18.10.2013

İlahiyyatçı İlqar Kamilin İlahiyyatçı Seyyid Fəramizə həsr etdiyi şeir

Məni zindanlamı qorxudursunuz?
onsuz da bu dünya zindandı mənə.
Həqiqət uğrunda məhkumamsa mən,
o zindan ən gözəl ünvandı mənə!

Tutaq ki, həyatdan sildiniz məni,
könüldən bəs necə siləcəksiniz?
Məhkum ola - ola hakim də mənəm,
gec ya tez siz bunu biləcəksiniz!

Zindanlar dilimi susdura bilməz,
gəzdirin Zindandan zindana məni!
Məndən kölə olmaz, Allahınam mən,
öldürün, qərq edin al qana məni!


Filankəs düz on il yatdı, deyirlər,
Mənsə zindanda da yatan deyiləm.
“Haqq” adlı bir ətək daş toplamışam,
Ölsəm də onları atan deyiləm!

İlahiyyatçı İlqar Kamil             islamazeri.az

Комментариев нет:

Отправить комментарий