31.07.2021


“SSRİ-nin süqutunun ona daxil olan xalqların taleyində böyük faciə olması heç kəsdə şübhə doğurmur, lakin onun süqutunda da müəyyən pozitiv cəhətlər tapmaq mümkündür. Onlardan biri də marksist doqmatikaya kor-koranə əməl olunmasından imtina edilməsidir. Məhz bunun sayəsində materialist məzmunlu Qərbə ikrahla yanaşan İran, Hindistan, Çin kimi vacib ölkələrlə sıx əlaqələr qurmaq şanslarımız yarandı. Yaranmış vəziyyətdən onlarla əlaqələrimizi daha da inkişaf etdirmək üçün istifadə edəcəyik”. Valeri Korovin, Avrasiya Hərəkatının sədr müavini

Valeri Korovin: “Rusiyaya xəyanət edib orientasiyasını Qərbə tərəf dəyişən, könüllü olaraq ABŞ-ın vassallığını qəbul edən xalqların taleyi heç də həsəd aparılası deyil”.

Каким должно быть отношение к писателям и поэтам в будущем Евразийском Государстве


Ибрагим Сел
лидер Евразийского Движения Азербайджана

(Мои предложения насчет программы Евразийского Движения)

Ни в коем случае нельзя и не стоит финансировать такие организации как Союз Писателей (Азербайджана). 
Их вообще необходимо исключить из бюджетных (государственных) организаций, необходимо просто ликвидировать. Пусть действуют в качестве НПО. 
Нецелесообразно выделять бюджетные средства на то, чтобы Союз Писателей выпускал на эти деньги свои газеты и журналы, как это происходит в настоящее время. В данных изданиях и сайтах (на которые государство выделает большие суммы) эти «чобаны» публикуют свои, как говорят в народе, «чушкинские» произведения, польза от которых весьма сомнительна.
Если поэту необходимо опубликовать свои стихи, или писатель хочет подарить людям свое произведение, пожалуйста, пусть он откроет свой блог в сети Интернет или же распространяет эти стихи в соцсетях – так быстрее и эффективнее дойдет до народа, охватит большие массы. Не правда ли? Так зачем государство должно выделять из бюджета значительные суммы, если в современном мире есть такие удобные и легкие способы распространения?
Деньги и зарплаты должны выделятся только переводчикам и пропагандистам!
Ошибкой Советской власти было то, что она не смогла правильно организовать свою пропаганду и породила тысячи «чобанов-поэтов», которые в дальнейшем сами участвовали в его уничтожении.
Обратите внимание, Советское правительство собрало в Союз Писателей Азербайджанской ССР около 1500 бездарных членов. Советский Союз обеспечивал их приличной зарплатой, бесплатными квартирами в центре Баку (для большинства выходцев из горных районов это являлось поистине экзотикой), гонорарами, командировками, машинами. Хотя многие из них кроме пустой макулатуры ничего не производили.
Что за это Советский Союз, а затем и Россия получила взамен от писателей и поэтов постсоветского пространства? Даже в самом расцвете Советской власти они критиковали Советскую власть, являлись «пятой и шестой колоннами» в государстве, преподнося себя народу национальными героями!
Когда азербайджанские, армянские и грузинские писателы отдыхали, «кайфовали» и ели икру в Есентукских, Кисловодских («Джан ай Кисловодски!» - любимая их фраза тех времен) и Ялтинских санаториях, великий американский писатель Стивен Кинг работал на бензоколонке!
Америка знала, как поступать с писателями и поэтами. Поэтому она до сих пор сохранилась, а Советский Союз разрушен – и разрушен от рук самих писателей и поэтов!
Когда Советский Союз был накануне крушения, в Союзе Писателей Азербайджанской ССР было 1500 членов – ели, наслаждались, жили на широкую ногу, широко использовали льготы, щедро дарованные Советской властью! Но с началом распада СССР они в массовом порядке встали в ряды оппозиции, пошли на митинги, выступали с трибун и направляли народ против «Советского режима», даже участвовали в погромах, нападали на места проживания жен и детей советских военнослужащих! Вот так они отблагодарили Советскую власть за всю доброту, которую им она давала в течение 70 лет.
В дальнейшем в годы независимости эти «национальные герои» не сделали ничего для защиты Ильхама Алиева от нападок прозападной оппозиции, хотя наш Президент, в отличие от других постсоветских республик, не прекратил и не сократил финансирование Союза Писателей. Многие из них даже примкнули к оппозиционному лагерю и критиковали правительство по выданным в иностранных посольствах «либеральным трафаретам».
Ни один из них в течении 30 лет не поддержал ни Россию, ни Советскую систему! Не поблагодарил русских, которые этих «чобанов» сделали «интеллигентами в галстуках». Большинство из них придерживаются атлантических, протурецких, и либеральных позиций, с которых системно вводят и без того зомбированный натовской пропагандой народ в заблуждение.
Не вышло из их среды ни одного человека, который бы хоть немного сопротивлялся натовской пропагандистской машине, довел бы до народа правду и реалии в отношении России. Наоборот, многие из них проявляют себя в атлантических и гюленистских проектах.
Так что я призываю новое Евразийское Государство ликвидировать Союз Писателей во всех постсоветских республиках, и выпустить их на «вольные хлеба». А финансировать необходимо только пропагандистов и переводчиков! Так было в сталинское время, деньги платили в основном пропагандистам – так и должно быть в новом Евразийском Государстве.

P.S.: Кстати, в программе Евразийского Движения отмечается (глава «Конкретные шаги по созданию региональных структур Международного Евразийского Движения»):
«2.3. Региональное представительство или филиал развивает свою деятельность в следующих направлениях:
Организация регионального евразийского пресс-центра, включающего интернет-сайты, представительства или филиалы, информационные агентства, в перспективе регионального евразийского медиа-холдинга, выпускающего и распространяющего евразийскую литературу, активно взаимодействующего с местными СМИ в интересах продвижения и популяризации евразийских идей и структур».
На мой взгляд, в программу обязательно необходимо добавить создание в региональных отделениях Переводческих Центров, в штат которых включить не менее 2-3 профессиональных переводчиков, которые будут на регулярной основе переводить новостную и политическую повестку, а также евразийскую литературу и распространять их в медиапространстве.
В каждом регионе, где откроются филиалы МЕД, необходимо организовать указанные Переводческие центры. 
Эффект от работы будет колоссальный!

Valeri Korovin: Avrasiya Birliyinə gedən yol


Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının rəhbərlərindən biri, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Avrasiya Birliyinə gedən yol” kitabında Avrasiya geopolitik məktəbinin əsas postulatları ilə tanış olacaqsınız, regionumuzun gələcəyi haqqında real təsəvvürünüz yaranacaq.


PUTİNİN GEOPOLİTİK İNQİLABI: BİZ İMPERİYA OLACAYIQ!

Geopolitika Qərbin xarici siyasətinin əsas aləti olsa da, xeyli müddət Rusiya hakimiyyəti tərəfindən iqnor edilmişdi. Bəzən şüurlu surətdə geopolitik düşməninin tərəfində durmaqla, bəzən siyasi hakimiyyət intizamının incəliklərindən baş çıxarmamaq səbəbi ilə, ancaq həmişə öz ziyanımıza olmaqla hakimiyyətdəkilər geopolitikanın prinsiplərini kənara qoymuş, öz işlərində bunları nəzərə almamışdılar. Geopolitikaya belə bir münasibət az qala ölkəmizi itirmək bahasına başa gələcəkdi. 90-cı illərdə Rusiya süqutun astanasında idi, amma bizim geopolitik düşmənimiz olan ABŞ maneəsiz şəkildə dünyaya ağalıq edirdi. Ta ki Putin siyasi səhnəyə çıxanadək.
İlk dəfə Rusiya hakimiyyətinin hərəkətlərində geopolitik məntiq məhz Putinin hakimiyyətə gəlməsindən sonra meydana çıxdı. O oliqarxların atlantist məzmununu dərk edərək onları idarəetmədən qovdu, Rusiyanın regionlarını sərt şəkildə mərkəz ətrafında sıx birləşdirdi, bununla da böyük məkanın dəyərini qiymətləndirdi. Rusiyada geopolitik inqilab belə başladı- qərarlar qəbul edilərkən geopolitik prinsiplərə yeni yanaşmalar formalaşdı. Onun hakimiyyətinin ilk səkkiz ili Rusiyaya geopolitik özəllik qazandırmağa sərf edildi.
Böyük Rusiya arzusu ilə yaşadığımız uzun və iztirablı günlərimiz əslində uzun deyil- tarix miqyasında bir saniyəyə bərabər bir zaman kəsiyidir. Putinin Münhen çıxışındakı sözləri atlantizmin buludusuz səmasında göy gurultusu kimi səsləndi: “Müasir dünya üçün birqütblü model nəinki qəbuledilməzdir, ümumiyyətlə qeyri-mümkündür”. Bu döyüşə çağırış idi. Atlantizmin planetə şəriksiz ağalığına qarşı edilmiş birbaşa çağırış. Putin xəbərdarlıq etdi- Rusiya qayıdır.
Lakin həmin vaxt Qərb Rusiyanı ciddi qəbul etməyi unutmuşdu. Ümumiyyətlə tarixin verdiyi dərslər orda çox tez unudulur. Amerika 200 il ərzində dünya hegemonluğuna ona görə can atmamışdı ki, soyuq müharibə nəticəsində əldə etdiyi, heç də bizim xeyirimizə olmayan bu hegemonluqdan asanlıqla imtina etsin. Çağırış etdinsə- cavab ver. Amerikaya öz birqütblü planları ilə düşdükləri yeni reallığı yoxlamaq lazım gəldi. Rusiyanın elan edilmiş geopolitik özəlliyinin reallıqla nə dərəcədə uyğun olmasını əməli işdə yoxlamaq, amerikan strateqlərinin dediyi kimi “reality chek” etmək lazım idi.
Və budur- ağlını itirmiş gürcü aqressor gecə vaxtı yatmış Qori şəhərini bombalayır. Amerika diqqətlə Rusiyanı izləyir: “Geopolitik özəllik? Çoxqütblü dünya modeli? İndi cavab ver...” “Deyirlər sizin Putinin korlamağa başladığı Qərblə münasibətləri düzəltməyə hazır olan mülayim, liberal prezidentiniz var”. Lakin bu, yerimədi. Bəli, Medvedyev mülayimdir- insanlarla ünsiyyətdə. Daha dəqiqi, sakit və özünə güvənən biridir. O aqressorun zərbəsini sərt şəkildə dəf etdi. Döyüş çağırışına cavab verdi, döyüşü sonadək- qələbəyədək apardı.
Yeni prezident Dmitri Medvedyev Putindən geopolitik inqilab estafetini qəbul edib Amerikanın döyüş çağırışına cavab verdi. Praktikada göstərdi ki, artıq birqütblü dünya yoxdur. “Rusiya bütün qərarların bir dövlət- hətta ABŞ kimi ciddi dövlət tərəfindən belə qəbul edildiyi dünya quruluşunu qəbul edə bilməz, belə bir dünya dayanıqlı deyil və daim konfliktlər təhlükəsi ilə üz-üzə qalacaq”- deyə Medvedyev öz xarici siyasət doktrinasında bəyan etdi.
Avrasiyaçılıq və atlantizm- geopolitikanın iki qütbü yenidən dünya siyasətinə döndü. Rusiya yenidən tarixə qayıtdı.
Putin özünün tarixi Münhen nitqində Qərb ictimaiyyətinə dedi: “Rusiya min ildən artıq dövlətçilik tarixi olan, həmişə müstəqil xarici siyasət yürütmək imtiyazından istifadə edən ölkə olmuşdur. Biz bu gün də bu ənənəni dəyişmək fikrində deyilik”.
Öz içində isə bunu dedi: “Rusiya minillik imperiya tarixi olan bir ölkədir. Rusiya həmişə imperiya olmuşdur”.
Və imperiya da olacaq. Biz imperiya ərəfəsində yaşayırıq...

DÖVLƏT TƏHLÜKƏSİZLİYİNƏ CAVABDEH OLAN BÜTÜN ŞƏXSLƏR GEOPOLİTİKAYA SƏDAQƏT ANDI İÇMƏLİDİRLƏR

Geopolitika elə bir dünyagörüş formasıdır ki, onun əsasında dəniz və quru sivilizasiyalarının mübarizəsi haqqında təsəvvürlər və xalqların, dövlətlərin, imperiyaların bu təsəvvürlərdən doğan yaşayış, mövcudolma prinsipləri dayanır. Coğrafiya və məkanın geopolitikada daşıdığı funksiya marksizm və liberalizmdə pul ilə istehsal münasibətlərinin daşıdığı funksiya kimidir. Geopolitikanın mahiyyətini bu formulaya çevirmək olar: Coğrafiya – bir taledir. Geopolitikanın əhatəli, lakin o qədər də tam olmayan bu ifadəsindən çıxış edərək, geopolitikanın ölkəmizin milli təhlükəsizliyi sferasında hansı rol oynamasına, xüsusilə milli təhlükəsizlik konsepsiyasının formalaşdırılmasında, həm də lazım gələndə bu konsepsiyaya korrektələr edilərkən geopolitik metodun tətbiqinin hansı formada uyğunluğuna aydınlıq gətirməyə çalışacayıq.
Yeni – Sovet və sonrakı Rusiya tarixini geopolitik cəhətdən xarakterizə edərkən şərti olaraq 4 perioda bölmək olar.
Stalin hakimiyyəti dövründə rəsmi ideoloji model əmək və kapitalın mübarizəsi səviyyəsində cəmlənmişdi. Sovet dövlətinin milli təhlükəsizliyi isə nominal olaraq gələcək dünya kommunist inqilabının əsas plasdarmı kimi ölkənin sənayeləşməsi və hərbi cəhətdən möhkəmləndirilməsi üzərində qurulmuşdu. Lakin bunu da qeyd etməliyik ki, Stalin hakimiyyəti dövründə artıq “dünya inqilabı” barədə pafos səngimiş, Sovet dövlətinin müəyyən ərazilərə “imperiya” ekspansiyası ilə bağlı dəqiq cızılmış strategiya formasına salınmışdı. Geopolitika bir elm kimi həmin vaxtlarda yeni yaranmışdı və geopolitik metod, dövlət təhlükəsizliyinin əsaslarının formalaşmasında vacib element kimi sırf intuitiv qəbul olunurdu. Bu özünü bəzi dövlətlərlə müttəfiqlik müqavilələrinin və paktlarının imzalanmasında bir növ praqmatik pozisiyadan göstərirdi ki, o dövrdə bütün məsələlərə sinfi nöqteyi-nəzərdən yanaşmadan yönəlirdi. Lakin ümumilikdə Stalin periodunu anlayışların qeyri-dəqiqliyinə və ideoloji gərginliyə baxmayaraq, tam əminliklə geopolitik ölçülü saymaq olar. Geopolitikadakı “quru” o dövrdə “əməklə”, “dəniz” isə “kapitalla” üst-üstə düşürdü, Sovet ekspansiyası isə Avrasiya kontinentinin sərhədlərinə doğru can atırdı.
İkinci mərhələni şərti olaraq poststalin epoxası, Sovetin sonrakı brejnevizm dövrü də adlandırmaq olar. Bu periodda ideologiyanın əldən verilməsi nəticəsində elə bir Sovet elitası formalaşmışdı ki, geopolitika rəsmi şəkildə “imperialistlərin öz işğallarını əsaslandırmaq üçün coğrafi əlamətlərdən yararlandıqları siyasi konsepsiya” kimi traktovka olunurdu, qadağan edilərək “yalançı elm” sayılırdı, belə ki “alman faşizminin rəsmi doktrinası olmuşdu” (1979-cu ilin Sovet Ensiklopedik Lüğətində belə yazılmışdı). Belə hesab edilirdi ki, Sovet İttifaqı imperiya deyil. Ekspansiya qəsdən dəqiq olmayan şəkildə “müstəmləkəçilik” kimi qələmə verilirdi. Hesab edilirdi ki, Sovet İttifaqı – imperiya olmadığından ekspansiya (qəsdən bunu “kolonizasiya” kimi göstərirdilər) həyata keçirmir və deməli sosialist dəyərlərinin müdafiəsində duran, sülh dövləti olan Sovet İttifaqına geopolitika gərək deyil. Amma bu gün, artıq Əfqanıstandakı uğursuzluqdan və Şərqi Avropanın itirilməsindən sonra biz açıq-aydın gördük ki, xarici siyasət yanaşmalarını formalaşdırarkən geopolitik faktorları nəzərə almamaq mümkün deyil. Təkcə ona görə ki, Rusiyanın potensial düşmənləri aktiv şəkildə geopolitikaya əsaslanırlar, öz ekspansiya planlarını buna uyğun qururlar,- məsələn, Avropada Şərqə doğru genişlənmə, Qafqazın destabilizasiyası və qoparılması, Orta Asiya ölkələrinin işğalı planlarında.
Növbəti dövr, milli təhlükəsizlik məsələsinə yanaşmanın yenidən formalaşması – Yeltsin reformaları dövrüdür. Sovet İttifaqının süqutundan sonra qalan ölkə artıq imperiya deyildi və heç bir ekspansiyaya iddia etmirdi. Yeltsin hakimiyyəti üçün geopolitikanı ölkənin xarici siyasət və milli təhlükəsizlik konsepsiyasının əsası kimi rəsmi elan etmək o demək olardı ki, Rusiyanın o vaxtkı geopolitik maraqlarına (tez bir zamanda Qərbə təslim olmaq və suveren mövcudluğa son vermək) zidd olan fəaliyyətə imza atsın. Əgər Rusiya Qərbin içinə girməyə can atırdısa, Qərblə birlikdə xoşbəxt gələcəyi kapitalizmdə görürürdüsə, burda hansı geopolitikadan, hansı “quru” və “dəniz” qarşıdurmasından, hansı Şərq və Qərb sivilizasiyalarından söhbət gedə bilərdi? Lakin alınmadı. Qərb bizi qucaqlamaq əvəzinə qaşlarını çataraq nifrətli baxışlarla NATO-nu sərhədlərimizə doğru itələməyə başladı.
Rusiyanın milli təhlükəsizliyi üçün ən böyük təhlükə, o vaxktı Qərbyönümlü liberal elitanın fikrincə, elə Rusiyanın öz içində idi. Bununla bağlı Yeltsinin imzaladığı Milli Təhlükəsizlik Konsepsiyasında deyilirdi: “Rusiya Federasiyasının milli təhlükəsizliyinə qarşı olan təhlükələrin qarşının alınmasında və aradan qaldırılmasında prioritet Daxili İşlər Nazriliyinə, Federal Təhlükəsizlik Xidmətinə, Mülki Müdafiə və Fövqəladə Hallar Üzrə Nazirliyə verilir”. Yəni, milli təhlükəsizlik məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmışdı. NATO və ABŞ-a aid olan məsələlərlə bağlı isə belə deyilirdi: “Rusiya Federasiyası ABŞ və Avropa İttifaqı ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa can ataraq konstruktiv partnyorluğu inkişaf etdirəcəkdir”. Belə konstruktiv partnyorluq əməli fəaliyyətdə özünü hər yerdə və hər şeydə Qərblə kor-koranə razılaşmaq, dünyadakı bütün strateji plasdarmlarımızı düşmənə təslim etmək, postsovet məkanına nəzarəti itirmək və s. kimi məsələlərdə göstərirdi. Qərb çox “konstruktiv” şəkildə bizim çıxdığımız geopolitik məkanları tutur, bütün istiqamətlərdə çəkinmədən “geopolitik ekspansiya” həyata keçirirdi.
Putin hakimiyyətə gələndən sonra ölkənin yeni rəhbərliyi dövlət təhlükəsizliyinə yeni formada yanaşdı və nizam-intizamın iqnor edilməsinin ağır nəticələri ilə qarşılaşmalı oldu. Hansı ki bu nizam-intizam ilə bizə rəqib olan geopolitik düşərgənin bütün ölkələri hələ “soyuq müharibə” dövründən silahlanmışdılar. Rusiyanın yeni prezidenti tərəfindən yenidən işlənən milli təhlükəsizlik konsepsiyasına diqqət yetirsək, Rusiya rəhbərliyinin xarici siyasətdə son zamanlar “Qərb partnyorlarını” qıcıqlandıran, Rusiyanı açıq-aşkar hədələmələrinə səbəb olan addımlarına başqa cür baxa bilirik.
Putinin prezidentliyinin ilk illərində imzaladığı milli təhlükəsizlik konsepsiyasında Rusiyanın milli təhlükəsizliyini hədələyən faktorlar arasında bunlar qeyd olunur:
–Bəzi dövlətlərin və dövlətlərarası birliklərin beynəlxalq təhlükəsizlik təminatının mövcud mexanizmlərinin rolunu aşağılamaq cəhdləri, ilk növbədə BMT və ATƏT kimi təşkilatların;
–Rusiyanın dünyadakı siyasi, iqtisadi və hərbi təsirinin zəiflədilməsi təhlükəsi;
–Hərbi-siyasi blokların və ittifaqların möhkəmlənməsi, ilk növbədə NATO-nun Şərqə doğru genişlənməsi, Rusiya sərhədləri yaxınlığında xarici ölkələrin hərbi bazalarının və kontingentlərinin yerləşdirilməsi və s.
Stalin Rusiyasından sonra ilk dəfə bizim ehtimal edilən rəqiblərimizin adları açıq-aşkar çəkilirdi.
Putin yeni konsepsiyanı qəbul etməklə bərabər bəyan edirdi: “Rusiya özünü həmişə Avro-Asiya ölkəsi kimi hiss edib”. Bu, Rusiyanın dünyada baş verən geopolitik proseslərdəki istiqamətinin bircə saat içində dəyişməsinə səbəb olan tarixi, möhtəşəm bir bəyanat idi. Bundan sonra aydınlaşdı ki, biz Rusiyanın atlantizmdən avrasiyaçılığa doğru tam dönüşünün şahidi oluruq. Dövlətimizin mərhələli şəkildə Avrasiya inteqrasiyası məntiqinə keçməsinin şahidi oluruq. Dövlət əhəmiyyətli məsələlərin həlli zamanı qəbul edilən qərarlarda geopolitik yanaşmaların əlamətləri açıq-aşkar özünü göstərir.
O vaxtdan Rusiya tarixində ilk dəfə olaraq geopolitika açıq-aydın şəkildə elə bir qaçılmaz əməliyyat sistemi kimi qəbul edilmişdir ki, müasir xarici siyasət reallıqlarında ona müraciət etməmək ağılsızlıq, bəzi hallarda isə hətta cinayət hesab olunur.
Məhz Rusiyanın inkişafın avrasiyaçı yoluna qədəm qoymasından sonra dövlət elitası son yüzilliyin siyasi tarixinə yeni baxış nümayiş etdirməli, buraxılan səhvləri, düzgün aparılmayan hesablamaları araşdırmalı oldu, dərk etdi ki, bir daha “geopolitik yolazmaya” haqqımız yoxdur. Yaranmış situasiya o qədər dərinləşmişdi ki, artıq geopolitikanı iqnor etmək, hər dəfə iflasa uğramış bu və ya digər strateji modellərlə yola vermək olmazdı. Bundan sonra dövlətimizin milli təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər geopolitikaya sədaqət andı içməlidirlər.
Artıq bizim böyük məkanımızın avrasiyaçı orientasiyası geopolitik aksiomaya çevrilmişdir ki, Rusiyanın inkişafının gələcək kursunun müəyyənləşməsində və yekdilliyində heç bir şübhə doğurmur.
Bu gün dövlətimizin rəhbərliyi avrasiyaçılığın dünyagörüş kimi qələbəsi üçün dəmir iradə nümayiş etdirir. Bu dəmir iradənin fonunda biz də həmin qələbənin təmin edilməsinin iştirakçısıyıq. Rusiya və Avrasiyanın əzəməti və çiçəklənməsi naminə bizə yalnız onu dəstəkləmək qalır. Belə ki Avrasiya - hər şeydən üstündür!

