28.10.2022

Что важно знать об отношении России к независимому Курдистану?


В 1914 году курды в Турции подняли восстание под предводительством шейха Абдель Салама II. После подавления восстания Абдель Салам бежал в Россию. Однако российское правительство выслало Абдель Салама из страны, узнав о его идеях и намерениях. После того, как Абдель Салам вернулся в Иранский Курдистан, он был арестован там, передан властям Турции и повешен в Мосуле. Он брат известных курдских общественно-политических деятелей Ахмеда Барзани и Мустафы Барзани.
В 1943 году курды в Ираке подняли восстание под предводительством муллы Масуда Барзани. После подавления восстания иракским правительством Барзани в 1945 году бежали в Иран. Иранское правительство проявило милосердие и поселило их на своей территории. Однако Барзани и здесь подняли местных курдов против правительства и создали независимую Мехабадскую республику. Укрепив свои позиции, они стали диктовать свои правила иранскому государству. Курдские вооруженные группы начали убивать иранских чиновников. Правительство Ирана направило войска и подавило восстание курдов.
На этот раз Барзани со своей вооруженной группой бежал на территорию Азербайджана в СССР. Советское правительство предоставило курдам место в Баку. Но КГБ раскрыл, что люди Барзани поднимают азербайджанских курдов против советского правительства и пытаются создать курдскую республику в Карабахе. В результате советское правительство сослало курдов в степи Узбекистана и разместило их в хлевах для скота, а через некоторое время изгнало их из страны и вернуло Ирак. После этого курды нашли в Ираке нового союзника в лице США.

Rusiyanın müstəqil Kürdistana münasibəti barədə nələri bilmək vacibdir?


1914-cü ildə Türkiyədə kürdlər şeyx 2-ci Abdel Salamın başçılığı altında üsyan qaldırdılar. Üsyan yatırıldıqdan sonra Abdel Salam Rusiyaya qaçdı. Lakin Rusiya hökuməti Abdel Salamın ideyaları və niyyətləri ilə tanış olduqdan sonra onu ölkədən qovdu. Abdul Salam İran Kürdistanına qayıtdıqdan sonra burda həbs olundu, Türkiyə hökumət orqanlarına təhvil verildi və Mosulda asıldı. O tanınmış kürd ictimai-siyasi xadimləri Əhməd Bərzaninin və Mustafa Bərzaninin qardaşıdır.
1943-cü ildə İraqda kürdlər Molla Məsud Bərzaninin başçılığı altında üsyan etdilər. İraq hökuməti tərəfindən üsyanın yatırılımasından sonra 1945-ci ildə bərzanilər İrana qaçdılar. İran hökuməti mərhəmət göstərərək onları öz ərazisində məskunlaşdırdı. Lakin bərzanilər burda da yerli kürdləri hökumətə qarşı qaldıraraq  müstəqil Mehabad Respublikası yaratdılar. Onlar öz mövqelərini möhkəmləndirdikdən sonra İran dövlətinə öz qaydalarını diqtə etməyə başladılar. Kürd silahlı dəstələri İran hökumət məmurlarını öldürməyə başladılar. İran hökuməti qoşun yeridib kürdlərin üsyanını yatırdı.
Bərzani bu dəfə başının dəstəsi ilə SSRİ-yə Azərbaycan ərazisinə qaçdı. Sovet hökuməti kürdlərə Bakıda yer yerdi. Lakin KQB üzə çıxardı ki, Bərzaninin adamları Azərbaycan kürdlərini Sovet hökumətinə qarşı qaldırırlar və Qarabağda kürd respublikası yaratmağa çalışırlar. Nəticədə Sovet hökuməti kürdləri Özbəkistan çöllərinə sürgün edərək burda mal tövlələrinə yerləşdirdi, bir müddət sonra isə ümumiyyətlə ölkədən qovaraq İraqın özünə qaytardı. Bundan sonra kürdlər İraqda özlərinə ABŞ-ın simasında yeni müttəfiq tapdılar.

