31.05.2021

İmam Xomeyni və dini təfəkkürün dirçəlişi dünya şərqşünaslarının nəzərində

Dini təfəkkür insanın düşüncə və əməlinin «dini sabitlər»ə tabe şəkildə davrandığı bir düşüncədir. «Dini sabitlər» insan zehnindən xaricdə vəhy edilən kimi mövcud olan əbədi həqiqətlərdir. Bu sabitlər heç vaxt azalmır və ya artmır, sadəcə insanın zehin və düşüncəsi onların dərki və qavrayışında, eləcə də əməl etməkdə güclü və ya zəif görünür. Və dini sosiologiyada səhv də olsa dini təfəkkürün gücü və qüdrəti barədə «dinin diri olması», zəifliyinə isə «dini həyatın məhvi və sonu» ifadələri işlədilir.
Qeyri-dini təfəkkürlərin əks cəhətində dayanan dini təfəkkür bütün dinlərin həyatında müxtəlif eniş-yoxuşları və onun nəticələrini təcrübədən keçirmişdir. Dəyişikliklərin sürətinin, maddi tələskənliklə hərəkət edən mədəniyyətin mənfi nəticələrinin və ondan doğan qeyri-dini təfəkkürlərin dalana dirənməsinin bəşəriyyəti həqiqi sağlamlıq və qurtuluş əldə etmək səhrasında sərgərdan qoyduğu indiki əsrdə qurtuluşun əsas yolu olaraq dini təfəkkürə qayıdış bütün dünyada artmaqdadır.

Dini təfəkkürün dirçəlişi

Deyilənlərdən məlum olduğu kimi, dini təfəkkürün dirçəlişi insanın zehin və əməl planetinin dini sabitlər orbiti ətrafında fırlanmasıdır. Son 20 il ərzində dünyada, xüsusilə qərb elmi dairələrində və kütləvi informasiya vasitələrində tədqiqatçı və sosioloqların diqqətini özünə cəlb etmiş və yüzlərlə seminar, konfrans, dəyirmi masa və kitabın, minlərlə məqalə və tədqiqatın araşdırma mövzusu olmuş bu hadisənin Ayətullahül-üzma İmam Xomeyni şəxsində böyük və yorulmaz banisi, islamçı və inqilabçı İran adlı coğrafi məkanı vardır.
Yazımızın əsas mövzusu İmam Xomeyninin (r) inkaredilməz, qətiyyətli və tam aşkar rolunun, eləcə də İslam inqilabının islami bölgələrə və dünyanın digər yerlərinə dərin və geniş təsirinin təhlilinə bir qapı açmaqdır. Əsaslandığımız dəlillər bəzi şərqşünasların, sosioloqların, yazıçıların, dini rəhbərlərin aşkar və ya üstüörtülü etirafları, həmçinin statistik rəqəmlər və bu barədə yayılan həqiqətlərdir. Onlardan biri də Almaniyanın Hannover şəhərində Fəlsəfi Araşdırmalar İnstitunun direktoru, professor, doktor Reinhardın kitabıdır. Professor Reinhard otuza yaxın İslam mütəxəssisi, xristian ilahiyyatçısı və filosofun «Avropada İslam və xristianlıq» (1992) seminarındakı çıxışlarının mətninin xülasəsini toplayıb çap etdirdiyi kitabda etiraf edir ki, ötən əsrin son iyirmi ilində İslam sıçrayışa və mühüm, eyni zamanda heyrətləndirici tərəqqiyə nail olmuşdur. O sonra İslam inqilabından qaynaqlanan dini təfəkkürün dirçəlişinin dünyanın şərq və qərbinə, hətta qərb mədəniyyətinə təsirindən danışır və xristianlara İslamı daha yaxşı öyrənməyi və müsəlmanlarla dialoq qapılarını açmağı tövsiyə edir.

Dini təfəkkürün mövcud vəziyyəti

İslam dünyasında və dünyanın digər bölgələrində dini təfəkkürün artması və yayılması göstəricisi sürətli artımdan xəbər verir. Qərb tədqiqat mərkəzləri və statistika idarələri İslam dünyası, eləcə də İslam dünyasından kənarda yaşayan müsəlmanlar barədə belə bir yekdil nəzərdədirlər ki, son illərdə:

A - İslam dünyasında

- İslami özünüdərk və dini təfəkkür insanlar, xüsusilə gənclər arasında çox güclənmişdir;
- Müsəlmanlar dini meyarlardan istifadədə və etiqadi dəyərlərə bağlılıqda daha ciddiləşiblər;
- İslam dünyasında islami hərəkatlar genişlənib;
- Müsəlmanlar güclü və kütləvi şəkildə Quranın və İslam hökmlərinin öyrənilməsinə üz tutublar;
- İslam dünya müsəlmanları üçün, xüsusilə Şərqi Avropada əsas milli və etiqadi ünsürə çevrilmişdir;
- Qeyri-dini ideologiya və təfəkkürlərin islami cəmiyyətlərdə nüfuzu kəskin azalmışdır;
- Digər din və ideologiya davamçılarının İslama üz tutmaları dünya səviyyəsində artmaqdadır. Məsələn, Fransanın ən məşhur təhlilçilərindən olan Jan Lin Kabil xəbərdarlıq xarakterli etirafında hər il Fransada 50 000 nəfərin İslamı qəbul etməsini deyir;
- Müstəqil müsəlman ölkələrin sayı 1979-cu ildəki 46 ölkədən, 1997-ci ildə 56 ölkəyə çatmışdır. Onlar BMT-nin üzvü olan ölkələrin üçdə birini təşkil edirlər və dünyanın yaşayış məntəqələrinin 25 faizindən çoxu müsəlmanların ixtiyarındadır. Həmçinin İslam dünyası ölkələrindən xaricdə yaşayan 400 milyon müsəlmanı da nəzərə alanda dünya əhalisinin 25 faizini müsəlmanlar təşkil edirlər.

B - İslam dünyasından kənarda

- Dini təfəkkürə qayıdış, Yaradana və axirətə etiqad;
- Dini və əxlaqi dəyərlər həyati dəyərlər siyahısında əvvəldə yer alır;
- Dünyanın bir çox ölkələrində, Qərbdə, xüsusilə Şərqi Avropa ölkələrində ateizm və dinsizlik  təfəkkürünün azalması. Onun ən bariz nümunələrindən biri dinə zidd təbliğatların, eləcə də xalq kütləsi arasında dinsizliyin yayılmasının azalmasıdır;
- Dinlərin düzgün həyat tərzinə malik olmasına etiqadın daim amma tədricən yayılması;
- İslahatların aparılması və yeni yolların seçilməsi üçün proqramlaşdırılmış və müntəzəm hərəkətlər.

Bunlar dini təfəkkürün dirçəlişi barədə hazırlanmış siyahıdan seçilmiş bəndlər idi. Bunların bəzisi bütün dinlər arasında müştərəkdir və «Dini fundamentalizm» kitabının müəllifi professor Klaus Kienzler onları dini meyilli yeni hərəkatların hamısının müştərək ünsürü hesab edir.
Dini təfəkkürün islami və qeyri-islami cəmiyyətlərdə son vaxtlar bu cür geniş və fərqli dirçəlişinə hansı amillərin səbəb olması barədə suala müxtəlif, amma qeyri-qənaətbəxş cavablar verilmişdir. Bəzi Qərb sosioloqları naşıcasına Sovet İttifaqının dağılmasını, iki Almaniyanın birləşməsini, soyuq müharibənin sona çatmasını və Avropa İttifaqını bu barədə müəssir amillər hesab edirlər. Lakin onların bu barədəki dəlilləri tamamilə puç və süstdür. Ona görə ki, böyük dirçəlişin mənəvi amil və səbəblərini öz pozitivist alətləri ilə müşahidə və təcrübə edə bilmirlər. Çünki belə olmasaydı, aşkarcasına görərdilər ki, bu dəyişikliklər dünya xalqlarının kütləvi şəkildə dini təfəkkürə üz tutmalarından doğur və onlar amil və səbəbdən çox, nəticədirlər. Biz bunu sosioloq və şərqşünasların  açıq-aydın və ya üstüörtülü etiraflarında da müəyyən qədər təsdiqlədiklərini və İmam Xomeynini (r) həmin dirçəlişin böyük banisi saymalarını görəcəyik.