ANAKONDA İLƏ DÖYÜŞƏ GİRƏCƏYİK

“Anakonda” – 1861-1865-ci illərdə Şimali Amerikada baş vermiş Vətəndaş müharibəsində müttəfiq qoşunlarına komandanlıq etmiş general Mak-Klellanın hazırladığı strateji planının kod adıdır. Bu planın məqsədi o idi ki, üsyana qalxmış Cənub həm qurudan, həm də dənizdən tam blokirovka olunsun və xammal istehsalçısı olan Cənub ştatları tədricən industrial Şimal tərəfindən boğulsun. ABŞ özünün ilk böyük müharibəsində bu strategiyanı tətbiq etdikdən sonra bir də heç vaxt bu strategiyadan əl çəkmədi. Tezliklə amerikan Alfred Mehen və ingilis Bezil Liddel Qart tərəfindən bu strategiyanın müvafiq nəzəriyyəsi işlənib hazırlandı.
“Anakonda” strategiyasının əsas prinsipləri nədən ibarətdir?
1.Birinci və ən əsas prinsip iqtisadi motivasiyadan ibarətdir. Yəni hərbi fəaliyyət ölkənin birbaşa iqtisadi maraqları ilə əsaslandırılır, ideologiya isə sadəcə təbliğata don geyindirmək üçün istifadə olunur. Alverçi quruluşun mahiyyəti məhz bundan ibarətdir. Belə məzmun, yəni əvvəlcə pul, sonra ideologiya prinsipi hələ amerikan dövlətinin ilk yaranışından irəli sürülmüşdür. Anakonda planının uğur qazanması üçün tətbiq olunan əsas strateji fəaliyyət üsulu- iqtisadi blokadadır. Axı əsas hədəf- iqtisadi maraqlardısa, deməli tətbiq olunan təsir vasitələri də buna uyğun seçilməlidir.
2.Anakondanın ikinci prinsipi rəqibin əsas hərbi birləşmələri ilə şiddətli toqquşmalardan yayınmaqdır. Belə ki silahlı toqquşmalar iqtisadi cəhətdən sərfəli deyil, maddi ziyana gətirib çıxarır, yəni birbaşa zərərlə müşayiət olunur. Bu səbəbdən həmin strategiya həyata keçirilərkən düşmənin silahlı qüvvələri ilə mübarizənin əsas ağırlığı müttəfiqlərin üzərinə qoyulur.
3.Üçüncü prinsip – düşmən dövlətin və ya dövlətlər koalisiyasının iqtisadiyyatının dağıdılması və əhalisinin terror edilməsi hesabına qələbə əldə olunması, bu yolla rəqib dövlətin və onun müttəfiqlərinin rəqabətdən kənarlaşdırılması.
Anakonda strategiyasının əsas prinsiplərini hər dəfə oxuduqca 19-cu əsrdə yazılmış bu yanaşmaların dünyadakı indiki vəziyyətlə necə də uyğun gəlməsinə heyrətlənməyə bilmirsən. Nəticə etibarilə 19-20-ci əsrlər ərzində dəniz dövlətlərinin kontinent dövlətlərinə qarşı bu strategiyadan istifadə etməsi açıq-aydın görünür. Bununla yanaşı tarix göstərdi ki, strategiyanın bütün əsas bəndləri tətbiq edildikdən və qələbəyə çatmaq aşkar göründükdən sonra, yəni əlverişli şərait yarandıqda amerikanlar rəqibin ərazisinə birbaşa müdaxilə də edirlər.
ABŞ-ın Avrasiya materikində möhkəmlənməsi üçün ilk fürsət İkinci Dünya Müharibəsi oldu. Bu müharibənin gedişində ABŞ ilk növbədə Britaniyanı özünə tabe etdi. 20-ci əsrin 20-30-cu illərində dünya ağalığı uğrunda ABŞ ilə konflikt aparan bu dövlət 1940-1941-ci illərdə elə bir çətin bir vəziyyətə düşdü ki, ABŞ protektoratını qəbul etməli oldu. O vaxtdan Böyük Britaniya “xüsusi münasibətlər” formulası adı altında ABŞ-ın siyasi və hərbi vassalıdır. Britaniya mahiyyətcə, amerikan hərbçilərinin zarafatla deyildiyi kimi, “Avropanın qərb sahillərində amerikan aviadaşıyıcı gəmisi” rolunu oynayır.
İlk addımdan sonra, yəni Britaniyanı tabe etdikdən və ağır hərbi toqquşmaları müttəfiqlərin- Britaniya və SSRİ-nin üzərinə qoyduqdan sonra, nasist Almaniyası üzərində hərbi qələbə açıq-aydın göründükdə, amerikanlar birbaşa hərbi müdaxiləyə girişdilər. Həmin hərbi müdaxilə nəticəsində də 1944-1945-ci illərdə Qərbi Avropanı işğal etdilər. Müharibədə gücdən düşmüş SSRİ-nin ABŞ Dövlət Departamentindən gələn göstərişlərə uyğun siyasət aparacağına olan ümidləri özünü doğrultmadı. Axı bunun üçün bütün əsaslar vardı- dağılmış iqtisadiyyat, böyük insan itkiləri, maliyyə borcları və Amerikadan gələn maddi-texniki təminatdan asılılıq. Lakin Stalin Marşall planını rədd etdi. O bu planı haqlı olaraq ABŞ-ın Avropanı hərbi cəhətdən işğalına əlavə tədbir- maliyyə və iqtisadi tabeçiliyi kimi qiymətləndirdi, SSRİ-nin və Şərqi Avropanın iqtisadiyyatlarının daxili resurslar hesabına bərpa olunmasını təşkil etdi. Məlum oldu ki, ABŞ-ın Avropanı işğal etmək siyasətinə hədd qoyulub. ABŞ isə buna adəti üzrə cavab verdi – “Anakonda” ilə. Bu “Anakonda” az sonra “soyuq müharibə” adı aldı.
“Soyuq müharibənin” məzmunu “Anakonda” strategiyasının yuxarıda göstərdiyimiz sxemi ilə ciddi şəkildə uyğunluq təşkil edir. “Soyuq müharibənin” əsasında Qərb dövlətləri iqtisadiyyatları tərəfindən iqtisadi blokada həyata keçirilməsi, Şərq bloku ətrafında psixoloji müharibə, ideoloji diversiya, hərbi əməliyyatlar aparılması və digər amillər dururdu. “Soyuq müharibənin” ilk mərhələsinin vəzifəsi Avrasiya materikini amerikan siyasi və hərbi bazaları və ittifaqları ilə əhatələmək idi.
Artıq İkinci Dünya Müharibəsinin gedişatında Amerika bazalarının iki liniyası qurulmağa başlamışdı. NATO adlanan “sağ əl” Qrenlandiyadan Kəraçiyə qədər uzanırdı. Həmin vaxt “sol əl” isə Alyaskadan Filippinə qədər olan ərazidə yerləşən, ABŞ-la ikitərəfli hərbi müqavilələri olan müttəfiqlər sistemini özündə ehtiva edirdi ki, müharibə bitəndən sonra işğal edilmiş Yaponiya, daha sonra Cənubi Koreya və Tayvan da bura daxil oldu. Plana görə bu “əllər” Hindistanda birləşməli idi. Amma Hindistan vaxtında “Üçüncü yol” siyasəti yürüdərək buna imkan vermədi. Ona görə də ABŞ tərəfindən Hindistana qarşı bu günə qədər davam edən, elan edilməyən kəskin mübarizə başladı.
Uzun illər bu “əllər” Hind okeanında birləşməyə can atdılar. Vaxtilə bu birləşmənin nazik sapı Britaniyaya məxsus, ABŞ hərbi bazası yerləşən Diyeqo Qarsiya adasından keçirdi. Lakin SSRİ-nin çökməsi amerikanlara fantastik fürsət yaratdı ki, bu birləşməni xəritədə daha yuxarıda -vaxtilə SSRİ-nin nəzarət etdiyi və ya neytrallığını saxlayan ərazidə- “Avrasiyanın göbəyində” həyata keçirsinlər. “Anakonda”nın həlqəsi quru ərazinin aşağısından birləşdi. Tam birləşmə üçün isə Amerikaya şiə İranı tabe etmək lazım idi.
SSRİ və ABŞ kimi dünya güc mərkəzlərinin olduğu yerdə başqa heç bir dövlətin sərbəst siyasət yürütmək şansı yox idi. Sərbəst siyasət yürütmək istəyən Fransa, CAR və İran tərəfindən çoxlu cəhdlər edilsə də, yalnız Hindistan dövləti Hind subkontinenti hüdudlarından kənarda hər cür aktivlikdən imtina etmək yolu ilə hər iki fövqəldövlətlə münasibətlərdə balans qoruyub saxlaya bildi. Geopolitiklər hələ o vaxt bildirirdilər ki, 70-80-ci illərdə artıq ikiqütblü dünya mövcud deyildi- SSRİ, Çin və Hindistan ABŞ-ın dünyadakı mövqeyinə heç bir təhlükə yaratmırdılar, amerikanlar vəziyyətin ağası idilər və istədiklərini edirdilər. Lakin onlara vacib idi ki, özlərinin şəriksiz hegemonluqlarına qarşı olan təhlükəni tam aradan götürsünlər. Ona görə də “Anakonda” uzanmaqda davam edirdi.
SSRİ-nin dezinteqrasiyası vəziyyəti kökündən dəyişdi. Postsovet məkanı bir neçə xırda fraqmentlərə parçalandı. Avrasiyanın geopolitik xəritəsində 4 güc mərkəzi- Rusiya, Almaniya, Hindistan və Çin peyda oldu, o cümlədən Türkiyə, Pakistan, İran, Yaponiya kimi bir sıra regional güc mərkəzləri ortalığa çıxdı. Qərb strateqlərinin öncəgörmələrində “tarixin sonu” adlandırdıqları mərhələ elə bir aktiv geopolitik oyuna çevrildi ki, ABŞ özünün güclü təzyiqləri ilə dayandırmağa çalışdı, lakin bütün cəhdləri boşa çıxdı.
Bütün bu dəyişikliklərə və SSRİ-nin Şərq Bloku ilə birlikdə faktiki intihar etməsinə baxmayaraq, ABŞ-ın Avrasiyaya hücumu davam etməkdə idi. Strateji hərəkətin əsas forması iqtisadi blokada oldu. İqtisadi blokadanın əsas vasitəsi isə maliyyə müharibəsi və əlavə olaraq texnoloji blokada idi. Vaxtilə geniş reklam edilən iqtisadiyyatın açıqlığı əslində ölkəmizin iqtisadiyyatının müdafiə mexanizmlərinin məhvinə gətirib çıxardı. Nəticələr aşkardır: Dəhşətli qiymət artımı, respublikaların, vilayətlərin, rayonların bir-biri ilə müharibə etməsi, 90-cı illərin əvvəllərində istehsalatın faciəvi şəkildə aşağı düşməsi və s. Maliyyə müharibəsinin bir metodu da silahlanma yarışı idi. Bəzi məlumatlara görə, 80-ci illərdə silahlanmaya xərclənən vəsait Ümumi Milli Məhsulun qeyri-istehsalat xərclərinə gedən hissəsinin 50%-inədək yüksəlmişdi.
Bu gün “Anakonda”nın fəaliyyətini davam etdirməsinin əsas əlaməti odur ki, ABŞ Rusiyanın nəzarətindən çıxan bütün ərazilərə girməkdədir. “Anakonda” həlqəsinin sıxılması Qərbdə baş verir; ABŞ öz nəzarətinə orta zolağı- Şərqi Avropa ölkələrini aldıqdan sonra sanitar kordonun yaxın zolağını- Pribaltika, Ukrayna, Moldava ölkələrini də almaqdadır. Bununla Rusiyanın Avropaya yolu kəsilir və onu iqtisadi cəhətdən “boğmaq” üçün şərait yaranır. Məhz Avropa İttifaqı öz maliyyə və texnologiyası ilə, Rusiya isə öz resursları ilə ABŞ-ın şəriksiz hegemoniyasına ən potensial təhlükədirlər.
Həlqə qitənin cənub sərhədlərində də sıxılmağa başlayıb: Qafqazın qoparılması üçün aktiv cəhdlər, Gürcüstanda “qızılgül inqilabları” və ABŞ hərbi bazaları, antirusiya enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan layihəsinə Azərbaycanın cəlb edilməsi, Rusiyanın Şimali Qafqaz ərazisində vəziyyətin destabilizasiyasına yönəlmiş fasiləsiz səylər bu prosesin əlamətləridir. O cümlədən amerikanlar Əfqanıstanın ardınca keçmiş SSRİ-nin Orta Asiya respublikalarına girdilər və orda öz hərbi bazalarını yerləşdirdilər. “Anakonda” həlqəsi cənubdan ölkəmizin sərhədlərinə sıx yaxınlaşdı.
Bəs amerikan strategiyasında əsas hədəf olan Rusiyanın boğulması prosesinin növbəti meydanı hara ola bilər? Nə qədər inanılmaz görünsə də, amerikanların qoparıb almaq istədikləri növbəti plasdarm Uzaq Şərqdən Şərqi Sibirə qədər olan ərazilərdir. Nahaq yerə bu ərazini Qərb geopolitik məktəblərində Lenalənd adlandırmırlar- bu ad həmin ərazinin geopolitik cəhətdən əsas kontinental məkan sayılan Hartləndə aid olmasına bir işarədir.
Hazırki Rusiya hakimiyyəti Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişləndirir və inkişaf etdirməkdədir.
2000-ci illərin əvvəllərində ölkələrin çoxuna ABŞ-ın güclü təsirini nəzərə alan Rusiya “Anakonda” həlqəsini yarmaq üçün bir çox ölkələrlə strateji əlaqələr qurdu. Rusiya bu yolla dünyanın aparıcı iqtisadiyyatları tərəfindən iqnor edilən öz iqtisadiyyatının itkilərini “izqoy” ölkələrdən sayılan Şimali Koreya, onda hələ işğal olunmamış İraq, hələ sındırılmamış Liviya, İran, Suriya, Venesuela və başqa dövlətlərlə maliyyə və ticarət əlaqələri hesabına kompensasiya etməyə çalışırdı. Lakin Amerika Rusiyanın belə, hətta təzəcə qönçələnmiş, ibtidai formada olan geopolitik özünüdərk formasını da özünün dünyadakı şəriksiz hegemonluğuna qarşı təhlükə hesab etdiyi üçün boğdu. Liviya elə bir vəziyyətə gətirildi ki, kapitulyasiya etməli oldu, Qəddafi tələsik ABŞ-a qarşı loyal olacağı barədə and içməyə məcbur qaldı. İraq işğal edilərək dağıdıldı, Qəddafinin yolunu getməkdən imtina edən Səddam Hüseyn öldürüldü. Şimali Koreya qorxuduldu və blokada ilə sıxışdırıldı. Belə cəzalandırmalardan sonra demək olar ki, Rusiya ilə geopolitik prinsiplər əsasında dostluq etmək istəyən qalmadı.
“Anakonda” üçün ən ciddi təhlükələrdən biri də Çindir. Onun iqtisadi inkişaf tempi “cavan pələnglərin” inkişaf tempi ilə müqayisə edilə bilər. Çin Ümumi Milli Gəlir göstəricilərinə görə ABŞ-ı kəskin dərəcədə keçir. Çinin geopolitik gücü o qədər artıb ki, artıq o “gənc pələngləri” öz geopolitik orbitinə daxil etməyə hazırdır. O Monqolustanı, Şimali Koreyanı, Cənub-Şərqi Asiyanı, hətta Yaponiyanı öz orbitinə cəlb edə bilər ki, bu da Rusiyanın Asiya və Sakit okean zonasındakı geopolitik təsirinə zərbə deməkdir. Bu yerdə xatırlatmaq xüsusilə vacibdir ki, Çin Tayvanın birləşdirilməsi bəhanəsilə başlayacağı hərbi əməliyyatlar yolu ilə bu sistemi yaratmağa hazırdır. Belə olan təqdirdə Çinin qüdrəti o həddə gələcək ki, ABŞ öz itkilərini minimuma endirmək üçün Şərqi Asiyadan geri çəkilməli olacaq- çünki Çin ilə isti müharibəyə girmək “Anakonda” strategiyasına heç cür uyğun gəlmir. Lakin bu cür geri çəkilmə ABŞ-ın hələ həyata keçirə bilmədiyi “Dünyəvi Amerika İmperiyası” konsepsiyasının iflası və Şimali Amerikada milli dövlət quruculuğunun vacibliyinə keçidi demək olacaq.
Çinin dövlət quruculuğu prosesi bir tərəfdən sırf regional xarakter daşıdığı üçün bu baxımdan Rusiyanı təhdid etmir. Digər tərəfdən isə Rusiyanın məskunlaşmamış şərq və şimal ərazilərinin Çin tərəfindən demoqrafik ekspansiyası aşkar, hissolunacaq dərəcədə təhlükə yaradır. Geopolitikanın qanunlarına görə, Rusiyanın Çin ilə istənilən strateji yaxınlaşması yalnız onun Yaponiya ilə strateji yaxınlaşmasını qurban verməsi hesabına mümkündür. Çünki Yaponiya regionda Çinin açıq-aşkar geopolitik düşmənidir. Yaponiyanın ABŞ işğalı altında olmasını nəzərə alsaq, Rusiyanın Çin ilə taktiki yaxınlaşması yolveriləndir. Həm Çin, həm də Rusiya amerikan mərkəzli vahid dünya dövləti layihəsi çərçivəsində əriyib yoxa çıxmaq təhlükəsi qarşısında belə bir yaxınlaşmada maraqlıdırlar. Və bu ümumi maraq ABŞ-ın digər dünya güclərinin iqtisadi (bu Çin üçün vacidir) və geopolitik (bu Rusiya üçün vacibdir) maraqlarına məhəl qoymadan məkrli və açıq-aşkar şəkildə bütün dünyaya öz iradəsini diqtə etməsi fonunda daha da yüksəlməkdədir. Əlavə olaraq Rusiya və Çin belə inteqrasiya sayəsində özlərinin real iqtisadi maraqlarını təmin edə bilərlər- daim inkişafda olan Çinə Rusiyanın resursları lazımdır, Rusiya isə öz növbəsində Çindən ikinci dərəcəli də olsa, Rusiya texnologiyasını üstələyən texnologiya ixracında maraqlıdır.
Rusiya-Çin əməkdaşlığının ən vacib aspekti təhlükəsizlik sahəsi olaraq qalır ki, bu sahədə hər şey rəvan gedir. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Rusiyanın region dövləti kimi deyil, özünün hərbi-strateji blokunun (KTMT) lideri qismində qəbul olunması Rusiya-Çin hərbi əməkdaşlığında sıçrayış deməkdir. ŞƏT kollektiv üzvlə- MDB dövlətlərinin bloku ilə daha da möhkəmlənmişdir, Rusiya da öz növbəsində bütöv bir hərbi koalisiyanı təmsil etməklə öz statusunu gücləndirmişdir.
Hər bir halda Çin bu gün Amerikadan çəkinmədən Rusiya ilə geniş əməkdaşlıq etməyə hazır olan ən böyük regional güclərdən biridir. Bu şansdan, nəyisə qurban vermək bahasına lazım gəlsə belə istifadə etmək gərəkdir. Hara fırladırsan fırlat, Çin və Amerikanın Rusiyaya olan iştahları müqayisə edilə bilməz. Çin – bu gün “Anakonda”ya endirilə biləcək yeganə mümkün olan, tutarlı dərəcədə potensiala malik zərbə deməkdir.
Müasir dünyada ABŞ-ın sərt iqtisadi və siyasi təzyiqlərinə sinə gərəcək dövlətlərin sayı çox məhduddur. Onların arasında ilk növbədə Çin, regionda get-gedə çəkisini artıran İran, ehtiyatlı Hindistan və zəifləmiş Şimali Koreyanı göstərmək olar. ABŞ İraq və Liviyanın öhdəsindən artıq gəlib. Amma ABŞ üçün İraq təhlükəsini aradan qaldırması digər tərəfdən İran təhlükəsinin artmasına səbəb oldu. Hələ ki ABŞ İraqa müdaxiləsindən heç nə qazanmayıb, hətta əvəzində külli miqdarda maliyyə resursları itirib və regionda özü üçün bir-birini müşaiyət edən “problemlər buketi” yaradıb. Avropa İttifaqı və Türkiyə də ehtiyatla da olsa, arada öz varlıqları barədə xatırlatmalar etməyə başlayıblar. Lakin dünya geopolitik dispozisiyasının həlledici nöqtəsini Rusiyanın davranışları təşkil edir. Çünki müstəqil antiamerikan geopolitik strategiyasının reallaşdırılmasında hamıdan çox Rusiya maraqlıdır.
Rusiya – amerikan geopolitikasının əsas hədəfidir. “Anakonda” həlqəsini Rusiyanı boğmaq üçün qurmuşlar. Yalnız Rusiyanı boğmaq üçün yol üstündəki digər dövlətləri, ölkələrin və bütöv regionların suverenliyini, strateji və iqtisadi maraqlarını vurub dağıdırlar.
Artıq çoxdandır heç kəs ABŞ və onun müttəfiqlərinin maraqlarının əsl mahiyyəti barədə illüziyalara qapılmır. “Demokratiya” və “ümumbəşəri dəyərlər” NATO döyüş təyyarələrindən açılan ilk “dəqiq” raket zərbəzi zamanı qabıq kimi kənara sıçrayıb tökülür. Putin 2000-ci ildə Çinin “Jenmin Jibao” qəzetinə müsahibə verərkən demişdi: “Bu gün biz tez-tez yeni təhdidlər, yeni, bizim fikrimizcə təhlükələr olan konsepsiyalar ilə üzləşirik. Məsələn, “humanitar nöqteyi-nəzəri” əsas götürərək başqa dövlətlərin daxili işlərinə qarışmaq kimi. Biz beynəlxalq terrorizm kimi təhdidlərlə, dini ekstremizm və separatizm kimi problemlərlə üzləşirik”. Lakin illər keçsə də Rusiya ABŞ-ın həddini aşan həyasızlığına hələ də cavab verməyib. Çox demək olar, “Rusiya təmərküzləşir”, daxili problemlərini həll edir, resurs yığır, iqtisadiyyatı bərpa edir, milli layihələr həyata keçirir- axı Rusiya dünyadakı geopolitik mövqelərini geriyə dönüşü olmayan şəkildə itirəndə bu kimi sözlərin heç bir mənası olmayacaq. Vaxt sürətlə gedir. ABŞ kənarda dayanıb gözləməyəcək ki, biz öz daxili problemlərimizi həll edib qurtaraq. Anakonda sürətli, sərt və heç kimə hesab vermədən hərəkət edir.
“Beynəlxalq terrorizm” anlayışı hər yerdə bir cür tətbiq edilir. Bu barədə danışan hər kəs öz iqtisadi maraqlarınından çıxış edir. Amerikan iqtisadi blokadasının nə demək olduğunu da izah etməyə ehtiyac yoxdur- son zamanlar biz dəfələrlə dövlətlərin iqtisadiyyatlarının dağıdılmasını və rəqabətdən vurulub çıxarılmasını görmüşük. Geopolitik məntiqdən, o cümlədən iqtisadi maraqlarından çıxış edərək belə bir qənaətə gəlmək olar ki, Qərb üçün absolyut şər, beynəlxalq terrorist, izqoy-dövlət odur ki, Qərbin və ABŞ-ın maraqlarına deyil, onun əksinə, məsələn, öz maraqlarına xidmət edir. Qərbin mövqeyinə görə, Qərbin və ABŞ-ın maraqlarına zidd fəaliyyətlə məşğul olan hər kəs beynəlxalq terrorizmin mənbəyi hesab edilir. Bəs onda Avrasiyanın ərazisində terrorizm, destabilizasiya, lokal müharibələr, iqtisadi blokada, iqtisadiyyatların dağıdılması təşəbbüsü kim tərəfindən aparılır?
Rusiya üçün “Beynəlxalq terrorizm” nə deməkdir? Putinin bu barədə bəzi mülahizələri olmuşdu. “Xüsusi mövzu – beynəlxalq terrorizmdir. O yenə də insanların təhlükəsizliyini və rifahını, ümumilikdə dünyada, ayrı-ayrı ölkələrdə və regionlarda sülh və stabilliyi təhdid edir. Müzakirələr zamanı kolleqalarımızın diqqətini yaranmış çətin vəziyyətə- Filippindən Kosovaya qədər uzanmış qeyri-stabillik qövsünə cəlb etdik. Bu barədə indiyədək dəfələrlə demişik. Mən deyərdim ki, bu qövsün mərkəz nöqtəsi yerini yavaş-yavaş Əfqanıstan tərəfə dəyişməkdədir. Bunu nəinki Rusiya və Mərkəzi Asiya ölkələri, dünyanın başqa dövlətləri də hiss edir. Bu vəziyyətdən yalnız bir çıxış yolu var- terrorizmlə mübarizə üzrə beynəlxalq sistemi genişləndirmək, onun fəaliyyətini daha da effektiv etmək. Vacibdir ki, biz dəvəquşu kimi başımızı quma salıb guya ətrafda təhlükə yoxmuş kimi davranmayaq. Edə biləcəyimiz ən pis şey heç nə olmamış kimi davranıb terroristlərə həmişə pul ödəmək, beləcə onlardan yaxa qurtarmaqdir. Buna pulumuz çatmayacaq. Çünki onların aqressiv iştahları hər gün daha da artacaq”. Putin bu sözləri Okinavada “Böyük Səkkizliyin” görüşünün yekunlarına dair mətbuat konfransında demişdi.
Qeyri-stabillik qövsü – haqqında danışdığımız “Anakonda”nın əlidir. Belə vəziyyətdə “humanitar nöqteyi-nəzərdən” edilən hərəkətlərə diqqətlə fikir vermək, “izqoyların boğulması” taktikasının nəticələrini daha böyük miqyasda qiymətləndirmək lazımdır. Ola bilsin gördüyümüz boşluqlar sayəsində mühasirəni daha böyük miqyasda yara bildik. Əsas odur ki, biz Amerika ilə birgə “beynəlxalq terrorizimlə” mübarizə haqqında dediyimiz sözlərə özümüz də inanmağa başlamayaq. Geopolitik məntiqi yalnız gözəl və populist bir jest kimi qəbul etmək lazım deyil. Anakonda – bütün Avrasiya üçün təhdiddir. Demək, bu çağırışa birlikdə də cavab verməliyik.
Final döyüşü birbaşa ABŞ və Rusiya arasında olacaq. Anakonda ilə materikimiz uğrunda döyüşə girəcəyik!

KONTİNENTAL AVRASİYA İMPERİYASI QURACAYIQ

Hind okeanına geopolitik nöqteyi-nəzərdən nəzarət etmək 21-ci əsrdə planetin geopolitik strukturunu müəyyən etmək baxımından həlledici əhəmiyyətə malikdir. Hind okeanı Atlantik və Sakit okeanlarının arasında yerləşdiyinə görə bir növ “mərkəzi okean” rolunu oynayır. Bu okeana nəzarət etmək həm Atlantikaya, həm də Asiya-Sakit okean regionuna azad giriş və nəzarət imkanı yaradır. Belə bir nəzarəti əldə etmək Rusiya üçün xüsusilə aktual məsələdir. Axı həm Atlantika, həm də Sakit okean regionu bu gün ABŞ-ın prioritet nəzarəti altındadır.
Rusiya SSRİ-nin süqutundan sonra bir gecənin içində fövqəldövlətdən regional dövlətə çevrildi. Geopolitik konfiqurasiya kimi Avropa İttifaqının yaranması, Çinin inkişaf edərək hamı tərəfindən Asiya-Sakit okean regionunda Yaponiya ilə birlikdə regional lider kimi tanınması Rusiyanın statusunun daha da aşağı düşməsinə səbəb oldu. Rusiya 90-cı illərin sonlarında “keçmişdən qalan lüksün qalıqlarından” biri olan regional güc statusunu da itirdi. Bu status yalnız 2008-ci ilin avqustunda Gürcüstanda və Osetiyada baş verən hadisələrdən sonra tam bərpa edildi. Beləliklə, hal-hazırda Amerikanın geopolitik baxımdan çox da mənimsəməyi bacarmadığı Hind okeanı uğrunda mübarizədə Rusiyadan başqa Avropa İttifaqı və Çin də vardır. Bu məsələ həqiqətən də çox vacibdir.
Hind okeanı Afrikanın şərq sahilləri ilə Yeni Zelandiya, Avstraliya, Yeni Qvineya, Malayziya, İndoneziya, Filippin və Hind-Çin yarımadasını özündə birləşdirən Sakit okean zonasının düz ortasında yerləşir. Hind okeanında dəniz nəzarətini həyata keçirmək, həm də daha 3 “böyük məkana” geopolitik təsir göstərmək üçün əsas mövqeyə sahib olmaq deməkdir. Hind okeanına çıxış ilk növbədə Avrasiyanın cənubundakı sahil zonaya nəzarət etmək imkanı yaradır ki, geopolitikada “Rimlənd” adlanan bu ərazi Rusiya üçün vacib əhəmiyyət daşıyır. Bura məhz amerikan geopolitiki Zbiqnev Bjezinskinin “Avrasiya Balkanı” adlandırdığı ərazidir - amerikanlar bu zonada qeyri-stabillik və idarə edilən xaos yaratmaq vasitəsilə Avrasiya kontinentinə cənubdan girmək imkanı əldə edirlər. “Rimlənd” üzərində nəzarəti ələ keçirmək - vəziyyətin ciddi şəkildə kontinental strategiyanın xeyrinə dəyişməsinə səbəb olacaq. Amerikanın ora birbaşa girişini ləğv etmək isə regionun bütövlükdə sakitləşməsi və stabilləşməsinə gətirib çıxaracaq.
Digər tərəfdən, Hind okeanından dəniz quldurlarının “at oynatdığı” və qeyri-stabil zona olan Afrikanın şərq sahillərinə də giriş imkanı yaranır. Bu imkan həm sahil sularında, həm də Afrikanın şərq zonasında təhlükəsizliklə bağlı bir çox problemlərin həlli üçün şərait yaradır. Fars körfəzinə, Aralıq dənizinə, Ərəb dünyasına giriş imkanlarını da bura əlavə etsək, bizə aydın olur ki, Hind okeanı 21-ci əsrin geopolitik mənzərəsini yenidən konfiqurasiya etmək üçün ən vacib geopolitik məkandır. Və burda ən vacib məsələ Hindistanın özünün hansı geopolitik orientasiyada olmasıdır.
Hindistan dünyanın tək-tük güc mərkəzlərindən biridir ki, hələ də heç bir əsas geopolitik güc mərkəzi – nə Rusiya-Avrasiya, nə də atlantizmin mərkəzi ABŞ tərəfindən təsirə məruz qalmayıb. İkiqütblü dünya dövründə belə Hindistan Qoşulmama Hərəkatının avanqardı idi. Nəinki coğrafi, həm də geopolitik mənada materik adlandırılması mümkün olan bu ölkə, öz fundamental və ənənəvi əsasları sayəsində nə sakrallıqdan məhrum olmuş kapitalist dünyasının, nə də marksist SSRİ düşərgəsinin heç birini qəbul etməmişdir. Məhz buna görə də Hindistan 20-ci əsr boyunca öz individuallığını saxlaya bilmişdir.
Hindistan – atlantistlərin ən böyük arzularından biridir. Onlar Hindistanı sahilboyu zonaya- Rimləndə daxil etmək üçün yüz illərlə mübarizə aparsalar da, bütün cəhdləri boşa getmişdir. Hindistan yenə də kontinental dövlət olaraq qalır. Elə məhz buna görə də Rusiya hələ də Hindistanı öz geopolitik orbitinə daxil etmək üçün böyük şanslara malikdir.
1990-cı illərin əvvəllərinə qədər bizim Hindistanla strateji yaxınlaşmağımız üçün ən böyük maneə keçmiş SSRİ-nin materialist marksist ideologiyası olmuşdur. SSRİ-nin süqutunun ona daxil olan xalqların taleyində böyük faciə olması heç kəsdə şübhə doğurmur, lakin onun süqutunda da müəyyən pozitiv cəhətlər tapmaq mümkündür. Onlardan biri də marksist doqmatikaya kor-koranə əməl olunmasından imtina edilməsidir. Məhz bunun sayəsində materialist məzmunlu Qərbə ehtiyatla yanaşan Hindistanla daha sıx əlaqələr qurmaq şanslarımız yaranıb. Yaranmış vəziyyətdən Hindistanla əlaqələrimizi daha da inkişaf etdirmək üçün istifadə etmək lazımdır.
Hindistanla əlaqələrin əhəmiyyəti barədə daha da irəli gedərək demək olar ki, Rusiyanın dünyadakı mövqeyi bizim Hindistanı öz tərəfimizə çəkə bilib-bilməyəcəyimizdən asılı olacaq. Rusiya Federasiyanı indiki – Ukraynasız, Belarusiyasız, Qazaxstansız – “kəsilib doğranmış” vəziyyətində yalnız regional dövlət kimi xarakterizə etmək olar, baxmayaraq ki nəhəng əraziyə, nüvə silahına və kolossal enerji resurlarına malikdir. Tam mənada imperiyaya çevrilmək üçün bizim kontinental kütləyə və strateji məkana ehtiyacımız var. Əlbəttə ki bu ehtiyacı MDB dövlətlərinin hesabına ödəmək olardı. Amma bu məkanda baş verən proseslər heç də Rusiya-Hindistan münasibətlərindən yaxşı məcrada deyil, hətta bəzi yerlərdə daha da pisdir. Söhbət burda MDB ölkələrini və ya Hindistanı Rusiyanın tərkibinə daxil etməkdən getmir. Söhbət Kontinental Avrasiya İmperiyasından gedir. Kontinental Avrasiya İmperiyası - tarixi, iqtisadi və siyasi maraqları ilə bir məkanda birləşmiş xalqların və dövlətlərin strateji ittifaqıdır.
Rusiyaya 90-cı illərin əvvəllərindən Sovet Blokunun süqutu ilə itirdiyi mövqeləri bərpa etmək üçün Hindistan kimi “geopolitik qiqantı” öz təsir orbitinə daxil etmək həyati vacib əhəmiyyət daşıyır. Məhz buna görə bizim üçün Hindistanla strateji alyans qurmaq çox vacibdir. Biz bu ölkə ilə atom sənayesi və energetikadan tutmuş ümumi geopolitik məsələləri həll etməyə qədər sıx əlaqələr qurmalıyıq. Belə bir alyansı qurmaq bizim bütün geopolitik problemlərimizin həll edilməsi demək olardı.
Birincisi, tam mənada kontinental imperiyaya çevrilmək üçün vacib olan potensialımızı, o cümlədən maddi-texniki və hərbi potensialımızı artırardıq. İkincisi, Hindistanla alyans bizə isti dənizlərə çıxış imkanı verəcək ki, bunun üçün bir neçə nəsil rus insanı mübarizə aparmışdı, lakin buna nail olmamışdı.
Əlbəttə ki bu gün İranla da münasibətləri qaydasına qoymaq vacibdir. İran da regionda əsas güc mərkəzlərindən biridir. Sovet dövründə İranla normal münasibətlər qurmaq ona görə mümkün olmamışdı ki, SSRİ-də əsas ideologiya marksizm idi. Hazırda isə bizim İranla yaxınlaşmağımıza ABŞ-ın kəskin pressinqi mane olur. Hindistanla əlaqələrimizi möhkəmləndirə bilsək, onda şahmatda olduğu kimi “ferz” ilə vurub birbaşa Hind okeanı sahillərinə çıxa bilərik. Təkcə bunu etməyimiz kifayətdir ki, bizim dünyadakı hadisələrə təsir gücümüz dəfələrlə artsın, Hind okeanına maneəsiz nəzarət edən ABŞ ilə bərabər səviyyədə geopolitik oyunçuya çevrilək.
Geopolitik nöqteyi nəzərdən, qlobal geopolitik ittifaqlar dedikdə tərəflərin hansı ideoloji örtüyə malik olmasından asılı olmayaraq aralarında sosial-siyasi, diplomatik, xüsusən də hərbi-iqtisadi layihələrin olması nəzərdə tutulur. Rusiya rəhbərliyinin Hindistanı geopolitik müttəfiqə çevirmək üçün nə qədər ciddi-cəhdlə çalışdığını anlamaqdan ötrü Rusiya ilə Hindistan arasında bağlanmış müqavilələrin siyahısına baxmaq kifayətdir. Başqa müavilələrlə bərabər “Kudankulam” Atom Elektrik Stansiyasında 4 enerji blokunun inşası ilə bağlı razılıq da əldə edilib. Biz bu razılaşmanı əldə etməklə hətta amerikanları sıxmağa başladıq. Hindistanın dövlət neft şirkəti böyük ehtimalla Sakit okean şelf zonasında “Saxalin-3” layihəsi çərçivəsində neft çıxarma şansı əldə edəcək. Bunun əvəzində isə bizim “Rosneft” şirkəti Hindistan neft yataqlarının işlənməsinə buraxılacaq. Və bütün bunlar Rusiya tərəfinin amerikanları və avropalıları bizim təbii resurslarımızın kəşf edilməsi və çıxarılması işinə buraxmaması fonunda baş verir.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyi Hindistan şirkətlərinə Rusiyanın qlobal peyk naviqasiya sistemi olan QLONASS-dan istifadə etməyə icazə verib. Aydın məsələdir ki, burda söhbət təkcə kosmosun dinc məqsədlər üçün istifadəsindən getmir. Söhbət daha geniş mətləblərdən gedir: Rusiya müdafiə nazirinin Hindistana səfəri və öz həmkarı ilə görüşü bununla nəticələndi ki, Rusiya və Hindistan “BraMos-2” adlı, dünyada analoqu olmayan, heç bir HHM sisteminin vura bilmədiyi hipersəs surətinə malik raket istehsal etmək üçün birgə əməkdaşlığa başladılar. Raketin sürəti səs sürətini 5 dəfədən çox üstələyir. Bu isə öz raket əleyhinə sistemlərini Avrasiya materiki ətrafında düzməyə çalışan ABŞ-ın bütün səylərini heçə endirir. Atlantikanın super dövləti olan ABŞ-ın Avrasiya kontinentini mühasirəyə almaq cəhdlərinə qarşı Rusiya və Hindistanın raket əleyhinə sistemləri dayanır. Bu isə çox şeyə dəyər.
Nəhayət, biz 2004-cü ildə öz “Admiral Qorşkov” aviadaşıyıcı kreyserimizi Hindistana çatdırdıq. Hindlilər ona “Vikramaditya” adı veriblər. İndi isə onun üçün müasir qırıcı təyyarələr göndərməyə başlamışıq. İlk Rusiya aviadaşıyıcı kreyserinin Hind okeanında döyüş növbətçiliyinə çıxdığı an ABŞ-ın qorxulu yuxusuna çevriləcək. Bu ərazi bizim strategiyamızın cəmləşdiyi zona olmaqla yanaşı, ordan həm Avropaya, həm ABŞ-a, həm də Yaponiyaya təsir göstərmək imkanımız yaranır. Gələcək dünyanın mənzərəsini müəyyən edəcək həlledici geopolitik qarşıdurma məhz bu məkanda baş verəcək.
Vladimir Putin ilk dəfə Hindistana 2000-ci ildə səfər etmişdi. O zaman cənub qonşumuz ilə münasibətlər Putin tərəfindən prioritet məsələ kimi müəyyən edilmişdi. “İki dövlət arasındakı tammasştablı münasibətlərin inkişaf etdirilməsindən danışarkən -hansı ki biz milli maraqlarımızı təmin etmək üçün çox sahələrdə fəaliyyətimizi effektiv əlaqələndirə bilərik- demək lazımdır ki, bu adi işdən də üstündür. Bu tale də ola bilər” – Putin o vaxt hindli jurnalistlərlə görüşündə bəyan etmişdi. Tale də ola bilər! O vaxtdan ölkələrimiz arasındakı münasibətlər yalnız yaxşılaşmağa doğru gedir. 2004-cü ildə Rusiya müdafiə naziri Dehlidə keçirilən Beynəlxalq Quru və Hərbi-Dəniz Qoşunları Silahları Sərgisində iştirak etmək üçün səfər etmişdi. Rusiya müdafiə-sənaye kompleksinin 25 müəssisəsi hazırladıqları 370 növ silah və hərbi texnika ilə həmin sərgidə təmsil olunurdular. O vaxt Rusiyanın Hindistana 1,5 milyard dollar həcmində silah satması kontraktı bağlandı. Ardınca Hindistanın o vaxtkı baş naziri Rusiyaya rəsmi səfər etdi ki, ekspertlər bu səfəri strateji danışıqlardan konkret əməli fəaliyyətə keçid kimi qiymətləndirdilər.
Rusiya-Hindistan münasibətlərində hərbi-texniki əməkdaşlıq xüsusi yer tutur ki, onun əsas punktunu “Admiral Qorşkov” aviadaşıyıcı kreyserinin Hindistana verilməsi təşkil edir. Bura həm də kreyser üçün Miq-29K döyüş təyyarələrinin, gəmi əleyhinə müdafiə vertolyotlarının və “Kamov” firmasının istehsalı olan uzaq radiuslu radiolokasiya sistemlərinin verilməsi daxildir. ABŞ-ın silah-sursatının əsasını təşkil edən, onun dünya okeandakı strateji maraqlarının təminatçısı sayılan aviadaşıyıcılarla bağlı vəziyyət Rusiyada fərqlidir. Rusiyanın həmin gəmilərə kəskin ehtiyacı olduğu halda, özündə olan bir neçə ədəd aviadaşıyıcıdan birini Hindistana satması bu işin arxasında daha vacib strateji perspektivlərin durduğunu xəbər verir.
Hind okeanına dəniz nəzarətini həyata keçirmək eyni anda 3 “böyük məkana” - Afrika, Avrasiyanın cənub sahillərinə və Sakit okean regionuna geopolitik təsir göstərmək üçün vacibdir. Hazırda Hind okeanı ABŞ hərbi-dəniz qüvvələrinin nəzarəti altındadır və deməli, bu zona ilə əlaqədar olan hər şey -dəniz ticarəti yolları və region dövlətlərinin hərbi-strateji maraqları da daxil- ABŞ-ın lütfkarlığının dərəcəsindən asılıdır. Belə bir vəziyyət “öz okeanına” nəzarət edə bilməyən Hindistanı qayğılandırmaya bilməz. Eyni zamanda Rusiya da öz tarixi boyu arzuladığı bu okeana çıxış imkanını əldə edə bilməyib ki, bu da onun geopolitik statusunu zəiflədir. Belə bir vəziyyət dünyanın nəhəng dövlətləri olan, lakin ən vacib regiona təsir imkanlarından məhrum olan Rusiya və Hindistanı qane edə bilməz.
Hindistan özü-özlüyündə bir kontinentdir, baxmayaraq ki onun geopolitik təsir dairəsi elə Hindistanla və Hind okeanının kiçik bir zonası ilə məhdudlaşır. Bu yerdə qeyd etmək lazımdır ki, hind sivilizasiyası geopolitik dinamikaya və ərazi ekspansiyasına meylli deyil. Lakin biz bu gün Hindistanın dinamik texnoloji inkişafını, onun proqram təminatı sahəsindəki uğurlarını və s. görürük. Bütün bunlar Hindistanın ticari-iqtisadi əlaqələri genişləndirərək ölkə sərhədlərindən kənara sıçrayış etməsini tələb edir.
Hindistan öz hərbi texnologiyalarını inkişaf etdirməklə yanaşı Rusiyadan ən çox silah-sursat və hərbi texnika idxal edən ölkə olaraq qalır. Misal üçün, NATO-ya üzv olmaq istəyən dövlət gərək öz ordusunu NATO, daha doğrusu ABŞ silah və texnikası ilə təmin etsin. SSRİ-nin Avropadakı keçmiş müttəfiqlərinin çoxu bu şərti artıq qəbul ediblər. Hindistan isə indiyə qədər ardıcıl olaraq Rusiya silahlandırma standartlarına sadiq qalır ki, bu da Atlantika hərbi blokuna qarşı alternativ- Avrasiya hərbi blokunun yaranmasını istisna etmir. Xüsusilə ən müasir T-90S tankları artıq Hindistan ordusuna təhvil verilmişdir. Bundan başqa Rusiyadan silah və hərbi texnikanın alınması ilə bağlı məbləği 2 milyard dollardan çox olan kontrakt imzalanmışdır. Daha əvvəl isə Hindistanda istehsal ediləcək 150 ədəd Su-30MKİ qırıcı təyyarələrinə Rusiyanın lisenziya və texniki sənəd verməsi ilə bağlı müqavilə imzalanmışdır.
Aydın məsələdir ki, Hind okeanında sərbəst, ABŞ-dan asılı olmayan siyasət yürütmək üçün gərək aviadaşıyıcı kreyserlərlə təchiz edilmiş paritet silah-sursatın və hərbi bazaların olsun. Eyni zamanda ABŞ Rusiyanın Avrasiyanın cənub sahillərində hərbi bazalar qurmasının qarşısını almaqdan ötrü var gücü ilə çalışır və gələcəkdə də çalışacaqdır. Buna yol vermək - ABŞ üçün regionda və ya onun bir hissəsində nəzarəti əldən vermək deməkdir. Hindistanın öz okeanında öz hərbi-dəniz bazasını qurması isə tamamilə başqa məsələ olar. Bu hadisə Qərbdə narazılıqla qarşılansa da, Rusiyadan fərqli olaraq Hindistanın buna tam mənəvi haqqı çatır. Həm də məlumdur ki, Hindistan, qeyd etdiyimiz kimi, geopolitik ekspansiyaya meylli ölkə deyil.
Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq yerində saymır. 2003-cü ildə Rusiya və Hindistan son on ildə ilk dəfə olaraq Ərəb dənizində birgə hərbi təlimlər keçirdi. Hindistanın 2 flotu - Şərq və Qərb flotları bizim Sakit okean və Qara dəniz flotlarımızın gəmilərindən ibarət hərbi-dəniz flotumuzun təlimlərinə cəlb olundu. Gələcəkdə də belə təcrübələr mütləq davam etdiriləcəkdir.
“Admiral Qorşkov” – artıq Hind flotunun aldığı üçüncü aviadaşıyıcı gəmidir. O cümlədən bir çox başqa hərbi gəmilərin də ixrac edilməsi barədə müzakirələr aparılır. Belə gedərsə, Hindistan tezliklə Hind okeanında böyük hərbi-dəniz donanmaya malik ölkəyə çevriləcək. Onda ortaya belə bir sual çıxır: geopolitik dinamikaya və ekspansiyaya meylli olmayan bir dövlətin aviadaşıyıcı donanma nəyinə lazımdır?
Hindistan mahiyyətinə görə dünya səviyyəli güclü dövlət ola bilməz. Bunun üçün ona öz ərazisini əhəmiyyətli dərəcədə - ən azı iki dəfə böyütmək lazımdır. Hindistanın buna hərbi yolla - qonşu dövlətlərin ərazisini işğal etməklə nail olmasını təsəvvür etmək çox çətindir. Lakin Hindistanın ikinci bir yolu da var ki, bu da bir və ya bir neçə qonşusu ilə hərbi-strateji blok yaratmaqdan ibarətdir. Belə bir hərbi blok artıq tamamilə başqa bir geopolitik subyektdir ki, ona Hind okeanında aviadaşıyıcı donanma hökmən lazımdır.
Bu gün Hindistan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın ən aparıcı partnyorlarından biridir. Hindistana silah və hərbi texnikanın verilməsi, müəssisələrində Rusiya silahlarının lisenziyalı istehsalı, ərazisində hərbi infrastruktur obyektlərinin yaradılması, hindli hərbi kadrlarının Rusiya hərbi məktəblərində hazırlanması, strateji stabilliyin vəziyyətini də əhatə edən daimi informasiya mübadiləsi buna sübutdur. Əgər Rusiya ilə Hindistan arasında əməkdaşlıq gələcəkdə də bu tempdə inkişaf edərsə, istisna deyil ki, Hind okeanındakı bayraqlar bir anın içində başqa bayraqlarla əvəzlənəcək.