27.10.2022

Rusiya-Kürdistan münasibətləri

1914-cü ildə Türkiyədə kürdlər şeyx 2-ci Abdel Salamın başçılığı altında üsyan qaldırdılar. Üsyan yatırıldıqdan sonra Abdel Salam Rusiyaya qaçdı. Lalin Rusiya Abdel Salamın ideyaları və niyyətləri ilə tanış olduqdan sonra onu ölkədən qovdu. O İran Kürdistanına qayıtdıqdan sonra burda həbs olundu, Türkiyə hökumət orqanlarına təhvil verildi və Mosulda asıldı. O tanınmış kürd ictimai-siyasi xadimləri Əhməd Bərzaninin və Mustafa Bərzaninin qardaşıdır.
1943-cü ildə İraqda kürdlər Molla Məsud Bərzaninin başçılığı altında İkinci Dünya Müharibəsinin gətirdiyi qarışqılıqdan istifadə edərək üsyan etdilər. Üsyanın yatırılımasından sonra 1945-ci ildə bərzanilər İrana qaçmalı oldular. İran hökuməti mərhəmət göstərərək onları öz ərazisində məskunlaşdırdı. Lakin bərzanilər burada yerli kürdləri hökumətə qarşı qaldıraraq Mehabad Respublikasının yaradılmasında iştirak etdilər. Yerlərini möhkəmləndirdikdən sonra kürdlər İran dövlətinə öz qaydalarını diqtə etməyə başladılar. Həmin dövrdə İran Almaniya yönümlü siyasət yeritdiyinə görə ölkəyə Sovet, eləcə də İngiltərə qoşunları daxil olmuşdu və mərkəzi hakimiyyətin regionlara nəzarəti zəifləmişdi. Kürd silahlı dəstələri İran hökumət nümayəndələrini öldürdülər və öz müstəqil dövlətlərini elan etdilər. Mehabad dövlətinin rəhbəri Qazi Məhəmməd, ordu baş komandanı isə Mustafa Bərzani oldu. Kürdlər sosialist yönlü olduqlarını bəyan edərək İrandakı Sovet qoşunlarından kömək istədilər. Lakin Sovet komandanlığı yeni yaranmış respublikanın ictimai-siyasi quruluşu ilə maraqlanarkən məlum oldu ki, kürdlər marksist-leninist ideyadan çox-çox uzaqdırlar. Belə ki Mehabad respublikasının rəhbər şəxsləri bərabərlik prinsiplərinə qarşı çıxır, əmlakın milliəşdirilməsini qətiyyən istəmir, əksinə şəxsi kapital toplamaq yolu ilə var-dövlət sahibi olmaq istəyir, öz şəxsi gəlirlərini düşünərək xalqın sosial problemlərinin həllini heç ağıllarına belə gətirmirdilər. Məlum oldu ki, yeni yaranmış dövlətin yeritdiyi siyasət kürd faşizmindən başqa bir şey deyil. Bu, SSRİ dövlətinin Mehabad respublikasına marağının itməsinə və Sovet qoşunlarının ərazini tərk etməsinə səbəb oldu. Fürsətdən istifadə edən İran hökuməti kürdlərin yaşadığı Urmiyə gölündən cənub-qərbdəki ərazilərə qoşun yeritdi. Hərbi komandan Mustafa Bərzani hökumət rəhbərliyini müdafiəsiz qoyaraq başının dəstəsi ilə dağlara qaçdı. 1946-cı ilin dekabrında İranda Mehabad Respublikası süqut etdi. Ələ keçmiş dövlət rəhbəri Qazı Məhəmməd, qardaşı Sədr Qazı və Mehabad Respublikasının müdafiə naziri Seyf Qazı dar ağacından asıldı. Mustafa Bərzani isə 1947-ci ilin iyununda silahlı dəstəsi ilə Naxçıvanla sərhədi keçərək Azərbaycan ərazisinə, Culfaya daxil oldu. İran hökuməti Sovet hökumətinə müraciət yollayaraq kürdlərin təhvil verilməsini istədi. Müraciətdə kürdlər “əclaf” adlandırılırdı: “Dostluq münasibətlərimizin pozulmaması naminə xahiş edirik ki, 400 əclafı geri qaytarasınız”. Lakin Sovet hökuməti qaçaq kürdləri İrana verməkdən imtina etdi. Kürdlər SSRİ ərazisində cəmi 12 il qala bildi. Həmin illər ərzində onlar öz əməlləri ilə Sovet hökumətini elə bezdirdi ki, yenidən İraqa qovuldular.