Şərşünasların İmam Xomeyninin (r) rolu barədəki nəzərləri

Şərqşünasların təfəkkür tərzi, hədəfləri və iş üslubları barədə əlimizdə meyarlar olduğu üçün onların İmam Xomeyninin (r) böyük şəxsiyyəti barədəki nəzərlərinin kökündə nəyin durmasını müəyyənləşdirmək elə də çətin deyil. Həmin nəzərlər sükutdan, həqiqətin gizlədilməsindən, qərəzli və uydurma rəylərdən, ehtiyatlı və üstüörtülü etiraflardan ibarətdir. Əlbəttə öz elmi sədaqətlərinə bağlı olan bəzi agah şərqşünaslar bu böyük kütlədən ayrıdırlar və onların özü də sözügedən düşüncə əyriliyindən fəryad qoparırlar. İslama münasibətdə ən çox həmrəylik və sədaqət nümayiş etdirən şəxslərdən biri də məşhur alman alim və şərqşünası, professor Anna Mari Şimeldir ki, narahatlığını belə bildirir: «Məni çox narahat edən və incidən şey İslamın əziz Peyğəmbərinin (s) qərbdə çox tanınmamasıdır. Avropada çox az adam bilir ki, o milyonlarla müsəlmanın məhəbbət simvoludur». (Sitat professor Şimelin Londonda nəşr edilən «İttilaat» qəzetinin 18 fevral 1997-ci il sayına müsahibəsindəndir).
Həmçinin məşhur fransız şərqşünası Maksim Rodinson «İslamın cazibələri» kitabında şərqşünasların təfəkkür tərzləri və səhv davranış üslublarını tənqid edərək yazır: «...Əlbəttə şərqşünasların İslam barədə tədqiqat aparmalarının əsas məqsədi İslamla mübarizə aparmaq olub».
Avropada islamşünaslıq tədqiqatları orta əsrlərdən indiyə kimi – yəni İspaniyada katolik missionerlərə xidmət məqsədi ilə başlanan zamandan ensiklopediya əhli və Hegelin dövrünə, nəhayət bizim dövrə qədər davam etmişdir. Lakin avropayönümlü, ziddiyyətli, tədqiqat üslublarına uyğun olmayan şəraitdə aparılmış, səhv fərziyyələr irəli sürülmüş və müvəqqəti üsullardan istifadə edilmişdir. Buna görə də həmin istiqamətdə «tətbiqi dinşünaslıq», «dinlərin tarixi» və «dini elmlər» adı altında yaradılan dırnaqarası elmi fakültələr indiyə kimi avropalılara İslamı olduğu kimi tanıtdıra bilməmişdir. Çünki onlar İslamda dini təfəkkürün araşdırılması meyarlarını xristianlıq təfəkkürü tarixi səviyyəsinə endirmişlər. Qərb islamşünaslarının əsas problemi onların İslamın hərtərəfli, kamil din və İbrahimi dinlərin sonuncusu olmaqla yanaşı həm də köklü, geniş və digər mədəniyyətlərdən müstəqil bir mədəniyyət olmasını bilməmələridir. Buna görə də Quranın gözəl «onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər» (Şuəra surəsi, ayə 225) ifadəsinin nümunəsi olan Qərb islamşünasları İslamı bir din səviyyəsində olduğu kimi araşdırmırlar. Əvvəlcədən zehnlərində formalaşdırdıqları təfəkkürlə, ürəkləri istəyən bəzək-düzəklə dünən durduqları yerdə mövqe tuturlar. Buna görə də təbii şəkildə onun həqiqi mənasının, təlimlərinin, hökmlərinin və inkişafının dərk edilməsində aciz qalırlar.
Bütün deyilənlərdən sonra şərqşünasların İslam və təbii olaraq İslam inqilabı, xüsusilə imam Xomeyninin (r) parlaq xüsusiyyətləri barədəki mövqeləri bəllidir. Lakin onun dini təfəkkürün dirçəlişinə təsiri o qədər dərin, geniş, əsaslı və aydındır ki, bunları yarım cümlə ilə, üstüörtülü və ya aşkar şəkildə olsa belə, etiraf etməkdən başqa çıxış yolları yoxdur. Mənim fikrimcə heç şübhəsiz ki, zaman İmam Xomyeninin düşüncələrinin həqiqətlərinin üzə çıxmasına ən yaxşı şahiddir və o etirafları daha güclü və əhatəli edəcəkdir.

İmam Xomeyni (r) - islami təfəkkürün dirçəlişinin böyük banisi

Qərb şərqşünasları və sosioloqlarının əksəriyyəti İmam Xomeyninin (r) islami təfəkkür və dəyərlərin dirçəlişinin ən böyük banisi olması barədə yekdil fikirdədirlər. Həmçinin etiraf edirlər ki, İmam Xomeyni (r) XIX əsrdən «İmam Xomeyni hərəkatı»nın başlamasına kimi olmuş «panislamist»lərin, eləcə də islamçı islahatçıların, yenilikçilərin və oyanışçıların ideya şəklində təbliğ etdikləri məsələni əməldə gerçəkləşdirmiş və yeni islami renessans dövrünü yaratmışdır.
Auqusburq Universitetinin İlahiyyat fakultəsinin müəllimi və «Qiyamət» (1976), «Əfsanə və iman» (1985), «Din fəlsəfəsi» (1988), «Yeni fundamentalizm» (1990) və «Dini fundamentalizm» (1996) kimi mühüm əsərlərin müəllifi, professor doktor Klaus Kienzler «Dini fundamentalizm» kitabının 11-ci səhifəsində yazır: «Yetmişinci illərdə islami həyatı dirçəldən hərəkatlara «fundamentalist» adı verildi. Hamının fikri hər şeydən çox (İmam) Xomeyninin rəhbərliyi altında inqilab etmiş İrana yönəlir. Bu hərəkat İrandan sonra İslam ölkələrinin çoxunu bürüdü. Həmin islami renessans sonda hamı, xüsusilə Qərb dünyası üçün çox təəccüblü və gözlənilməz idi. Çünki həmin zamana kimi qərbdə elə bilirdilər ki, XİX əsrdə istismarçı və imperialist qüvvələrin islam və ərəb ölkələrinə həqiqətən də amansızcasına təcavüzləri nəticəsində İslam dini liberalizm və təəssübkeşliyə düçar olmuşdur».
O daha sonra yazır: «Şiə ölkəsi olan İranda (İmam) Xomeyninin rəhbərliyi altında İslam dininin siyasi qüvvəsinin fəallaşması ilə fundamentalizm kəlməsi yeni məna tapdı və onun əlaməti İslam dininin siyasiləşməsidir. Sudan, Pakistan və digər müsəlman ölkələrində sünni qrupları da həmin növ fundamentalistlərdir. Bu cür fundamentalizmin məqsədi Yer üzündə dini hökumətin (ilahi dövlətin) bərqərar edilməsidir ki, hazırda İslamın ənənəvi hüquq sisteminin, yəni İslam şəriətinin kobud şəkildə bərpası formasında üzə çıxmışdır və bu növ fundamentalizmin Quran təlimlərinə dəqiq və mütləq tabeçiliyi bir çox müsəlman ölkələrində bütün növ Qərb rasionalizmi və liberalizminin nüfuzunun birmənalı şəkildə rədd edilməsinə səbəb olmuşdur».
Əsərləri indiyə kimi dünyanın 23 dilinə tərcümə edilmiş yəhudi mənşəli ən məşhur amerikalı şərqşünas, professor doktor Bernard Levis özünün «Allahın Özü, İslam dünyası və qərb: mədəniyyətlərin müharibəsi?» kitabının 214-cü səhifəsində yazır: «İslam Respublikasının qurulduğu ilk illərdə İslam dini mənlik və vəfadarlığın elan olunmuş əsası idi. Xarici siyasətin, həmçinin ümumilikdə dövlət siyasətinin hədəfini İslam inqilabının əhatə dairəsini genişləndirməklə, etiqad və İslam hüququnu bərpa etməklə İslamın həyatının dirçəldilməsi, islami qüdrət və əzəmətin yenidən təsbiti təşkil edirdi. ABŞ şah və onun muzdurlarını himayə edən və İranın daxili işlərinə müdaxilə edən, bundan da mühüm, İranın köhnə düşməni qərbin rəhbərliyi öhdəsində olan qüdrət kimi bu proqramın ilk və ən böyük düşməni sayılırdı». 
Yazının davamında İmam Xomyeninin ABŞ-ı «böyük şeytan» adlandırmasının izahında vurğulayır: «İmam Xomeyni hegemon ABŞ dövlətinin düşmənçilik etməsindən qorxmurdu. Onun ABŞ barədəki narahatlığı amerikansayağı həyat tərzinin aldadıcılığı idi. İranda qərbpərəstlik adlandırılan Qərb sapqınlığı təhlükəsi xeyli vaxt öncədən iranlı yazıçıların ən çox diqqət yetirdikləri mövzulardandır».
Professor Bernard Levis həmin kitabının 177-ci səhifəsində müsəlman ölkələrində müasir dini təfəkkürün dirçəlişi hərəkatlarının müvəffəqiyyətlərini bir-biri ilə müqayisə edir: «Misir ifratçıları təkcə öz rəhbərlərini məhv edə bildilər, amma Misir rejimi nicat tapdı və öz siyasətini davam etdirir. Amma iranlı ifratçılar daha çox müvəffəqiyyət əldə edə bildilər. Onlar hakim rejimi devirdilər və öz ölkələrində elə geniş bir inqilab etdilər ki, şöhrəti bütün İslam dünyasını bürüdü».
Avstriya Milli Müdafiə Nazirliyinin hərbi xidmətlər birliyinin müəlliflər qrupu 1995-ci ildə çap edilmiş «Yaxın Şərqdə və Afrikanın şimalında ordu qüvvələri» adlı kitabın 282-283-cü səhifəsində yazır: «İranda şah rejiminin devrilməsi və (İmam) Xomeyni hökumətinin işə başlaması ilə geniş çərçivədə gözlənilməz yeni islami həyat başlandı və o çox qısa bir zaman ərzində bütün İslam dünyasına əsla gözlənilməyən çox mühüm siyasi və mədəni təsirlər göstərdi. Şübhəsiz, bu yeni islami həyat hərəkatı (İmam) Xomeyninin şəxsiyyəti ilə elə bağlanmışdır ki, o, islami dirçəlişin simvoluna çevrilmişdir. (İmam) Xomeyninin siyasi təvəllüdü ilə İslam dini siyasi hadisələr yaradan ən mühüm qüvvəyə çevrilmişdir».
Almaniyanın (Hamburq) Şərqşünaslar İnstitunun direktoru və «Müasir dövrdə İslam» kitabının müəlliflərindən biri, professor doktor Udo Steinbax həftəlik «Die Zeit» qəzetinə müsahibəsində deyir: «(İmam) Xomeyni ilk dəfə olaraq islami inancları İslam Respublikası formasında İranda İslam dövləti qurmaqla gerçəkləşdirən ilk şəxsiyyətdir. (İmam) Xomeyni dini qüvvələri İslam inqilabı vasitəsi ilə qərb tərəfdarı olan rejimə, yəni şah rejiminə qarşı səfərbər edən şəxsiyyətdir».
«Salzburger naçriçten» qəzetinin ən məşhur islami yazarlarından olan Klaus Berinq qəzetin 1994-cü il 8 aprel sayında Türkiyədə bələdiyyə seçkilərində islamçı Rifah partiyasının qələbə çalması münasibəti ilə «(İmam) Xomeyni nümunəsi bütün dünyada islamçıları hərəkətə gətirmişdir» başlığı altında yazdığı məqalədə deyir: «Quran təlimlərinə və İslam şəriətinə qayıdış təbliğatçılarının tərəfdarları islam cəmiyyətlərinin təkcə məhrum kütlələri deyil. Hətta mütəfəkkir və seçilən şəxsiyyətlərin də çoxu əsl islami dəyərlərə qayıdışı himayə edir və müasir qərb həyat tərzinə qarşı çıxmağı qərbin siyasi və texniki qəyyumluğundan qurtuluş və onlara zülm edən rejimlərin məhv edilmələri yolu sayırlar. Onlar 1979-cu ildə Ayətullah Xomeyninin vasitəsi ilə İranda qurulan İslam dövlətinin yolunu gedirlər. Əslində sünnilərin əksəriyyəti İrandakı şiə növündən olan İslam hakimiyyətini rədd etsələr də, öz ölkələrini siyasi və iqtisadi müstəqilliyə çatdırmaq istəyən (İmam) Xomeyninin və onun canişinlərinin bu istiqamətdəki səylərini alqışlayırlar. Müsəlmanların çoxunun nəzərincə (İmam) Xomeyni islami dirçəlişə çağıran şəxsiyyətlər silsiləsinin yaşadığımız əsrdə son nümayəndəsidir».
Almaniyanın Vürzburq Universitetinin «Əməli İlahiyyat» fakultəsinin müəllimi, professor doktor Ludvinq Haqeman İsveçrənin böyük tirajla nəşr edilən «Neue Zrch Zeitung» qəzetinin 1992-ci il yanvar ayının 21-də çıxan sayında çap etdirdiyi «Dindarlıqla siyasət arasında: islami fundamentalizm önə keçməkdədir» başlıqlı məqaləsində XIX əsrdə və XX əsrin əvvəllərində islami hərəkatların formalaşması tarixini təhlil edərək islami təfəkkürün dirçəlişinin üç əsasını belə qeyd edir:
1 - İslam bir daha dindarlıqla siyasətin vəhdəti şəklində irəli sürülməlidir;
2 - İslam bir daha insan həyatının istisnasız bütün sahələrini əhatə etməlidir;
3 - Dini İslam hökuməti bir daha dövlətin formasını təşkil edən əsas ünsür olmalıdır.
O sonra deyir: «İranda Ayətullah Xomeyninin vasitəsi ilə gerçəkləşdirilən İslam Respublikası bu ideyanın həyata keçirilməsi üçün yeganə münasib və aşkar nümunədir. İranın İslam inqilabının rəhbərləri şiə olmalarına və şiələrin dünya müsəlmanlarının 15 faizini təşkil etmələrinə baxmayaraq, heç vaxt öz inqilablarının şiə və ya iranlı inqilabı olması şübhəsini yaratmayıblar, əksinə İslam ümmətinə vəhdət bəxş edən (panislamist) bir inqilabçılıq göstəriblər. İslami fundamentalizm şiə və ya sünni məzhəbindən asılı olmayaraq, ümumilikdə islami vəhdət hərəkatıdır».
İslamşünas, xristian teoloqu, «İslamın siyasi məmuriyyətləri» kitabının müəllifi  professor doktor Andrea Meiyer adı çəkilən kitabın 299-cu səhifəsində yazır: «İslam inqilabı nəticəsində İran İslam Respublikasının qurulması ilə indiyə qədər misli görünməmiş şəkildə İslamın siyasi məmuriyyətinin təməli qoyulub. İlk dəfə inqilab üsullu islamçılıqdan doğan siyasi quruluş qərbpərəst qeyri-dini (sekolyar) bir rejimi əvəz etdi. Bu dəyişiklik müsəlmanların çoxunun gözündə imperialist qüvvələrin və imperialistlərdən sonrakıların hegemonluğuna qarşı qələbə idi. Hegemonluq etmək istəyən bu qərb qüdrətindən məqsəd ABŞ-dır. Buna görə də İranda baş vermiş İslam inqilabı bütün dünya müsəlmanları üçün «ideal İslam dövləti»nin tam gerçəkləşdirilməsi üçün örnəyə çevrildi».
1991-ci ildən İordaniyanın Oman şəhərində bir tədqiqat layihəsinin üzərində çalışan islamşünas və ərəbşünas alim doktor Andirey Gerber özünün çox maraqlı «İslam maliyyə və iqtisadi inkişaf mənbəyi kimi» adlı əsərində (bu kitab Avropa universitetlərinin tədris vəsaiti silsiləsi olaraq çap edilmişdir) islami həyatın dirçəldilməsi və onun coğrafi nüfuz dairəsi barədə belə yazır: «İslami həyatın dirçəlişi milli və coğrafi sərhədlərdən xaric bir məsələdir və o, ərazi və ya siyasi, iqtisadi və mədəni şəraitləri nəzərə almadan ərəb və müsəlman ölkələrinin çoxunu bürümüşdür. Bu hərəkat ancaq ərəb dünyasında və ya cəmiyyətlərinin əksəriyyətini müsəlmanlar təşkil edən asiya və afrika ölkələrində məhdudlaşmır, müsəlmanların azlıqda olduqları Hindistan, Çin, Filippin, keçmiş Sovet İttifaqı kimi ölkələri də bürümüşdür. Bundan əlavə İslami həyatın dirçəlişi ancaq hansısa məxsus ictimai və iqtisadi dəstəni əhatə etmir, əksinə müxtəlif təbəqələrə təsir göstərmişdir. Bununla yanaşı, adətən ictimai təbəqələrin ən aşağı pilləsində duran  dəstələr, o cümlədən bu təbəqədə çoxluq təşkil edən evi-eşiyi olmayan yoxsullar və  aşağı peşə sahibləri islami həyatın dirçəlişi hərəkatını səmimiyyətlə təsdiqləyirlər».