RUSİYA İRANA NÜVƏ SİLAHI YARATMAQDA KÖMƏK EDƏCƏK

“İran nüvə problemi” adını almış, amerikanlar tərəfindən aktiv şəkildə şişirdilən məsələnin bütün aspektlərindən ikisini – avrasiyaçılıq və geopolitik aspektini digərlərindən ayırmaq və təhlil etmək vacibdir. Bu iki aspektə diqqət cəlb etmədən nə İran problemini, nə də digər atlantist və avrasiyaçı dövlətlər arasında olan qarşılıqlı münasibətlərdəki problemləri həll etmək mümkün deyil.
Birincisi, geopolitikanın yaradıcılarından olan ser Xelford Makinderin “Avrasiyaya nəzarət edən bütün dünyaya nəzarət edir” fikrini xatırlamaq lazımdır. Hazırda araşdırdığımız məsələdə heç bir şübhə yoxdur ki, söhbət İranın yürütdüyü siyasətlə razılaşmaq və ya razılaşmamaqdan getmir, məhz Avrasiya materiki üzərində nəzarəti ələ keçirməkdən gedir. ABŞ tərəfindən işğal olunmuş İraq, Əfqanıstan, Türkiyə, Müşərrəfin rəhbərlik etdiyi marionet Pakistandan ibarət cənub sanitar kordonunun tam olmasına yalnız İran mane olur. Məhz İran özünün müstəqil, antiamerikan siyasəti ilə ABŞ-a cənub sanitar kordonunu tam tikib-qurtarmağa imkan vermir. Məhz İran problemi atlantistlərlə avrasiyaçıların mübarizəsidir. Bu mübarizədə bir tərəfdə öz ərazisinə daxildən nəzarət etməyə çalışan materikal avrasiyaçı qüvvələr, digər tərəfdə isə Avrasiya materikini ələ keçirmək üçün onun cənub sahili boyu ərazilərə soxulan atlantist qüvvələrdir.
Bugünkü dünya xəritəsinə nəzər yetirsək, aydın şəkildə görərik ki, ABŞ-ın yarandığı gündən qəbul edilmiş, İkinci Dünya Müharibəsindən sonra Avrasiyaya qarşı aktiv tətbiq olunan “Anakonda” strategiyasının həyata keçirilməsi başa çatmaq üzrədir. “Anakonda” cənubda sanitar kordonu tikib qurtarandan sonra onu materikin perimetri boyu düzdüyü amerikan hərbi bazaları ilə möhkəmlətməklə Avrasiya materikini “boğmağa” cəhd göstərir.
Cənub sanitar kordonunun ən başlıca funksiyalarından biri bizim üçün həyati vacib əhəmiyyətli məsələ olan isti dənizlərə çıxışımızın qarşısını almaqdır. ABŞ onilliklər boyu bu siyasəti yürütsə də materik qüvvələri bu çıxışı almaqda israrlıdırlar. Sovet dövründə olduğu kimi indi də Hindistan bizim geopolitik müttəfiqimiz olmaqda davam edir. Lakin bizim Hindistan üzərindən Hind okeanına çıxışımızın yolu Əfqanıstanda bağlıdır. Biz Sovet dövründə Əfqanıstan uğrunda döyüşü uduzmuşduq. İndi isə orda amerikan bazaları yerləşir. Hind okeanına yolumuzun üstündə həm də Pakistan durur ki, o ölkə də ABŞ təsir zonasına aiddir.
Hind okeanına Çin üzərindən çıxış məlum səbəblərə görə mümkün deyil. Bu gün Çin ABŞ-la aktiv əməkdaşlıq edən, müstəqil və böyük bir geopolitik gücdür. Rusiya ilə Çinin münasibətləri dərin strateji əməkdaşlıq haqqında danışılacaq qədər yaxşı səviyyədə deyil. Belə olan halda Rusiyanın isti dənizlərə birbaşa çıxış imkanı İranla strateji müttəfiqlikdən keçir.
ABŞ bu gün Cənubi Qafqazda zərif bir kəmərlə İrana birbaşa çıxışımızı bağlayıb. O Qafqazın “müstəqil” respublikaları vasitəsilə bizim İrana çıxışımızın qarşısını kəsib. Lakin tərəddüdlər içində olan Azərbaycandan İrana çıxmaq daha rahatdır, nəinki ABŞ-ın birbaşa nəzarətində olan Əfqanıstan və Pakistan vasitəsilə Hindistana çıxmaq. Ona görə də bizim isti dənizlərə çıxışımız üçün daha əlverişli ölkə İrandır. Məhz buna görə də İran ətrafında baş verən hadisələr dəqiq, aydın geopolitik çalarlara malikdir. Mahiyyət etibarilə bu ölüm-dirim məsələsidir – Rusiya Anakondanın ölümcül qoynundan çıxa biləcək, ya yox.
ABŞ-ın birqütblü dominantlığa can atdığı, bütün dünya dövlətlərinə öz iradəsini qəbul etdirməyə çalışdığı bir şəraitdə İranın yürütdüyü siyasət birqütblü dünyaya qarşı müqavimət, heç olmasa çoxqütblü dünya vektorunu təyin etməyə cəhd kimi qiymətləndirilməlidir. Rusiyanın son 10 ildə açıq şəkildə aktiv mövqe sərgiləmədiyi (ondan əvvəl isə Qərbə meyl etdiyi) bir dövrdə İranın bu cür davranışı sadəcə qəhramanlıqdır. İran ABŞ-ın iradəsinə cəsarətlə sinə gərən, öz suverenliyini və sərbəstliyini açıq bəyan edən bir dövlətdir. Əlavə olaraq onu deməliyik ki, İran ABŞ ilə təkbətək mübarizə aparmaqla həm də bizim maraqlarımızı qorumuş olur. Bizə Hind okeanına çıxmaq lazımdır. Və İran müqavimət göstərdiyi müddətdə bizim də Hind okeanına çıxmaq şansımız yaranır. Məhz bu amerikanları qıcıqlandırır və qorxudur. Rusiya özünü toparlayıb cənub istiqamətindən necə hücuma keçəcək? Bax Amerikanı narahat sual budur. Ona görə də tələsir – İraqla və Əfqanıstanla olduğu kimi İranı da həmin qanlı ssenari üzrə öz nəzarəti altına almağa çalışır. 
ABŞ-ın hərəkətləri təsdiqlənmiş geopolitik sxemə uyğundur: bəhanə tapmaq, suveren dövlətin işlərinə soxulmaq, onu suverenlikdən məhrum etmək, öz nəzarəti altına almaqla böyük Avrasiya məkanından yeni ərazilər qoparmaq. Belə bir şəraitdə İran faktiki olaraq çöxqütblü dünya uğrunda təkbaşına mübarizə aparır. Hal-hazırda bu prosesə Venesuela da qoşulmaqdadır. Geopolitik subyektlilik əldə etməkdə olan Çin də çoxqütblü dünya klubuna qoşulmaq üzrədir.
Yaranan vəziyyəti təhlil edərkən başa düşürsən ki, əgər ABŞ İrana hücum edib onun suverenliyinə son qoysa, onda növbəti hədəf Rusiyanın özü olacaq. “Anakonda”nın həlqəsi tamamilə bağlanacaq. Nəticədə Amerikanın təkbaşına hegemonluğunun final mərhələsi – Rusiyanın müstəqilliyinə son qoyulması, onun süqutu, ümumiyyətlə geopolitik subyekt kimi dünya xəritəsindən silinməsi başlayacaq. Nə qədər gec deyil, bu təhlükəni dərk etmək lazımdır. Rusiyanı qoruyub saxlamaq istəyiriksə, ən azından İrana kömək etməliyik. İdealda isə çoxqütblü dünya qurmaq uğrunda mübarizəyə qoşulmalıyıq.
Rusiya rəhbərliyi Yelstin dövründən özünü passiv aparmış, İrana qarşı irəli sürülən nüvə silahı hazırlaması ilə bağlı ittihamları şübhə altına almamış, bununla yanaşı İran rəhbərliyinin İsrailə qarşı bəyanatlarını da qınamışdır. İndiki vəziyyətdə İranın nüvə silahına malik olması onun alterqlobalist status qazanması deməkdir və bu Rusiya üçün sərfəlidir. İranın nüvə silahına sahib olması Rusiyaya geopolitik reabilitasiya üçün kart-blanş verilməsi deməkdir. Bununla belə, İran rəhbərliyi həmişə qeyd edir ki, nüvə silahının yaradılması islam dininin normalarına ziddir və bu silahı yaratmaq məqsədi güdmür. Əslində söhbət İranın suverenliyinin qorunmasından gedir. İranın suverenliyinin saxlanılması Rusiyaya da öz suverenliyini möhkəmləndirməyə imkan verir. Əgər Rusiya İranı açıq-aşkar müdafiə etsə, onda ABŞ-ı çoxqütblü dünya düzəni ilə barışmağa məcbur etmiş olur. Əgər İran öz mövqeyində israrlı olsa, sabah biz çoxqütblü dünyada yaşayacayıq. Yox əgər müqavimət göstərməyi dayandırsa və mövqeyini itirsə, o zaman ABŞ-ın təkbaşına hökmranlığı heç vaxt olmadığı qədər reallaşacaq.
Avrokontinentçi Şröder və Şirakın avroatlantist Merkel və Sarkozi ilə əvəzlənməsi Moskva-Tehran strateji oxunu Avrasiya materikal geopolitikasının əsas konstruksiyasına çevirmişdir. Rusiya və İranın yaxınlaşması qarşılıqlı fayda və güzəştlər şəklində formalaşmalıdır. Bunun üçün İran aydın, ardıcıl materikal avrasiyaçı strategiya qurmalı və Moskva kontinental Avropa və Çin ilə münasibətlərdə özünün geopolitik prioritetlərini dəqiqləşdirməlidir.
İranın nüvə proqramı ABŞ-ın əlində İrana qarşı bütün dünyada propaqanda aparmaq üçün bir “kozırdir”. Məsələ heç də ABŞ-ın İran bombasından qorxmasında deyil. Çünki birincisi həmin bomba hazırlansa belə, bu çox tez bir zamanda baş verməyəcək, ikincisi həmin bomba heç vaxt Amerikaya gedib çatmayacaq. Nüvə silahına malik olmaq İranı geopolitik subyektə çevirəcək. Birqütblü dünya qurmağa çalışan Amerikanı ən çox narahat edən məsələ budur. Regionda yeni bir regional qütbün yaranması onun planlarına uyğun deyil. Axı geopolitik subyektlə hədə dilində danışmaq mümkün deyil. Çoxqütblü dünya qurmaq istəyən dövlətlərin klubunda nüvə layihəsinin olması məhz onun iştirakçılarının potensialını gücləndirir, real geopolitik konfiqurasiya qurmasına imkan verir. Deməli, İran “bizim adamdır” – Rusiyanın “adamı”. Möhkəm çoxqütblü strateji ox yaratmaq üçün İranın nüvə texnologiyasına malik olması bizim də marağımızdadır.
Rusiyanın İranla münasibətlərindəki aktiv fəaliyyəti ondan xəbər verir ki, Rusiya məsələnin strateji əhəmiyyətini dərk edir, ona görə də İran nüvə proqramının başlanğıc nöqtəsi olan Buşehr AES-in tikintisi Rusiya dövlət başçısının hərtərəfli diqqəti altındadır.
Amerikanlar birmənalı olaraq İranın hazırki rəhbərliyini dəyişməkdə qərarlıdırlar. Belə bir rejim onları qane etmir. Onlara marionet İran lazımdır. Onlara regionda plasdarm lazımdır. Rusiyanın neytral mövqeyi amerikanlar üçün əlverişlidir. Bizim qarışmamağımız amerikanların xeyrinədir. Amerika axıra qədər öz bildiyini yeridəcək, nəticədə isə həm İran, həm də Rusiya ziyan çəkəcək. ABŞ bu regionda öz istəklərinə biz yalnız biz qarışmadığımız halda çata bilər. Bizsə qarışacayıq!
Vladimir Putin İran nüvə silahı yaradılmasında yaradılmış bütün maneələri aradan götürmüşdür. Müqavilə bağlanması zamanı yaranan hüquqi çətinliklərin və cihazların müxtəlif tipləri arasındakı uyğunsuzluqların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlarında o layihənin həyata keçirilməsində zaman fərqinin necə yaranmasını izah etdi, daha doğrusu Rusiya tərəfdən işi pozmağa çalışan şəxslərin təqsirini bu dəfə bağışladı. Putin dedi: “Rusiya lap əvvəldən bəyan etdi ki, nəinki müqavilə bağlamaq, hətta bu müqaviləni yerinə yetirmək niyyətindədir, biz bu öhdəlikləri öz üzərimizdən atmayacayıq”. O mütəxəssislərin yeni müqavilə üzərində də işlədiklərini bildirdi. O zaman Putin vəziyyəti tam iflas halından çıxarmalı, şəxsən texnoloji, hüquqi, ödəniş və s. məsələlərə qarışaraq Rusiyanın konkret mövqeyini qorumalı oldu.
Buşehrdə Rusiya-İran strateji tərəfdaşlığının taleyi həll edilir. Atom Elektrik Stansiyanının tikintisi barədə müqavilə bir növ strateji müttəfiqlik haqqında sazişdir.
İranın nüvə proqramı – bizim proqramımızdır. Bu proqramın həyata keçirilməsi Rusiyanın özünə güclü və etibarlı dost qazanması deməkdir.

AVROPA VƏ RUSİYA ABŞ-IN DÜNYA HEGEMONLUĞUNA QARŞI BİRLƏŞƏCƏK

Biz xüsusilə son zamanlarda vərdiş etmişik ki, özümüzün bütün bədbəxtliklərimizdə Qərbi günahlandıraq. Nəsə baş verən kimi düşünmədən Qərbin ünvanına lənətlər yağdırmağa başlayırıq.
Və düz də edirik. Xaric bizə kömək edəcək illüziyası artıq keçmişdə qalıb. Bəlkə də kömək edəcək, amma yenə də bizi basıb əzəcək... Yaxşısı budur bir mahnıda deyildiyi kimi: “Özün özünə kömək ol”.
Lakin Qərb də öz-özü ilə mübahisədədir. İki cür Qərb var. Bir Amerika var – “geopolitik şərin” qalası, bizim problemlərimizin birbaşa mənbəyi və həyata keçirəni. Bir də köhnə Avropa var ki, Amerikanı doğurmuşdur, amma deyəsən son zamanlar öz övladının xainlik və kobudluğundan tam bezmişdir.
Elə burda da hər şey birmənalı deyil. Çünki üzə çıxır ki, Avropanın özü də ikiyə bölünür.
Birinci Avropa amerikan Avropasıdır. Bu ölkələr keçmiş Şərq Bloku ölkələridir. Bu bədbəxtlər nə vaxtsa bizim “kiçik qardaşlarımız” idilər. Elə ki biz onları buraxdıq, qaçıb yeni amerikalı sahiblərinin qucağında oturdular. Onlar elə düşünürdülər ki, bizimlə - “xalqlar türməsində” yaşamaq pisdir. Amma nəsə indi onların yaxşı yaşadığı müşahidə olunmur axı.
Amerika onların vəziyyətini düzəltmək marağında deyil, öz başının hayındadı. Amerika onları öz tərəfinə ona görə çəkməmişdi ki, onları yerbəyer etsin, iqtisadi və sair problemlərini həll etsin. Ona görə öz tərəfinə çəkmişdi ki, Rusiyanın ətrafında onlardan ibarət sanitar kordon düzəltsin – onlardan mühasirə hasarı kimi istifadə etsin. Bir növ geopolitik hasar hörsün.
Bu hasar ondan ötrü hörülür ki, birdən Allah eləməmiş Rusiya ikinci Avropa ilə əlaqələrini qaydaya salar – buna imkan verilməsin. İkinci Avropa – kontinental Avropadır ki, bura Avropa İttifaqının əsasını təşkil edən ölkələr daxildir. İlk növbədə Almaniya və əlbəttə ki Fransa.
Yaxın keçmişdə amerikanlar bir paraşüt-desant polku ilə İraq torpaqlarına yüngülvari gəzintiyə çıxmağa hazırlaşanda kontinental Avropa antiamerikan koalisiyası yaratmaqla az qala yankiləri infarkt etmişdi. Bəli, bəli, Rusiya ilə birlikdə. Məhz Paris, Berlin və Moskva o zaman İraqa hərbi müdaxilənin əleyhinə sərt şəkildə çıxmışdılar. Paris-Berlin-Moskva oxu Amerika üçün bir şok olmuşdu. Axı əgər bu geopolitik koalisiya baş tutsa, onda Amerikanın şəriksiz dominantlığının davam etdiyi Yalta modelli dünya nizamı məhv olub gedər. Amerikanların Rusiyanı Asiyada izolyasiya edib, onun Avropa İttifaqı ilə əlaqələrinin qarşısını almaqla bağlı cəhdləri heçə enər.
Putin Almaniya kansleri Şröderlə möhkəm işgüzar əlaqələr qurmağa başlayan kimi Amerikanın Pribaltikadakı çaqqalları Ribbentrop-Molotov Paktının ağır nəticələri barədə ulamağa başladılar. Onlar bəyan etdilər ki, Rusiya hələ də Pribaltikanı işğal etmək niyyətindən əl çəkməyib. Amerikanlar özləri isə Rusiya ilə Almaniya arasında yeni yaranmaqda olan müttəfiqlik əlaqələrindən narazılıqlarını bildirdilər. Bundan qorxuya düşdükləri açıq-aşkar görünürdü. Ona görə də onlar üçün təhlükəyə çevrilən Şröderi o zaman məsum görünən Angela Merkellə əvəzlədilər.
Lakin Merkel də onlar üçün xilasedici mələk rolunu oynaya bilmədi. Amerika öz sanitar kordonundakı dəlikləri tələm-tələsik doldurarkən –Ukraynada “narıncı inqilab” həyata keçirəndə, Lukaşenkoya ard-arda hücumlar təşkil edəndə– Putin yeni kanslerlə yaxşı əlaqələr qurmağı bacardı. Onlar həm də Şimali Avropa qaz kəmərinin çəkilməsi barədə razılığa gəldilər. Siz bizə Ukraynada “narıncı inqilab” təşkil etdiz, biz isə kordondan yan keçən qaz kəməri çəkirik. Bu kəmərin idarəetməsinə isə kimi qoysaq yaxşıdı?.. Şröderi. Siz isə Ribbentrop-Molotov paktından danışırsız. Hələ sağ ol deyin ki, qaz kəmərinin idarəetməsini Əhmədinejada tapşırmamışıq!
Amerika da yatmırdı. Cavabında Fransada kontinentalçı Şirakın yerinə daha bir amerikan marionetkası, kovboy şlyapasında Buşla şəkil çəkdirməsi ilə fəxr edən Sarkozini gətirdi. Hə, deməli belə? İndi görün sizə göstərərik... indi sizə göstərərik... Nə göstərərik? Hələlik Putinin Münhen çıxışının lentini dinləyin. Sonrasına baxarıq.
Yüksək texnoloji və sənaye potensialına malik birləşmiş Avropanın Amerika ilə eyni səviyyədə geopolitik subyekt olması, onun ABŞ-a alternativ yeni bir geopolitik qütbə çevrilməsi üçün yeganə çatışmayan şey – bizim resurslarımızdır. Bizdə isə çatışmayan şey Avropadakı texnoloji inkişaf və Avropanın siyasi çəkisidir. Etiraf etmək lazımdır ki, Rusiyanın indiki siyasi təsiri ABŞ-dan geridir. Avropa İttifaqının təsiri və siyasi çəkisi də ABŞ-dakına çatmır. Lakin Rusiya və Avropa İttifaqının yaxınlaşması halında Amerika sönəcək. Əl-Qaidə, beynəlxalq terrorizm, Kim Çen İrin bombası – bütün bunlarla başımızı qatmayın. Amerikanın Avropadakı hegemonluğuna yeganə real zərbə – Şimali Avropa qaz kəməridir. Bu elə 21-ci əsrin Ribbentrop-Molotov paktı deməkdir.
Paris-Berlin-Moskva oxu Amerikanın dünya ağalığının tabutuna vurulmuş sonuncu mismar olacaq. Və biz bu mismarı mütləq vuracayıq!

ABŞ DÜNYANIN ENERJİ EHTİYATLARINI ƏLƏ KEÇİRMƏK İSTƏYİR

Gözlənildiyi kimi, NATO beynəlxalq neft hasilatı ilə məşğul olan şirkətlərə və maqnatların neft hasil etdiyi ölkələrə təklif verib ki, gəlin sizi terrorçulardan, girov götürülmə təhlükəsindən və dəniz quldurlarının hücumlarından qoruyaq. NATO bu təklifi ilə əslində bütün Yaxın Şərqi, Fars körfəsi, Asiya və Afrika ölkələrini öz hərbi çətiri altına almaq niyyətindədir.
NATO artıq Siyasi Planlaşdırma direktoru Ceymi Şeanın şəxsində “Royal Datç Şell” və “Britiş Petrolium” şirkətləri ilə bu barədə danışıqlar aparıb. “Biz öz Hərbi Dəniz Qüvvələrimizin neft-qaz şirkətlərinin maraqları naminə istifadə edilməsi imkanlarını aktiv surətdə dəyərləndiririk”. Bu sözləri Ceymi Şea danışıqların nəticələri barədə danışarkən bəyan edib. Onun sözlərinə görə, mühafizə funksiyasını NATO dövlətlərinin çevik reaksiya qüvvələri, ya da ola bilsin nizami ordu qüvvələri yerinə yetirəcək.
Amerika qoşunlarının əsas rol oynadığı NATO qüvvələrinin nümayəndəsindən başqa bir şey gözləməyə dəyməzdi. Bu “yaxşı oğlanlar” indi çox uğurla İraqın neft yataqlarını “mühafizə” edirlər. Əgər məsələyə ciddi yanaşsaq deyə bilərik ki, müddət keçdikcə hələ çox dövlətlərin neft yataqlarının ətrafında gərginlik artmağa başlayacaq.
Müasir dünyada siyasi, strateji və iqtisadi təsir vasitəsi olan təbii resurslar günbəgün daha çox Qərbin iştahasına tuş gəlir. Əgər enerji ehtiyatlarına malik dövlətlər öz müstəqilliklərini saxlamaq istəyirlərsə, ABŞ-ın “himayəsindən” boyun qaçırmalıdırlar. Axı bu gün heç kəsə sirr deyil ki, dünya ölkələrində neft yataqlarının çoxu ABŞ-ın nəzarəti altındadır.
Hətta qosqoca Avropa belə tam suveren subyekt ola bilmir, Vaşinqtonun asılılığından çıxmağı bacarmır. Bütün neft və qaz məhsulları Avropaya ABŞ adminstrasiyasının “xeyir-duası” ilə daxil olur. Rusiyanın müstəqil olaraq Baltik dənizinin dibi ilə Avropaya qaz kəməri çəkməsinə ABŞ-ın reaksiyaları nələr bahasına başa gəldi - bir Allah bilir! Eyni cür reaksiyanı Asiya ölkələrinin Qərbi Avropa dövlətlərinə birbaşa qaz vurmaq imkanı verən Şimali-Xəzər layihəsinə qarşı da görürük.
Proqnozlaşdırmaq olar ki, yeni yüzillikdə müharibələr və hərbi konfliktlər əvvəlkindən daha çox təbii resurslar üzərində nəzarət motivinə görə baş verəcək. NATO funksionerlərinin resursları nəzarət altına almaq niyyəti artıq bundan xəbər verir ki, onlar neftlə zəngin Yaxın Şərq regionuna tez bir zamanda pəncələrini qoymaq istəyirlər. Həm də onlar bunu “dünya ağasına” xas aqressiv və qəti manera ilə edirlər. Əslində isə söhbət region dövlətlərinin suverenliklərini itirməsindən gedir.
Nəzərə almaq lazımdır ki, NATO bütün bunları edərkən bir gözü ilə Rusiyaya və onun resurslarına baxaraq, ya onları ələ keçirməyə, ya da hər bir halda Amerikaya lazım olan məcraya yönəltməyi təmin etməyə çalışır. Rusiyanın resursları ABŞ üçün elə bir yağlı tikədir ki, onu heç vaxt gözdən qoymurlar. Bundan başqa güc faktoru öz vacib rolunu oynayacaq, çünki digər dövlətlərin sərbəstliyi və müstəqilliyi NATO strateqlərinin planlarına qətiyyən uyğun gəlmir. Bu isə digər ölkələr üçün böyük təhlükə və təhdiddir.
Enerji resursları faktoru İraqa da hərbi müdaxilədə əsas rollardan birini oynadı. İraq həm də regionun İran, Qətər və Fars körfəzi ölkələrindəki resurslara nəzarət etmək üçün rahat meydança rolunu oynayır. Cənubi-Şərqi Asiya və Afrika dövlətləri də burdan çox uzaqda deyillər. Fars körfəzindən əsasən ABŞ-ın nəzarət etdiyi neft daşınması magistralları keçir. Amerikada benzinin və digər enerji resurslarının qiyməti bu regiondakı vəziyyətdən asılıdır. Hazırda Latın Amerikası ölkələri müstəqil siyasət yürüdüb neft hasilatını milliləşdirməyə çalışırlar. Elə bu kifayət edir ki, Amerika öz neft hasilatçılarını müdafiə etmək üçün regiona hərbi müdaxilə etsin.
Təsəvvür etmək çətin deyil ki, Yeltsinin vaxtı olsaydı, NATO qüvvələri öz neft hasilatçıları olan şirkətlərini müdafiə etmək bəhanəsi ilə bizim ölkəmizə də girmək fikrinə düşərdilər. Axı “Şell” və BP Rusiyada da işləyirdilər. “Terrorçulardan mühafizə etmək üçün” öz hərbi kontingentlərini və texniki qurğularını bizim neft yataqlarımızın ətrafında da yerləşdirəcəkdilər. Əgər hərc-mərclik hökm sürən, oliqarxik, korrupsioner Yeltsin hökuməti bir neçə il də hakimiyyətdə qalsa idi, bu baş verəcəkdi. Amma bu gün Rusiya kifayət qədər güclü oyunçudur və amerikanların öz arzularını həyata keçirməsi mümkün deyil.
Buna baxmayaraq NATO-nun ən başlıca hədəfi bütün resurslara, həmçinin Rusiyanın neft hasilatı olan ərazilərinə nəzarət etməkdir. Amerikanlar bu hədəfə daha asan yolla - hərbi alyansların üzvü olmayan, neft yataqları ilə zəngin olan xırda dövlətlərin hesabına yaxınlaşmağa çalışırlar. Məntiqlə bundan sonra baş verəcək hadisə isə Rusiyaya bu tipdə ultimatum verməkdir: “Baxın ha, ölkələrin çoxu öz neft-qaz yataqlarının mühafizəsini bizə həvalə edib, siz isə yox!” Mühafizə, ardınca nəzarət, ardınca isə idarəetmə — onların hərəkətlərinin məntiqi ardıcıllığı bax bu cürdür.
NATO bir şeyi nəzərə almır: Rusiya nəinki özü hasilat həyata keçirə bilir və öz sərvətlərinin mühafizəsini təşkil edə bilir, həm də yeni -hətta ABŞ-ın tabeçiliyində olan- bazarlara da rahat şəkildə və heç bir maneəsiz çıxa bilir.

