana Şirvanşahın sorağına gedib, onu məğlub edir,
sonra Naxçıvanda Ağqoyunlu hökmranı Əlvənd bəylə qarşılaşıb məğlubiyyətə
uğradır. Daha sonra Təbrizə gəlir, göstəriş verib on iki imam və öz adına xütbə
oxutdurur. On ilin ərzində Fəratdan Ceyhun nəhrinə qədər yerləri özünə tabe
edir.
Şah İsmayılın Xətai Azərbaycan tarixində
özünəməxsus yer tutmuş, şərqdən qərbə, Amu-Dəryadan İraqa qədər, Dərbənddən
tutmuş Bəsrə körfəzinə qədər böyük bir imperiyanın əsasını qoymuşdur.
Şah İsmayıl Xətai 1501-ci ildə taxta çıxmış,
şah elan olunmuş, şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. O, bu ali məqsədə
çatmaq üçün uzun və şərəfli yol keçmiş, Azərbaycan türklərindən ibarət Şeyx
Səfi ocağını qoruyub saxlamaq onun əsas amalı olmuşdur. İranda böyük
canfəşanlıqla təbliğ olunan şiəliyin əsasını da bu nəsil qoymuşdur.
Şeyx Səfi təkyəsi şərqin ən məşhur təkyəsi
idi. Hətta fateh Teymur şərqə hücum edərkən təkyəyə nəzirlər vermişdir.
Xandəmirin və Miyəhya Qəzvininin yazdığına
görə: «Şah İsmayıl Azərbaycan ölkəsini tərəkəmə zülmünün paxırından qurtarmış,
«Azərbaycan ölkəsi» baş ruhanilərinin adına xütbə oxunması haqqında fərman
vermişdi» («Azərbaycan tarixi üzrə qaynaqlar», səh. 241).
Səfəvi dövlətinin qurulması Anadolu şiələrində
elə bir şadlıq və həyəcan yaratmışdı ki, bir-birinə şah kəlməsi ilə salam
verirdilər və şahlarını görmək üçün İrana gəlirdilər.
Səfəvi hökumətini quran ellərin əksəriyyəti
Anadoludan gələn qızılbaş ordusunu təşkil etmişdilər. Qızılbaşlara aşağıdakı
qəbilələr mənsub idi:
Ustaclu, Rumlu, Təkəlu, Zülqədər, Şamlu
(Begdili, Xudabəndəlu və İnanlu), Əfşar və Qacar, ayrıca Gəncə, Bərdə
qaramanları və talışlardan da bu hökumətin quruluşunda iştirak etmişdilər.
Şah İsmayıl 1525-ci ildə vərəm xəstəliyindən
vəfat etdi. O, Osmanlı imperatoru sultan Səlimlə Çaldıranda fövqəladə bir
cəsarətlə savaşdığı halda məğlub oldu (1514), ondan sonra bir daha üzü gülmədi.
Şiə məzhəbinin rəsmi məzhəb olaraq elan
edilməsi sonralar İranda mill vəhdətin və İran istiqlalının qorunmasına yardım
etdi.
Şah İsmayıldan sonra oğlu Təhmasib 25 il
səltənət edib paytaxtı Qəzvinə keçirtdi. Erməni tarixçisi Zəkəriyyə Kanakersi
onu xeyirxah, tədbirli şah kimi xarakterizə edir. O, ölkəni oğrulardan, yol
kəsənlərdən təmizləmiş ağır vergiləri ləğv etmişdi. Sonra şah Abbas zamanında
İsfahan paytaxt seçildi, işlər el bəylərindən alınıb, şəhərli farslara verildi
və o zamandan farslaşdırma siyasəti başladı.
Holland səyyahı Yan Streys xəbər verirdi ki:
«Ayın 20-də 1671-ci ildə ev sahibi ilə Şah Səfinin dəbdəbəli və gözəl
məqbərəsinə getdim. Burada hər şey xoşagələndir… Sonra mətbəxdə olduq. Qazanlar
təndir oyuqlara qoyulmuşdur. Su oraya qurğuşun kəmərlərlə gətirilir və gümüş
kranlardan axıdılır. Bu mətbəxdə hər gün min nəfər üçün: ruhani, rahib, dərviş
və kasıblar üçün xörək bişirilir, gündə üç dəfə təkrar olunur. Birinci yemək
şah Səfinin adına, sonuncu yeməkhakimiyyətdə olan kral tərəfindən ödənilir.
Burada Soltan Heydərin, şah Təhmasibin məqbərələri olan gözəl bir bağ yerləşir.
Bu gözəl məzarıstanda 12 şahın nəşi saxlanılır».
Səfəvilərdən sonra Əfşarlar, Kərimxan və
Qacarlar İranda hökumət elədilər. Kərimxandan başqa hamısı türk olublar.
M. S. İvanov yazırdı: «Beləliklə də, 1-ci
Səfəvi Şah İsmayıl vaxtında böyük dövlət yarandı. Bəzt tarixçilər bu dövləti
İran dövləti adlandırırlar. Məsələ belə deyil. Səfəvi dövləti fars, türk, ərəb
və sair tayfaları, xalqları bir dövlətdə birləşdirmişdi. Dövlətir paytaxğı
Azərbaycanın Təbriz şəhəri idi. Azərbaycan tayfaları bu dövlətdə əsas rol
oynayırdılar
İlk əvvəl bu dövlət sırf Azərbaycan dövləti
idi». (M. İ. İvanov, «İran v Srednem veke», 1952, səh. 61).
Vaxtilə Səfəvilər sarayında olmuş Yan Batist
Taverye yazırdı ki: «Saray adamlarının dili türk idi».
Səyyah Enqelbert Kemfer demişdir ki: «Şahın
hörmətini qazanmaq istəyən hər kəs türk dilində danışır, indi isə o yerə
çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək
suçlu sayılırdı».
(Ardı var)
Комментариев нет:
Отправить комментарий