İmam Xomeyni (r) və dini təfəkkürün dünya səviyyəsində dirçəlişi

Qərb şərqşünas və sosioloqlarının İmam Xomeyninin dini təfəkkürün dünya səviyyəsində dirçəlişindəki rolu barədə həqiqəti gizlətmək və qərəzli mühafizəkarlıq göstərmələrinə baxmayaraq, onların bəzi etirafları var ki, bəzilərini nəql edəcəyik.
Qərb dünyasının ən məşhur şərqşünaslarından və ən tanınmış iranşünaslardan olan professor doktor Karsten Kople özünün «İslamın problemi» (1989) əsərinin 67-ci səhifəsində İmam Xomeynini (r) beynəlxaq təsirə malik hərəkatın banisi adlandırır: «İslam dünyasından xaricdə yaşayan müsəlmanların çoxunun öz islami mənliklərinə dönmələrinə səbəb olmuş İslam inqilabı və onun rəhbəri (İmam) Xomeyni şübhəsiz milli sərhədlərdən xaric təsir qüvvəsinə malik islami həyatın dirçəlişi hərəkatının banisidir».
O həmin kitabın müqəddiməsində Avropanın müxtəlif ictimai təbəqələri arasında dini təfəkkürün dirçəlməsini etiraf edərək, İslamın və İslam inqilabının həqiqətlərini öyrənmək şövqləri barədə belə yazır: «1979-cu ildə İranda inqilab qələbə çaldıqdan sonra siyasi vəziyyət elə dəyişdi ki, müxtəlif qruplar – müsəlman kişi və qadınlar, şagird və tələbələr, dini təlim müəllimləri, polis, dövlət işçiləri, dini cəmiyyət üzvləri, katolik və protestant kilsələri, həmçinin siyasi partiyalar tərəfindən daim bu barədə (İslamın və İslam inqilabının hərtərəfli və kamil tanıtdırılması) tələblər irəli sürülürdü.»
Professor doktor Klaus Kienzler özünün «Dini fundamentalizm» kitabında (səh.2) belə etiraf edir: «Neçə müddətdir fundamentalizmdən və «fundamentalist meyllərdən» danışmaq özü də bütün – ictimai, mədəni, siyasi sahələrdə  güclənmişdir. 1980-cı illərdə İslam inqilabı vasitəsi ilə İranda baş verən və dini köklərə qayıdış olaraq İslam dininin sərhədlərini də aşan dramatik dəyişikliklər dünya ictimaiyyətinin fikrini bu həssas hadisəyə yönəltdi».
Sonra xristianlıq və yəhudilik dinlərində, eləcə də hindu, buddist və digər dinlərdə yeni dini fundamentalizmin formalaşmasından danışır ki, onların hamısı İmam Xomeyninin dini təfəkkürün dirçəlişi üslubu ilə dinlərin təməllərinə qayıdışı və öz dini təfəkkürlərini dirçəltməyi hədəf seçiblər. Bu barədə tarixi baxımdan «klassik fundamentalizm» terminini «yeni fundamentalizm» termini ilə əvəz etmişdir. 
İmam Xomeyninin «İslam hökuməti» kitabının alman dilinə mütərcimləri müqəddimədə belə yazıblar: «Düz 1977-ci ilin yanvar ayında müqəddəs Qum şəhərində ilk güllə atılanda və ondan bir az sonra Təbriz əhalisi öz izdihamlı mitinqi ilə şah rejimi ilə mübarizəyə qalxanda «İslam hökuməti» kitabına – İslam inqilabının mühüm sənədi sayılan bu kitaba maraq yarandı. 1979-cu ilə kimi daxili ictimai-siyasi qarşıdurmalara əhəmiyyət vermədən «sabitlik yarımadası» adlanan şah rejiminin devrilməsi və İranda İslam respublikasının qurulması ilə dünyanın hər yerində Ayətullah Xomeyninin əsərlərinə maraq artdı».
«Yaxın şərqdə və Afrikanın şimalında ordu qüvvələri» kitabının müəllifləri həmin kitabın 285-ci səhifəsində belə yazırlar: «70-ci illərdə islami həyatın dirçəlişi (İmam) Xomeyninin müvəffəqiyyətinin əsası olmaqla yanaşı, həm də «yeni fundamentalizm»in siyasi zühur və doğuşuna da şərait yaratdı. İslam siyasi ideologiyaya çevrilməklə millətlərdə yeni özünüdərk yaratmaq qüdrəti əldə etdi».
Fransalı sosioloq və Paris Beynəlxalq Tədqiqatlar Mərkəzinin ərəb araşdırmaları bölməsinin müəllimi doktor Gilles Kepel Vyanada keçirilən «Dinlər avropası» konfransındakı çıxışında belə demişdir: «Fransada xüsusilə müsəlmanlar arasında dini təfəkkür dirçəlmişdir və Avropada dünyaya gəlmiş gənclər dəstələr şəklində yeni qüvvələr yaradıblar və onlar var olmaq iradəsi və ayrı-seçkilik arasında hərəkətdədirlər».
O, üstüörtülü şəkildə İmam Xomeyninin Avropa müsəlmanlarında dini təfəkkürün dirçəldilməsinə təsir göstərməsini təsdiqləyərək yazır: «Avropa müsəlmanları Salman Rüşdü və islami hicab hadisələrinə görə əxlaqi və ictimai bir hərəkata başlayıblar».
Dünya xristianlarının çox tanınmış simalarından olan və Vyananın keçmiş baş yepiskopu, kardinal, doktor Franz Koniq də «Dinlər Avropası» konfransında dini təfəkkürün beynəlxalq xarakter almış dirçəldilməsi işlərinin davam etməsinin dinə zidd təfəkkürlərlə, o cümlədən Allahın varlığını inkar etmək və dinsizliklə ciddi mübarizədən asılı olmasını vurğulayaraq belə demişdir: «Bu gün tovhid dinlərinin davamçıları arasındakı dialoqun ən mühüm vəzifəsi firqə yaradanlarla, eləcə də tək Allaha imanı olmayanlarla və bütün dinlərin düşmənləri ilə mübarizə aparmaq üçün vahid blokun yaradılmasıdır».
Xristian İlahiyyatının Əsasları İnstitunun direktor müavini, müxtəlif tədqiqat əsərləri və məqalələrin müəllifi, filosof, avstryalı şərqşünas Qotfrid Şayber özünün «Aydın cavab» (1984) adlı əsərində yazır: «İslami fundamentalizm bəhsləri təkcə tarix və siyasi elm alimlərinə çoxlu məqamlar təqdim etməyib, hətta mövzuya dini sxolastika baxımından yanaşan dini elm həvəskarlarına da çoxlu nöqtələr vermişdir». 
O kitabının digər bir yerində yazır: «Bu gün İranın vəziyyətini diqqətdə saxlayan müşahidəçiləri çox heyrətləndirən məqam xalqın Ayətullaha qeyd-şərtsiz vəfadarlıq nümayiş etdirməsidir. Əlbəttə bu həqiqət belə bir hakimiyyət üçün sxolastik əsaslar olmadan yozula bilməz. Qeyd etmək yerinə düşər ki, bu nöqtədə fundamentalizm yaxud bu gün işlənən mənada fundamentalizm yoxdur. Çünki bu gün fundamentalizm zamana uyğun gəlməyən təfəkkürü qeyd-şərtsiz qəbul etmək mənası verir, halbuki (İmam) Xomeyni mövcud təfəkkürün dəyişdirilməsini zamanın şəraitini nəzərə alaraq və İslamın sxolastik  meyarları ilə müqayisə edərək yerinə yetirmişdir».
Bunlar Qərb şərqşünaslarının, sosioloqlarının və mütəfəkkürlərinin bir çox səhv baxışların, Avropayönümlülüyün, tarixi zəminələrdə texniki səhvlərin mövcudluğuna və İslam, İslam inqilabı və İmam Xomeyni  barədə dəqiq və həqiqi məlumatın olmamasına baxmayaraq, İİR banisinin İslam dünyasında və dünyada dini təfəkkürün dirçəlişindəki rolu barədəki sözləri və nəzərləri idi. Mən tam əminliklə deyə bilərəm ki, əgər İslamın, Əhli-beytin (ə), İslam inqilabının, xüsusilə İmam Xomeyninin şəxsiyyəti və əbədi əsərlərinin yenidən tanıtdırılması istiqamətində dəqiq, hərtərəfli və elmi-tədqiqat müəssisələrinin, dünyanın elm adamlarının ehtiyaclarına uyğun strateji layihə hazırlanaraq həyata keçirilsə, şərqşünasların və dünyanın elm-mədəniyyət simalarının münasibəti həm kəmiyyət, həm də keyfiyyət baxımından nəzərə çarpacaq dərəcədə yaxşılaşacaqdır.