REGİONAL DÖVLƏTLƏR ABŞ-A QARŞI ÖZ OPEK-LƏRİNİ YARADACAQLAR

Rusiyanın yeni istiqaməti Yaxın Şərqə doğrudur. Bu Rusiyanın müstəqilliyinin nümayişi deməkdir. Bu Putinin Yaponiya, Çin, İran və Hindistana etdiyi səfərlərlə başlayan Şərq mövzusunun davamı deməkdir. Bu səfərlər nəticəsində həmin ölkələr Rusiyanın geopolitik partnyoruna çevrildilər.
Məhz Hindistanla əməkdaşlıq bizə SSRİ və Çar Rusiyası rəhbərlərinin arzusu olan isti dənizlərə və Hind okeanına çıxmaq imkanı verir. İndi biz heç vaxt olmadığı qədər buna yaxınıq.
Nəhayət, növbə gəlib Yaxın Şərqə də çatdı. Burda müsbət effekt tamamilə ayrı sferada özünü göstərir. Məhz Yaxın Şərq istiqaməti Rusiyanın neft-qaz və enerji subyektliliyini möhkəmləndirməyə imkan verir.
Məsələ burasındadır ki, Rusiya artıq özünü bütün dünyaya böyük enerji dövləti kimi bəyan edib. Ona görə yox ki bu yaxşıdır, ya da bu bizim xoşumuza gəlir. Ona görə ki energetika elə bir sahədir ki, Yeltsin dövründə bu sahəni sonadək dağıdıb talan edə bilmədilər. Energetika yeganə sahədir ki, biz onu tezbazar modernizasiya edib yüksəldə bilərik.
Üstəgəl, 21-ci əsrdə bir çoxları energetikadan asılı vəziyyətdə olacaq. Enerji təminatı elə həmin ABŞ-ın hər yerdə öz iradəsini digər dövlətlərə qəbul etdirmək üçün istifadə etdiyi strateji təsirin ən vacib elementinə çevrilib. Energetika təkcə iqtisadi faktor deyil, həm də siyasi faktordur.
Bu siyasi faktorun köməyi ilə ABŞ bir neçə onillikdir ki, Avropaya öz iradəsini yeritməkdə davam edir, Yaxın Şərqi yenidən formalaşdırıb yeni dövlətləri öz orbitinə cəlb edir.
Əgər zəngin neft-qaz hasilatçıları və təminatçıları ilə energetika xartiyası imzalamağa nail olsaq, mahiyyət etibarilə Amerikanın marionet təşkilatı olan OPEK-ə (Neft İxrac Edən Ölkələr Birliyi, ingiliscə The Organization of the Petroleum Exporting Countries, qısaca OPEC — red.) alternativ bir təşkilat yarada bilərik. Bu təşkilat OPEK-dən fərqli olaraq enerji daşıyıcılarının çatdırlmasını, qiymətini ABŞ-a alternativ qütbdə olan dövlətlərin – regional güclərin və geopolitik qurumların xeyrinə tənzimləyə biləcək.
Ümumiyyətlə Yaxın Şərq ölkələri ilə ikitərəfli razılaşma ilə bitən bütün əlaqələr istənilən halda uğur hesab olunur, bizim geopolitik subyektliliyimizi möhkəmləndirir və Putinin Münhen Konfransında səsləndirdiyi tezislərin məntiqi davamıdır.
“Soyuq müharibə” və Sovet İttifaqının mövcud olduğu dövrdə dünya iki düşərgəyə ayrılmışdı. Bir az da kənarda Qoşulmama Hərəkatının üzvləri olan, nə Amerikanın kapitalist dominantlığını, nə də marksist-sosialist modeli qəbul edən bir neçə dövlət var idi. Hazırda Rusiya marksist ideologiyadan imtina etməklə Üçüncü Dünya dövlətləri- Qoşulmama Hərəkatının üzvləri ilə münasibətdə bir sıra üstünlüklər əldə etmişdir. ABŞ isə öz düşərgəsinin üzvlərinin sayını keçmiş sosialist düşərgəsi ölkələri hesabına artırır. Bizim də keçmiş Qoşulmama Hərəkatı üzvü olan dövlətlərin hesabına müttəfiqlərimizin sayını artırmağa haqqımız çatır. Rusiya bununla öz çəkisini, məhz kontinental çəkisini artırır.
Rusiya öz materikində geopolitik həmləyə başlayıb. İstənilən halda bu həmlə dünyadakı rolumuzun güclənməsinə səbəb olacaq.
Bu gün qarşımızda duran əsas vəzifə bu həmləni Rusiyanın tam məzmunlu strategiyasına çevirib onu kontinental blokun yaradılması ilə tamamlamaqdır.

ABŞ-IN RUSİYADA PUL PAYLAYAN XEYİR MƏLƏKLƏRİ

Rusiya ərazisində fəalliyyət göstərən yüzlərlə xarici mənşəli qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti dayandırıldı. Dövlət Reqistrasiyası Federal Xidmətinin məmurları ilk əvvəl onları sakitləşdirdilər ki, bəs onlar nizamnamə üzrə fəaliyyətlərini və Rusiya təşkilatlarını maliyyələşdirmələrini dayandırmalıdırlar, lakin təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər- bununla belə onların dövlət qeydiyyatından keçmək üçün hər cür imkanı qalır.
Məmurlar onları sakitləşdirirdilər, çünki onlar həyəcan keçirirdilər. Axı qərbdəkilər çox arzulayırlar ki, Rusiyanın ictimai təşkilatlarını maliyyələşdirsinlər, burda xeyriyyəçiliklə məşğul olsunlar, qrant paylasınlar. O dərəcədə çox arzulayırlar, bunun üçün elə ürəkdən qışqırırlar ki, hətta Vaşinqtonda qışqıranların səsi bura gəlib çıxır! ABŞ Prezidenti Administrasiyası Rusiyada amerikan QHT-lərinin qeydiyyatdan keçməsi prosesinin tezliklə bitməsi barədə həm dua edir, hətta alınmayanda bizi hədələyir də! Sözlərindən belə çıxır ki, “siz Allah, artıq dözə bilmirik, icazə verin ölkənizdə xeyriyyəçiliklə məşğul olaq, icazə verin sizlərə pul paylayıb savaba bataq!”
Adi rus insanı çaşqınlıq içində qaşlarını çataraq bu adamların öz pullarını necə gəldi hara gəldi xərcləmək üçün belə canfəşanlıq etmələrinin səbəbini anlaya bilmir.
Adi rus insanının bu barədə suallarına əlbəttə ki şəbəkə müharibələri konsepsiyasını yaratmış və bu konsepsiyanın ABŞ-ın hərbi strategiyasına daxil edilməsinə nail olmuş vitse-admiral Artur K. Sibrovski cavab verə bilər.
Həmin konsepsiyanın məzmunu ondan ibarətdir ki, düşmənin ərazisi adi silahlardan istifadə edilmədən tutulmalıdır. Bunu elə ustalıqla həyata keçirirlər ki, düşmən sonradan ikiəllli başını tutur və gözlərini döyərək təəccüb içində qalır ki, bəs bu necə oldu?! ABŞ bu yolla Şərqi Avropanı, sonra Pribaltikanı, MDB ölkələrini, Asiya respublikalarını, Gürcüstanı, sonra isə Ukraynanı ələ keçirmişdir. Hücum davam edir. Növbədə Şimali Qafqazdır.
Lakin alınmadı, Rusiya hökuməti şübhələnməyə başladı və yolu kəsdi. Birdən birə Moskvanın ağlına belə bir fikir gəldi: “Dayan görüm! Əgər amerikan doktrinasında bu cür yazılıbsa, onda düşmən... doğrudandamı bizik? Qoy bir də diqqətlə baxaq görək...”
Şəbəkə müharibəsinin nə əvvəli var, nə axırı. O həmişə davam edir. Bu müharibə düşməni, neytral qüvvələri, eləcə də dostları manipulyasiya etməklə aparılır. Sibrovski bunu “davranış modelinin formalaşdırılmasına yönəlmiş hərəkətlərin məcmusu” adlandırır. Bu, müdaxilə edilməsi planlaşdırılan ərazidə “hərbi əməliyyatların” bütün potensial iştirakçıları üzərində hələ bu müdaxilə həyata keçirilməmişdən əvvəl  total nəzarət yaratmaq anlamına gəlir. Bununçün potensial aktiv iştirakçılarda maddi maraq yaratmaq və təmin etmək, lakin əsasən onları ideya baxımından motivasiya etmək lazımdır. Həmin üsulla bir qayda olaraq ələ keçirdikləri və öz tərəflərinə çəkdikləri aktiv iştirakçılar bunlardır: məmurlar, jurnalistlər, diplomatlar, hüquq müdafiəçiləri, ictimai fəal şəxslər, alimlər və s.
Şəbəkənin yaradılmasında məqsəd onlardan əsas hücum anında – adətən seçkilər, hakimiyyət dəyişikliyi zamanı “həmin ölkələrin, xalqların, orduların və hökumətlərin müstəqilliyinə, suverenliyinə, subyektliliyinə son qoymaq və idarəolunan proqramlaşdırılmış bir mexanizmə çevrilməsində istifadə etməkdir”. Vitse-admiral Sibrovskinin belə şəbəkənin yaradılmasının əsas elementi, şəbəkə müharibəsinin əsas silahı kimi açıqca QHT-ləri qeyd etməsinə yalnız heyrətlənmək qalır.
Bu gün Qərb QHT-lərinin yüksək aktivliyi Şimali Qafqazda, ən yüksək aktivliyi isə Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgəsində müşahidə olunur. Artıq amerikan demokratiyasının küləyinin hansı tərəflərdə əsəcəyini təqribən müəyyən etmək mümkündür. Qərbə aid bütün QHT-ləri saymaq mənasızdır, çünki onlar həddindən artıq çoxdular. Demək olar hər yerdə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (İRİ), müxtəlif növ “açıq cəmiyyət institutları” və ya “xeyriyyə fondlarının” nümayəndəlikləri mövcuddur. Bir müddət əvvəl ABŞ prezidenti öz həmvətənlərinə ”bütün dünyada demokratiyanın inkişafı” işində göstərdikləri səyə görə minnətdarlıq etdi və Beynəlxal Respublika İnstitutunun aparatını əldə edilmiş nailiyyətlərlə - “qızılgül”, “narıncı”, “bənövşəyi” və “qərənfil” inqilablarla kifayətlənməməyə çağırdı.
Amerikanların bu mövzuda açıqlığı, səmimiliyi, özlərinin haqlı olduqlarına zərrə qədər şübhə etməmələri heyrət doğurmaya bilməz. Bu səmimilik bizim öz “zəkamıza” həddən ziyadə güvənməyimizin nəticəsi deyilmi? Biz hələ də Şərq Blokunun və SSRİ-nin süqutunu düşünüb ah çəkirik, amerikanlar isə artıq Asiyada bizim düz böyrümüzdə yerləşiblər. Biz elə şərəfimizə sahib çıxmaq barədə ağzımızı açan kimi Gürcüstanı və Ukraynanı itirdik...
Rusiya ərazisində fəaliyyət göstərən Qərb QHT-lərindən şübhələnmək doğru qiymətləndirilməlidir.
Lakin şəbəkə müharibəsi çox sürətli bir prosesdir. Kim ləng düşünəcəksə, daha sürətlə uduzacaq. Vaxt yoxdur...

SOROS QOVULANDAN SONRA ABŞ KƏŞFİYYATI POSTSOVET ÖLKƏLƏRİNDƏKİ LİBERALLARI “EURASİA FOUNDATİON” VASİTƏSİLƏ MALİYYƏLƏŞDİRİR

Respublikaçı-konqresmen Con Buzmanın dediyi kimi ABŞ Rusiyanın “demokratik” vaxtlarında bura vətəndaş cəmiyyətinin inkişafına və iqtisadi islahatlara yardım məqsədilə yüz milyonlarla dollar pul göndərib və bundan sonra da göndərməyə hazırdır.
ABŞ Konqresi hətta Rusiyada və keçmiş  SSRİ ölkələrində fəaliyyət göstərən “Eurasia Foundation” fonduna dəstək barədə xüsusi sənəd də qəbul etmişdir.
Moskvanın bəzi xırda cavab tədbirlərinə baxmayaraq ABŞ öz siyasi xəttini davam etdirərək bizim daxili işlərimizə aktiv surətdə qarışmaqda davam edir. Onların niyyəti bizim məkan üzərində geopolitik nəzarəti təmin etməklə onu idarə etməkdir. Əsas məqsəd Rusiyanı zəiflətmək və parçalamaqdır.
ABŞ uzun müddət Rusiyanın daxili-siyasi vəziyyətinə Yeltsin dövründən Kremldə oturan marionet piar-elita vasitəsilə nəzarət edirdi. Onlar amerikanların bizim daxili siyasi proseslərimizə qarışmalarına heç bir maneçilik törətmirdilər və Rusiyadakı siyasi qüvvələrin ABŞ tərəfindən açıq maliyyələşdirilməsinə şərait yaratmışdılar. Lakin ölkədə siyasi elitanın dəyişməsindən, Vladimir Putinin prezident olmasından sonra amerikanların ölkədəki daxili siyasi vəziyyətə birbaşa müdaxilə etməsi üçün olan lazım imkanlarının çoxu qapadıldı. QHT-lərin fəaliyyətini məhdudlaşdıran, siyasi partiyaların və QHT-lərin xaricdən birbaşa maliyyələşdirilməsinin qarşısını alan qanunlar qəbul edildi. Məhz buna görə də amerikanlar bizim daxili siyasi proseslərimizə təsir və müdaxilə etmək sistemlərini restrukturizasiya etməli oldular. İşlək olmayan təşkilatlar bağlandı, azad olan vəsaitlər isə ABŞ-ın idarəçiliyi altında olan pozucu, destruktiv və antirusiya mövqeli digər QHT-lərə yönəldildi.
“Eurasia Foundation” – Amerikanın köhnə sovetoloji mərkəzidir. Hələ Sovet dövründən fəaliyyətdə olan bu fond Sovet sisteminin öyrənilməsi, onun zəif nöqtələrinin müəyyənləşdirilməsi, toplanan məlumatlar əsasında Sovet İttifaqının sosialist və mənəvi təməllərinin dağıdılmasının metodlarını işləyib hazırlayır, ideoloji diversiyalar planlayıb həyata keçirirdi.
Onlar sosialist ideoloji prinsiplərini ona görə məhv etmirdilər ki, Sovet vətəndaşlarını marksizmin ideoloji məngənəsindən xilas etsinlər. Ona görə məhv etməyə çalışırdılar ki, həmin dəyərləri amerikan ideoloji klişeləri ilə əvəz etsinlər. SSRİ dağılandan sonra həmin ideoloji klişelər uzun müddət bizə yeridildi.
SSRİ dağılandan sonra Amerikada postsovet məkanını, ilk növbədə Rusiyanı tədqiq edən bu sovetoloji təşkilatlar Amerikadan birbaşa “düşmənin” öz ərazisinə köçürüldü. Həmin təşkilatlar yenidən formalaşdırılaraq vahid bir strukturda – “Eurasia Foundation” fondunda birləşdirildi. Bundan sonra fond genişhəcmli şəkildə təxribatçı amerikan “dəyərlərini” bütün Avrasiya məkanına, ilk növbədə Rusiyaya yaymağa başladı.
Bugün həmin fond yenə də bizim böyük məkanımızda fəaliyyət göstərməkdə davam edir və əvvəlki tək onun məqsədlərində heç bir dəyişiklik yoxdur – ideoloji pozuculuq və daxili siyasi proseslərə müdaxilə etmək. Əlbəttə Rusiyanın yeni qanunvericiliyi sayəsində onlar bunu açıq şəkildə edə bilmirlər. Ona görə də maliyyələşdirmənin və təsiretmənin gizli üsullarını axtarıb tapırlar. Əgər indiki imkanları da bağlansa, onlar SSRİ dövründə etdikləri kimi burdakı atlantist şəbəkələrə qeyri-leqal kanallarla pul göndərəcəklər. Maliyyələşdirmə hansı yollarla olur-olsun davam etdiriləcək.
Bü gün belə strukturların əsas vəzifəsi Rusiyada hökm sürən siyasi stabilliyi pozmaqdır. Bu məqsədə nail olmaq üçün onlar sona qədər öz trafaretlərini insanların beyninə yeritməyə davam edəcəklər.
“Amerikan demokratiyası” adlanan ideyanın yumşaq üsullarla genişlənməsi alınmayanda millətçi və terrorçu şəbəkələr, həmçinin atlantist fondlar işə düşür. QHT-lərin ABŞ tərəfindən maliyyələşdirmə modeli dəyişdirildikdən sonra Rusiyanın idarəçi elitasına və bu idarəetmədə mövcud olan “sözəbaxmaz” siyasi sistemə qarşı təzyiq göstərmək üçün ABŞ tərəfindən daha qəti və sərt tədbirlər görülməsi gözlənilir.
Başa düşmək lazımdır ki, Amerika dünya ağalığına can atmaq yolunda heç nədən çəkinən deyil. O bu ağalığa nail olmaq üçün qanunları pozmaqdan, soyqırım və kütləvi iğtişaşlar təşkil etməkdən, müstəqil dövlətləri bombalamaqdan belə çəkinməyəcək. Və Rusiya buna hamıdan çox hazır olmalıdır.

İNGİLTƏRƏ ÖZ KONSULLUQLARINDAN KƏŞFİYYAT VƏ CƏSUSLUQ FƏALİYYƏTİ ÜÇÜN İSTİFADƏ EDİR

Yekaterinburqda Britaniya və Rusiya tərəfləri arasında beynəlxalq konflikt baş verdi. XİN-in Ural nümayəndəliyi Böyük Britaniya konsulluğundan tələb etdi ki, konsulluqdakı Britaniya Şurasını qovsun.
Hüquq müdafiəçiləri həyəcan təbili çalmağa başladılar. Həmin Britaniya Şurasında bu barədə fikir söyləməkdən çəkindilər. Britaniyanın Moskvadakı səfirliyində isə hadisə ilə bağlı quru və mənasız şərh verdilər.
Beləliklə “Britaniya Şurası” adlanan, Rusiya ərazisində fəaliyyət göstərən, lakin Britaniya tərəfindən birbaşa maliyyələşən QHT ilə bağlı tarixçə belə başladı. Britaniya Şurası Yekaterinburqdakı konsulluğun ərazisində yerləşməklə diplomatik immunitetə malik idi və Rusiya qanunlarının təsirindən kənarda qalırdı.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məxfi məlumatları britaniyalı şpionlara ötürən Britaniyanın Moskvadakı səfirinin 2-ci katibi Mark Dounu həbs edəndə də o Rusiya qanunlarının yurisdiksiyasına düşmədi, çünki diplomatik immunitetə malik idi. Amma həmin olay əsl Ceyms Bond haqqında filmlərin süjetini xatırladırdı. Səfirliyin əməkdaşlarına Moskva parklarından birində orta böyüklükdə, yumru bir daşın yanından keçmək kifayət idi ki, onların kompüterləri ordakı məlumatları qəbul edib götürsün. Həmin daş dediyimiz adi daş deyildi, doldurularaq daş cildinə salınmış bir aparatura stansiyası idi. Və ən maraqlısı o idi ki, həmin diplomat Mark Dou Rusiyada QHT-lərə qrant verilməsini kurasiya edirdi.
Yekaterinburqda, toxunulmaz sayılan Britaniya konsulluğunda yerləşən Britaniya Şurası kitabxanasında hansı məlumatların toplandığını yalnız ehtimal etmək olar. Əlbəttə, XİN bu qeyri-hökumət təşkilatını diplomatik immunitetdən məhrum etmək istəyirdi ki, hansısa məqamda lazımi tədbirlər görə bilsin. Bəs bu, bəzi hüquq müdafiəçilərinin qələmə vermək istədikləri kimi britaniyalıların təqib edilməsidir, yoxsa faktiki olaraq cəsus fəaliyyətini maliyyələşdirən təşkilatların təsirini azaltmaq üsulu?
Ümumiyyətlə Qərbin əsas fondları çox zaman səfirliklərin və konsulluqların tərkibində olurlar. Məsələn, MDB ölkələrində tüğyan edən rəngli inqilabların rejissorları əsasən ABŞ-ın bu ölkələrdəki səfirləridir. Məhz ABŞ və Böyük Britaniya konsulluqları destruktiv tendensiyaların bağbanı sayılırlar.
Bəs onda hüquq normaları çərçivəsində həyata keçirilən elementar özünümüdafiədən söhbət gedirsə, hansı təqibdən danışmaq olar?
O ki qaldı Britaniya Şurası ilə bağlı vəziyyətə, bu konflikti tez bir zamanda həll etmək mümkün deyil. Britaniya kəşfiyyatı dünyada ən qədim kəşfiyyatlarından biridir. Nəzərə alsaq ki, ən effektiv kəşfiyyatlardan biri də odur, onda bizim onun zərərli təsirindən qorunmağımıza xüsusi diqqət lazımdır.
Britaniya Şurası adlı təxribatçı təşkilat Yekaterinburqda, ardınca Sankt-Peterburqda, daha sonra isə digər yerlərdə yaşanan ard-arda skandallara baxmayaraq hələ də özlərinin dediyi kimi, “faydalı və rəngarəng işlərini” davam etdirməyə çalışır. Bu təşkilat ildə bir dəfə Britaniya filmləri festifalı keçirir, elmi mühazirələr və britaniyalı müəlliflərin kitablarının müzakirəsi gedən diskussiya klubları təşkil edir. Sovet imperiyasının məhvi də məhz bu cür başladı – xarici filmlərin və kitabların müzakirəsi ilə. O cümlədən, postsovet məkanında baş verən inqilablar da diskussiya klublarında hazırlanmışdır. Şəbəkə müharibəsi gözəgörünməzdir və onun “ordusu” kənardan baxanda təhlükəsiz görünür. Amma nəticələri – dəhşətlidir.
Biz bu gün açıq danışmalıyıq: Rusiyaya qarşı şəbəkə müharibəsi gedir. Bu müharibə adi silah-sursatla aparılmır. Serbiyanın bir hissəsi olan Kosovadakı vəziyyət, Gürcüstandakı “qızılgül inqilabı”, Ukraynadakı “narıncı inqilab” deməyə əsas verir ki, ABŞ-ın siyasəti Avrasiya məkanının hər yerində millətlərarası, dinlərarası konfliktlərin qızışdırılmasına yönəlib. Və ABŞ hər yerdə müharibə aparılmasının yeni texnologiyalarından istifadə edir- buna “altıncı nəsil müharibəsi” və ya “şəbəkə müharibəsi” də deyilir. Bu texnologiya Pentaqon tərəfindən çoxdan işlənib hazırlanmışdır, amma məhz indi MDB-də, bir az əvvəl isə Şərqi Avropa məkanında uğurla həyata keçirilməyə başlanmışdır. ABŞ-ın şəbəkə müharibəsinin əsas hədəfi, özlərinin də heç vaxt gizlətmədiyi kimi, Rusiyadır.
ABŞ tərəfindən həyata keçirilən işğalçılıq tendensiyalarına qarşı müqavimət göstərmək o halda mümkündür ki, ölkəmizin idarəçiləri şəbəkə müharibəsi aparılmasının strategiyasını başa düşsün və bu prosesə adekvat müqavimətin formasını işləyib həyata keçirmiş olsun. MDB məkanının Rusiyanın geopolitik maraqları zonasında qalacağına amerikanların bizi cani-dillə inandırmaqlarına baxmayaraq, görürük ki, onlar əraziləri bir-birinin ardınca bizim təsir zonamızdan qoparmaqdadırlar. Amerikanın qərb təsir zonasının sərhədləri Rusiyanın sərhədlərinə kip yaxınlaşmaqdadır ki, bu da Rusiyanın dövlət təhlükəsizliyinə birbaşa təhdiddir.
Şəbəkə müharibəsi çox incə şəkildə aparılır. Burda informasiya texnologiyalarından, diplomatik şəbəkələrdən, qeyri-hökumət təşkilatlarından, siyasətçilərdən, jurnalistlərdən və KİV-dən aktiv surətdə istifadə edilir. Bu elə bir çoxsəviyyəli müharibədir ki, burda adi silah-sursatın yeri yoxdur, lakin bu müharibənin nəticəsi konkret “hərbi” qələbə – ərazi işğalıdır.
Bunu anlamamaq Rusiyanın uduzmuş duruma düşməsinə gətirib çıxaracaq. Və biz hər dəfə ayılıb fakt qarşısında qalacayıq ki, növbəti ərazi bizim nəzarətimiz altından çıxdı!

QƏRBİN RUSİYA İLƏ BAĞLI MƏLUM NİYYƏTLƏRİ

Böyük Vətən Müharibəsi veteranları Estoniya hökumətinin nasist demarşını- müharibədə həlak olanların qardaşlıq qəbiristanlığının və Tallinin mərkəzində Sovet döyüşçülərinin abidəsinin dağıdılmasını həzm etməmiş Polşa seymi “Sovet işğalı” abidələrinin sökülməsini nəzərdə tutan qanun layihəsi qəbul etdi. Bir az sonra Kiyevdə “Sovet işğalı muzeyi” açıldı. Latviyanın Salaspils şəhərinin administrasiyası keçmişdə əsir düşərgəsinin yerində ucaldılmış faşizm qurbanları abidəsini “Sovet işğalının qurbanları abidəsinə” çevirmək təklifi ilə çıxış etdi. Estonlar da Bürünc Əsgər abidəsini dağıdaraq onun yerində “Sovet işğalı qurbanları” abidəsi ucaltmaq qərarına gəldilər.
Bütün bu aksiyalar silsiləsinin hamısının bir nöqtəyə vurması adi təsadüf ola bilməz. Bu aksiyaların həm də Putinin məşhur Münhen çıxışında əks olunan Rusiya ilə Qərb arasındakı qarşıdurmanın yeni mərhələsində geniş vüsət alması təsadüfi deyil. Şərqi Avropada amerikan Raketdən Müdafiə Sistemi elementlərinin yerləşdirilməsi, Avropa İttifaqı ilə Rusiya arasında partnyorluq haqqında yeni müqavilənin pozulması, həm də Avropanın Rusiyaya enerji sahəsindəki iddiaları elə bir beynəlxalq fon yaratdı ki, bu fon bizi “çox istəyən” bəzi ölkələrə İkinci Dünya Müharibəsi tarixini saxtalaşdırmaq üçün ilham verdi.
Müşahidəçilərin fikrincə, Avropa bu tendensiyaya susaraq razılıq verməklə Rusiyaya mənəvi-siyasi təsir göstərmək alətlərini öz əlinə almış olur. Avropanın buna Rusiyanın iqtisadi gücünün və dünyaya geopolitik təsirinin yenidən gücləndiyi bir dövrdə xüsusi ehtiyacı vardır.
Rusiyanın yenidən güclü dövlət olmaq yolundakı ambisiyalarına Qərbin belə ağrılı yanaşması göstərir ki, biz doğru yoldayıq. Digər tərəfdən, Rusiya ABŞ-ın və onun Avropadakı satellitlərinin gündən günə artan əks təsirlərinə hansısa formada reaksiya verməlidir. Çünki əgər hər şeyi olduğu kimi saxlasaq, bir müddət sonra faşizmə qalib gəlmiş ölkə elə faşist Almaniyasının özü ilə bərabər tutulacaq. Bax onda artıq Rusiyanın “Sovet işğalı altına salaraq əziyyət verdiyi” dövlətlərə təzminat ödəməsi tələbi də ortalığa qoyulacaq.
Əslində bizim ölkəmiz hərdən özü imkan verir ki, bədxahlar tez-tez öz çirkli eyhamlarını dilə gətirsinlər. O eyhamlar bundan ibarətdir ki, az qala kommunist Rusiyası faşist Almaniyası ilə eyni bezin qırağı olub. Rusiya cəmiyyətinin özündə belə bəziləri Rusiyanın indiki idarəçilərini ictimaiyyətə açıq şəkildə “Sovetin günahlarına görə tövbə etməyə” çağırırlar. Elə bil məhz bizim ölkəmiz ABŞ-ın Yaponiyada etdiyi kimi dinc camaatın üstünə atom bombası atıb, yaxud ABŞ-ın Vyetnamda etdiyi kimi bütöv bir xalqı məhv etmək məqsədilə kimyəvi və bakterioloji silahlar tətbiq edib! Sanki dediklərimizi Yaponiyada və Vyetnamda ABŞ deyil, Rusiya törədib.
İkinci Dünya Müharibəsinin nəticələrinin saxtalaşdırılmasında maraqlı tərəf məhz ABŞ-dır. Çünki məhz ABŞ Rusiyanın əsas geopolitik düşməni olmuşdur və indi də olmaqdadır. Amerikan elitasının konkret hədəfi vardır – Rusiyanı parçalamaq və onun ərazisinin bir hissəsini mənimsəmək.
Məlum olduğu kimi geopolitikada ən vacib faktor məkandır. Hətta məkanın keyfiyyətinin onun vacibliyinə dəxli yoxdur. Ona görə də Rusiya kimi böyük bir ölkə həmişə ABŞ üçün təhlükə sayılacaq. Bu təhdidi amerikanların öz qarşılarına qoyduğu konkret vəzifələr müəyyən edir. Onlar bizim ərazilərimizin ekspansiyası planlarını hazırlayırlar və həyata keçirməyə çalışırlar.
Yalta Sülh Konfransında razılaşdırılmış, o cümlədən Sovetlərin “soyuq müharibədə” məğlub olmasından sonra formalaşmış sərhədlər artıq amerikanlar üçün aktual deyil. Biz bu gün ABŞ-ın Rusiyaya və ona bitişik ərazilərə preventiv zərbələrinin astanasındayıq. Məhz belə bir zərbəni əsaslandırmaq üçün Rusiyanın qorxunc obrazının yaradılması, həm də İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılması vacibdir. Və bu tapşırığın öhdəsindən gəlmək üçün lazım olan vasitə məhz bolşevik və nasist rejimlərinin “eyniləşdirilməsidir”. Bütün dünyaya söhbətin nədən getdiyini başa salmaqdan ötrü ABŞ prezdenti Vaşinqtonda kommunist repressiyasının qurbanlarına abidə də ucaltdırmışdır.
Biz özümüzü Amerika və Rusiya liderləri arasında yaxşı münasibətlər var fikirləri ilə sakitləşdirməməliyik. Amerikada əsrlərlə formalaşmış elita vardır ki, hər yerdə və hər məsələdə geopolitik məntiqdən çıxış edir. Rusiyanın geopolitik gücünün yenidən bərpası heç kəsi qane etmir. Özü də Qərbin Rusiyaya etdiyi yumşaq təzyiqlər günbəgün daha sərt formalar almağa başlayır. Bu təzyiqlər artıq hərbi terminologiya üzrə həyata keçirilməyə başlanıb.
Nə qədər ki biz bunu başa düşmürük və adekvat tədbirlər görmürük, onda biz böyük geopolitik subyekt kimi parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalacayıq.

UKRAYNANIN NARINCI REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR

Ukraynada yaranmış vəziyyət yalnız narıncı rejimi hakimiyyətə gətirən xarici qüvvələrin gözləntilərinə uyğundur. Hər şey Viktor Yuşşenkonun marionet rejiminin hakimiyyətə oturması ilə başlandı. Yuşşenko komandasının funksiyası ciddi geopolitik əhəmiyyət daşıyırdı – Ukraynanı Rusiyadan tam qoparmaq, onu planlı şəkildə Qərbə, daha doğrusu ABŞ-a doğru yönəltmək və avroatlantik strukturlara daxil etmək. Materikdəki güc balansını müəyyən edən geopolitik məsələlər həll edildiyi bir şəraitdə həmişə cəmiyyətin, əhalinin maraqları ikinci plana keçir. Ukraynanın həyatında da həmin maraqların əhəmiyyəti sıfıra doğru yaxınlaşdı. Ukrayna Rusiyanın Avropa ilə yaxınlaşmasının qarşısını alan bufer zona üçün baza elementi olmalıdır, “prokladka” funksiyasını daşımalıdır – amerikan strateqləri tərəfindən Ukraynaya ayrılmış rol bundan ibarətdir. Onların Ukrayna əhalisi üçün heç bir pozitiv proqramları yoxdur. Ukrayna iqtisadiyyatının nə günə qalacağı və sosial proqramlarının taleyinin necə olacağı amerikanları maraqlandırmır. Müstəqil Ukrayna – əslində amerikan maraqları üçün fəaliyyət göstərən “müstəqil bufer zona” deməkdir.
2004-cü ilin sonlarındakı hadisələri xatırlayaraq belə fikrə gəlmək olar ki, o zaman Yanukoviçin hakimiyyətə gəlməsi ilə Kuçma dövründə yaradılmış nataraz vəziyyəti kordinal şəkildə dəyişmək olardı. Bunu bir tərəfdən Rusiya ilə münasibətləri intensivləşdirmək, digər tərəfdən də avrointeqrasiyanın instrumentləri vasitəsilə Avropa ilə əlaqələri isti saxlamaq vasitəsilə etmək mümkün idi. Ukraynanın mövqeyi geopolitik nöqteyi-nəzərdən də daha aydın müəyyənləşərdi, daha Rusiya ilə Avropa arasında biabırçı və rəzil bufer zonası statusunda qalmazdı.
Yanukoviçin ilk baş nazirlik periodunda bu istiqamətdə bir neçə addım atıldı: Sərhədlərin asanlaşdırılmış keçid proseduru, Ukrayna vətəndaşlarının Rusiyada qalma şərtlərinin yüngülləşdirilməsi müqavilələrinin bağlanması istənilən halda iki ölkənin yaxınlaşmasına, o cümlədən strateji yaxınlaşmasına təkan verdi. Yanukoviçlə Kremlin arasının isti olması, həmçinin Rusiya enerji resurslarının Ukraynaya ötürülməsi şərtlərinin yüngülləşdirilməsi Ukraynadakı iqtisadi vəziyyəti, həmçinin iki ölkə arasındakı münasibətləri yaxşılaşdıracaqdı ki, bu da öz növbəsində sadə ukraynalıların həyatına birbaşa müsbət təsir göstərəcəkdi.
Lakin Ukraynanın “milli azlıqlara” qarşı, xüsusən də əhalinin yarıdan çoxunu təşkil edən rusdilli əhaliyə qarşı yürütdüyü siyasət elə o vaxtdan bəri pisləşməyə doğru dəyişməyə başladı. Hakimiyyəti ələ keçirən narıncı rejimin özbaşına fəaliyyətindən sonra isə ruslarla bağlı vəziyyət əhəmiyyətli dərəcədə pisləşdi. Xatırlatmaq lazımdır ki, Yuşşenko hakimiyyətə gəlməmişdən bir ya qabaq “azlıqların” hüquqlarının müdafiəsi ilə bağlı sərəncam imzalayacağına söz vermişdi. O hətta bu sərəncamın prototipini də imzalamaqla rusdilli seçicilərin rəğbətini qazanmağa nail olmuşdu. Lakin prezident olduqdan sonra o bu sərəncamı birdəfəlik “unutdu”. Əksinə, bütün bu illər boyu televiziya və radiolarda rus dilinin çıxarılması, ukrain dilində verilişlərin faizinin artırılması ilə bağlı təzyiqlər davam etdi, bu qaydalara riayət etməyənləri stansiyaların bağlanması ilə hədələdilər. Kommersiya məqsədilə yaradılmış radiolara bu qayda sərfəli deyil, çünki ukrain dilində reklam blokları az olur. Lakin onlar bu vəziyyətin qarşısını ala bilmədilər. Bir müddət sonra isə bütün teleefiri ukrain movasına keçirdilər, Konstitusiya Məhkəməsinin qərarı ilə bütün xarici, o cümlədən rus filmləri ukrain dilinə dublyaj edilməli oldu.
***
Narıncı Ukraynanın mandarin rejimi tərəfindən verilmiş rusiyalı ictimai xadimlərin Ukrayna ərazisinə girişinə qadağa qoyan, ard-arda daha çox Rusiya vətəndaşlarını qardaş slavyan ölkəsində persona non qrata elan edən çoxsaylı qərarlar hələ də yaddaşlardadır. Belə gülməli, ağlasığmaz hərəkətlər oyuncaq mandarin rejiminin həyəcan və təşviş içində olmasından xəbər verir. Çox qalacaqlarına özlərinin də ümidi yoxdur. Ukrayna rəhbərliyinin ağılsız siyasətindən narazı olan insanları tutub ölkədən sürgün edirlər, kimi gəldi həbsə atırlar. Narıncı hakimiyyət elə bir vəziyyətə düşüb ki, öz xalqının maraq və istəklərini deyil, okeanın o tərəfindəki ağalarının maraq və istəklərini həyata keçirməlidir. Narıncılar bir tərəfdən onları hakimiyyətə gətirən ABŞ-a borcludurlar, bir tərəfdən də Ukrayna xalqının və cəmiyyətinin iradəsinə müqavimət göstərməlidirlər. Ona görə də bu rejimin sonu qaçılmazdır.
Rusiya dövlət səviyyəsində tədbirlər görüb Avrasiya geopolitik strategiyasını həyata keçirməlidir. Bu cür iş həm də vətəndaş cəmiyyəti səviyyəsində də aparılmalıdır. Rusiya və Ukraynadakı insanları konsolidasiya edərək onlara izah etmək lazımdır ki, niyə Ukrayna antixalq narıncı rejimdən canını qurtarmalıdır. Ukraynadakı indiki hakimiyyətin yad xarakterini açıb göstərmək, həm də insanları konkret siyasi aktivliyə təşviq etmək lazımdır. Ukraynalılar okeanın o tayındakıların istədiyi kimi deyil, öz istədikləri kimi yaşamalıdır – əsl xalq hakimiyyəti ABŞ-ın hamıya sırımağa çalışdığı xəyali xalq hakimiyyətindən deyil, məhz bundan ibarətdir. Ukrayna vətəndaşları aktiv olmalıdırlar və narıncı hakimiyyətin yaratdığı çətinlikləri kölə kimi qəbul etməməlidirlər.
Narıncı koalisiyanın hakim olduğu Ukraynanın taleyi həsəd aparılası deyil. Cinayətkar dəstənin əməlləri nəticəsində vətəndaş müharibəsi baş vermişdir. Ukrayna dövlət kimi əvvıl-axır süquta uğrayacaq, çünki Ukrayna əhalisinin 80%-dən çoxu aktiv şəkildə indiki narıncı istiqamətə qarşı çıxır, ölkənin NATO-ya daxil olmasını və antirus geopolitik vektora qatılmasını istəmir.
Rusiyanın xarici siyasətinin əsas faktoru Avrasiya inteqrasiyasıdır. Rusiyanın 1 nömrəli düşməni ona hər tərəfdən hücum edən ABŞ-dır. Biz hər gün daha çox ərazilərin atlantizmin xeyrinə Rusiyadan qoparılmasının şahidi oluruq. Yeganə xilas yolu – Avrasiyaya inteqrasiya proyektidir. Düşmənə cavab olaraq biz çoxqütblü dünya formalaşdırmaq strategiyasını həyata keçirəcəyik. Bu məqsədimizə çatmağımıza kömək edəcək beynəlxalq institutlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Yalnız bu struktur təşkilat ABŞ-ın diqtəsi altındakı qlobalizasiyaya alternativ bir sistem yaratmağa kömək edəcək. Rusiyanın ŞƏT-in inkişafına göstərdiyi maraq Rusiya hakimiyyətinin ölkəmizi həmin alternativ güc qütbünün başında görmək arzusunun nümayişidir. Biz ABŞ-ın ekspansionist və kolonialist siyasətinə qarşı dayanacayıq. O cümlədən düşmənə müqavimət yolunda Vahid İqtisadi Məkan, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da çarpışacaq.
***
İndiki vəziyyətində Ukrayna vahid geopolitik məkanın – SSRİ-nin, daha geniş mənada Şərq Blokunun süqutu nəticəsində yaranmış məhlul kimidir. Onun Stalin tərəfindən çəkilmiş indiki sərhədləri mücərrəddir, dəqiq deyil – onun tərkibinə daxil olan ərazilərin nə etnik, nə milli, nə də konfessial tərkibini əks etdirmir. Vahid SSRİ dövlətinin vətəndaşları üçün fərqi yox idi imperiyanın daxilindəki sərhədlər hardan keçir. Sovet nəzarətində olan Şərqi Avropanın sərhədləri də şərti xarakter daşıyırdı. Bütün əhali birgə Sovet cəmiyyətini təşkil edirdilər.
SSRİ-nin süqutundan sonra yalnız ərazi-inzibati bölgünü ifadə edən şərti sərhədlər suveren milli dövlətlərin ciddi sərhədlərinə çevrildi. Nəticədə katolik yunanların yaşadığı Lvov, İvano-Frankovsk, Qaliçiya kimi qərb əraziləri (etnik və mədəni cəhətdən daha çox Polşanın şərq hissəsi ilə yaxındırlar), o cümlədən rusların yaşadığı şərq vilayətləri bu cür əndrəbadi yolla müstəqil Ukraynanın tərkibinə düşdülər.
Rusiya ilə Qərb arasındakı qarşıdurma şəraitində oyun oynamaqla məşğul olan Kuçmanın vaxtında belə natarazlıqlara baxmayaraq Ukrayna öz bütövlüyünü bir cür-bir təhər saxlaya bildi. Kuçma ölkənin qərb əhalisinə Avropaya və NATO-ya doğru gedəcəklərini, şərq əhalisinə isə Rusiyaya yaxınlaşacağını söz verdi, gah bu tərəfə, gah da o tərəfə meyilləndi. Lakin narıncı inqilabdan sonra Ukraynanın qütbləşmə prosesi elektoral ifadə aldı, ölkənin gələcək inkişaf vektoru məsələsi kəskinləşdi. Yuşşenko Ukraynanı onu gözləmədikləri Avropa İttifaqına və ona çimçəşmə hissi ilə baxan NATO-ya doğru dartdı, Yanukoviç isə hələ də Ukrayna ilə münasibətləri tam aydınlaşdırmamış Rusiyaya tərəf çəkdi. Əhali arasında hər iki istiqamətin tərəfdarları kifayət qədərdir və əhalinin həmin tərəflərə ərazi bağlılığı da vardır. Belə olan təqdirdə Ukrayna tikişlərdən partlayan şalvarı xatırladırdı.
Həqiqətən də Ukraynanın ruslar yaşayan şərq vilayətlərinə NATO-ya daxil olmağı təklif etmək elə Rostov və ya Belqorod vilayətlərini NATO-ya dartıb aparmaq kimi bir şeydir. Həmçinin lvovluları və qaliçiyalıları Rusiya ilə ittifaqa daşımaq ağlabatan deyil, çünki onları Rusiya ilə çox az şey bağlayır. Nə qədər ki qüvvələr balansı eynilik təşkil edirdi, ölkədə vəziyyət stabil olaraq qalırdı. Lakin pozisiyalardan biri öz diqtəsini həyata keçirən kimi kimi vəziyyət gərginləşir, digər tərəfin sərt reaksiyası ilə müşayiət olunurdu. Adətən belə vəziyyətlərin tarixi nəticəsi vətəndaş müharibəsi olur. Siyasi vəziyyətin həddən çox gərginləşməsi nəticəsində Ukrayna vətəndaş müharibəsi astanasına gəldi. Belə bir qarşıdurma heç də situativ, ani vaqe olan hadisə deyil, bu qarşıdurmanın sistematik geopolitik təyinatı vardır. Ona görə də Ukraynanın mövcud sərhədləri çərçivəsində bu qarşıdurmanın axırı olmayacaq, öz həllini tapmayacaq.
Ukraynanın alınmayan postsovet dövlətçiliyi probleminin yeganə həll yolu onun hissələrə bölünməsidir. Biz bu gün faktiki olaraq 4 Ukrayna görürük. Əhalisi pravoslav ruslardan ibarət olan şərq vilayətləri – bu ərazilər heç bir ağrılı proses olmadan Rusiyanın tərkibinə daxil ola bilərlər. Əhalisi katolik yunanlardan ibarət olan qərb vilayətləri Lvov, İvano-Frankovsk, Qaliçiya – yatıb yuxuda da özlərini Avropada və NATO-da görürlər və ora sakitcə yollana bilərlər. Qeyd edək ki, qərb vilayətləri elə tarixən, İkinci Dünya Müharibəsinin sonuna kimi Avropaya aid idilər və 1921-ci ildə “Stalin liniyası” ilə Ukraynanın digər ərazilərindən ayrı göstərilirdilər. Krım da ki tatarların və rusların yaşadığı, öz ayrıca tarixi yolu olan ərazidir. Etnik və mədəni cəhətdən oturuşmuş əsl Ukrayna isə – “Stalin liniyası” ilə Dnepr çayı arasında qalan ərazilərdir.
Belə bir bölünmə sxemi hamı üçün sərfəlidir. Rusiya ucqar şərq vilayətlərini götürür. Qərblilər Rusiyadan tam müstəqillik alırlar və Avropaya inteqrasiya edirlər. Krım öz xalqının iradəsindən asılı olaraq öz müqəddəratını özü həll edir. Qalan Ukrayna – “Stalin liniyasından” Dneprə qədər olan hissə isə nəhayət Qərblə Şərq arasında haça-paça olmaqdan qurtulub özünə normal, harmonik ukrain dövlətçiliyi qurmaq imkanı qazanır.
***
Əgər Ukrayna ABŞ-ın sərt nəzarəti altında atlantist kursunu davam etdirərsə, bu ona yaxşı heç nə vəd etmir. Dediyimiz kimi, ABŞ-ı Ukraynanın daxili vəziyyəti, onun iqtisadiyyatı, vətəndaşlarının sosial rifahı qətiyyən maraqlandırmır. Ukrayna ABŞ-a yalnız Rusiyanı Avropadan ayırmağa xidmət edən sanitar kordon kimi maraqlıdır. Ukrayna ABŞ-a yalnız Rusiya ilə Avropa arasında strateji partnyorluğa, hər hansı inteqrasiya layihəsinə mane olan sədd timsalında məsrəf materialı kimi vacibdir. Atlantist siyasi vektorun davam etməsi Ukrayna üçün ağır iqtisadi nəticələrə gətirib çıxaracaq və amerikanlar Ukraynanın bu ağır yükünü Avropa İttifaqının üstünə atacaqlar. Ukraynalılar dəqiq bilməlidirlər ki, atlantikyönümlü orientasiya ölkəni fəlakətə aparıb çıxaracaq.
***
Tez-tez Avrasiya Hərəkatı və Avrasiya Gənclər Birliyi rəhbərlərinin ünvanına belə fikirlər səslənir ki, biz öz aksiyalarımızla və bəyanatlarımızla Ukraynanın ərazi bütövlüyünə qəsd edirik. O cümlədən müqavimət ordusu yaradılması, Ukraynanın bölünməsinin vacibliyinin əsaslandırılması, avrasiyaçıların bu ölkədə siyasi çıxışlar etməsi guya Ukraynanın suverenliyini şübhə altına alır. Biz belə ittihamlara az cavab verməmişik. Bu işdə bizə hər dəfə Ukrayna elitasının həqiqət mücəssiməsi hesab etdiyi, ağzından çıxan hər dürlü kəlməsini acgözlüklə mənimsədiyi amerikan elitasının nümayəndəsi Zbiqnev Bjezinski əvəzedilməz köməklik göstərmişdir.
Bjezinski Ukrayna və onun Rusiya ilə münasibətləri haqqında nə yazır? “Ukrayna Avrasiya şahmat taxtasının üzərindəki yeni və vacib məkandır ki, geopolitik mərkəz rolunu oynayır, çünki onun müstəqil bir dövlət kimi mövcudluğu Rusiyanın dağıdılmasına kömək edir” – deyə məşhur geostrateq özünün amerikan açıq-saçıqlığı ilə bildirir. Amerikanların yalnız onlara fayda verən şeylərlə maraqlandığını nəzərə alsaq, başa düşməliyik ki, burda yenə də əsas məsələ Rusiyanın dağıdılmasıdır – amerikanlar buna bütün 20-ci əsr boyunca çalışıblar. Və Ukrayna bu dağıntıda uyğun alətə çevrilməkdən başqa əhəmiyyətə malik deyildir.
“Rusiya Ukraynasız Avrasiya imperiyası ola bilməz” – əsas vurğu məhz budur. Bjezinskinin bu sözləri Amerikanın Ukraynaya hədsiz marağının, o cümlədən son illərdə amerikanların Ukrayna siyasətinə qoyduqları maliyyə vəsaitlərinin və səylərinin səbəbini izah edir. Rusiya bir Avrasiya imperiyası kimi Amerika üçün dəhşətli yuxudur. Ona görə də Amerika ötən əsr boyu bütün gücünü Avrasiya məkanını parçalamağa, Rusiyanın yenidən güclənməsinin və imperiyaya çevrilməsinin qarşısını almağa yönəldib. Amerikanlar bu məqsədə çatmaq üçün hər vasitəni işə salıblar.
Bjezinski hələ 1990-cı illərin əvvəllərində yazdığı “Böyük Şahmat taxtası” kitabında amerikan elitasını ehtiyatlı olmağa səsləyirdi: “Əgər Moskva 52 milyonluq əhalisi və böyük resursları olan Ukrayna üzərində nəzarəti qaytarsa və Qara dənizə çıxış əldə etsə, onda Rusiya avtomatik olaraq Avropa və Asiyaya yayılan güclü bir imperiya dövlətinə çevrilmək imkanı əldə edir”.
Bu nə deməkdir? Belə çıxır ki, bu qədər vaxtı dünya ağalığı uğrunda əlləş-vuruş, sonra Rusiya yenidən güclü imperiyaya çevrilsin?! Və bu amerikanların 99,9%-nin heç adını belə bilmədiyi (hələ yerləşdiyi yeri demirik!) hansısa Ukraynanın hesabına baş versin? Məlum məsələdir ki, Ukraynanı Rusiyadan, Rusiyanı da Ukraynadan ayırmaqdan ötrü amerikan agentləri, şpionları, diplomatları və onların Ukraynada əlbir olduqları şəxslər dəridən-qabıqdan çıxmağa, bütün xalqı belə qırğına verməyə hazırdırlar. Ukraynalıların və rusların çoxəsrlik birgəyaşayış tarixini silmək, ümumi köklərini, dillərini, inamlarını aradan aparmaq istəyirlər ki, Amerikanın dünya ağalığı yolundakı bütün maneələri götürsünlər. Odur ki necə deyərlər, şəxsi heç nə yoxdur, sırf geopolitikadır.
Avrasiyaçılar geopolitik orientasiyası olan bir hərəkat kimi özlərinin bütün aksiyalarında və digər fəaliyyətlərində amerikalı kolleqaları kimi sırf geopolitik məntiqdən çıxış edirlər, lakin əks istiqamətdə! İlbəil avrasiyaçıların əsas tezisi bundan ibarət olmuşdur ki, Ukraynada Amerikanın geopolitik ekspansiyası həyata keçirilir. Bu məhz Rusiyaya edilən hücumdur ki, bu hücumda Ukrayna yalnız plasdarm, məsrəf materialı, mübadilə rolunu oynayır. Amerikanın guya Ukrayna dövlətinin, xalqının taleyi barədə düşünməsi kimi fikirlər sadəcə illüziya, əhalinin özünü aldatması və elitanın bilərəkdən onu dolaması deməkdir. Amerika heç vaxt ayaqları altında əzilib ölənlərə fikir verməmişdir. ABŞ-ın Ukraynada keçirdiyi hərbi təlimlər də ordusunun de-fakto bu plasdarmda möhkəmələnməsi üçün bəhanədir. Amerika ordusunun hər hansı bir ölkənin ərazisində peyda olması həmin ölkənin birbaşa işğalı deməkdir və bundan sonra hansısa suverenlikdən kəkələməyə ehtiyac qalmır. Onlar heç vaxt həmin ölkədən öz xoşları ilə getmirlər.
Ciddi danışsaq, artıq bu gün NATO-ya könüllü daxil olmaq istəyən, mahiyyətcə “Məni alın, nəhayət işğal edin!” deyə qışqıran Ukraynanın müstəqilliyi yoxdur. Biz də onları narahat edən həmin bəyanatlarımızla bu qurumun olmayan şeyinə qəsd etmiş oluruq. Ukraynanın faktiki olaraq heç bir suverenliyi yoxdur: ölkə suverenliyini Viktor Yuşşenkonun marionet rejiminin hakimiyyətə gəlməsi ilə tam itirdi. Bu gün Ukrayna Amerika administrasiyasına tam tabe edilib, onun elitası isə Vaşinqtondan gələn göstərişlərlə hərəkət edir. Orda nə baş verirsə versin, həmçinin birgə hərbi təlimlər keçirmək cəhdləri də birbaşa Amerikanın protektoratlığı altında baş verir. Mahiyyət etibarilə orda sarsıtmalı heç nə qalmayıb.
Ona görə də guya biz öz bəyanatlarımızla Ukraynanın konstitusion quruluşunu ədəbsizcəsinə və amoralcasına pozuruq kimi ittihamlar əsassızdır. Narıncılar özləri həmin konstitusiyanı dəfələrlə kobudcasına pozublar. Bizim Ukraynada amerikan işğalına qarşı müqavimət ordusu yaratmaq çağırışımızın həm geopolitik, həm yuridik, həm də mənəvi-əxlaqi əsaslandırması mövcuddur. Avrasiyaçılar tərəfindən irəli sürülən Ukraynanın bölüşdürülməsi layihəsinin isə həm də tarixi əsasları mövcuddur.
Ukraynanın Rusiya üçün vacibliyini, burda gedən geopolitik qarşıdurmanın gərginliyini nəzərə alan amerikan geostrateqi Bjezinski öz kitabının materiklərin böyük müharibəsindən bəhs edən fəslinin çox hissəsində Ukraynadan danışır. Ukrayna bu gün Rusiya üçün digər MDB dövlətlərindən daha çox başağrı yaradır. Amma Ukrayna özü özünə də az iztirab çəkdirmir. Ukrayna elitası okeanın o tayından gələn göstərişlər əsasənda vahid orqanizmin bir hissəsini diri-diri, narkozsuz amputasiya etməklə məşğuldur. Belə düşüncəsiz, özünüməhvə aparan aktın nəticəsi xalqın iztirabları və faciələridir.
Bütün bunların fonunda bir şey sakitləşdirir: bizim Böyük Məkanımızın inkişafının geopolitik məntiqi sonda hər şeyi öz yoluna qoyacaq. Yaranmasının astanasında olduğumuz Avrasiya İmperiyası xalqlarımızı Vladivostokdan Dublinə qədər ərazini əhatə edən vahid məkana qaytaracaq. İmperiyamızın yaranmasında hərəkətverici qüvvə həm Qazaxıstan, həm Belarusiya, həm də Böyük Rusiyanın digər qardaş xalqları olacaq. Biz Ukraynanı Rusiyaya, Rusiyanı da Ukraynaya qaytaracayıq. Lakin Ukrayna adlı çapıq İmperiyanın bədənində hələ uzun müddət özünü xatırlatmağa davam edəcək.

LUKAŞENKO – ANTİQLOBALİST CƏBHƏNİN AVANQARDI

Geopolitikada istənilən ərazinin öz təyinatı və geopolitik məzmununu aydınlaşdıran öz tarixi var. Belarusiya da istisna deyil. Sovet İttifaqının süqutundan və Şərqi Avropadakı Sovet ərazilərini amerikanların işğal etməsindən sonra Belarusiya nəinki Rusiyanın, bütün Avrasiya kontinentinin təhlükəsizliyi üçün birinci dərəcəli strateji əhəmiyyətli əraziyə çevrildi. Lakin çox vaxt qardaş xalqlara siyasətçilərin individual siyasi ambisiyaları və klanların maraqları ziyan vurur. Daha çox mənfəət gətirəcək maraqların təmin edilməsinə üstünlük verilir.
Rusiyaya xəyanət edib orientasiyasını Qərbə tərəf dəyişən, könüllü olaraq ABŞ-ın vassallığını qəbul edən xalqların taleyi heç də həsəd aparılası deyil. Hamıya məlumdur ki, yeni sahibləri satqınların qayğısına qalmırlar və onları ilk fürsətdəcə məsrəfə buraxırlar. Bu gün Şərqi Avropa məsrəfə buraxılır- amerikanlar həmişə olduğu kimi heç kəsin fikrini soruşmadan orda özlərinin raket əleyhinə sistemlərini quraşdırırlar. Bu sistemləri guya Şimali Koreya və İrandan gözlənilən təhdidlərin qarşısını almaqdan ötrü quraşdırmaları haqqında nağıllarını da elə açıq ironiya ilə və ələ salırmışcasına danışırlar. Ancaq ən axırıncı axmağa da aydındır ki, bu sistemlər Rusiyaya qarşı yönəlmişdir və əsas məsələ amerikanın növbəti əzələ nümayişinə Rusiyanın necə cavab verməsidir. Moskvanın isə cavab olaraq Belarusiya ərazisində raket yerləşdirməkdən başqa yolu qalmır. Rusiyanın Belarusiyadakı səfiri özü də istəmədən meşədəki kirpiyə də aydın olan bəzi şeyləri dilə gətirir: “Vaşinqtonun planlarına qarşılıq olaraq Rusiya və Belarusiya yeni müştərək hərbi obyektlərin, o cümlədən nüvə obyektlərinin yaradılması barədə qərar verə bilərlər. Əlbəttə ki bu qarşılıqlı etimad və inteqrasiyanın müəyyən səviyyəsində baş tuta bilər”.
Bu bəyanata sonradan Rusiya və Belarusiya tərəfinin hansı şərh verməsindən asılı olmayaraq, yaranmış vəziyyətdən ortaya belə nəticə çıxır: Amerikanın xain hərbi fəaliyyətinə qaçılmaz və təbii cavab olaraq rus raketləri artıq Belarusiyadadır. Gec və ya tez bu baş verəcək – bizim raketlər bütün ittifaq məkanını düşmən müdaxiləsindən qoruyacaq. Və nöqtə! Onsuz da Belarusiyada Rusiya hərbi obyektləri çoxdan fəaliyyətdədir. Vileykadakı “Antey” uzaqradiuslu radiotexnoloji mərkəzi, Qançeviçdəki “Volqa” RLS-i buna misaldır.
Belarusiyada raket bazalarının yaranması Moskvanın xarici siyasətində ciddi uğur, Belarusiyanın təhlükəsizliyində isə ciddi faktordur. Xatırladaq ki, Rusiya Belalarusiyadan öz raketlərini müqavilə əsasında 1992-ci ildə çıxarmağa başladı. 90-cı illərin ortalarında bu proses başa çatmışdı. Bu azmış kimi 1994-cü ildə Belarusiyada qəbul edilmiş yeni kostitusiyaya görə ölkə özünün hədəflərindən biri kimi nüvə silahına malik olmamağı görürdü. Lakin sonradan Lukaşenko dəfələrlə raketlərin Rusiyaya göndərilməsinə heyfsləndiyi barədə fikirlər səsləndirdi. Onun fikrinə görə, gərək nüvə başlıqlı raketlər əl altında qalaydı, onda hamı yerində sakit oturardı.
2007-ci ildə çoxdan ortalığa atılan “raket” mövzusu üzrə danışıqlar başlandı. Amerikanlar Polşada raket əleyhinə sistemlər, Çexiyada isə radar sistemləri qoymaq istəyirdilər. Rusiya əvvəlcə Azərbaycanda yerləşən Qəbələ RLS-i birgə istifadə etmək haqqında təklif irəli sürdü, sonra Kalininqradda öz qüvvələrimizi artırmaq barədə söhbətlər apardı, daha sonra isə söhbət Avropada adi silahlı qüvvələr barədə Müqavilədən çıxmaqdan getdi. Çıxdıq da. Deməli, başqa bütün nəzərdə tutulmuş planlar, o cümlədən Belarusiya ərazisində nüvə silahlarının yerləşdirilməsi də heç vaxt olmadığı qədər real göründü. Rusiya və Belarusiya müdafiə nazirliklərinin ümumi kollegiya iclasında Rusiya müdafiə naziri bəyan etdi ki, “NATO-nun genişləndirilməsi, raket əleyhinə sistemlərin yerləşdirilməsi, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi bizim hərbi-siyasi, xüsusən də hərbi sahədə fəaliyyətimizin sıx şəkildə koordinasiyaya ehtiyacı olduğundan xəbər verir”.
Belarusiya Rusiyanın qərb istiqamətində yeganə ardıcıl, dəyişməz müttəfiqi olub və indi də belədir. Moskva Minskin köməyi ilə hətta Qərbdə Avropa təhlükəsizliyinin təminatı adlandırılan yaxın və orta mənzilli raketlərin məhvi barədə Müqavilədən çıxmamaqla da amerikanların raket əleyhinə sistemlərinə layiqli cavab verə bilər. Ona görə də Rusiya özünün orta mənzilli raketlərini Belarusiya ərazisində problemsiz yerləşdirir. Axı məhz Rusiya Federasiyası SSRİ-nin hüquqi varisi olduğu üçün onun bağladığı müqavilələrə görə məsuliyyət daşıyır.
Rusiya ilə Belarusiya arasında hərbi ittifaqın möhkəmlənməsi üçün başlıca problem iki ölkə arasında qarşılıqlı siyasi fəaliyyətin zəif olmasıdır. Mütləq strateji birliyin və qarşılıqlı anlaşmanın olduğu təqdirdə Belarusiya ərazisində istənilən raket sistemlərini yerləşdirmək mümkündür. Bir balaca fikir ayrılığı raketlərin orda yerləşdirilməsini mümkünsüz edir. Belarusiya hal-hazırda amerikanların Rusiya ətrafında qurduğu sanitar kordonda yeganə “çatdır”. Əgər Belarusiyada bizim nüvə başlıqlı raketlərimiz peyda olarsa, bu ABŞ Dövlət Departamentinin qorxulu yuxularının çin olması deməkdir.
Belarusiyada Rus raketlərinin yerləşdirilməsi ilə bağlı mediada qaldırılmış hay-küylər isə sadəcə müxtəlif “oyunçuların” reaksiyasını yoxlamaq üçün qurulmuş səhnədir. Vəziyyət Rusiya rəhbərliyində geopolitik şüurun oyanmağa başlamasından xəbər verir.
Burda qeyd etmək lazımdır ki, raketlərlə bağlı niyyətin həyata keçirilməsi həm Moskva, həm də Minsk üçün faydalı olardı- Rusiya köhnə mövqelərinə qayıdar, Belarusiya isə özü üçün başqa üstünlüklər, o cümlədən iqtisadi xarakterli üstünlüklər əldə edər.
Belə bir niyyəti həyata keçirmək üçün bütün mövcud qarşılıqlı maneələri aradan qaldırmaq lazımdır. Birinci növbədə enerji məsələsini həll etmək gərəkdir. Əgər Kreml həqiqətən raketləri ora yerləşdirmək istəyirsə, Minskə güzəştə getməlidir. Küsmüş, hiddətlənmiş yerli əhalinin mövcud olduğu bir ölkədə raket bazalarını qurmağı təsəvvür etmək belə çətindir. Və burda ancaq Belarusiyanın Rusiya tərkibinə daxil olmasından danışmaq hökmən deyil, aktiv hərbi-siyasi əməkdaşlıq zəminində olsa belə real ittifaq dövlətinin yaradılması da kifayətdir.
Belə bir dövlətin yaradılması üçün katalizator rolunda ölkələrin strateji maraqları oynayır ki, bu maraqlar özündə xalqlarımızın bütün sahələrdə yaxınlaşmasını ehtiva edir. Vahid geopolitik məkan yaratmaq lazımdır ki, bunsuz biz təklənib məhv olacayıq. Respublikanın Rusiya ilə yaxınlaşması onu ABŞ üçün əlçatmaz edir, Belarusiya timsalında Rusiyanın nüvə raketi çətirinin altına girməsi isə onun bütün təhlükəsizlik problemlərini həll etmiş olur. Burda da çox şey siyasi elitanın məsuliyyətindən asılıdır.
Tarix iki slavyan xalqın yaxınlaşmasına şahidlik edir. Belarusiya bu gün Rusiya üçün Avropaya açılan sonuncu pəncərədir. Belə bir vəziyyəti anlamamaq artıq adi bir səhv deyil, geopolitik cinayətdir.
***
Belarusiyanın xarici siyasət vektorlarından biri də Çin ilə hərbi əməkdaşlıqdır. Aleksandr Lukaşenko son zamanlar bu barədə dəfələrlə söyləmişdir. “Bizim Çin ilə əməkdaşlığımız strateji xarakter daşıyır və bunda Çin və Belarusiya hərbçilərinin xidmətləri böyükdür. Biz Çin ilə hərbi əməkdaşlıq sferasında 210 müqavilə bağlamışıq ki, onlardan 190-ı artıq icra edilib. Bu böyük həcmdə işdir və perspektivdə yaxşı olacağından xəbər verir”- deyə Lukaşenko bildirmişdir.
Belarusiyanın Çin ilə əməkdaşlığı artıq öz-özlüyündə Lukaşenko tərəfindən atılmış avrasiyaçı addımdır. O məhz bu formada Belarusiyanın Avrasiya inteqrasiyası istiqamətində hərəkət etdiyini nümayiş etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də bu istiqamətdə xeyli hərəkətlilik müşahidə olunur.
Bu böyük mənada simvolik bir addımdır. Axı Çinin hərbi münasibətlər baxımından partnyoru Rusiyadır. Çinə bütün silah-sursat və hərbi texnika Rusiyadan idxal edilir. Çinin masştabı və yeri də Rusiya ilə bağlıdır. Çin ŞƏT-də bu və ya digər formada Rusiyanın hərbi partnyoru qismində fəaliyyət göstərir. Belarusiya ilə Çin bu sahədə daha sıx əməkdaşlıq edirlərsə, bu elə həm də Rusiya ilə sıx əməkdaşlıq deməkdir.
Belarusiya-Çin əməkdaşlığının belə formada elan edilməsi öz bəhrəsini verdi və tezliklə azadlıq adası Kubanın paytaxtı Havanada Qoşulmama Hərəkatının 3 ən xarizmatik lideri Uqo Çaves, Fidel Kastro və Aleksandr Lukaşenko görüşdülər. Onlar Vaşinqtonun dünya ağalığına can atmasına qarşı çıxdıqlarını bəyan etdilər. Aleksandr Lukaşenko əsas beynəlxalq problemləri, Qoşulmama Hərəkatının müasir dünyadakı rolu və onun effektivliyinin artırılması üzrə öz mövqeyini, Belarusiya tərəfdən olan təşəbbüsləri diqqətə çatdırdı.
Məlum olduğu kimi ikiqütblü dünya dövründə, yəni Sovet periodunda Qoşulmama Hərəkatına o dövlətlər qoşulurdular ki, onlar nə Qərbin kapitalist sistemini, nə də Sovet sosialist sistemini dəstəkləmirdilər. Hal-hazırda biz birqütblü dünyada yaşayırıq ki, qütblərdən biri- sosialist qütbü özünü likvidasiya etmişdir. Belə şərtlər altında Qoşulmama Hərəkatına qoşulmaq təkcə birqütblü dünyaya, yəni Qərb dünyasına qoşulmamaq mənasına gəlir. Ya da ABŞ-ın birqütblü dünya qurmaq cəhdində ona dəstək verməkdən imtina etmək demək olur. Yəni mahiyyətcə söhbət ABŞ-ın birqütblü hegemonluğuna qarşı alternativ yaratmaqdan gedir. Və Rusiya belə təşəbbüslərin həyata keçirilməsində çox maraqlıdır, çünki onun özü ABŞ-ın dünya hegemonluğuna qarşıdır.
Çaves, Kastro, Lukaşenki kimi liderlərin vaxtaşırı məlum çıxışları Amerikanın şəriksiz dünya hegemonluğu ilə razılaşmayan dövlətləri çox ilhamlandırmışdır. Onlar çoxqütblü gələcəyin əsasını təşkil edən blokların real qurulması epoxasını elan etməklə Amerikanın təkqütblü dünya modeli ilə razı olmayan hamını oyatmışlar. Və Rusiya bu vəziyyətdə çox maraqlıdır.
Aleksandr Lukaşenko da bu formada hətta Rusiyanı da qabaqlayıb, inamla və uzaqgörənliklə cəsarətli, lakin doğru və vaxtında yaradılan həmin layihəni dəstəklədi. Bu da ki tamamilə izaholunandır. Məsələ burasındadır ki, onun Rusiya ilə olduğu kimi Yeltsin dövründən miras qalan müxtəlif məhdudiyyətləri və Qərb qarşısında öhdəlikləri yoxdur. Lukaşenkonun əlləri bağlanmayıb, buna görə də daha qətiyyətli addımlar atır ki, bu digər postsovet ölkələrinə də nümunə olur. Mahiyyətcə Çaves, Kastro və Lukaşenko amerikan təkqütblü qlobalizasiyasına qarşı çoxqütblü dünya modelinin yaradılması epoxasını açıq elan etmişlər. Biz belə addımları alqışlayırıq. Rusiya belə addımları təqdir edir və hərtərəfli dəstək verir.
Aleksandr Lukaşenko Qoşulmama Hərəkatına qoşulmaqla regional səviyyədən dünya siyasətçisi səviyyəsinə qalxır, real beynəlxalq təsir imkanları əldə edir. Bu, ittifaq dövlətinin mövqeyini möhkəmləndirir. Deməli, Rusiyanın da mövqeyini möhkəmləndirir.