Doktor Mirməhəmmədhüseyn Huda
Baxın, Azərbaycanda ABŞ-İngiltərə sukalarının son ümid yeri budur: Ermənistanla Azərbaycan arasında yeni müharibə başlasın! Avrasiya  Birliyi yaranmasın, ruslar Qafqazı götürməsinlər, bunlar da xarici kəşfiyyat sukası kimi başlarına torba keçirilərək Sibirə şpal daşımağa göndərilmək ehtimalından yaxa qurtarsınlar!
Tanıyın vətən-millət adından manipulyasiya edən bu ibnələri!

Şəhid Cengiz Akyüz

Cengiz Akyüz 41 yaşında və 3 uşaq atası idi. Ondan niyə bu gəmidəsiniz sualı soruşulanda çox sadə bir cavab vermişdi: “Allah üçün”...
Şəhid Akyüzün gözəl səsi var idi və daim dostları üçün şəhadət türküləri oxuyardı. Gəmiyə minmədən əvvəl dostlarına “Artıq mənim üçün də bir şəhadət türküsü yazarsınız” demişdi.
Xanımı deyir ki, onun getmədən əvvəl məndən tək xahişi uşaqlarının namazlarına diqqət etməyim olmuşdu.
Oğlu isə şəhid atası barədə belə deyir; “Atam necə yaşamışdısa, o cür də dünyadan getdi. Həmişə bu yolda çalışıb əmək sərf etmişdi. Hər kəs buna şahiddir. O Allah üçün daim təlaşlı idi. Atamın sayəsində zülmə qarşı müqavimətin ləzzətini dadmış olduq. Biz 2012-ci ildə İsraili məhkəməyə verdik və 4 illik mübarizəmiz Türkiyə və İsrail arasında bağlanan müqavilələrə görə hökümətimiz tərəfindən sonlandırıldı. Amma bizim üçün heç nə bitməyib. Bitməyəcək. Bizə mübarizəmizdən əl çəkməyimiz üçün pul təklif edən İsrail hökümətinə də, Türkiyə Xarici İşlər Nazirinə də istəyimizin pul deyil, yalnız onların cəzalandırılması olduğunu aşkar şəkildə bildirmişik”.

Rahil Sadıqov

Əgər biz Ağdam istiqamətindən hücum etsəydik... - Prezidentdən müharibə taktikası ilə bağlı maraqlı açıqlama

"Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim "Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi”.
Bunu dövlət başçısı İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
"Mən öz çıxışlarımda və bütün "Twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”, - İlham Əliyev bildirib.
"Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq”, - Ali Baş Komandan əlavə edib.

Türkiyə Azərbaycanın borcunu nə vaxt qaytaracaq?

1921-ci il mart ayının 23-ündə Azərbaycan Türkiyəyə 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin, may ayında isə 62 sistern neft göndərdi və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və kerosin göndərmə öhdəçiliyi götürdü. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən Türkiyəyə 9 min tondan çox kerosin və 350 ton benzin yardımı edildi. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istədi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-sində Nərimanova çatdırıldı, o da dərhal 500 kq qızıl göndərdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah-sursat üçün istifadə edildi. Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu da Ankaraya göndərdi.

Bu yardımlar sayəsində döyüş içində olan ölkənin vəziyyəti normal relsə düşdü. Həmin dövrdə ac-yalavac, büdcəsi boş Türkiyə məhv olmağın bir addımlığında idi. Öz xalqımızı ac saxlasaq da, Türkiyə üçün əlimizdən gələni etdik. Türkiyə Azərbaycanın hesabına məhv olmaqdan qurtuldu.

30.05.2021

Türkiyə olmasa Azərbaycan batmaz, Azərbaycanın havayı nefti-qazı olmasa Türkiyə batar

Müşfiq Heybətov

Bəzilərinin bu kiçiklik, balacalıq, yaltaqlıq sindromu nə vaxt bitəcək görəsən?
Türkiyə vətəndaşlarına istər realda, istər sosial şəbəkələrdə, istər youtube portalının şərhlərində fikir verirəm, yazdıqlarını oxuyuram. Adamların 90%-ində konkret "Türkiyə olmasa Azərbaycan batar" təfəkkürü formalaşıb.
Halbuki əksinədir.
Demirəm Azərbaycan olmasa Türkiyə batar, amma neft-qazı olmayan bir ölkəyə nefti və qazı "şor qiymətinə" verməyimiz bəs edər.
Başqa 100 dənə şey sayaram, sadəcə yazı uzanar deyə üstündən keçirəm. 
Adamı ən çox da yandırıb tökən "kakoy ta" qulağı sırğalı "şampunçiklərin" azərbaycanlı qız-gəlinlərə şərhlərdə "merhaba küçük hanım, sonuna kadar sizinleyiz" yazıb padxod eləməyi, bir də Azərbaycan kişilərinə " Ulan Türkiye olmasaydı ermeniler Bakünü alırdı" deyib minnət qoymaqlarıdır.
Düzünü desəm onlarda günah yoxdur - günah ordumuzun uğurunu başqalarının ayağına yazaraq bunlara "povod" verənlərdədir.
Azərbaycan əsgərinin qanı və canı hesabına alınan torpağı başqalarının adına yazanlara şəhidlərimizin qanı haram olsun!

“Koçaryan qalib gəlsə deməli Azərbaycan yazıçısı Anar düz deyirmiş…” – Ter-Petrosyanın partiyasının rəsmisi

“Ermənistanda sabiq prezident Koçaryanı nəinki sevmirlər, ona ürəkdən nifrət edirlər”.
Azpost.info bildirir ki, bu sözləri Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin üzvü Vardan Malxasyan 1am saytına müsahibəsində deyib.
Malxasyan maraqlı bir müqayisəni misal gətirib: “1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar öz müsahibəsində demişdi ki, ermənilər mazoxistdirlər. Bu sözə görə o vaxt qalmaqal da qopmuşdu. Əgər Koçaryan seçkidə qalib gəlsə deməli Anarın 33 il əvvəl dedikləri düz imiş… Belə çıxacaq ki, biz Koçaryan nahaq daş atmışıq. Zor işlətmiş, xalqı qarət etmiş, ona əzab vermiş, 1 mart, 27 oktyabr gülləbaranının səbəbkarını necə dəstəkləmək olar?”
Onun sözlərinə görə, ola bilsin Koçaryanın siyasəti bu mazoxist kəsimə hesablanıb^ “Əlbəttə, Ermənistanda mazoxistlər olacaq, amma bunlar çox azsaylı kütlədir. Mən inanmıram ki, Koçaryan parlamentə keçmək üçün kifayət qədər səs toplayacaq”.
Malxasyanın sözlərinə görə, hər bir xalq öz seçdiyi rəhbərə layiq olur: “Bu gün bizə yeni tip, yeni keyfiyyətdə olan siyasi qüvvələr lazımdır”.