ÇEÇENİSTANDA RUSİYA ÇEÇENLƏRLƏ YOX, AMERİKA İLƏ DÖYÜŞÜRDÜ

Əli minlərlə insanın, o cümlədən qadın və uşaqların qanına bulaşmış terrorist Şamil Basayevin öldürülməsi əlamətdar hadisə idi. O da bizim Ben Ladenimiz idi. İndi isə 90-cı illərdən xatırladığımız, o vaxt İçkeriya adlanan qondarma qurumun rəhbərlərindən biri də qalmayıb- Dudayev, Yandarbiyev, Masxadov, Basayev – hamısı zərəsizləşdirilib. Terrora son qoyulub.
Basayevin zərərsizləşdirilməsi ortaya çıxıb təslim olmaq istəyən müxtəlif terror və cinayətkar dəstə üzvlərinin sayını daha da artırdı. Keçmiş çeçen döyüşçülərinin kütləvi şəkildə silahı yerə qoyaraq öz cinayətlərini etiraf etməsi çeçen terror müqavimətinin sındırıldığını deməyə imkan verirdi. O cümlədən hadisələrin belə axar alması Qərbin Rusiya siyasi məkanının destabilizasiya nöqtəsi kimi Çeçenistana marağının azalmasına səbəb oldu.
1999-cu ildən hakimiyyətdə olan Putin çeçen münaqişəsinin həll edilməsində qətiyyət və ardıcıllıq nümayiş etdirdi. Böyük mənada o Rusiyanın Çeçenistanda öz ərazi bütövlüyünü güzəştə gedəcəyi barədə fikirlərə heç bir şans qoymadı. Ona görə də arxasında Qərbin ərəb terrorçu qruplaşmaları vasitəsilə durduğu “çeçen müqaviməti” adlı qondarma konfliktin son illərində Rusiya özünün işi axıradək aparacağını, regionda separatizmə yuvarlanmağa icazə verməyəcəyini nümayiş etdirən bir qətiyyət göstərdi. Rusiya bundan sonra belə məsələlərdə daim qətiyyətli və konkret olacaq. Məhz buna görə də Qərb indi daha Rusiyanın Şimali Qafqaz ərazilərinə “pul qoymur”, Cənubi Qafqaz respublikalarına “pul buraxmağa” başlayıb. Şimali Qafqazda döyüşçülərin müqavimət göstərməsi üçün stimul yoxdur. Mübarizənin perspektivinə inam itib.
Belə demək olarsa Basayev məsələsini ona görə bu qədər uzatdıq ki, uzunmüddətli antiterror əməliyyatının sonunda effektiv bir nöqtə qoyaq. Terrorçular üzücü məngənədən keçirildi və tam ruhdan salındı. Onlar çeçen xalqının azadlığı və öz müqəddəratını həll etməsi uğunda vuruşmurdular (bu artıq əldə olunmuşdu), Qərbdən gələn sifarişi yerinə yetirirdilər - Çeçenistanın Rusiyanın tərkibindən çıxmasına çalışırdılar. Biz geopolitik rəqibimizin əlinə oynayan bu ünsürlərə imkan verə bilməzdik. Əlbəttə ki çeçen separatizmi ilə mübarizə ölkəmizə baha başa gəldi, xüsusilə də insan itkisi baxımından. Lakin təəssüflər olsun ki, bundan başqa yolumuz yox idi. Axı Çeçenistanda gedən müharibədə Rusiya çeçenlərlə deyil, Amerika ilə döyüşürdü. Rusiya hakimiyyyətinin hərəkətlərindəki ən əsas amil ardıcıllıq idi. Putin onun tərəfindən seçilən strategiyaya insanların şübhə ilə yanaşmasına heç bir əl yeri qoymadı.
Basayevin zərərsizləşdirilməsi daha çox sayda döyüşçünü “qalibin əfvinə sığınmağa” vadar etdi. General Troşevin dedediyi kimi, çeçenlər federal silahlı qüvvələrdən və öz soydaşlarından qorxmurdular, Basayevdən qorxurdular. Basayev qeyri-ənənəvi islamın vahhabi versiyasının axırıncı simvolik fiquru idi. O Çeçenistanı beynəlxalq terrorçu şəbəkələrlə əlaqələndirən sonuncu element idi. Məhz o və onun kimiləri 90-cı illərin əvvəllərində ənənələrə bağlı xalq olan, öz dəyərləri üstündə əsən, atalarının irsini davam etdirən çeçenlərin arasında vahhabiliyi yaymağa girişdilər. Çeçen xalqının bir hissəsi məhz ərəb ölkələrindən bura transfer olunan qeyri-ənənəvi islamın sayəsində radikallaşdırılmışdı. Basayev vahhabizmin hakim təriqət olmasını təkid edən, Çeçenistanı şəriət dövləti görmək istəyən sonuncu şəxs idi. Bu isə çeçen adət-ənənələri ilə daban-dabana zidd idi, çünki çeçenlərin minilliklər boyu öz cəmiyyətlərinə qoyduqları qayda-qanunlar şəritət qaydalarından kəskin fərqlənir. Çeçenlərin heç vaxt öz dövlətləri olmayıb, onlar toplum halında yaşayan xalqdır. Basayevin zorla bu cəmiyyətə əkmək istədiyi dəyərlər çeçen xalqına yad dəyərlər idi. Bütün bunlar isə respublikanı Rusiyanın tərkibindən ayırıb öz nəzarətlərinə salmaq məqsədi güdürdü. Çeçenistanın inkişafının belə bir ssenarisi yalnız terror və qorxu atmosferində mümkün ola bilərdi. Amma Basayevin məhv edilməsi ilə Çeçenistanda elə bir şəxs qalmadı ki, çeçen xalqını islam mübarizəsi adı altında vahhabizmə yuvarlanmağa məcbur edə bilsin.
Basayevin məhv edilməsindən sonra döyüşü dayandırmaq prosesi dərhal qarşılıqlı xarakter daşıdı. Federal qüvvələri təmsil edənlər də buna əməl etdilər. Milli Antiterror Komitəsinin rəhbəri Nikolay Patruşev silahı yerə qoyan döyüşçülərin amnistiya edildiyini elan etdi ki, bu qərarı Ramzan Kadırov da dəstəklədi. O bildirdi ki, qəsdən cinayət törətməmiş şəxslərin çoxu mülki həyata qayıtmaq imkanına malik olacaqlar. Bütün antiterror əməliyyatları boyunca qanunsuz hərbi birləşmələrə qoşulmuş 7000-dən çox şəxs federal qüvvələrə təslim olmuşdu. Aydın məsələ idi ki, amnistiya xarici dövlətlərdən gəlmiş muzdlu döyüşçülərə şamil edilmirdi.
Çeçenistanda elə bir ailə yoxdur ki, on ildən çox davam edən hadisələrdə bu və ya digər dərəcədə iştirakçı olmasın. Hər bir kəs bu müharibədən zərər də çəkmişdir. Çeçenlər elə də çoxsaylı xalq deyillər. Əgər hakimiyyət belə bir addımı atmağa qərar verməsə idi, müharibə heç vaxt bitməyəcəkdi və onlar öz respublikalarında mülki quruculuq işləri ilə məşğul ola bilməyəcəkdilər. Çünki müharibənin isti fazası bitəndən sonra çeçenlərin çoxunun başının üstündən ədalət mühakiməsinin “domokl qılıncı” asılacaqdı. Az qala hər kəs istintaqa çağırılacaqdı, barmaq izləri götürüləcəkdi və s. İstək olan təqdirdə çeçenlərin çoxunun bu və ya digər dərəcədə qanunsuz hərbi birləşmələrlə əlaqəsini aşkarlamaq mümkün olacaqdı. Ən nəhayət geniş mənada atasının, qardaşının və ya digər qohumunun qisasını almaq üçün əlinə silah alan istənilən şəxsi terrorçu adlandırmaq imkanı yaranacaqdı. Gizli deyil ki, bir çox çeçen onları qanunsuz hərbi birləşmələrə qoşulmağa məcbur edən qohumlarının onları cəzalandıracağı qorxusu ilə yaşayırdılar. Çeçenistanın sonuncu beynəlxalq terrorçusununun məhv edilməsi fonunda amnistiya qərarı sözün əsl mənasında sülhün bərqərar edilməsi üçün həlledici jest oldu.
Məlum məsələdir ki, terrorçular “separatçı aysberqin” yalnız yuxarı, görünən hissəsidir. Bu işin arxasında Qərb və NATO kəşfiyyatı dayanır. Lakin liderlərinin məhv edilməsi bütün şəbəkənin məhv edilməsində əsas məqamdır. Xattab, Qelayev, Masxadov, Yandarbiyev, Raduyev və ardınca Basayev - məhv edilmişlər. Daha başqa fiqur qalmayıb.
***
Rusiya SSRİ-nin süqutundan sonra başlayan və indiyə qədər davam edən şəbəkə müharibəsi adlı problemlə ilk dəfə məhz Çeçenistanda üzləşdi. Çeçenistan - real şəbəkə müharibəsinə bariz bir nümunədir. Çeçenistandakı hadisələr tipik şəbəkə yanaşmasını nümayiş etdirir: amerikanlar müxtəlif, ilk baxışda bir-biri ilə əlaqəli olmayan güc mərkəzlərini öz maraqları üçün istifadə edirdilər.
Şəbəkə müharibələri geopolitik modelləri inkar etmir. Çeçenistanda şəbəkə əməliyyatı aparıldığı bütün müddət ərzində həm də Avrasiya materikinin strateji mühasirəsini nəzərdə tutan, geopolitikada “Anakonda strategiyası” adlanan strategiya da həyata keçirilirdi. Çeçenistan Rusiyanın cənuba doğru çıxışının düz mərkəzində, Avropadan Çinə qədər ərazini əhatə edən sanitar kordonunun (amerikanların yaratdığı mühasirə hasarı) Qafqazdan keçən hissəsində yerləşir. Rusiyanın cənubdakı isti dənizlərə çıxışının qısa yolu İrandandır. Lakin bu yolun üzərində, Azərbaycanda və Gürcüstanda nazik bir boğazla Rusiyanın yolunu kəsməyə nail olublar. ABŞ-ın məqsədi bu boğazı böyütmək, İranı Rusiyadan daha kəskin surətdə ayırmaq, Moskva-Tehran geopolitik oxunu kəsməkdir. Bu strategiyanı məhz Qafqazın mərkəzində yerləşən Çeçenistanda şəbəkə əməliyyatı həyata keçirməklə reallaşdırırdılar.
Çeçenistan şəbəkə əməliyyatının ta əvvəlindən ona bir neçə güc mərkəzi qoşulmuşdu. İlk növbədə ona ingilislər əl qoymuşdular. İngilislər hətta 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən bu əməliyyata qatılmışdılar. O vaxt Qroznı Bakıdan sonra ikinci neft şəhəri sayılırdı ki, ingilislər burda neft yataqlarının işlənməsi ilə məşğul idilər. Hələ o vaxt ingilislər Qafqazda yerləşən neft yataqlarına külli miqdarda pul qoymuşdular. Onlar bu layihəyə xeyli resurs, vaxt, güc və enerji sərf etmişdilər. Sovetlər milliləşdirmə siyasəti həyata keçirdilər və hər şey batdı. Və budur! SSRİ-nin süqutundan sonra amerikalılar ingilislərə xatırlatdılar ki, sizin də burda maraqlarınız var. Belə bir şəraitdə ingilislər öz praqmatik düşüncələrinə əsaslanaraq amerikanların şəbəkə müharibəsinə itirilmişi qaytarmaq, zonaya maliyyə-iqtisadi təsirlərini bərpa etmək, podratçılıq qazanmaq, sahibsiz qalmış neft istehsalı sənayesini yenidən almaq naminə qoşuldular. Axı amerikanlara bu əməliyyatı maliyyələşdirmək üçün Qafqaza yenidən ingilis pullarının axması lazım idi.
Çeçenistanda şəbəkə əməliyyatının ikinci oyunçusu Səudiyyə Ərəbistanı oldu. Bu ölkə vasitəsilə bütün ərəb dünyası, ilk növbədə vahhabi şəbəkələri bu əməliyyata qoşuldular. Səudlar maraqlıdırlar ki, islamın vahhabi variantını mümkün qədər hər yerə yaysınlar, vahhabi hərəkatını ərəb dünyasından kənara da ixrac etsinlər. Bu sırf təsir dairəsini genişləndirmək istəyindən irəli gəlir. Amerikanlar onları yüngülcə dürtmələdilər ki, Çeçenistanda Sovet dövründə zəifləmiş islamı “dirçəltmək” olar. Başa saldılar ki, burda vahhabiliyi asanlıqla təlqin etmək, Qafqaza güclü təsir imkanları qazanmaq, ardınca müsəlmanların yaşadığı Volqaboyuna çıxış əldə etmək olar.
Beləcə səudların işə qatılması ilə amerikanlar islam internasionalının vahhabi şəbəkəsinin tükənməyən insan resurslarını və maliyyə dəstəyini qazandılar. Həm də vahhabilik Qərb üçün başa düşülən və əlverişli bir əməliyyat sistemidir ki, müsəlman kütlələrinin idarə edilməsi üçün istifadə olunur. Bütün dünya üzrə müsəlmanların istiqamətlənə biləcəyi hazır vahhabi mərkəzləri yaradılıb. Bu şəbəkə ABŞ-ın dəstəyi ilə qurulub. Bu şəbəkəyə ABŞ tərəfindən nəzarət edilir və ABŞ-ın ərəb dünyasındakı əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı tərəfindən maliyyə buraxılır.
Vahhabiliyi yaymaq da asandır. Vahhabilik dayazdır, islamın sadə və əlçatan versiyası kimi hazırlanıb. Onu mənimsəmək ənənəvi islama nisbətən asandır. Ənənəvi islamı mənimsəmək çətindir, belə ki tarix, ənənə və mədəniyyət barədə dərin biliklər tələb edir ki, bu da unutduruma və elmi ateizm dövrü yaşamış bir xalq üçün çox çətindir. Məhz bu xüsusiyyətlərinə görə vahhabilik postsovet məkanında ənənəvi islam modellərinin yerinə uğurla oturmaqdaydı. İslamın bu versiyası sufizmi inkar edir, hansı ki sufizm çeçen islamının kökündə dayanır. Beləliklə, vahhabilik ənənəvi islamı asanlıqla əvəzləyə bilir. Sadə mənimsənilir, həm də nəzarət altındadır – amerikanlara da elə bu lazım idi. Yəni vahhabilik amerikan tərəfinə Çeçenistandakı vəziyyəti idarə etmək üçün lazım olan bütün kriteriyalara cavab verirdi.
Amerikanlara uğurlu əməliyyat keçirmək üçün güclü propaqanda təzyiqi maşınının işə salınması və konflikti daimi olaraq informasiya sferasında qızışdırmaq lazım idi. Bunun üçün 3-cü güc mərkəzindən – Şərqi Avropa dövlətlərindən istifadə edildi. Bu dövlətlər Sovet keçmişindən narazılıqla qopmuşdular, Rusiyadan təzəcə üz çevirmişdilər və Rusiyaya qarşı öz neqativ mövqelərini nümayiş etdirmək üçün hər fürsətdən istifadə edərək bütün məsələlərdə amerikanyönlü mövqe tuturdular. Çeçenistan onlarçün antirus canfəşanlıq nümayiş etdirmək və Amerikanın gözündə yaxşı görünmək üçün yeni bir bəhanə oldu. Bilmək vacibdir ki, bu gün Avropada antirus isterikasının avanqardında Polşa, Pribaltika və bəzi digər Şərqi Avropa ölkələri dayanır – onlar hər vasitə və bəhanə ilə özlərinin Rusiyaya nifrətlərini bildirmək əzmindədirlər.
Nəhayət, Çeçenistanı qarışdıranlardan biri də Türkiyə idi ki, bura ilə sərhəddəki Azərbaycana öz təsirini gücləndirmək istəyirdi.
Amerikanların prosesə qatdığı iştirakçıların heç birinə nəyisə izah etməyə ehtiyac yox idi, hər kəs öz xeyrini və marağını gözəl bilirdi. Bununla belə yekun qlobal nəticənin sahibi elə amerikanlar olacaqdı. ABŞ birbaşa heç kəsə əmr vermirdi ki, bəs ey türklər, siz Azərbaycandan silah çatdırılması məsələsini həll edin, siz vahhabilər müqavimətin yeni iştirakçılarını maliyyələşdirin və artmasını təmin edin, siz polyaklar isə bütün dünyaya haray-həşir salın ki, ruslar orda bütöv xalqı qırırlar, çeçenlərin günahsız qocalarını və uşaqlarını öldürürlər. Bunları etmək üçün Vaşinqton onlara birbaşa göstərişlər vermirdi, detallı direktivlər yollamırdı. Amma əməliyyatın ümumi axarı müxtəlif mərhələlərdə birbaşa amerikan agenturası tərəfindən korrektə edilirdi. Şəbəkə müharibəsi iştirakçılarının hərəsinin öz maraqlarına uyğun davrandığına baxmayaraq, fəaliyyətin qlobal ssenarisi ABŞ tərəfindən yazılmışdı. Şəbəkə müharibəsinin mahiyyəti də elə bundan ibarətdir – addım-addım idarə edilmədən elə özül sərhəd şəraiti yaradılır ki, bu şərait əməliyyatın uğurla başa çatdırılması üçün lazım olan bütün oyunçuları canfəşanlığa məcbur edir.
Şəbəkə müharibələrində mövcud vəziyyətin və növbəti hadisələrin “düzgün” anlaşılması üçün “şəbəkə kodu” ifadəsindən istifadə edirlər. Bu elə bir matrisadır ki, iştirakçılar baş verən hadisələri onun vasitəsilə qiymətləndirirlər. Şəbəkə kodu əvvəlcədən tərəflərin verəcəyi reaksiyasını görməyə imkan yaradır. Onu formalaşdıran şəxslər çoxlu faktorları nəzərə alıb bu və ya digər hadisə zamanı proses iştirakçılarının hansı reaksiya verəcəyini əvvəlcədən hesablayırlar. Verilmiş şəbəkə kodunu mənimsəyən şəbəkə əməliyyatı iştirakçısı hansı informasiyanı necə “düzgün” qiymətləndirmək və bundan sonra necə davranıb hansı qərarlar vermək lazım olduğunu anlayır. Bu “düzgünlük” də qabaqcadan nizamlanır. Qafqazda şəbəkə əməliyyatını başlamaq, Çeçenistanda vəziyyəti gərginləşdirmək üçün ABŞ tərəfindən məhz belə bir şəbəkə kodu formalaşdırılmışdı.
Çeçenistana dair şəbəkə kodu formalaşdırılarkən keçmişdə çeçenlərlə Sovet hökuməti arasında olan narazılıq nəzərə alındı. Sovet hökumətinin dağılması ərəfəsində çeçenlərdə bu narazılıq özünü qabarıq şəkildə biruzə verdi. Çeçenistanda şəbəkə əməliyyatına start verilərkən bu narazılıq dayaq nöqtəsi kimi götürüldü. Bundan başqa, Çeçenistan faktiki olaraq monoetnik qurumdur, yəni əhalinin əksəriyyəti etnos daxilində klanlara bölünən etnik çeçenlərdən ibarətdir. Bu faktor da şəbəkə əməliyyatının sürətli və uğurlu aparılması üçün zəmin rolunu oynadı. Çeçenistanın ruslar tərəfindən işğal edilməsi fikrini şişirtmək bu əməliyyatın əsas mövzularından biri oldu.
Daha bir bənd çeçenlərin ənənəvi həyat tərzlərinə əsaslanaraq öz sosial modellərini yaratmaq imkanlarının olmamasını nəzərə almaqdır. Bu məsələ də tutarlı şəbəkə kodunun hazırlanmasında mühüm rol oynadı. Sadaladığımız başlanğıc nöqtələri şəbəkə kodunu qabaqcadan hesablamaq üçün nəzərə alındı. Beləliklə bütün növbəti addımlar belə formada planlaşdırıldı ki, həmin addımlara verilən reaksiyalar baş ssenarist – ABŞ üçün gözlənilən olsun. Həm də çeçenlərin özlərinin mövcud olan və amerikanlar tərəfindən formalaşdırılmış başlanğıc nöqtələrinə əsaslanaraq hansı addımları atacaqları belə gözlənilən olmalı idi. Axı dediyimiz kimi, bütün bunlar şəbəkə müharibəsinin baş ssenaristinə özül sərhəd şəraitini düzgün hazırlamağa və vəziyyəti əvvəlcədən görüb qiymətləndirməyə imkan yaradır.
Bəs Rusiya tərəfində hansı şəbəkə kodu mövcud idi? Rusiya Çeçenistanda onun əleyhinə başlanan şəbəkə müharibəsinə qarşılıq olaraq nə qoyurdu? Rusiya tərəfinin şəbəkə kodu onunla motivasiya olunurdu ki, Çeçenistanda Konstitusiya quruluşunu qoruyub saxlamaq lazımdır. Lakin hamı 1996-cı ili xatırlayır. Rusiya vətəndaşlarının Yeltsin Konstitusiyasına münasibəti məlum idi. Əhalinin 99%-i Yeltsinə də, onun konstitusiyasına da, onun liberal və islahatçı məmurlarına da nifrət edirdi. Və Konstitusiyanın legitimliyinin sıfıra bərabər olduğu bir şəraitdə çeçen separatizminə müqavimət göstərmək üçün əsas motivasiya kimi həmin konstitusiya götürülmüşdü.
Rusiya tərəfinin digər cavab motivasiyası Rusiyanın bütövlüyünün qorunub saxlanması idi. Yeltsinin regionlara xitabən “Nə qədər suverenlik istəyirsiniz götürün” deməsinin fonunda Rusiyanın hansı bütövlüyündən danışmaq olardı?! O an bütövlük kimi dəyər inandırıcı motiv deyildi. Vətənpərvərlik haqqında isə danışmağa dəyməzdi, çünki Qərb maraqlarına işləyən Yeltsinin dövründə vətənpərvərlik qadağan olunmuşdu. Vətənpərvərsənsə - donuz və marginal sayılırdın! Dibdə otur və səsin çıxmasın. Lap yaxşı olardı ki, Ali Soveti qorumaq uğrunda öləydin. Belə şəraitdə vətənpərvər motivasiya nə kara gələ bilərdi?
Rusiya tərəfindən hərəkətdə olan yeganə motivasiya – həlak olmuş dostlarının qisasını almaq idi. Lakin bu siyasi proseslərlə ayaqlaşmayan motivasiya idi. Ona görə də həmin dövr üçün Rusiya tərəfinin cavab motivasiyaları acınacaqlı, onun mövcud olan şəbəkə kodu isə depressiv və məğlub durumda idi. Bütün baş verənlər əhali tərəfindən məhz bu şəbəkə kodu vasitəsilə dərk olunurdu. Çeçenlərin nizamlı və təsdiqlənmiş arqumentlərinə qarşı Mərkəzi hakimiyyət tərəfindən qoyulmuş istənilən əsaslandırma sadəcə bərbad kəkələmək təsiri bağışlayırdı. Çeçenistandakı şəbəkə müharibəsinin ilk mərhələsindəki məğlubiyyətimiz də elə məhz mövcud şəbəkə kodumuz tərəfindən proqramlaşdırılmışdı.
Ardınca amerikanlar rıçaqı buraxdılar və prosesi işə saldılar. Vahhabilik – Səudiyyə Ərəbistanı, ingilislərin maliyyə resursları qoşuldu, Türkiyədən Azərbaycan vasitəsilə silah daşınması kanalları açıldı, polyaklar “ulamağa” başladılar, onların ulamasına Şərqi Avropa ölkələri də ağız-ağıza verdi, bu ulaşmadan bütün Avropa dikəldi və tezbazar ATƏT-in missiyası yaradıldı. İngilislər öz iqtisadi maraqlarını yada saldılar, nə vaxtsa qoyduqları və itirdikləri pulları, 19-cu əsrin sonlarında Qroznı ətrafında tikdikləri “ingilis evlərini” geri istədilər. Amerikanlar tərəfindən hazırlanmış bütün şəbəkə mexanizmi işə salındı. Lakin amerikanların özləri sanki kənarda durmuşdular və heç kəsə birbaşa göstəriş vermirdilər. Onlar artıq bura kimi öz işlərini görmüşdülər. Lazım olan konteksti qurmuşdular, özül sərhəd şəraiti yaratmışdılar. Şəbəkə müharibəsi aparacaq iştirakçıları seçmişdilər və elə yerləşdirmişdilər ki, hər biri prosesdə öz işini, təyinatını, vəzifəsini, yerini, missiyasını bilirdi və bu istiqamətdə işləyirdi. Bu cür formalaşdırılmış model çərçivəsində nə baş verirsə versin, amerikanların xeyrinə baş verəcəkdi. Proses iştirakçılarından hər birinin istənilən fəaliyyəti ABŞ-ın güclənməsinə, Rusiyanın isə zəifləməsinə xidmət edirdi.
Bir az sonra amerikanlar işə Qərbin siyasi və diplomatik dəstəyini də qoşdular. Aslan Masxadovu Londonda fəxri karaul, artilleriya tağımları və kral keşikçiləri ilə, paytaxtın müsəlman cəmiyyətinin fakellərlə salamlaması, zurna-baraban sədaları altında təntənəli surətdə qarşıladılar. Rusiyaya nifrət bax bu cür ucuz alınırdı!
Bütün proses əlbəttə ki maliyyə tələb edirdi. Amma şəbəkə müharibəsi sifarişçi tərəfindən birbaşa maliyyələşdirilmir. Ümumiyyətlə, amerikanlar heç nəyi birbaşa maliyyələşdirmirlər, çünki bu onların dərhal ifşa olunması, iç üzlərinin açılması deməkdir. Əməliyyatda dolayı maliyyələşdirmə yollarından istifadə olunurdu, pullar başqa mərkəzlərdən axırdı. Məsələn, britaniyalı maliyyəçi Ceyms Qoldsmit neft şirkətlərinin səhmləri ilə spekulyasiya edərək külli miqdarda maliyyə vəsaiti əldə etmişdi. Bu şirkətlər əsasən Xəzər dənizində neft hasilatı üzrə investisiya qoyan şirkətlər idi. Beləliklə, Çeçenistandakı vəziyyət britaniyalı maliyyəçinin maraq dairəsinə düşmüşdü. O Xəzər dənizində neft hasilatı ilə məşğul olan şirkətlərin səhmlərindən ibarət səhm bazarı açmağa çalışırdı. O Bakıda hansı şirkətlərin çalışdığına, Çeçenistan neftinin hansı perspektivlərinin olduğuna, neftin daşınmasına görə kimin hansı istiqamətə meyllənməsinə- Çeçenistandan Novorossiyskə və ya Rusiyanı yan keçməklə neft daşımalarına fikir verirdi. Çeçenistandakı vəziyyətdən asılı olaraq bu şirkətlərin səhmlərinin qiyməti gah aşağı düşür, gah da yuxarı qalxırdı. Cinayətkar qrupları maliyyələşdirib Çeçenistanda vəziyyəti gərginləşdirən kimi Bakı-Tbilisi-Ceyhan marşrutu ilə tranzit həyata keçirən şirkətlərin səhmləri bahalaşır, Novorossiyskdən məhsul göndərənlərin səhmlərinin kotirovkası aşağı düşürdü. Onları almaq üçün uyğun şərait yaranırdı. Daha sonra sakitlik, atəşkəs yaranan kimi həmin səhmlərin kotirovkası yenidən yuxarı qalxır, Bakı-Tbilisi-Ceyhan xəttininki isə aşağı düşürdü. Məhz bu formada, Çeçenistandakı vəziyyətdən asılı olaraq birja oyunları həyata keçirilirdi ki, bu oyunlar külli miqdarda qazanc gətirirdi. Qoldsmit Çeçenistandakı prosesə aktiv şəkildə qoşulmuşdu və burda vəziyyətin pisləşməsi hesabına birjanın vəziyyətini formalaşdırırdı. O çeçen döyüşçülərini maliyyələşdirmək yolu ilə vəziyyəti gərginləşdirirdi və bu işdən böyük pullar qazanırdı. Beləcə Çeçenistanda birbaşa amerikan pulları yox idi.
Bəs bu zaman Rusiya tərəfində nə baş verirdi? Rusiya cəmiyyəti vəziyyətə prinsip etibarilə nəzarət edə bilməməsinə görə federal mərkəzi yıxıb-sürüyürdü. Korrupsiyaya qurşanmış məmurlar sabotaj həyata keçirir, Qərb tərəfindən maliyyələşdirilərək formalaşdırılan, Qərb şəbəkə koduna işləyən Rusiya media orqanları meydan sulayırdı. Çeçenistanda hər hansı bir əlamətdar hadisə, federal qüvvələrin hər hansı bir uğurlu əməliyyatı baş verən kimi mətbuat vay-şüvən qaldırır, ümumi isterika yaranır, hüquq müdafiəçiləri boğazlarını yırtır, hakimiyyət isə belə vəziyyətdə özünü itirir və geri çəkilirdi. Cəmiyyətdə ruh düşkünlüyü yaşanırdı. Ekranlarda daim meyitlər, tabutlar, ağlayan analar və Yeltsinin sərxoş vəziyyətdə mahnı oxuması göstərilirdi. Açıq-aşkar görünürdü ki, hakimiyyət heç nəyə nəzarət etmir. Belə bir vəziyyətdə oliqarxlar istədiklərini edirdilər. Generallar çeçen döyüşçülərinə silah satırdılar, korrupsiya baş alıb gedirdi, məmurlar məsuliyyət hissini itirmişdilər. Yeltsinin hərc-mərclik sistemi barizliyi ilə ortalıqdaydı. Ölkədəki ümumi siyasi vəziyyətə amerikanların formalaşdırdığı şəbəkə koduna yiyələnənlər- liberal jurnalistlər, Qərbyönümlü oliqarxlar nəzarət edirdilər. Onlar hər bir konkret vəziyyətdə nəyi necə etmək lazım olduğunu yaxşı bilirdilər.
Bütün bunlar nəyə görə baş verirdi? Ona görə ki, Amerika Çeçenistanda Rusiyaya qarşı şəbəkə müharibəsi aparırdı və cəmiyyətdən tutmuş hakimiyyətə kimi bütün digər baş verənlər də həmin hadisədən qaynaqlanırdi. Bütün bu neqativlər tipik şəbəkə əməliyyatının nəticələri idi. Şəbəkə kodunu düzgün oxuyan şəxslər prosesləri idarə edir və konflikti qızışdırırdılar. Sadəcə çeçenlərin motivasiyasını onların yadına salırdılar ki, onlar işğalçılarla döyüşürlər. Belə vəziyyətdə Kreml çaşqınlıq içində qalmışdı, generallar gözünü Kremlə dikmişdi, korrupsiya hər yerdə təntənəsini sürürdü, cəmiyyət ruhdan salınmışdı, Qərb və onun adamları- oliqarxlar ölkədə ağalıq edirdilər. Rusiya tərəfinin motivasiyası dumanlı idi. Belə vəziyyət şəbəkə müharibəsinin uğurlu fazası nəticəsində yaranmışdı. Bu mərhələnin yekun hədəfi isə Rusiya dövlətini tamamilə parçalamaq, bununla da Rusiya dövlətçiliyini məhv etmək, Rusiyanın məhvinin nəticəsi olaraq materiklərin müharibəsində yekun qələbə qazanmaq, Amerikanın şəriksiz dünya hegemonluğunu təmin etmək idi.
Lakin burda qaynar faza dayandı. Rusiya tərəfi təzyiqlərə dözməyərək kapitulyasiya etdi. Lakin bu kapitulyasiya çeçen silahlı dəstələri qarşısında deyil -onlar şəbəkə əməliyyatının məsrəf materialları idi ki, şəbəkə strateqləri onların maraqlarını nəzərə almırdılar- Amerika qarşısında kapitulyasiya idi. Rusiya şəbəkə əməliyyatı nəticəsində məğlub edilmişdi. Bu, geopolitik məntiqin və şəbəkə strategiyasının iqnor edilməsinə görə ödənilən bədəl idi. O vaxt nəinki bu strategiyanı nəzərə almırdılar, hətta heç kəs bu barədə heç nə eşitməmişdi də!
Rusiya məğlub edildi, müharibə separatçıların şərtləri əsasında dayandırıldı. Onlar federal qüvvələrin olmadığı ərazilərdə nəzarəti ələ keçirərək Rusiya Konstitusiyasını və qanunlarını veclərinə almadan istədiklərini edə bilərdilər. Rusiya tərəfinin yeganə şərti – hələlik Çeçenistanın Rusiyanın tərkibindən çıxdığını cəmiyyətə bildirməmək, bunu formal elan etməmək idi. Onsuz da hazırki mərhələdə bu tələb olunmurdu, çünki əgər Rusiyanın tərkibindən çıxış elan edilsə idi, ümumilikdə Rusiyanın idarəolunmaz bir süqutu başlayacaqdı ki, amerikanlar hələ belə bir vəziyyəti idarə etməyə hazır deyildilər.
Lakin ardınca çeçen cəmiyyətinin içində didişmələr üzə çıxmağa başladı. “Qələbə” və xarici rəqibin öz-özünə kənara çəkilməsi motivasiya böhranına səbəb oldu.
İlk növbədə çeçenlər öz “müstəqil” dövlətlərinin Konstitusiyasını tərtib edərkən aşkara çıxdı ki, çeçenlərin ənənəvi cəmiyyəti, onların babalarının adətləri, milli qayda-qanunları vahhabilərin onlara kənardan gətirdiyi model ilə qətiyyən üst-üstə düşmür və ziddiyyət təşkil edir. Beləcə daxili münaqişələr başlandı. Çeçenlərin motivasiyası sarsıldı.
Rusiya isə həmin vaxt öz motivasiyasını qaydasına salmağa başladı. Vladimir Putinin şəxsi avtoriteti sayəsində əvvəllər hamının nifrət etdiyi Konstitusiyanın dəyəri yüksəklərə qaldırıldı. Putin Konstitusiyanın tələblərini xalqın onu dəstəklədiyi qədər hakimiyyətdə qalmaq imkanından da üstün tutaraq Konstitusiyanın hər şeydən vacib olduğunu əhaliyə çatdırdı.
Yeltsinizm dövründə baş verənlərə baxmayaraq Putinin hakimiyyəti dövründə Rusiyanın bütövlüyünün qorunması milli ideyaya çevrildi. Federasiya Şurasının regional qiyamı yatırıldı, həddini aşmış qubernatorlar qovuldu, bütün ərazilər səlahiyyətli nümayəndələr vasitəsilə Mərkəzə tabe edildi. Vətənpərvərlik Putinin dövlətçilik modelinin əsas amili oldu.
Çeçenlərin motivasiyası isə sındığı üçün onlar tərəfindən bu şəbəkə kodunu yaradanlar daha incə işləməyə başladılar. Şəbəkə strategiyasının növbəti mərhələsinə Qafqazdakı digər etnoslar ilə işləmək, Rusiyadakı etnik qruplarla əlaqə qurmaq, çeçenlərin Moskvadakı diasporasını prosesə qatmaq və s. daxil edildi.
Şəbəkə müharibəsi davam edirdi, lakin daha əvvəlki kimi kəskin deyil, incə səviyyədə aparılırdı. Köhnə motivasiyaları korrektə edib yeni motivasiyalar qondarmaq və əsaslandırmaq üçün çeçen ideoloji institutları yaradılmağa başlandı. İşin bu mərhələsində çeçen elitasına birbaşa ingilis kəşfiyyatının təsir agentləri də qoşuldular. Əgər əvvəllər hər şey yağ kimi gedirdisə və onların prosesə birbaşa müdaxiləsinə ehtiyac yox idisə, sonradan, yəni çeçenlər öz qədim ənənəvi arxiteplərinə qayıtmağa başladıqdan sonra ingilis mütəxəssisləri Çeçenistanda vəziyyəti “yoluna qoymaq” və idarə etmək üçün daha çox cəlb edildilər.
Məhz bu zaman Çeçenistan rəhbərliyinin yanında əslən Polşa yəhudisi olan ingilis biznesmeni Mansur Yaximçik peyda oldu. O bir vaxtlar Polşada antikommunist hərəkatının fəal üzvlərindən olmuşdu və Krakov şəhərində “Həmrəylik” təşkilatına liderlik etmişdi. Təsəvvür edin ki, Polşa yəhudisində birdən birə Çeçenistandakı islamın sufi versiyasına maraq yarandı və o müsəlmanlığı qəbul edərək Çeçenistana gəldi.
Yaximçik İçkeriya vətəndaşlığını qəbul etdi və prezidentin xarici ticarət məsələləri üzrə müşaviri təyin olundu. Onun vasitəsilə çeçen liderləri ilə ingilis maliyyə elitası arasında əlaqələr qurmağa başladılar. O çeçen liderlərini ingilis lordları ilə, o zaman BP neft şirkətinin müşaviri kimi çalışan Marqaret Tetçer ilə və digər böyük şirkətlərin rəhbərləri ilə görüşdürdü.
Beləcə çeçenlər onlara yad olan vahhabiliyi rədd edib öz milli və dini arxetiplərinə qayıdan kimi, ölkələrinin bərpası ilə məşğul olmağa başlayan kimi Çeçenistanda maraqlı bir polyak-ingilis-yəhudi tipi peyda oldu və çeçenlərin yaşayışı ilə yaxından maraqlanmağa başladı. Məhz Yaximçikin iştirakı ilə 1997-ci ilin aprelində Qafqaz İnvestisiya Fondu yaradıldı. Vaşinqtonda Qafqaz-Amerika Sənaye-Ticarət Palatası qeydiyyata alındı. Qoldsmit maliyyə qrupunun nümayəndəsi lord Makalpayn isə Çeçenistanın neft sektoruna 3 milyard dollar pul qoyacaqlarına söz verdi, bir şərtlə ki Çeçenistanın bütün neft yataqları müddətsiz olaraq ona icarəyə verilməli idi. Bu əslində elə bütün neft yataqlarının ingilislərə satılması demək idi.
Çeçenistandakı şəbəkə əməliyyatı müharibənin isti mərhələsi başlamamış start götürmüşdü, hər iki hərbi kampaniya zamanı fəaliyyətdə idi və indi də davam etməkdədir. Çeçenistandakı vəziyyətlə bağlı zəif nöqtələr hələ də mövcuddur və Qərb strateqləri bu zəif nöqtələrdən əleyhimizə istifadə etməyə çalışırlar. Ənənəvi model Sovet dövründə təzyiqlə aradan qaldırılıb. Dünyəvi model qalib gəlib və Mərkəzin gücü ilə bərqərar olub. Belə olan halda hər zaman təzyiqlə yatırılan çeçen arxiteplərinə düşmən tərəfindən müraciət etmək üçün zəmin var. Elə əsaslar var ki, münaqişəni yenidən alovlandırmaq heç bir xərc tələb etmir. Nəzarət azca azaldılsa, yenidən xarici siyasət strategiyası Qərbin xeyrinə dəyişəcək, Çeçenistanda digər fiqurlara “qoyuluş” ediləcək, hər şey əvvəlki kimi başlayacaq. Şəbəkə müharibəsi dayandırıla bilməz. Lakin onu əks istiqamətə yönəltmək mümkündür.