Londona 200 kiloqram dollar aparan azərbaycanlı ər-arvad KİMDİR?

Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları nəhayət açıqlana bilər. Bu iş üzrə Londonda davam etməkdə olan məhkəmə prosesinin gedişatı belə göstərir.
Vanessa Bareytserin mayın 27-də verdiyi hökmə əsasən, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir.
14 milyon funt sterlinq 20 milyon dollar edir, bu qədər dolların nağd şəkildə ağırlığı isə 200 kiloqramdır.
İngiltərənin əsas məhkəmələrindən biri olan Vestminister məhkəməsində həmin ər və arvadın adlarının açıqlanması üçün iddianı Britaniyada çıxan “The Evening Standard” qəzeti qaldırıb. Bu işin üstünü açmış Britaniya Milli Cinayət Agentliyi (NCA) də son mərhələdə iddiaçı tərəfin mövqeyinə qoşulub, adların açıqlanmasına çağırıb.
NCA bu ər-arvadın 10-dək müxtəlif bank hesablarında olan 6.5 milyon funt sterlinq vəsaitinin müsadirəsinə çalışır. Məhkəmə qərarında deyilir ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır. Hakim güzəşt olaraq indiyədək yalnız “X” və “Y” kimi təqdim olunan ər və arvadın adlarının açıqlanmasına yeddi gün vaxt qoyub. Onlar bu müddət ərzində qərara ədliyyə baxışının keçirilməsini təşkil edə bilərlər.
Ər-arvadın vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər. Vəkillərin iddiasına görə adların açıqlanması başqa məhkəmə baxışlarının gedişatına təsir göstərə bilər. “The Evening Standard” yazır ki, vəkillərin vəsatəti uğursuz olarsa “X” və “Y”-in adları gələn həftə ictimailəşdiriləcək.
Milli Cinayət Agentliyi azərbaycanlı ər-arvadı Seyşel adalarından tutmuş Londonun Potters Bar məhəlləsinədək ən müxtəlif yerlərdə “adı yalnız bürünc lövhələrdə olan” şirkətlərin qəliz şəbəkəsindən istifadə etməklə çirkli pulları yumaqda ittiham edir. NCA iddia edir ki, sözü gedən pul Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı Coutts, Barclays, Lloyds, Santander və Metro Bank hesablarına köçürülüb. /azerforum.com/

İranlı general 12 günlük müharibədə Qəzzadan İsrailə atılan raketlərin sayını açıqlayıb

“12 günlük müharibədə Qəzzadan İsrailə 3 mindən çox raket atılıb. Bu miqdardan min raketi fələstinlilər özləri ərsəyə gətiriblər. Raketlər qarşıdurmada dönüş nöqtəsi hesab edilir”.
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds korpusunun komandanı İsmail Qəani deyib.
İranlı general anım mərasimində çıxışı zamanı son 12 günlük müharibə ilə bağlı bir sıra məlumatları açıqlayıb.
İsmail Qəani, Ayətullah Xameneinin “Bu gənclərə raketləri Qasim Süleymani verib” fikrini təkrarlayıb və İranın dəstəyinin davam edəcəyini bildirib.
Sepah generalı tərəflər arasında qarşıdurmada 12 günlük müharibəni dönüş nöqtəsi adlandırıb.

Korovin: Təyyarədə tutulan Protaseviç MKİ-yə işləyən beynəlxalq terrorçudur

Rusiyalı politoloq, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin 24 mayda “Rossiya24” kanalına müsahibə verərək Belarusiyada məlum təyyarə insidenti və həbslərlə bağlı Rusiyanın rəsmi mövqeyi barədə öz fikrini bildirib.
O qeyd edib ki, Rusiyanın hadisəyə münasibəti gözlənilən formatda olacaq: məsələ Belarusun daxili işidir və terroristi zərərsizləşdirmək hər bir dövlətin vəzifəsidir və s.
“Rusiyanın hadisəyə reaksiyası tamamilə adekvat və məntiqə uyğundur. Düşünürəm ki, bu məsələ Belarusiyanın daxili işidir. Qoy məsələnin araşdırılması ilə Belarusun, Latviya və Litvanın aviasiya qurumları, avidaşımalara cavabdeh olan təşkilatları məşğul olsunlar. Daha doğrusu bu reaksiya Rusiyanın belə hadisələr baş verən zaman həmişə bildirdiyi tipik, standart reaksiyadır. Avropa dövlətlərinin reaksiyası haqqında isə bunu demək olmaz. Onların reaksiyası siyasidir, həmin dövlətlərin rəhbərlərinin ABŞ-a sadiqliyinə və ABŞ-ın  geopolitik layihələrinin həyata keçirilməsi prioritetinə əsaslanıb. Böyük mənada Avropa Belorusiyaya məhdudiyyətlər qoymaqla özü də növbəti dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin oyunlarına görə məhdudiyyətlərlə qarşılaşacaq. MKİ Belarusiyadakı daxili vəziyyətə aktiv müdaxilə etməklə öz agenti Protaseviç vasitəsilə ölkənin konstitusion quruluşuna qəsd edir. Protaseviç Belarusiyada mövcud hakimiyyəti devirməyə cəhd edən MKİ-nin agentlərindən biridir. İstənilən ölkədə bu cür fəaliyyət ağır cinayət hesab edilir və buna görə kifayət qədər ciddi cəza tətbiq edilir. Bu səbəbdən də Avropanın əsasən şərq ölkələrinin, xüsusilə də Latviya  və Litva kimi cırtdan dövlətlərin rəhbərlərinin reaksiyaları vəziyyətin sırf siyasi xarakter daşıdığını göstərir. Bu bəyanatlarda hüquqi qiymət verməkdən söhbət belə gedə bilməz” – deyə Korovin vurğulayıb.
Bundan başqa politoloq niyə Rusiyanın məsələyə sakit, Avropanın isə isterik yanaşması barədə sualını cavablandırarkən politoloq deyib: “Rusiyanın mövqeyi həmişəki kimi sakit, təmkinli, mülayim və sağlam məntiqə əsaslanmış şəkildədir - ajiotajsız, isterikasız. Çünki qeyri-adi heç nə baş verməmiş, Qərb xüsusi xidmət orqanlarının ruhuna tam uyğun proseslər baş vermişdir. Təyyarədə olan Protaseviç beynəlxalq terrorçudur. O Avropa dövlətlərindən birinin konstitusion quruluşuna və suverenliyinə qəsd edən bir terrorçu olduğuna görə böyük ehtimalla onda bomba da var idi. Protaseviçdə bombanın olması ehtimalı eynilə İraqda kütləvi qırğın silahının və ya Suriyada kimyəvi silahların olması ehtimalına bərabər bir ehtimal idi. Daha doğrusu, əgər bir təyyarədə terrorist uçursa, deməli o üzərində bomba da apara bilər. Ona görə də qeyd etmək lazımdır ki, Belorusiya Xüsusi xidmət orqanları məsələyə sırf Qərb xüsusi xidmət orqanlarının yanaşması ilə hərəkət ediblər. Çexiya, Latviya, Litva kimi açıq-aşkar ABŞ-ın vassalı olan, Dövlət Departamenti tərəfindən birbaşa idarə edilən,  MKİ-nin Avropadakı bütün oyunlarında qulluqçu kimi ona bağlı olan Şərqi Avropa dövlətlərinin liderlərinin belə isterik hərəkətləri təəccüblü deyil. Onlar Belarusiyada mövcud hakimiyyəti devirmək istədilər, onların agentləri məhz elə Qərb metodları ilə tutuldu və onlar bundan çox narazadırlar və iztirab çəkirlər. Çünki Protaseviç  Belarusiyada qanuni hakimiyyətin devrilməsində vacib elementlərdən biri idi.  Əlbəttə ki, onlar böyük itkilər verdilər. Xüsusilə də MKİ siyasi itkilərlə bərabər xeyli maliyyə itkisinə məruz qaldı. Ona görə də biz bu gün Avropanın belə isterik reaksıyalarını, Rusiyanın isə sakit, təmkinli, mülayim və sağlam məntiqə və qanuna  əsaslanmış reaksiyasını görürük”.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

İranı Qərb, millətçilər və vahhabilər sevmir


Vahhabi cərəyanını boşuna yaratmadılar. Vahhabizm sırf islamı parçalamaq, terror dini ərsəyə gətirmək, şiəliyi zəiflətmək və vəhdəti yox etmək üçün yaradıldı. Xüsusən qeyd edim ki, hələ o zamanlar Muhəmməd İbn Əbdula Vahhabı İranı düşmən elan etdilər.
Baxın görün İranı kimlər sevmir? Qərb, millətçilər, vahhabilər..
Düşmən şiəliyi bizdən yaxşı tanıyır bəlkə də. Onlar illərlə araşdırma aparırlar, izləyirlər, yoxlayırlar, sonra öz işlərini görməyə başlayırlar.
Bilirlər ki, Kərbəlası olan, bizim kimi ümməti olan biz məzhəbi yıxmaq asan məsələ deyil.
Bu gün sosial media vasitəsiylə, şayiələrlə cəhalət əhlinin beyninə müxtəlif şübhələr salıb, şiəliyə qarşı antipatiya yaratmağa çalışırlar. Bu üzdən də vahhabinin sayı artır.
Onu da qeyd edim, bir də var ingilis şiəliyi. Özlərini qılıncla doğrayanlar, İrana qarşı ingilislə eyni mövqedə duranlar, və hətta İngiltərədə tv kanalları olanlar da var...
Qeyd olunduğu kimi, bu gün ən böyük təhlükə mənbəyi ingilis "şiələri" və amerikan "sünniləridir".
İngilis şiəliyi dinimizə qarşı katoliklərdən və yəhudilərdən daha çox təbliğat aparır. Ona görə də bu məsələlərdə diqqətli olmalıyıq.