QƏRB DEDİKLƏRİ 7 MİLYARDIN CƏMİ 1 MİLYARDIDIR

Xarici işlər naziri Serqey Lavrovun dediyi kimi, əgər eskalasiya davam etsə, Rusiya ABŞ-a qarşı yeni tədbirlərə hazırdır. XİN rəbhəri onu da bildirmişdir ki, məhz ABŞ eskalasiya yolu tutmuşdur, Rusiya isə cavab tədbirləri həyata keçirir: “Amerikanların sonuncu qeyri-dostcasına addımlarına bizim reaksiyamızda hər şey deyilmişdir. Biz qəbul etdiyimiz və eskalasiya davam edəcəyi təqdirdə qəbul etməyə hazır olduğumuz bütün tədbirləri elan etmişik”.
Güclü, suveren dövlət, hansı ki müasir dünyada çox az qalmışdır, belə də hərəkət etməlidir- belə dövlətlərin hamısını Vaşinqton ABŞ-ın düşmənləri siyahısına salmışdır. Amerikan hakimiyyəti azca tərəddüd etmədən belə özünün bütün düşmənlərini “bəşəriyyətin düşmənləri” sırasına yazır. Xırdaçılığa nə ehtiyac? Əlahəzrətlərin fikrincə bəşəriyyət- elə ABŞ və onun müttəfiqləri deməkdir.
Lakin dünyanın müasir mənzərəsi o halda qalar ki, ABŞ-ın möhtəşəmliyinə, onun sivilizasiya müstəsnalığına “arxayın” olasan, Qərbin tarixi təcrübəsini universal kimi, Qərb sivilizasiyasını isə etalon kimi qəbul edəsən. Yəni dünyaya ABŞ-ın gözü ilə baxasan.
Amma dünyaya ayıq gözlə baxsan, yelbeyin və fanatikcəsinə deyil, Qərbin özü haqqında yaratdığı xülya və mifləri kənara tullayaraq nəzər yetirsən, dünyanın mənzərəsi baş-ayaq görünür.
Ondan başlayaq ki, ABŞ-ın könüllü müttəfiqləri elə də çox deyil: Britaniya, Kanada və bir sıra Şərqi Avropa ölkələri- Polşa, Macarıstan, Rumıniya və Baltika ölkələri. Avropa İttifaqı bütövlükdə müttəfiq kimi görünsə də, onunla əslində itaətkar nökər kimi davranırlar və işlərin gedişində amerikan iqtisadi maraqları üçün istismar edirlər. Bir də dağılmış Böyük Britaniyadan ABŞ-a miras qalan Avstraliya və Yeni Zelandiya var.
ABŞ-ın qalan “müttəfiqləri” –Yaponiya, Cənubi Koreya– sadəcə işğal olunmuşlar. Və əgər ərazilərində ABŞ ordusu olmasaydı, onların özlərini necə aparacağını bilmək olmazdı.
Bax elə bütün tərifli Qərb bundan ibarətdir- absolyut insan azlığı, hansının ki daxilində hələ çox hissəsi amerikan hakimliyini, qlobalistlərin ərköyünlüyünü və liberalların insan üzərində eksperimentlərini bölüşmürlər. Ən çoxu sayları 1 milyard olar (yəqin ki elə “qızıl milyard” adı qoyduqları). 7 milyardın cəmi 1 milyardı.
Yerdə qalan hissə Qərb deyil: praktiki olaraq bütün Avrasiya öz geopolitik mərkəzi (hartlend) ilə, hansının ki əsasında Rusiya durur, Çin, Hindistan, bütün ərəb dünyası, bütün Latın Amerikası, Afrika, Asiya-Sakit okean regionunun çox hissəsi (sadaladığımız Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanı çıxmaq şərtilə). Bütün bunlar Qərb deyil, ondan kənar bəşəriyyətdir.
Amma buna baxmayaraq ABŞ hakimləri arxayınlıqla bəyan edirlər ki, guya onlar “dünya ictimaiyyətini” təmsil edirlər... və ardınca ağıllarına gələnləri üyüdüb tökürlər. ABŞ-ın bütün dünyanın adından danışmasının yeganə kriteriyası- “düşmənlər, neytral qüvvələr və dostlar” adlandırdıqlarının daxili işlərinə amerikan müdaxiləsi faktıdır ki, amerikan strateqləri tərəfindən birbaşa deklarasiya olunur. Yəni məhz ABŞ-ın bütün dünyanın işlərinə qarışmasının əsasında amerikan elitası bütün “dünya ictimaiyyəti” adından danışır.
Hə, bir əsas da var. Amerikan döyüş filmlərində ABŞ-dan olan qoçaq (bu qoçaqlar adətən bir sıra müttəfiqləri çıxmaq şərtilə başqa ölkələrdən olmur) dünyanı xarici, yadplanetli təcavüzdən və yaxud ümumbəşəri təhlükədən xilas edir.
Nə demək olar, tutarlı əsasdır, amma amerikan möhtəşəmliyinə və müstəsnalığına inam kateqoriyası formalaşdırmaq üçün. Ümumiyyətlə, “amerikan” termininin özü olduqca təkəbbürlüdür.
ABŞ-ın Moskvadakı səfirliyinin girişinə “Amerikan səfirliyi” yazılıb. Yəni utanıb-qızarmadan təkcə ABŞ-ın yox, bütün Amerikanın maraqlarını təmsil etdiklərini bildirirlər, hansının ki çox hissəsi Latın Amerikası ölkələrindən ibarətdir. USA onların maraqlarına və yanaşmalarına tüpürmək belə istəmir. Yeri gəlmişkən, bu barədə soruşsanız, Vaşinqtonda sizə deyəcəklər ki, ora ABŞ-ın “arxa həyətidir” və əlavə edəcəklər ki, mumlayın- təmiz amerikan dialektində ki, ingilis dilindən çoxdan uzaqlaşmışdır.
Bütün dünyada “nizam yaradılmasına” iddialı olan ABŞ-ın özündə isə elə bir xaos və qarışıqlıqdır ki, onun özünə kömək üçün quraşdırılmış deyil, real dünya ictimayyətinə müraciət etmək gərəkdir. Di gəl ki Co Bayden bəyan edir ki, Moskva guya ABŞ-da seçkilərə müdaxilə etdiyinə görə “bədəlini verməli” olacaq. Ayıl, Co, seçkilər çoxdan arxada qalmışdır...
İndi hər işə və hər yerdə burunlarını soxan, seçkilərə çevriliş və bir amerikanyönlü rejimi digər daha çox amerikanyönlü rejimlə əvəzləmək üçün vasitə kimi baxan bu adamlar hansı üzlə müdaxilədən danışır?!
Di gəl ki onların bütün bəyanatları hansısa “dünya ictimaiyyətinin” adından səsləndirilir- yəqin inandırıcı görüntü vermək və çatdırılan ötkəm tonu əsaslandırmaq üçün belə lazımdır.
Buna Lavrov, Putin, o cümlədən bir çox suveren dövlətlərin liderləri təkcə çiyinlərini çəkirlər və sakit, əlavə pafossuz cavab tədbirləri görürlər.
“Biz qəbul etdiyimiz və eskalasiya davam edəcəyi təqdirdə qəbul etməyə hazır olduğumuz bütün tədbirləri elan etmişik”- Serqey Lavrov bəyan edir, XİN-in təmsilçisi Mariya Zaxarova isə başa salır ki, Rusiyaya qeyri-dostcasına yanaşan dövlətlərin siyahısı hazırlanır. Siyahıda ABŞ-ın da adı var.
Yekun cavab tədbiri isə koalisiyanın yaradılması olmalıdır. ABŞ ilə müharibə üçün deyil, ABŞ-sız sülh üçün. Daha dəqiq desək, ABŞ-ın dominasiyası və sivilizasiya təkəbbürü olmayan dünya üçün. Dünya dar alınlı Qərb nəzəriyyəçilərinin baxışlarından daha mürəkkəbdir. Dünyanın çox ölkələri ABŞ-ın namərdliyi ilə razı deyillər.
Qərbdə çoxları (bunlar isə həm almanların ənənəvi ailə uğrunda çoxmilyonluq nümayişləri, həm sarı jiletli fransızlar, həm də Yaponiyadan amerikan bazalarının çıxarılmasını tələb edən çoxminli nümayişlərdir) ABŞ-ın və onun liberal rəhbərliyinin özbaşınalığına qarşıdır. Uzağa niyə gedək: ABŞ-ın özündə çoxları- 70 milyondan çox adam qlobalistlərin siyasətinə qarşıdır, ABŞ-ın bütün qaradərili hissəsi isə amerikan hakimiyyətinin bütün etdiklərinə qarşıdır və buna görə ayağa qalxanda qabağına çıxan hər şeyi yandırır, dağıdır və xarabalığa çevirir.
Yəni, bizə baş-ayaq görünən dünyanı çevirsək və ayaqları üstə qoysaq, ABŞ mütləq azlıqda qalır. ABŞ-ın özündə dövlət çevrilişi edərək və çoxluğun mövqelərini tapdalayaq hakimiyyəti ələ keçirmiş azlığı isə yaxşı olardı ki, hansısa liberal gettoda izolyasiyaya salaydılar, Kapitoliya və Ağ Evin ətrafını tikanlı məftillə dövrələyəydilər.
Real koalisiya, hansını ki Rusiya tam qurmaq gücündədir, özünə çoxlu sayda dünya ölkələrini daxil edə bilər: Çin, Hindistan, demək olar bütün ərəb dünyası, demək olar bütün Latın Amerikası, demək olar bütün Asiya-Sakit okean regionu.
Və təki başla- ABŞ-ın kinli müttəfiqləri də, ilk növbədə 70 ildən artıq Amerikanın “dostcasına” işğalından inildəyən Avropa ölkələri də onun bezdirici himayədarlığından qaçacaqlar.
Yəqin ki, Vaşinqtonun Kapitoliya təpəsində oturanların manyak düşüncəsi dünyanı öz sarsaq ideoloji konstruksiyaları və geopolitoloji konseptləri altına sürükləməklə öz dünya obrazında təkid etməsəydi, məsələ belə kəskinləşməzdi.
Özünü aqressiv aparan biz- bəşəriyyət deyilik, onlardır- bir yığın dünya ağalığı eşqinə düşmüş, Hollivud kinolarından olan “amerikan manyakları”, hansılar ki bəşəriyyət çoxluğunu azlığın tövləsinə doldurmağa çalışırlar. Onları durdurmaq üçün çoxluğun koalisiyasını yaratmaq vaxtıdır. Nazir Lavrovun eyham vurduğu cavab tədbirləri də məhz özündə bunu ehtiva edir. Əgər eskalasiya davam edərsə...

PUTİN DÜNYANIN QANUNQOYANIDIR: HƏMİŞƏ AXIRINCI SÖZÜ O DEYİR

Qərb nə qədər çalışsa və təzyiq göstərmək istəsə də, Rusiyaya heç bir təsir gücü yoxdur. Məsələ burasındadır ki, Qərbdə “dünya hakimiyyəti” deyilən virtual bir hökumət vardır. Bu hökumət reallıqda olmasa da, Qərb elitaları onun adından manipulyasiya edir. Qərbin problemi ondadır ki, bu hökumət hansısa təsəvvürlərdə yaşayır. Yəni o heç bir ümumi qəbul olunmuş dünya qanunları və hüquqi əsaslar ilə möhkəmlənməyib. Bu hökumət mahiyyətcə real insanlığın yaşadığı hüquqi və qanunverici normativ mövcudluq ilə əlaqədar deyildir. Rusiya ilə Qərb arasındakı kazus da bundan ibarətdir.
Bəziləri yanlışlıq ucbatından həmin virtual hökumətin təsiri altına düşürlər. Qərb paradiqmasını, Qərb dəyərlər sistemini və Qərb yanaşmasını qəbul edənlər mahiyyətcə inanmağa başlayırlar ki, “qlobal dünya” mövcuddur, Qərbdə yaranmış “dünya hökuməti”, hansısa kölgə pərdəarxası vardır, riayət olunmalı hansısa norma və qaydalar dəsti qoyulmuşdur. Buna inananlar Qərbin tərəfini tuturlar. Bütün bunları qəbul etməklə bu və ya başqa dövlət könüllü olaraq həmin qaydalar dəstinə riayət edir, inam kateqoriyası əsasında həmin “dünya hökumətinin” qərarlarına tabe olmağa çalışır.
Rusiya üçün belə “virtual hökumətin” heç bir təsiri və əhəmiyyəti yoxdur. Rusiya öz qanunu ilə yaşayan ölkədir. Putin dünyanın qanunqoyanıdır. Həmişə axırıncı sözü o deyir. Çünki o Qərbdəki elitaların əksinə olaraq qanun və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, həm də bu qanun və hüquqları hərfi mənada, yəni olduğu kimi qəbul edir.
Düzdür, bəzən Qərbdəki elitalar özlərini qlobal idarəçilər sanırlar və belə görüntü yaradırlar ki, guya dünyanı onlar idarə edirlər, lakin Putin onları göylərdən endirib reallığa qaytarır. Yəni Putin bu qlobal elitalara münasibətdə özünü onların təsəvvürlərini üstələyən və işlək qanunlarla hərəkət edən insan kimi aparır.
Putin – qanunçudur, onun nəzərləri qanuna doğru yönəlib.
Putinin belə hərəkət etməsi onları qıcıqlandırır, çünki işlərin belə hal alması onların xəyalları ilə uyğun gəlmir. Putin qarşısındakı gücsüzlükləri isə onları özündən çıxarır.
Rusiya xarici işlər nazirinin onlara verdiyi gizli tezisləri isə belə açıqlamaq olar: “Qərb, siz qanundan kənarsınız! İnsanlığın çox hissəsi sizin əqidənizi qəbul etmir. Siz zəifləri öz iradənizə tabe etdirmək istəyən dünya quldurlarısınız. Qanun çərçivəsində hərəkət edin, onda dünyanı özünüzə qarşı kökləməyəcəksiniz”.
Mənim Qərbdəki qlobalistlərə məsləhətim belədir. Onlar yaxşı olardı ki, Lavrovun tezislərini nəzərə alsınlar, axı məlumdur ki, kim Lavrovun tezislərini nəzərə almaq istəmir, Şoyqunun tezisləri ilə üzləşir. Kim Lavrovun tezislərini qulaqardına vurur, Şoyqunun tezisləri onu ayıldıb özünə gətirir – müasir dünyanın qanunu belədir. Harda və necə – bu kimin bəxtinin necə gətirməsindən asılı olacaq...

RUSİYA OLMASA, REGİONDA BİR ANIN İÇİNDƏ PARTLAYIŞ OLAR

30 illik konfliktə son qoyulmuşdur. Rusiya sülhməramlılarının regionda olması sülhün qarantıdır. Lakin radikallar, revanş axtaran millətçilər bundan narazıdırlar. O cümlədən Qərb, ilk növbədə ABŞ narazıdır. Belə də şey olar, axı sülh onların birbaşa iştirakı olmadan bərqərar olub, demək onların maraqları nəzərə alınmayıb. Qərb strateqləri deyirlər ki, belə olmaz, ABŞ və Fransanın iştirakını nəzərdə tutan Minsk formatına qayıtmaq lazımdır. Alınmayanda deyirlər ki, biz indi sülhü sizə göstərərik!
Bəli, Qarabağda eskalasiya yaranmasında Qərb maraqlıdır, çünki yaranmış vəziyyət onu qane etmir. Bütün provokasiyaların və gərginləşdirmələrin məqsədi budur ki, heç bir sülhün olmadığını, Rusiya sülhməramlarının işin öhdəsindən gəlmədiyini göstərsinlər. Qərb, ABŞ və tərəfdarları onların iştirakı olmadan sülh yaradılmasına ona görə razı deyillər ki, bu zaman öz şərtlərini diktə edə bilmirlər, maraqları nəzərə alınmır, onlardan heç nə asılı olmur. Onlarsa buna öyrəşməyiblər, axı Barak Obamanın dediyi kimi, “dünya ağalarıdır”, “seçilmiş millətdirlər”.
Regionda istənilən eskalasiyanın arxasında Qərb və onun agenturası durur, belə ki Qərb və ABŞ istənilən regiona məhz destabilizasiya yaratmaqla girirlər, öz maraqlarını diqtə edirlər və öz iradələrini yeridirlər. Provokasiyalar yolu ilə regiondakı vəziyyəti destabilləşdirmək – tipik amerikan fəndidir ki, bu yolla onlarla, yüzlərlə konflikt yaratmışlar. Bu tərəfdən digər tərəfdə dayanana atəş açırlar, o biri tərəfdən isə burda dayanana. Ukrayna Maydanını yada salmaq kifayətdir.
Regionda sülhün yaradılmasında Türkiyənin də rolu böyükdür. Geopolitik nöqteyi-nəzərdən iki cür Türkiyə vardır. Bir atlantik Türkiyə vardır ki, NATO üzvüdür, qərbyönümlüdür. Bir də avrasiyaçı Türkiyə vardır ki, ənənəçidir, antiqərbdir, antiamerikandir, ənənəvi islam dəyərləri üzərində bərqərar olmuşdur. Həmin təbii Türkiyə Avrasiya sivilizasiyasının ayrılmaz bir hissəsidir, gələcək çoxqütblü dünyanın qütblərindən biridir. Bax belə ənənəçi, avrasiyaçı, Qərb boyunduruğundan, Qərb dəyərlərindən uzaq Türkiyənin öz avrasiyaçı identikliyini saxlamış Rusiya ilə çoxlu ümumi cəhətləri var. Həmin ənənəçi Türkiyənin Rusiya ilə ümumi maraqları var ki, okeanın o üzündəki xain, hər yerə dürtülən, öz maraqlarından başqa heç kəsin maraqları ilə hesablaşmayan “müttəfiqin” ziddinə olaraq bu maraqları gücləndirmək lazımdır.
Qərb nə qədər çalışsa da, biz regionda sülh yaradacayıq. Və bu sülh nə qədər dayanlıqlı olarsa, Azərbaycan və Ermənistan daha aktiv şəkildə Rusiyanın başlatdığı Avrasiya inteqrasiyası proyektlərində iştirak edəcəklər. Rusiya – sülhün qarantıdır. Rusiya sülhməramlıları olmasa, regionda bir anın içində partlayış olar.
O ki qaldı Ermənistana, bu ölkədə ayaq açmış rusofobiya erməni maydanının və Sorosun maliyyələşdirdiyi siyasi qüvvələrin hakimiyyətə gəlişinin nəticəsidir. Qərbyönümlü şəbəkələr Rusiyaya münasibətdə neqativi qızışdıraraq antirus əhval-ruhiyyəsi formalaşdırıblar. Hakimiyyət isə onlara toxunmurdu, çünki özləri də onlar kimi Sorosun yuvasından çıxmışdılar. Ermənilər bilməlidirlər ki, Qərbin motivasiyası Moskva-Tehran geopolitik oxunun formalaşmasının qarşısını almaqdır. Bununçün Qərb bütün Qafqazı destabilizasiya edəcək, lazım gəlsə Cənubi Qafqazın istənilən dövlətini özünün geopolitik tonqalında yandıracaq. Axı Qərb sivilizasiyası rasizminin nöqteyi-nəzərinə görə, bu regionun xalqları – vəhşidirlər və onları Qərbin rifahı naminə qurban vermək olar. Ermənistanın yaşamasının qarantı isə Azərbaycan ilə sülh şəraitində olmasından asılıdır.
Qafqaza amerikan strateqi Zbiqnev Bjezinski modelini tətbiq etmək istəyirlər. Bjezinskinin 1990-cı illərin ortalarında çap olunmuş “Böyük şahmat lövhəsi” kitabına nəzər yetirsəz görəcəksiz ki, Qərbin məqsədi regionu müharibəyə və xaosa sürükləməkdir. Avrasiyada amerikan nəzarətinin qurulmasından bəhs edən bu kitabda Bjezinski geostrategiya adlanan amerikan geopolitik yanaşmasının modelini, konseptini təqdim edir. Qərb strateqləri məhz bu geopolitik atlantik yanaşmadan çıxış edərək Qafqazla bağlı hərəkət etməkdədirlər. Həmin yanaşmanın mahiyyəti Avrasiya məkanının maksimal dərəcədə müstəqil milli dövlətlərə parçalanması və onların hər birinin ayrı-ayrılıqda amerikan strateji nəzarətinə götürülməsidir. Amerikanlar buna çoxsaylı qarşıdurmalar yaratmaqla, xalqlararası münaqişələri qızışdırmaqla, nifrəti gücləndirməklə nail olmaq fikrindədirlər. Amerikanlar Bjezinskinin onlara vəsiyyət etdiyi kimi Qafqazda, ümumən postsovet məkanında kofliktlər, qarşıdurmalar və bunun nəticəsi kimi xaos yaratmaq niyyətindədirlər. Amerikanlardan fərqli olaraq ruslar Qafqazda sülh yaradılmasında maraqlıdırlar. Qafqaz mədəni cəhətdən özündə fars, türk və rus sivilizasiyalarının sintezini ehtiva edir. Ruslar bu kontekstdən çıxış edərək istənilən münaqişəni stabilləşdirməyə çalışırlar. Ruslar – Qafqazda barışdırıcı qüvvədirlər. Qərb Qafqazı parçalamağa çalışır, həm mədəni, həm dini, həm də siyasi planda ziddiyyətlər yaradır. Rusiya isə əksinə bu ziddiyyətləri yoluna qoymaq əzmindədir. Parçalamaq, siyasi təzyiq – Qərbin öz strateji nəzarətini qurmaq üçün əl atdığı vasitələrdir. Rus təfəkkürü isə əksinə, Qafqazı inteqrasiya və birləşmə zonası kimi qəbul edir.