Sadiq Əkbər

Xamenei: Niyə ruslarda olan kitablardan bizdə yoxdur

Ayətullah Əli Xameninin “Kitab və Mən” əsərindən seçmələr

Əgər fürsət tapsanız, Amerikanın ictimai vəziyyəti ilə bağlı yazılmış bəzi kitabları oxuyun, bu məsələni başa düşəcəksiniz. Mən özüm bu mövzuda xeyli kitab oxumuşam. Bilmirəm siz də oxumusunuz, ya yox. Məsələn, seçkilər məsələsi haqqında tanınmış və nisbətən solçu amerikalı yazıçı Hovard Melvin Fastın (1914-2000) bir kitabını oxumuşam (“Mühacirlər”romanı nəzərdə tutula bilər). Onun bir çox başqa kitabları da var. Əslində roman yazarıdır. Onun kitabı iyirminci əsrdə ailəsi Avropadan Amerikaya köçən bir uşağın həyatından söz açır. Bu uşaq Amerikada dünyaya göz açır və Amerika qanunlarına əsasən o amerikalı hesab olunur. Sonralar ədliyyədə vəkil olur və sonra seçkilərə qatılır. O kitabda Amerikadakı seçkilərin vəziyyətini izah etmişdir. Siz baxın, bu hələ əsrin əvvəllərinə, 20-30-cu illərə aiddir. Ondan sonra bu zəmində informasiyaları olan, yaxud bu mövzuda yazanların etirafına əsasən vəziyyət daha da acınacaqlı olmuşdur. Həqiqətdə pul və təbliğat gücü bu ölkədə hər şeyə hakim olan ən böyük kompaniyalardır. Namizədləri özləri müəyyən edirlər.
***
Mən bir zaman bir yaxşı yazıçıya dedim ki, qazilərə aid olan “Bonyadi-şəhid” sanatoriyasına get. Xəstə baxıcısı kimi ağ paltar geyin və o sanatoriyada xidmət göstərməyə başla. Mən sənin üçün icazə alacağam. Get bir ay orada qal. Onların ləyənini boşalt, yeməyini yedizdir, mələfəsini dəyiş. Bütün ağrıları və çatışmazlıqları ilə tanış ol və gör müharibə əlili, qazi nə deməkdir. Biz qazinin kim olduğunu və nə etdiyini bilmirik. Biz qazinin cismini görürük, ancaq onun hisslərindən xəbərimiz yoxdur. Dedim get və sənətçi baxışınla qazi ilə tanış ol. Sonra gəl qazinin haqqında roman yaz. Bu romanda onun yaralarına şəfa ver və ona mərhəm ol. Necə ki, başqaları bu işi həyata keçiriblər. Rusların yazdığı kitabları buna misal göstərmək olar.
***
Bir neçə il öncə dostlarımdan bir neçəsinə dedim ki, nə üçün qazilər (müharibə veteranları) haqqında film çəkmirlər? Bir rus qazisi üçün kitab yazmışdılar. Mən onu oxumuşam. Sonralar o kitab əsasında film də çəkildiyini eşitdim. Ruslar özü bu kitabı çap edib göndərdilər. Bu da rusların təbliğat kitablarından biri idi. Bu kitab inqilabın əvvəllərində əlimə keçdi. Bu kitab Boris Polevoyun “Əsil insan haqqında povest” əsəridir. Bu kitab təyyarəsi düşmüş və ayağı kəsilmiş bir pilotdan söz açır. Gördüm ki, hər hansı bir pilot, yaxud ayağı kəsilmiş, gözü kor olmuş müharibə əlili bu kitabı oxuyarsa, rahatlıq və razılıq hissi keçirəcəkdir. Bizim bu qədər müharibə əlilimiz var. Nə üçün belə bir kitabımız yoxdur? Nə üçün bu haqda bir film çəkməmişik? Bunlar bizim çatışmayan cəhətlərimizdir.

Şiə məzhəbinin digər İslami məzhəblərdən daha aktiv və daha möhkəm təməlləri var

Son zamanlarda Amerikada "Dini Məzhəblər arasında ayrılıq planı" adlı bir kitab nəşr olunub. Bu kitabda, CİA-nın köhnə məmurlarından biri olan Michael Brand ilə bir reportaj yer alıb. Həmin köhnə CİA məmuru bu reportajında, Şiələr və Şiə məzhəbi əleyhinə hazırladığı planlarını izah edib. Michael Brand belə deyir:
"İslam dünyası əsrlərdən bəri Qərb dövlətlərinin hakimiyyətində olub. Bu əsrdə bir çox İslam ölkəsi müstəqillik qazanmalarına baxmayaraq yenə də bu ölkələrin siyasi və iqtisadi sistemləri və xüsusilə cəmiyyətlərinin mədəniyyətləri Qərbin idarəsində olub və Qərbə xidmət edir.
1979-cu ildə reallaşan İran İslam İnqilabından ABŞ böyük bir zərbə aldı. Əvvəlcə biz, bu inqilabın İranın məzhəbi cəmiyyətinin təbii istəyi olduğunu və dini liderlərin bu vəziyyətdən faydalanmaq istədiklərini düşünüb, şah getdikdən sonra tədricən istədiyimiz şəxsləri dövlət başına gətirərək İran üzərindəki siyasətimizi davam etdirərik deyə plan qurduq. Amma zaman keçdikcə İran İslam İnqilabı ilə ortaya çıxan İslam İnqilabi mədəniyyətinin bölgədəki ölkələrdə, xüsusilə İraq, Pakistan, Livan və Küveytdə yayılması nəticəsində İran İslam İnqilabı haqqında səhv təhlillər etdiyimizi anladıq. Bu zaman CİA-nın yüksək vəzifəli şəxsləri ilə bir yığıncaq qurduq. O yığıncaqda İslam ölkələrində təcrübəsi olan ingilis cəsusları da vardı. Bu nəticəyə gəldik ki, İran İslam İnqilabının qalib olma səbəbi, Şahın yürütdüyü səhv siyasət deyil, başqa faktlardır.
Birincisi güclü məzhəbi bir rəhbərliyin olmasıdır.
İkincisi bu məzhəbin şəhidlik məktəbinə sahib olmasıdır ki, bu şəhidlik məktəbi, 1400 il əvvəl İslam Peyğəmbərinin nəvəsi Imam Hüseyn tərəfindən təməli qurulmuş və hər il Məhərrəm ayında edilən matəm mərasimləri ilə bu şəhidlik məktəbi yaşadılıb yayılır.
Nəticədə anladıq ki, Şiə məzhəbinin digər İslami məzhəblərdən daha aktiv və daha möhkəm təməlləri var.
Bu yığıncaqda Şiə məzhəbi üzərində daha çox araşdırma edilməsinə və bu araşdırmalar nəticəsində plan və proyekt hazırlanmasına qərar verdik. Bu təhqiqat üçün 40 milyon dollar büdcə ayırdıq...
Bu təhqiqatlar bizə bunu öyrətdi ki, Şiə məzhəbi ilə üz-üzə döyüşə bilmərik və qarşı-qarşıya gəlsək müvəffəqiyyət şansımız çox azdır. Pərdə arxasından iş görməyimiz lazım olduğunu anladıq. İngilislərin məşhur "Parçala və hökm sür" şüarlarının yerinə, "İxtilaf sal, parçala və yox et" siyasətini tətbiq etdik".

Nizami Sərdaroğlu

Ölkəsini, xalqını atıb qaçmadı

10 il həm xarici qüvvələrə, həm də vahhabilərə qarşı döyüşdü.
Ölkəsini, xalqını atıb qaçmadı. Gizlənmədi digərləri kimi.
Ölkəsinə yad qüvvələrin sahiblənib xalqını əzməsinə imkan vermədi.
Düşməni gözüyaşlı qoyub yenidən prezident seçilən lider... Xeyirli olsun!
Qeyd edim ki, Bəşər Əsədin Azərbaycandakı vahhabilərin müəyyən qisminin cəhənnəmə vasil edilməsində böyük rolu olub)

Sadiq Əkbər

Səfər Mehdiyevin gömrük imperiyası: 121 qohum dövlət içində dövlət qurub

Son zamanlar Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrükdə qayda-qanun yaratmaq əvəzinə daha çox piar işləri məşğul olur. Gözdən pərdə asmaq məqsədi ilə kimlərisə rüşvət aldığına görə həbs etdirən sədr belə bir aura yaratmağa çalışır ki, guya o şəffaf işləməyə çalışır.
Amma gömrük-keçid məntəqələrindən gələn məlumatlar tamamilə bunun əksini göstərməkdədir.
Gömrük Komitəsində çalışdığını bildirən anonim mənbə tərəfindən cumhuriyyet.az-a göndərilən məlumatda inanılmaz qanunsuzluqlardan bəhs edilir.
“Uzun illər Dövlət Gömrük Komitəsində monopoliyaya şəxsən nəzarət edən təcrübəlı kadrları gözdən salan, nəyin bahasına olur olsun ləkələməyə calışan Səfər Mehdiyevin məqsədu bu gün məlum oldu. Hazırda gömrük sistemində Səfər Mehdiyevin 121 nəfər qohumu işləyir”.
Mənbənın məlumatlarından belə görünür ki, Səfər Mehdiyev Gömrük Komitəsində özünün əsl imperiyası yaradıb. O, Dövlət Gömrük Komitəsini şəxsi şirkəti kimi işlədir. Burada bütün vəzifələr qohum-əqrəbası arasında aşağıdakı kimi bölüşdürülüb:
“1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri “udur”dır.
2. Qayını İlhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi. Hazırda ER və DNBGİ baş inspektordur. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz. Rüşvəti “meşok”da tərəziylə çəkib alır.
3. Səfər Mehdiyevin köməkcisi Rəşad yaxın qohumudur.
4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə Mübarizə Baş idarəsinin rəisidir. Adını yaza bilməyən bu şəxs 2 ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra qurumda əsas söz sahibidir.
5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. “Qara kassiya” o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Loqistik “xidmətlər” göstərir. Gömrükdə hər kəs məcburu həmin “xidmətə” yönəldilir. Orda isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.
6. Qardaş oğlu Məhəmməd Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbəsinin rəisidir.
7. Bacısı oğlu Fərman Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordur. Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı” xidmət göstərir.
8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektordur.
9. Bacısı oğlu Məhərrəm Bakı Baş Gömrük İdarəsində Baş inspektor işləyir.
10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün ölkəyə idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəniz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidir. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.
12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordur.
13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordur.
14. Bacısı oğlu Röşən Dövlət Gömrük Komitəsində işləyir. Onun üçün saxta tabel yazılır, əmək haqqı alır. Hec vaxt işə gəlmir. Kənarda bizneslə məşguldur.
15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordur. Amma tərcümeyi-halını yaza bilmir.
16. Bacanağı Həsən Dövlət Kömrük Qospitalında işləyir.
17. Dostu Elman Dövlət Gömrük Komitəsinin Qospitalında Baş həkimdir. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiti olduğu halda saxta dərman idxalına görə DTX tərəfindən həbs edilib.
18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə “qara kassiya” o nəzarət edir.
19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır, amma işə cixmır.
20. Qardaşının kürəkəni Sahib iş adamlarına ucuz qiymətə mal çıxardığını bildirərək Broker xidməti” acıb.
21. Yeznəsinin qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunu qeyri-rəsmi idarə edir. Gömrük postunun rəisi başqası olduğu halda Davud bütün işləri idarə edir.
22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman “Azterminalkompleks” İstehsalat Birliyində işləyir.
23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif və digər iki qardaşı Dövlət Gömrük Komitəsində işləyir.
24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P “Azterminalkompleks” İB işləyir.
25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektordur.
26. Qardaşının kürəkəni Arif 51 yaşında gömrük orqanlarında işə düzəlib. “Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir.
Hazırda Səfər Mehdiyevin işə qəbul etdiyi bütün kadrlar müsabiqədən kənar yola ilə işə qəbul edilir. Gömrük Komitəsində işə düzəlmək üçünsə ya cox yuxarı səviyyədə tapşırılmalısan, ya da Səfər Mehdiyevin qohumu olmalısan.
Qanunda yazılır kı Gömrük sistemində 30 yaşdan yuxarı şəxslər işə qəbul edilmir. Amma Səgər Mehdiyevin qohumları 40-50 yaşında adamları işə götürürlər. Əvvəl “Azterminalkompleks” İB-nə, qısa müddətdən sonra Dövlət Gömrük Komitəsinə işə alırlar və həmin şəxsdə olur gömrük zabiti. Gülməlidə olsa da, 40-50 yaşında adamlara ilk olaraq leytenant rütbəsi verirlər.
Nəzərinizə catdırım ki. “Azterminalkompleks” İB gömrüyün nəzdində “qara kassa”dır. Bu “qara kassa”ya da Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev nəzarət edir. Təsərrüfat hesablı İstehsalat Birliyinin rəisi generaldir.
Döğrüdan gülməlidi. Həmin istehsalat birliyinin Əsasnaməsini kim təsdiq edib görəsən? Qanunda yazılıb ki, Həqiqi hərbi xidmət kecməyən şəxslər işə qəbul edilə bilməz. Necə olur ki hərbi xidmətə yararsız olan insanlara mayor, polkovnik rütbəsi verilir? Bu qədər də qanunlara hörmətsizlik olmaz… Nəzərinizə catdırım kı mayordan yuxarı Baş rəis heyəti gedir.
Onu da qey edim ki, bu gün Gömrük Komitəsində calışan Səfər Mehdiyevin qohumlarinin böyük əksəriyyətinin diplomları saxdadır. Bunlar anlamirlar ki 1992-ci ildən ali təhsil müəsisələrinə qəbul TQDK (hazırda DİM) tərəfindən aparılır. Bu insanlar birbaşa keçmiş Təfəkkür Universitetinin dördüncü kursuna necə qəbul olunub? Bu adamların çoxusu rus dilində 20-yə qədər saya bilmir, amma deyir Ukraynada oxumuşam…
Sual olunur, kecid balı toplamadan Bədən Tərbiyyəsi Akademiyasında necə oxumusan? Necə olur ki, Bakıda işləyə-işləyə Naxçıvanda əyani oxumusan?
Qanun qadağan etməsinə baxmayaraq, bu gün Gömrükdə calışan Səfər Mehdiyevin bütün qohumları kommersiya ilə məşguldurlar.
Biz iş yoldaşı olaraq hec birimiz onların kommersiya ilə məşğul olmağına xainlik eləmirik. Amma vay onların satdığı maldan idxal edən iş adamlarının halına…
Səfər Mehdiyevin qohumları olan gömrük əməkdaşları özləri ücün mal idxal etdikdə gömrükdən xüsusi “güzəştlə” rəsmiləşdirilir. Başqalarının gətirdikləri mallar isə müxtəlif bürokratik səbəblərlə (Gömrük məcəlləsinin 160-ci məddəsində yazılıb ki 2 gün ərzində rəsmiləşdirmə başa catmalıdır), suni maneələrlə idxal olunan malları 10-15 gün gömrükdə saxlanılır, bilərəkdən gömrük dəyəri qaldırılır, hər günə 160 dollar saxlama pulu ödətdirdikdən sonra buraxılır. Və beləliklə azad rəqabət apara bilmədiyindən iş adamları bir daha həmin maldan idxal etmirlər. Bu da olur “mədəni” monopoliya…”

cumhuriyyet.net

ABŞ prezidenti Bayden Ermənistana 24 milyon dollar yardım ayırıb

ABŞ prezideni Baydenin Administrasiyası Ermənistana 24 milyon dollar yardım təklif edib.
Bu barədə ABŞ-ın Erməni Milli Komitəsi(ANSA) məlumat yayıb.
Məlumatda deyilir ki, bu pulun 600 min dolları hərbi yardıma ayrılıb.  Bundan başqa büdcənin 6 milyon 50 min dolları narkotiklərə qarşı mübarizədə Ermənistan hüquq-mühafizə orqanları üçün nəzərdə tutulub.

Ey Şiə!

Ey Şiə! Əgər İslam düşmənlərini, içinizdəki münafiqləri görmək istəyirsənsə bu kişiləri meyar tutacaqsan.
Bu kişilərə düşmən olanlar düşmənin, dost olanlar dostundur.
Kimsə dost olmaya da bilər, sevməyə də bilər. Amma böyük bir şəxsiyyət kimi hörmət edib tanımırsa, deməli mərəzi var.
Deyə bilərsiz ki, Məsumlar qala-qala bu kişiləri niyə meyar tutaq?!
İş orasıdır ki, peyğəmbər və imamlara açıq düşmənlik edənlər ancaq kafirlər və nasibilərdir.
“Əhli kitab”ın və “müsəlmanlar”ın heç zaman cürətləri çatmaz Məsumlara açıq-aydın düşmən desinlər. Həmişə onları uca tutarlar, amma qoyduğu yollarda əngəl yaradarlar. Özlərinəbir başa deyə bilmədiklərini, düşmənçilklərini onların yolunda gedənləri hədəf seçməklə biruzə verərlər. Bu əsrlərdir belədir...
Ümumiyyətlə mənim üçün Şiəlik, yəni İslamın özü hələlik üç mərhələdən keçib. Məsumlar dövrü - diriliş və dirəniş dövrü, Səfəvilər dövrü - iqtidar və inkişaf dövrü və İran İslam respublikası dövrü - möhkəmlənmək və güclülük dövrü. İslam pərçəmi RəsulAllah (s) və İmam Əlinin (ə) mücahid şiələrinin eşqi və hünəri ilə Məsumlardan Səfəvilərə, Səfəvilərdən də İslami İrana keçib.
İnanıram ki, Şiələr İnşaAllah bu pərçəmi layiqincə imam Mehdiyə (ə) çatdıracaqlar...

Ruslan İslamzadə

"Vertolyotu Tamerlan Qarayevin əmri ilə Qatır Məmməd vurub"

Tanınmış ictimai-siyasi xadim Hacı Əbdülün Xural TV-yə qalmaqallı müsahibəsini sizə tədqim edirik.

– Hacı, üzr istəyirəm, aradan bu qədər illər keçib. Siz bu haqda harasa danışmısınızmı? Bu, çox dəhşətli bir açıqlamadır. Yəni Qatır Məmməd deyib ki, “Tamerlan Qarayev dedi ki, “buradan təyyarə keçəcək…”
– “Erməni vertolyotu…”

– “…Erməni vertolyotu… Onu vurun, içindəki adamları da öldürün…”?
– “…bir nəfəri də sağ buraxmayın, biçin…”

– Bu dəhşətli bir şeydir. Azərbaycan siyasi tarixini dəyişən bir açıqlamadır.
– Mən sənə ardını danışım bu dəhşətin?

– Buyurun.
– Dalını danışım, sən dəhşətin birini də burada gör. Mən türmədə olanda rəhmətlik Heydər Əliyev hakimiyyətə gəldi. Mən türmədə yatırdım. Sabahıma da ümid yoxdur. Uzaq olsun, türmədə olanlar bilir. Mən çarpayının aşağısında yatmışdım, üstdəki çarpayının altından da belə bir ağ pərdə çəkmişdim ki, öləndə heç kəs məni görməsin.

– Hə, ortadan pərdə çəkirlər.
– Görsənməsin. O pərdəni də ona görə çəkmişdim ki, ölsəm, görsənməsin. Çünki mən ölümümü gözləyirdim. Elə gözləyirdim ki, bax, bu saniyə ölərəm. Çünki bir artıq nəfəs alanda boğulurdum.

– Səsiniz də batmışdı, eləmi?
– Səs yoxdur.

– Amma həbs olunmamışdan əvvəl səsiniz qaydasında idi?
– Bəli, qaydasında idi. Qəzetlər yazırdı ki, “təkbir ustası”. Çünki hələ indiyədək mənim kimi “təkbir” deyən olmayıb. Elə gözəl səsim var idi. Parlamentdə də çıxışlarım var. Anam rəhmətlik gedər Heydər Əliyevin qəbuluna.

– Heydər Əliyev hakimiyyətə gələn kimi?
– Hə, gələn kimi… Gedər qəbuluna… Mənim bir balaca qızım vardı, heç 3 yaşı olmazdı. Onu da qəbula gedəndə yanında aparır. Sizin üçün bir maraqlı söhbət eləyim? Heç bir yerdə danışmadığım bir söhbətdir, sizin də fikrinizi dağıdım.

– Hə, buyurun.
– Tamam başqa söhbətə keçim bir anlıq. Mən politexnikdə oxuyanda subay idim və bizimlə paralel qruplar var idi. Orada bir qız oxuyurdu. Belə uzaqdan-uzağa bir-birimizi istəyirdik. İndi də o qız salamatdır, yəqin ki eşidir. O qədər ağır təbiətli qız idi ki… Mən cəsarət eləyib ürəyimi ona aça bilmirdim.