RUSİYA SÜLHMƏRAMLILARI BARƏDƏ

Rusiya mübaribələri dayandırır. Qarabağ müharibəsi nəticəsində regiona rus qoşunları girdi. Rusiya həmişə müharibələri saxlayır, artıq bir neçə əsrdir ki, neçə-neçə müharibəni saxlayıb və qan-qadanın qarşısını alıb. Qarabağda da eynən belə oldu. Aydındır ki, Rusiyanın müdaxiləsi olmasaydı, rus hərbçiləri regiona gəlməsəydi, müharibənin yaralarını tez bir zamanda sağaltmaq mümkün olmazdı və konflikt daha çox uzanardı. Rus ordusu gəldi, döyüşü saxladı, tərəfləri barışdırdı və sülh bağlamağa təşviq etdi. Hal-hazırda da regionda sülhün və əmin-amanlığın qarantı kimi çıxış edir. Aydındır ki, Rusiya olmasaydı, bütün bu hadisələr hər iki xalqı fəlakətli nəticələrə aparıb çıxaracaqdı.
Rusiya müharibələri dayandırır. O gəlir və saxlayır. O sadəcə qoşun yeridir. Ruslar işğal etmirlər, xalqları azad edirlər. Ruslar Avropanı azad etmişlər. Ruslar Avropanı dəfələrlə azad etmişlər. Çar Aleksandrın vaxtında da, Stalinin vaxtında da... Ruslar Parisə girəndə fransızların Moskvanı çapıb taladıqları kimi Parisi soyub dağıtmadılar. Ruslar Parisdə sakit şəkildə kafelərdə otururdular, yeyib içirdilər, sonra isə Çar öz qusar və zabitlərinin yeyib-içməklərinin pulunu büdcədən ödəyirdi, hətta onların kart borclarını da verirdi. Rus əsgərləri Parisdə borclu qalmadılar, hamısı büdcədən ödəndi. Ruslar mədəni şəkildə, ədəblə, təmiz fransız dilində fransızlarla xudafizləşərək Parisdən getdilər, səliqə ilə çıxdılar. Heç nəyə toxunmadılar, çıxanda hər şeyi olduğu kimi, hətta ondan da yaxşı saxladılar. Bu ruslardır! Bu sizə Qərb deyil! Odur ki, rusları işğalçı saymayın. Ruslar işğal etmirlər, xalqları azad edirlər, onları müharibədən, qan-qadadan qurtarırlar. Ruslar xalqları bir-birlərini qırıb çatmağa qoymurlar, qarşılıqlı ədavəti dayandırırlar, nifrəti və kin-küdurəti aradan götürürlər. Ruslar sizi zülm və əziyyətdən qurtarırlar. Müqəddəs kitabda deyilir: “O gələcək və sakitcə hər şeyi düzəldəcək”. Bu ruslar haqqındadır.
***
Ruslar Qafqazda, ümumiyyətlə postsovet məkanında dövlətçiliyi saxlayanlardır, dövlət ruhunun daşıyıcılarıdır. Məhz ruslar dövlətçiliyi Rusiyadan ixrac edərək Qafqaza uzatmışlar. Ruslar ilk əvvəl dövlətçiliyi özünün klassik, etalon mənasında Qafqaza gətirdilər, sonra onu burda formalaşdırdılar və qoruyub saxladılar. Rusların Qafqazdan getməsi ilə dövlətçilik də Qafqazdan get-gedə buxarlanır. İlk baxışda dövlətçiliyin zahiri əlamətləri və atributikaları qalır, düzdür, amma dövlətçilik ruhu özü yoxa çıxır. Əsl dövlətçilik get-gedə sönükləşir, surroqatı qalır. Sovet periodu dövründə, hətta ona kimi Qafqazda rus məhsulu olan mədəni-sivil tip formalaşmışdı. İntelligensiya adlanan xüsusi təbəqə yaranmışdı. Bu təbəqə dövlətçilik yönlərini, mədəni kodları, elmi nailiyyətləri ruslardan qəbul etdi, mənimsədi və daşıyıcılarına çevrildi. Bütün bunları Qafqazda yaradanlar, Qafqaza gətirənlər, Qafqazda oturuşduranlar isə ruslar oldu. Elm, mədəniyyət, təhsil, tibb, industrializasiya, xüsusi iqtisadi standartlar, şəhərlərin urbanizasiyası – bütün bunları ruslar Qafqaza gətirdilər. Qafqaz xalqları bu modelə qoşuldular və ruslarla birlikdə dövlətçiliyin formalaşmasında iştirak etdilər. Beləcə intellektual və mədəni təbəqələr formalaşdı. Qafqaz intelligensiyasına Sovet vaxtı xüsusi diqqət ayrıldı. Nəticədə yerli milli elitalar ortalığa çıxdı. Mədəniyyətdə və elmdə kadrlar yetişdi, bütöv elmi məktəblər formalaşdı. Öz yerli xüsusiyyətləri olan milli təbəqələr yarandı. Bu adamlar Rus dövlətinin mədəni-sivil formatını qəbul edərkən özlərini ona bağladılar, onunla qaynayıb qarışdılar. Və ruslar Qafqazdan çıxıb gedərkən bu format yoxa çıxmağa başladı. Rus idarəçiliyinin, rus mədəniyyətinin ruhu ortalıqdan itdi. Bütün sahələrdə enişlər müşahidə olundu. Həm mədəniyyət, həm təhsil, həm elm, həm intellektual səviyyə aşağı endi. O cümlədən rus ruhunun daşıyıcısı olan intelligensiya da kənara sıxışdırıldı. Bu yerlərdə artıq əvvəlki komfort yoxdur, insanlar narahat və namünasib şəraitə düşüblər. Bütün sahələrdə çöküşlər müşahidə olunur. Artıq nə həmin format, nə həmin səviyyə, nə də həmin yanaşmalar var. Mədəni, intellektual, elmi deqredasiya baş vemişdir. Hətta rusların ardınca Qafqazdan rus mədəniyyətinin daşıyıcıları olan yerlilər də çıxıb getməyə başlamışlar. Rus dövlətini, rus mədəniyyətini, rus intellektual fikrini özününkü hesab eləyənlərə burda yer qalmayıb.

RUS İMPERİYASININ CAZİBƏSİ ÖNÜNDƏ HEÇ BİR TƏFƏKKÜRLÜ, YARADICI VƏ HİSSİYYATLI İNSAN DAYANA BİLMƏZ

Gələcəkdə yaranacaq Rusiya İmperiyasında idarəetmə sisteminin necə olacağına aydınlıq gətirmək istəyirəm.
Gələcəkdə Rusiya imperiyaçılığı strateji və mədəni-məişət səviyyəsi olmaqla 2 növ idarəetmə səviyyəsini nəzərdə tutur. Strateji səviyyədə idarəetmə odur ki, imperiyanın mərkəzləşdirilməsini, birliyini və təhlükəsizliyini təmin edən ciddi nəzarət olunan vertikal qurulur. Lakin imperiya elitalarının nəzarətində yalnız o sahələr olacaq ki, bunlar müdafiə qabiliyyəti, təhlükəsizlik, ərazi bütövlüyü, makroiqtisadiyyat, infrastruktur məsələləri və imperiyanın informasiya siyasəti ilə bağlıdır – yəni strateji sahələr. Bütün qalan məsələlər isə yerlərdə həll olunacaq, yəni mədəni-məişət səviyyəsinə aid ediləcək. Xalqlar, etnoslar, mədəni avtonomiyalar və icmalar öz yaşayış parametrlərini özləri müəyyənləşdirəcək, öz varlıqlarının məişət, iqtisadi və hətta hüquqi formalarını plüral şəkildə özləri realizasiya edəcəklər. Burda bir şeyi qeyd etmək vacibdir. Hansısa siyasi atributlara və siyasi özünütəyinetməyə eyham da ola bilməz, belə ki siyasət, hakimiyyət məsələsi, siyasi təşkilatlanma tam imperiya elitalarının kompetensiyasında olacaq. Onlar da öz növbəsində imperiyanın etnoslarının, xalqlarının, avtonomiyalarının və icmalarının məişət həyatına, yaşam tərzinə, mədəni və dini xüsusiyyətlərinin nizamlanmasına qarışmayacaqlar. Müdaxilə yalnız o zaman olacaq ki, təhlükəsizliyə, ərazi bütövlüyünə, imperiya infrastrukturuna hansısa təhdid ortalığa çıxacaq və yaxud imperiya subyektləri arasında hansısa böyük konflikt baş verəcək. Beləliklə, bizim yanaşmada mədəni, etnik, dini, dil, hətta hüquqi rəngarənglik formaları imperiya çərçivəsində - normaldır. Hər xırda detalına kimi bütün məsələlərə müdaxilə edən, məişət işlərinə kimi bütün işləri reqlamentasiya və nizamlamaqla məşğul olan, hamıya eyni yanaşmalar tətbiq edən milli dövlətçilikdən fərqli olaraq bizim imperiya mədəni-məişət məsələlərinə qarışmayacaq. Bizim imperiya – rəngarəngliyin strateji birliyidir, onun vəhdətinin, stabilliyinin və davamlılığının qarantı da bundadır.
Keçmişdə olduğu kimi gələcəkdə də rus xalqı imperiya yaradan xalq kimi mərkəzdə duracaq. Orqanik, kollektiv, etnosların üstündə dayanan icma kimi rus xalqı şərqi slavyanların, fin-uqorların və türklərin vahid birliyini özündə ehtiva edir. Bu xalqların mütəşəkkil sosial birliyi tarixə rus xalqı adı ilə düşüb. Nəticədə çoxsaylı dialektlərdən və ləhcələrdən ümumi dil yaranıb, kontinental imperiya dövlətçiyini quran vahid mədəni mühit formalaşıb.
Gələcəkdə bu cür yeni Rus İmperiyasının qurulması – özü özlüyündə çox maraqlı, kreativ və intellektual prosesdir. Bu imperiyanın təcəssümü, həyata keçirilməsi, realizasiyası və yaradılması – həddən artıq həyacanverici, riqqətəgətirən və valehedicidir. Bizim önümüzdə böyük Rus İmperiyası dünyası durur ki, onun cazibəli və möhtəşəm manifestasiyası qarşısında heç bir təfəkkürlü, yaradıcı və hissiyyatlı insan dayana bilməz.

TÜRKLƏR SLAVYANLARLA VƏ FİN-UQORLARLA BİRGƏ AVRASİYA SİVİLİZASİYASININ  FORMALAŞMASINDA HƏLLEDİCİ ROL OYNAMIŞLAR

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana Türk dünyasının xəritəsini bağışladı. Həmin xəritəyə Rusiyanın böyük hissəsi də – Krım, Kuban, Rostov vilayəti, Şimali Qafqaz respublikaları, Şərqi Sibir daxil edilib. O cümlədən bu xəritəyə Balkan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çinin Uğurıstanı, Monqolustan və İran əraziləri də salınıb.
Türk dünyası doğrudan da çox böyükdür. Amma onun əsas hissəsi Rusiyada yerləşir, xeyli hissəsi postsovet məkanı ərazisindədir ki, bura Rusiyanın strateji maraqları zonasıdır və vahid Avrasiya sivilizasiyasına aiddir. Hansının ki mərkəzində Avrasiya xartlendi, yəni öz minillik tarixi ilə əzəli Rusiya dayanır.
Ümumiyyətlə türk xalqlarının məskunlaşdığı, qədim türk köçəri tayfalarının varislərinin yaşadığı Türk dünyası məkanının indiki Türkiyə Respublikasına heç bir aidiyyatı yoxdur. Türkiyə Respublikası – Birinci Dünya Müharibəsi nəticəsində dağılmış Osmanlı İmperiyasının kiçik bir hissəciyidir.
Əsl türklər isə Qumilyova görə eynidilli və etnik qrup kimi 1-ci minilliyin başlanğıcında Altayda və Cunqariya ərazisində meydana çıxmışlar ki, bura Türkiyədən çox-çox uzaqdır. Versiyalardan biri isə türklərin soykökünü hunlara bağlayır.
Türklər slavyanlarla, fin-uqorlarla və digər Avrasiya xalqları ilə Avrasiya sivilizasiyasının formalaşmasında həlledici rol oynamışlar, Göy Orda da daxil olmaqla çoxlu dövlətlər və imperiyalar yaratmışlar, onların varisləri bütün Avrasiya kontinentinə yayılıb.
Lakin bütün bunlar müasir Türkiyə Respublikasına ərazi iddiası üçün heç bir əsas və xüsusi hüquq vermir. Xronoloji cəhətdən müasir Türkiyənin nə türklərin ilk mənşəyi ilə, nə də türklərin mədəniyyət və ənənələrinin qorunub saxlanması ilə heç bir əlaqəsi yoxdur. 
Türkiyə millətçilərinin belə yersiz ədaları Ərdoğanı namünasib vəziyyətə salır, xüsusən də nəzərə alsaq ki, türk millətçilərinin iddia etdikləri ərazilərə Çinin Sincan-Uyğur avtonom dairəsi də aiddir. Ərdoğan Çinin timsalında özünə düşmən qazanmağı heç arzulamazdı. Bundan başqa o Rusiya ilə də münasibətləri korlamaq istəməzdi. Yəqin özünü qoçaq oğlan hesab edən Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalının bu məsələyə öz baxışları var.
Türkiyənin hazırkı siyasi elitalarında ən azı 3 istiqamət var. Birincisi atlantik vektordur ki, ABŞ-a və Qərbə meyllənib. İkincisi Rusiyaya orientasiya olunmuş və Avrasiya inisiativlərində iştirak edən avrasiyaçı vektordur. Üçüncüsü millətçi vektordur ki, Türkiyə maraqlarına ziyan vurur, hər dəfə həm Türkiyənin, həm də Ərdoğanın dünya arenasında mövqelərini zəiflədir.
Bundan başqa Fətulla Gülənçi şəbəkələr də var. Hətta Türkiyəyə xaricdən import olunmuş radikal islamçılar da var. O cümlədən Türkiyədə bölücülüklə məşğul olan çoxlu sayda xırda ideoloji və siyasi istiqamətlər var.
Belə bir vəziyyətdə Türkiyə liderinin əsas məşğuliyyəti milli birliyin və vəhdətin saxlanılması, müasir Türkiyə dövlətçiliyinin heç olmasa minimal stabilliyinin və davamlığının qorunması olmalıdır. Daha dərdi-səri nə tarixi cəhətcə, nə də sivilizasiya sarıdan nəinki indiki Türkiyəyə, heç Osmanlı İmperiyasına heç bir aidiyyatı olmayan ərazilərə baş vurmaq olmamalıdır.
Türkiyənin daxilində siyasi parçalanmaların və ideoloji çarpışmaların kəskinləşdiyi indiki şəraitində “neoosman imperiyası” kimi mifoloji proyektlərin ortalığa atılması və ya “türk dünyası” məsələsinin müzakirə olunması nəinki heç bir tarixi əsasa malik deyil, həm də syasi cəhətdən çox təhlükəlidir.

BİRLİKDƏ QƏRBİ REGİONUMUZDAN QOVUB RƏDD EDƏCƏYİK

Qərb müharibələr yolu ilə planetin istənilən regionunda öz hegemonluğunu bərqərar etmək istəyir. Müharibə ABŞ-ın həmin regiona soxulması üçün əsas verir. Amerikan polittexnoloqlarının dünyanın hər yerində konflikt yaratmaq və müharibə ocağı alovlandırmaq istəyi də bundan qaynaqlanır. Rusiyanın Qarabağda sülh yaratması Qərb polittexnoloqlarında böyük narazılıq yaratmışdır. İmzalanmış üçtərəfli müqavilələr Qərbi və regiondakı amerikan şəbəkələrini qane etmir. Onlar həmişə olduğu kimi bir neçə istiqamətdən eyni vaxtda hərəkət etməklə vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Antirus təbliğat sel kimi axır. Həm Azərbaycanda, həm Ermənistanda, həm də Türkiyədə Rusiyaya qarşı qaralama kampaniyası aparılır. Rəsmi mətbuatda müəyyən qədər hədd gözlənsə də saytlarda və sosial şəbəkələrdə yalan informasiyalar fonunda nüftət dalğası aşıb daşır. Əsas hədəf – Rusiya sülhməramlılarıdır. Onlar regionda real sülhün yeganə qarantıdırlar ki, bu da dediyimiz kimi Qərbi və amerikan polittexnoloqlarını qane etmir. Çalışırlar ki, həm Azərbaycan, həm Ermənistan tərəfini rusofob ritorika ilə qızışdırsınlar, rus sülhməramlılarını regionda nifrət mənbəyinə çevirsinlər. Hər tərəfə bir cür nağıl quraşdırıb danışırlar. Ermənilərə yeridirlər ki, ruslar müharibədə onlara lazım olan dəstəyi vermədi, azərbaycanlılara yeridirlər ki, ruslar ermənilərə kömək edirlər. Hər iki tərəfi qızışdırırlar ki, müharibəyə yenidən başlamaq lazımdır. Bu məsələdə əsas xeyir güdən ABŞ-dır. Çoxları fikirləşmir ki, müharibənin yenidən başlanması kimin maraqları çərçivəsindədir.
Azərbaycan, Türkiyə və Ermənistan rəhbərliyinin əsas vəzifəsi regionda sülhü möhkəməndirmək, destabilizasiyaya gətirib çıxaran bütün faktorları aradan götürmək, Qərb şəbəkələrinin işlərə burun soxmasının qarşısını almaqdır. Amerikan şəbəkələrini neytrallaşdırmaq, amerikanların təlimatı ilə qurulmuş antirus təbliğatının maliyyə mənbələrini qapamaq, Avrasiya inteqrasiyası proyektlərinin realizasiyası üçün möhkəm özül yaratmaq - bunlar region ölkələri liderlərinin məsuliyyət zonasıdır. Müharibə şəraitində və ya saqqız kimi uzanan konfliktlər fonunda Avrasiya inteqrasiyası mümkün deyil – bunu Vaşinqtonda gözəl anlayırlar. Avrasiyaçı proyektlər, onların uğurlu realizasiyası ABŞ-ın postsovet məkanında, o cümlədən Qafqazda apardığı atlantik geopolitika üçün təhdiddir.
Xüsusən Ermənistan həddən artıq çətin vəziyyətdədir. 44 günlük müharibədən sonra ölkə məhv olmaq, xəritədən silinmək həddinə gəlib çatmışdı. Bu, Ermənistanın Qərbə meyllənməsi ilə əlaqədardır. Ermənistanda fəaliyyətdə olan siyasi təşkilatlar hamısı Qərb polittexnoloqları tərəfindən yaradılmışdır. Ermənistanda Sorosa bağlı olmayan partiya yoxdur.
Ermənistan Qərbyönümlü istiqamətdən ayrılmasa, dövlət kimi Yer üzündən silinəcək. Ermənistan dəqiq müəyyənləşdirməlidir Qərbin tərəfindədir, yoxsa Rusiyanın. Əks təqdirdə Ermənistanı gələcəkdə böyük problemlər gözləyir. Əgər Ermənistan dövlət kimi qalmaq istəyirsə, Qərb ilə oynaşmağa son qoymalıdır. Qərbin nəzərində Ermənistan israf materialı, onun sakinləri isə vəhşi və varvarlardır.
Ermənistan lideri öz siyasi orientasiyasını dəyişməlidir. O açıq-aydın şəkildə Avrasiya inteqrasiyası layihələrini dəstəkləməlidir və Ermənistana Qərbin müdaxiləsinə son qoymalıdır. O xarici agentlər haqqında qanun qəbul etməli, ölkədə fəaliyyət göstərən minlərlə amerikan QHT-sini Belorusda olduğu kimi bağlamalı, ölkəyə diplomat adı ilə doluşmuş, əslində isə kəşfiyyat işləri ilə məşğul olan saysız-hesabsız amerikalını ixtisara salmalıdır. O cümlədən rusofob elementlərin dərsini verib ağıllandırmalıdır. Bu aydın və birmənalı addımlar atılmasa Rusiya erməni dövlətinin saxlanmasına heç bir qarantiya verməyəcək. Ermənistanın 2 yolu var. Ya Avrasiya proyektlərinə qatılaraq Rusiyanın müdafiəsi altında olacaq, ya da amerikan geopolitik maraqları tonqalında yanacaq.
Avrasiya inteqrasiyasının əsas motoru məhz Rusiyadır. Rusiya – Avrasiya xartlendidir, tarixin coğrafi mehvəridir. Rusiyanın regionda aktiv iştirakı, güclü pozisiyası, Moskvanın realizasiya etdiyi aydın və ölçülü-biçili avrasiyaçı geopolitik modeli olduqca vacibdir. Bütün bunlar olmasa region yenidən amerikan geopolitik kontrolu altına düşə bilər.
Bu gün Qafqazın söz sahibi Rusiyadır. Rusiya – Avrasiyanın geopolitik mərkəzidir. Rusiya sülh, əmin-amanlıq və inkişaf mənbəyidir. Rusya bizim gözlərimiz qarşısında formalaşmaqda olan gələcək çoxqütblü dünyanın Avrasiya sivilizasiyasının cazibə mərkəzidir.
Qərb öz destruktiv modelləri, müharibələri, özündənrazılığı, sivilizasiya razismi və dünyaya yiyələnmək arzusu ilə Avrasiyadan rədd olub getməlidir. Qərb əslində yerdə qalan bəşəriyyəti öz maraqları çərçivəsində istismar etmək, ənənəvi Qərb müstəmləkəçiliyi ruhunda çapıb talamaq niyyətindədir ki, bu niyyətini demokratiya və insan hüquqları kimi gəlişigözəl sözlərlə pərdələmişdir. Amerikan mərkəzli dünyada yalnız Qərb “insanı” (postinsan) hüquqlara malikdir, yerdə qalanlar isə Qərb maraqları çərçivəsində amerikan istismarının obyektləridir. Əsrlər boyu belə olub, belə də olacaq, heç nə dəyişməyəcək. Əgər biz istəsək Qərbi çox asanlıqla öz evimizdən rədd edərik. Əgər biz sülh, əmin-amanlıq və inkişaf istəyiriksə, yığışaraq onu öz ümumi Avrasiya evimizdən qovmalıyıq. Və bunu edəcəyik də. Əgər Qərb könüllü şəkildə rədd olub getməsə, biz ona bunda kömək edəcəyik. Birlikdə onu çölə tullayacayıq. Əks təqdirdə bizim regionda sülh, əmin-amanlıq və inkişaf olmayacaq. Heç vaxt olmayacaq.

AZƏRBAYCAN XALQINA MÜRACİƏT: AZƏRBAYCAN VƏ RUSİYA XALQLARININ ÜMUMİ DÜŞMƏNİ VAR — ABŞ

Biz böyük dövlətin süqutunu yaşadıq ki, Cənubi Qafqazda problemlərin yaranması və Rusiyanın qeyri-müəyyənliyə və çaşqınlığa qərq olması ilə nəticələndi. Yaxşı xatırlayırıq ki, bir çox postsovet respublikaları necə böyük həvəslə Qərbin ağuşuna can atdılar, böyük ümidlər içində Amerika və Avropa ilə əlaqələr qurmağa başladılar. Və əlbəttə ki bu ümidlərin necə puç olmasının da şahidi olduq.
Azərbaycan da öz təcrübəsində Avropanın və Amerikanın nə olduğunu sınaqdan keçirmişdir. Amerikanın necə bir qəddarlıqla və kobudluqla nəinki öz düşmənlərinin, o cümlədən neytral qüvvələrin, hətta onu özünə dost sayanların da öhdəsindən gəldiyini biz hamımız görürük. Yaxın Şərqə baxmaq kifayətdir ki, amerikanyönümlü rejimlərin bir-birinin ardınca necə çökdüyünün, Misirdə Mübarək rejiminin necə yıxıldığının, Qəddafinin qollarının necə burularaq amerikanyönümlü terrorçulara şırğalanmağa verildiyinin, Əsədlə necə əvvəl sakit ticarət qurub, qarşılıqlı ünsiyyət yaradıb, sonra üstünə İŞİD orduları göndərmələrinin şahidi olaq. Yəni Qərb üçün özündən başqa heç bir müttəfiq yoxdur, müqəddəs heç nə yoxdur, heç bir razılaşma və öhdəlik də vecinə deyil. Qərblə əlaqələr — həmin ölkənin müstəqilliyinin itirilməsi ilə nəticələnir, ölkəni xaosa qərq edir və məhvə sürükləyir. Qərbə dövlətlərdən maksimum lazım olan şey, xüsusən də postsovet respublikalarından istədiyi- ərazilərində ABŞ və NATO hərbi bazaları qurmaqdır. Tabe olanları da tabe olmayanlarla birgə ətçəkənə verirlər.
Başa düşmək lazımdır ki, Azərbaycan da bu taledən yan keçməyib və Qərblə təmasını davam etdirərsə, əvvəl-axır öz müstəqilliyini itirirək dediyimiz alqoritm üzrə məhvə yuvarlanacaq. Azərbaycan da eyni alqoritm üzrə Ermənistanda baş verən amerikanyönümlü maydan inqilabı ilə üzləşəcək və fəlakətlərə düçar olacaq.
Ermənistan Rusiyanın strateji müttəfiqi sayılmaqla iyirmi ildən çox idi ki, amerikan və Qərb strateqlərinin boğazında sümük kimi qalmışdı. Nəticədə biz nə gördük? Eyni ssenari, eyni alqoritm işə salındı, Qərb polittexnoloqlarının yazdığı eyni metodlarla Yerevanda da Ukraynada, Gürcüstanda və digər postsovet respublikalarında müşahidə etdiyimiz maydan həyata keçirildi. Amerikanlar praqmatik adamlardır və “it works” prinsipi ilə hərəkət edirlər. Yəni əgər hansısa metod işləyirsə, demək ondan istifadə etmək gərəkdir. Və bizi inandırmaq lazım deyil ki, bəs bu Ermənistanda xüsusi hadisədir, bəs bu maydan deyil, sadəcə xalq korrupsioner hakimiyyətə qarşı qalxmışdır – Paşinyanın hökumətində oturanların siyahısına baxan kimi anlamaq olur ki, bütün bu söhbətlər cəfəngiyyatdır. Ermənistanda sırf maydan həyata keçirilmişdir – sadəcə istənilən ölkədə rast gəlinən neqativ enerji yenə Qərbin və ABŞ-ın maraqları çərçivəsində qanuni hakimiyyətin devrilməsinə yönəldilmişdir. Burda heç bir eksklüzivlik, heç bir xüsusilik yoxdur.
Bunları, xüsusən də Gürcüstanın çoxdan amerikanlar tərəfindən ələ keçirildiyini anlayarkən, –orda amerikan hərbi bazaları, NATO hazırlıq mərkəzləri yerləşib, gürcü elitalarının rusofob ritorikası isə hakimiyyətdə kimin olmasından asılı olmayaraq fontan vurmaqdadır,– biz belə bir məntiqi nəticəyə gəlirik ki, Azərbaycan bu gün Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi olaraq qalır. Fakt belədir. Bir az əvvəl belə deyildi, amma indi Azərbaycanla Rusiyanın ən dayanıqlı, özü də strateji münasibətləri qurulub. Ermənistandakı maydanı və Gürcüstanın Qərb tərəfindən çoxdan ələ keçirilməsini nəzərə alsaq, demək olar ki Azərbaycan Qafqaz respublikaları arasında Rusiyanın yeganə dostudur.
Burdan nə nəticə hasil olur? Şübhəsiz ki, həm Rusiya, həm də bütün postsovet ölkələri, o cümlədən də Azərbaycan üçün təhlükəsizlik məsələsi ön yerdədir. Əsas təhlükə mənbəyi isə ölkələri bir-birinin ardınca suverinlikdən məhrum edən, fəlakətlərlə üz-üzə qoyan ABŞ-dır. Məhz ABŞ rəngli inqilablar törədir, maydanlar qurur, ölkələri bir-birinin ardınca öz strateji nəzarəti altına salır və suverenlikdən məhrum edir. O cümlədən Qərbdə yaradılmış, dövlətçilikləri məhv etmək üçün sırf əldəqayırma texnoloji maşın olan İŞİD kimi beynəlxalq terrorizmin qollarını işə salaraq öz istədiyini həyata keçirir. Suriyada açıq-aydın şəkildə ortalığa çıxdı ki, İŞİD kimi terrorçu təşkilatlar Qərb maraqlarında fəaliyyət göstərən əldəqayırma texnoloji instrumentdir. Bu instrument Qərb, ABŞ və NATO-ya xoşgörünüşlü bəhanə verir ki, istənilən dövlətin işinə qarışsınlar, istənilən regiona dürtülsünlər, istənilən məkanı dağıtsınlar, istənilən xalqı xaosa, qan-qadaya və qətliama qərq etsinlər.
Beləliklə, müasir dünya və müasir dövlətlər üçün 2 əsas təhlükə faktoru var: ABŞ və ABŞ-ın doğurduğu beynəlxalq terrorizm. Bu təhlükələrə qarşı effektiv mübarizə apara biləcək yeganə güc – Rusiyadır. Biz bunun Suriyada şahidi olduq. İŞİD kimi beynəlxalq terror təşkilatları istənilən ölkəni çökürtmək iqtidarındadır. Arxasında böyük qüvvələrin durduğu belə təşkilatların qarşısını heç kəs ala bilməz. Əgər Allah eləməmiş, bir anlığa İŞİD-in terrorçu şəbəkələrinin Azərbaycan ərazisinə girməsini təsəvvür etsək, çox dəhşətli nəticələr olardı. Qarabağ probleminin yaratdığı fəsadlar bununla müqayisədə cüzi olardı. Suriya nümunəsi göz önündədir.
Ona görə də Rusiya ilə müttəfiqlik, strateji, hərbi-strateji əlaqələr həyati vacib məsələlərdir. Əlbəttə çoxvektorlu siyasət həyata keçirərək regionda hamı ilə müttəfiqlik münasibətləri qurmaq olar, amma geopolitik nöqteyi-nəzərdən heç bir ikimənalılıq ola bilməz. Geopolitik seçim ciddi şəkildə birmənalı olmalıdır: ya atlantik geopolitik seçim, ABŞ və Avropaya yönlənmək (Avropa özü də ABŞ-ın nəzarəti altındadır və hazırkı durumu ilə amerikan koloniyasını xatırladır), ya da avrasiyaçı geopolitika, avrasiyaçı seçim və Rusiya ilə qarşılıqlı əlaqə.
Geopolitika kimi ciddi məsələlərdə ikimənalılıq qətiyyən ola bilməz. Rusiya və Türkiyə arasında qarşılıqlı əlaqənin interfeysi olmaqla məhz azərbaycanlılar həm türklərlə, həm də ruslarla gözəl anlaşırlar ki, bu da Moskva ilə Ankaranın yaxınlaşmasına unikal imkan verir. Rusiya ilə Türkiyənin yaxınlaşmasında məhz Azərbaycanın rolu həlledicidir. Azərbaycanlılar həm də Rusiya ilə İranın qarşılıqlı anlaşma yaratmasının interfeysidirlər. Və bu çoxvektorluluq – Azərbaycanın əsas kozırıdır.
Qərb Qafqazda özünün koloniya prinsipini həyata keçirir və təbii resursları sümürüb aparır. Rusiya isə Qərbə qarşı dayanmaqla regionu təhdirlərdən qoruyur. Azərbaycanlılar başa düşməlidirlər ki, Qərb soyğunçuluqla məşğul olur, Rusiya isə çiçəklənmə gətirir. Tarixən belə olub, belə də olacaq.
Qərbin idarə etdiyi mətbuatda gedən məişət söhbətlərinə fikir verməmək, məsələlərə sivil mövqedən yanaşmaq lazımdır. Qafqazda destabilizasiya mənbəyinin əslində nə olduğunu, ölkənin və xalqın gələcəyi üçün hansı layihənin daha tutarlı və səmərəli olduğunu anlamaq gərəkdir.
Avrasiya Birliyi, ya NATO? Seçim budur. İnsanın ənənələrə bağlı insan olmaqdan çıxıb postinsana çevrilməsini nəzərdə tutan Qərbə inteqrasiya Azərbaycan xalqına nə verəcək? Fikirləşin və öz seçiminizi edin. Xaos və dağıntı gətirəcək təhdidləri müəyyənləşdirmək zamanıdır. Dediyimiz kimi, heç bir postsovet dövləti ayrı-ayrılıqda ABŞ-ın dünyada qurduğu terrorçu şəbəkələrin öhdəsindən gəlməyə qadir deyil. ABŞ-ın və onun yaratdığı terrorun öhdəsindən gəlməyə yalnız Rusiya qadirdir.
Bir daha təkrarlayırıq ki, geopolitik nöqteyi-nəzərdən heç bir ikimənalılıq ola bilməz. Ya Rusiya iləsən, ya da Qərblə!
Ya Avrasiya inteqrasiyası proyektləri çərçivəsində stabillik və təhlükəsizlik qazan, ya da təhlükə və amerikan ssenarisi üzrə suverenliyini itirmək növbəni gözlə!
Mən Azərbaycan xalqını avrasiyaçı geopolitik seçimə üstünlük verməyə çağırıram. Xalqlarımız regionda təhlükəsizliyi təmin etmək üçün bir-biri ilə əl-ələ verməlidirlər.
Hər iki ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti Rus və Azərbaycan xalqlarının təhlükəsizliyində mühüm rol oynayır və müştərək gələcəyimizin qurulmasına böyük yol açır.



Müəllif: Valeri Korovin















Tərcümə: Cəmil Şirvanov