– Sevdiyinizi deyə bilmirdiniz…
– Deyə bilmirdim, yox. Cəsarət eləyib, deyə bilmirdim. Hər dəfə yanımdan keçərdi, kafedrada onu görməyə gedərdim, uzaqdan baxardım, amma cəsarət eləyib deyə bilmirdim. Demədim də… Belə-belə zaman keçdi. İnstitutu qurtardım, evləndim, uşaqlar oldu, bir-birimizi daha görmədik.

– Yəni o qızla siz qovuşmadınız?
– Qovuşmadıq… Qovuşmadıq….

– Çox maraqlıdır.
– Maraqlısı daldadı. Anam Heydər Əliyevin qəbuluna gedər, qapıda dayananlar anamı içəri buraxmazlar. Ali Sovetin qabağında. Bunu anam söhbət edərdi. Deyir, dayanmışdıq Ali Sovetin qabağında, bir dənə gözəl-göyçək qız məni gördü, dedi ki, “ana, sən kimsən?” Dedim ki, “mən Hacı Əbdülün anasıyam, içəri buraxmırlar…””

– Yoxsa bu qız həmin qızdır?
– (Gülür, başı ilə  təsdiqləyir…)

– Kim olub ki?
– Anam deyir ki, qız getdi, bir də gördüm ki, gəldilər bizi apardılar yuxarı – Heydər Əliyevin qəbuluna.. Gördüm ki, bu qız oturub katibənin stulunda. Sən demə, bu qız Heydər Əliyevin katibəsi imiş…

– Deməli, sizin o vaxt sevdiyiniz qız Heydər Əliyevin katibəsi olub?
– Hə…

– …Və sizin ananızı Heydər Əliyevlə görüşdürür və dolayısı ilə sizi xilas edir?
– Gələndən sonra anam söhbət edir ki, “gəldik Heydər Əliyevin qəbuluna…”

– Kimdir o qız, adı nədir?
– Yadımdan çıxıb. (Gülür…) Deyir, mənim yanımda o qız Heydər Əliyevdən xahiş elədi ki, Hacını buraxın. Deyir, “Heydər Əliyev mənə dedi ki, get şəhər prokuroru Çingiz Qəniyevin yanına, denən Hacını buraxsınlar.” Maşını yoxdur, maşın da verir. Deyir, qız məni yola salanda dedi ki, ana, məni tanıdın? Dedim, yox. Deyir ki, “ana biz oğlunla bir-birimizi istəyirdik, niyə məni oğluna almadın?” (Gülür…) Deyir, dedim, qızım, mənim bundan heç xəbərim olub ki… Mən bilməmişəm, bilsəydim, alardım. Belə, bir az fikrinizi dağıtdım.

– Hacı, çox kövrək adamsınız.
– Əşşi… (Kövrəlir…)

– Vallah… Məni də kövrəldirsiniz.
– Üzr istəyirəm. Türmədən çıxdım.

– Yəni Heydər Əliyev sizi dərhal buraxdı.
– Səhəri gün buraxdı. Heydər Əliyev hakimiyyətə gəlib, mənim də xəbərim yox. Nadzor gəldi, mənə dedi ki, “Hacı, ümid var idi sənin türmədən çıxmağına. Heydər Əliyev hakimiyyətə gəldi, sən də hakimiyyətə düşmənsən …” Məni təbii bir gülmək tutdu. Bir hədis yadıma düşdü. Güldüm. Soruşdu ki, nəyə gülürsən?

– Həzrəti-Yusifin də quyudan çıxma ehtimalı yox idi. Gəldi vəzir oldu.
– Bəli. Allah-təala buyurur ki, mən istədiyim bəndənin işini lazım gəlsə, onun düşməninin əli ilə düzəldərəm. Əgər siz də deyirsiniz ki, Heydər Əliyev mənim düşmənimdir, mən bunu qəbul eləyirəm. Əgər Allah istəsə, – öz sözünü özü deyib – onun əli ilə buraxdırar.

– Tam da Allahın dediyi kimidir.
– Bəli. Adə, nöqtəbənöqtə…  Səhəri gün nadzor gəldi, belə baxır mənim üzümə. Mənim də heç nədən xəbərim yox. Dedi, Hacı, sən nətəri adamsan? Yığış, Heydər Əliyev səni buraxdırdı. Gözləmirdim. Çıxdım gəldim. Mən bu hadisəni olduğu kimi səhəri gün qəzetdə verdim. Qatır Məmmədin ölüm hadisəsini də səhəri gün qəzetdə verdim.

– Demək, danışdınız o hadisəni?
– Necə sizə danışdımsa, elə də verdim. Bir gün “Baksovet”in (“İçərişəhər” metrostansiyası – Red.) qabağında dayanmışdım. Bir hündürboylu adam qarşımı kəsdi, salam verdi. Dedi, tanıdın məni, mən doktor Arifəm.

– Həmin Arif?
– Dedi, Hacı, mən sənə yaxşılıq elədim, səni azad elədim. Sən bunu getdin verdin qəzetə. Məni işdən çıxardılar. İndi mən gedirəm Moskvaya. Buradan başını götürüb getdi... Dəhşətlisi burasıdır. Bir neçə il bundan qabaq vertolyot qəzası ilə bağlı ANS veriliş hazırladı. Hamını çağırıblar. Bir neçə deputat da var idi, məni də dəvət elədilər. İctimai xadimlər, valideynlər belə oturublar. Hər kəs gördüyünü, bildiyini danışır. Dedim, mənim də vertolyot qəzası ilə bağlı az-çox məlumatım var. Söz versəydiniz, mən də deyərdim. Söz verdilər ki, buyur. Sizə necə danışmışam, onlara da elə danışdım. Onda Tamerlan Qarayev Çində səfir idi. Verilişin aparıcısı Mirşahin telefon xəttini qoşdu ona. Dəhşət burasıdır, ha, Əvəz müəllim, dəhşətli olanı burasıdır. Mirşahin Tamerlan Qarayevə dedi ki, Hacı Əbdül belə bir iddia qaldırıb ki, Qatır Məmməd sizinlə bağlı bunları danışıb və onun müəmmalı ölümü ilə bağlı nə deyə bilərsiniz? Dedi, dustaqdır, dustağı hər şey deməyə məcbur edərlər. Oturanlardan biri əlini qaldırıb, Tamerlan müəllimə sual verdi ki, Qatır Məmməd bunları müstəntiqə danışmayıb, istintaqa danışmayıb, bunu öz dustaq yoldaşına danışıb, burda heç bir məcburiyyət yoxdur. Bu barədə nə deyə bilərsən? Maraqlansanız, o verilişi tapıb baxarsınız.

ANS-in 20.11.2001-ci il vertolyot qəzası ilə bağlı hazırladığı tok-şoudan fraqmentlər:

"Hacı Əbdül: 1992-ci ildə mən Bayıl təcridxanasının xəstəxanasında yatırdım. Həmin dövrdə mənimlə birlikdə Qatır Məmməd də xəstə vəziyyətdə yatırdı. Vertolyot hadisəsilə bağlı rəhmətlik Qatır Məmməd çox şey bilirdi. Bəzən biz bayıra çıxanda görüşürdük. Həmin görüşlərdə o deyirdi ki, “Vertolyot qəzası ilə bağlı bildiklərini buradan çıxandan sonra açıb deyəcəyəm.” Nəzərdə tuturdu ki, o zaman hakimiyyətdə olan bir çox adamların bu işdə günahları var. Onlardan biri kimi Tamerlan Qarayevin də adını tez-tez çəkirdi. Onun danışdıqlarından belə çıxırdı ki, vertolyotu nə ermənilər vurub, nə də vurandan sonra ora gəliblər. Vertolyot bizim tərəfimizdən vurulmuş və bizim tərəfimizdən də o günə salınmışdır. Çox maraqlıdır ki, o zaman bu hadisə ilə bağlı Qatır Məmməd də dindirilmişdi. Ancaq onu deyə bilərəm ki, əgər Qatır Məmməd bunu belə deyirsə, deməli onun yanında olan yaxınları da bu işdən xəbərdardırlar.
Tok Şounun iştirakçısı: Məsələ ondadır ki, siz (Tamerlan Qarayev) bildirirsiniz ki, istintaq zamanı Qatır Məmmədə təzyiqlər olub. Amma Hacı Əbdül də bildirir ki, o da onun kimi bir dustaq idi və Qatır Məmməd də özü kimi bir dustağa ürək sözlərini açıb, burda hansı təzyiqdən söhbət gedə bilər?
Tamerlan Qarayev: Bir daha deyirəm ki, o, (Qatır Məmməd) mənim haqqımda nə deyibsə, o mənə məlum deyil. O barədə məni heç kim dindirməyib, mənə heç bir sual verməyiblər ki, məsələn, filankəs belə ifadə verib, sizin bununla bağlı fikriniz nədir? Digər tərəfdən, əgər onun tərəfindən ciddi iradlar, ciddi ifadələr verilibsə, kimin haqqında olursa-olsun, o cümlədən də mənim haqqımda – bunu istintaq yoxlamalı və buna bir qiymət verilməli idi. Hər-halda bu barədə mən də dindirilməli idim, ancaq onların heç birisi olmayıb və mən necə fikir yaratmışam bu barədə?"

– Verilişdə (bu hissə verilişdə montaj olunaraq çıxarılıb) Tamerlan Qarayev elə qışqırdı ki, “məndən əl çəkin, adımı hallandırmayın, ağzımı açaram, Azərbaycan bir-birinə dəyər”.

https://www.xural.com/qaynar-qazanda-haci-%C9%99bdul-ii-hiss%C9%99-%C9%99bulf%C9%99z-elcib%C9%99yl%C9%99-ol%C9%99n%C9%99-q%C9%99d%C9%99r-dost-olduq-video/

Qarabağ qazilərinin ah-naləsi bu binadan da hündürə qalxır

İqtisadiyyat nazirliyinin yeni binası istifadəyə verilib. Hündürlüyü 168 metrdi. 150 milyon manatdan çox pul xərclənib. İqtisadiyyatı yerin dibinə batırıb, binasını göylərə ucaldıblar. Bizim ölkədə bütün sahələrdəki inkişaf, həmin sahəyə tikilmiş binayla ölçülür.
Qarabağ qazilərinin ah-naləsi bu binadan da hündürə qalxır...

İlham Hüseyn