 Bərzani və adamları SSRİ-də qaldıqları 12 ilin bir neçə ilini Azərbaycan SSR-də keçirdilər. Bir müddət Culfada saxlandıqdan sonra kürdlər Abşeronda yerləşdirildilər. Bərzani qısa müddət Şuşada qaldı, sonra isə Bakıya köçürüldü. O Bakıda əndrabadi hərəkətləri ilə gülüş mənbəyinə çevrildi. Bərzaninin sovet rəsmilərinə “sosializm uğrunda mübarizəyə hazır olduğuna” dair söylədiyi nitqlər istər Azərbaycan SSR-nin rəhbəri Mircəfər Bağırovda, istərsə də Moskvadan gələn dövlət nümayəndələrində ironiya doğrururdu. Sovet rəhbərliyində təəccüb yaradan cəhətlərdən biri kürdlərdə çox güclü inkişaf etmiş tayfa-nəsil münasibətləri idi. Ətrafındakı kürdlər Bərzaniyə yaltaqlanır və onu az qala ilahiləşdirirdi. Bu cür geridə qalmış ictimai münasibətlərlə sosializm quruculuğuna dair vədlər qətiyyən bir-birinə uyuşmurdu. Odur ki Sovet rəhbərliyi bu arxaik münasibətləri heç olmasa yumşaltmaq, kürdlərin cəmiyyətə assimilyasiyasına nail olmaq üçün özü ilə gətirdiyi adamları Bərzanidən bacardıqca təcrid etməyə çalışırdı. Üstəlik, kürdlərin arasında kommunist təbliğatı aparmaq, yaxud oraya öz adamlarını salmaq cəhdləri də uğur gətirmirdi- kürdlər yadlar üçün qapalı idi. Bununla bağlı məşhur Sovet əks-kəşfiyyatçısı Pavel Sudoplatov bir epizodu da xatırlayır- artıq Daşkənddə olanda onların Bərzaninin əhatəsinə informator yerləşdirmək cəhdləri həmin şəxsin izsiz-tozsuz yoxa çıxması ilə nəticələnmişdir!
 1947-ci ilin payızında Pavel Sudoplatov Bərzani ilə görüşüb danışmaq üçün nazir Abakumov tərəfindən Bakıya göndərilir. O memuarlarında bu barədə yazır: “Mən Bərzaniyə TASS-ın (Sovet İttifaqı Teleqraf Agentliyi) baş direktorunun muavini və Sovet hökumətinin nümayəndəsi kimi təqdim olundum. Həyatımda ilk dəfə idi ki, əsl feodalla rastlaşırdım. Bununla belə Bərzani məndə fərasətli siyasətçi və təcrübəli hərbi rəhbər təsiri yaratdı. O dedi ki, son 100 ildə kürdlər farslara, iraqlılara, türklərə və ingilislərə qarşı 80 dəfə üsyan qaldırıb və onların 60-dan çoxunda kömək üçün Rusiyaya müraciət edərək adətən yardım alıblar. Cavab olaraq mən elan etdim ki, Sovet tərəfi Bərzaninin və onun zabitlərinin bizim hərbi məktəb və akademiyalarımızda xüsusi təlim keçməsinə razıdır. Həm də ona bildirdim ki, kürdlərin Azərbaycandan Orta Asiyaya köçürülməsi müvəqqəti xarakter daşıyır və onların Kürdistana qayıtmaqları üçün şərait yetişənə qədər davam edəcək...” Sudoplatov xatirələrində daha bir maraqlı məqama toxunur: “Abakumov mənə Bərzani ilə söhbətlərin nəticələrini, habelə Stalinin kürdlərin hərbi tədris müəssisələrimizdə təhsil almalarına razılıq verdiyini Mircəfər Bağırovla bölüşməyi qadağan etmişdi. Məsələ ondadır ki, Bağırov Bərzanidən və onun adamlarından İran Azərbaycanında vəziyyəti destabilizasiya etmək üçün yararlanmaq niyyətində idi. Ancaq Moskvada fərz edirdilər ki, Bərzani İranda yox, məhz İraqda daha lazımlı ola bilər- ordakı ingilispərəst rejimi devirmək üçün...”
 1947-ci ilin oktyabrında Bərzani Azərbaycan kommunistlərinin rəhbəri Bağırova öz məktub-memorandumunu yolladı. O Bağırovun qarşısında aşağıdakı tələbləri qoymuşdu: “1.Tərəfdarlarım ilə görüşməyə icazə verilməsi; 2.Onların təhsili üçün şəraitin yaradılması; 3.Aylıq bülletenin çapının təşkil edilməsi; 4.BMT-yə kürdlərə münasibətdə yeridilən ədalətsiz siyasətlə bağlı şikayətin göndərilməsi; 5.Stalinlə görüşün təşkil olunması”. Noyabrın 15-də kürdlərin rəhbəri Bağırova daha bir məktub yolladı. Bərzani bu məktubunda Bağırovu “Şərq xalqlarının rəhbəri” adlandırdı. “Biz taleyimizi Sovet dövləti ilə bağlamağı vacib saydıq, çünki bu hakimiyyət azadlığın dayağı və xalqların ümididir”- Bərzani yazırdı. Həmin məktubunda o “çox məşəqqətli, incidlilmiş və təhqir olunmuş vəziyyətə düşən azadlıq hərəkatı döyüşçülərinə diqqət ayrılmasını” xahiş edirdi…
 Azərbaycanda olduğu dövrdə Mustafa Bərzaninin burda yaşayan kürdlərlə çoxsaylı görüşləri təşkil olundu, habelə o Ermənistandakı kürdlərlə tanış olmaq üçün dəfələrlə İrəvana getdi. Onun təklifləri sayəsində Bakıda kürd yazıçı və şairlərinin əsərləri çap olundu, İrəvanda kürd radiosu açıldı və 1937-ci ildə bağlanmış kürd dilində qəzet bərpa edildi. Həmin dövrdə İrəvan Pedaqoji Məktəbində kürd dili fakültəsi açıldı, Ermənistan Dövlət Nəşriyyatında (“Armqosizdat”) isə kürd dilində ədəbiyyatın nəşri üzrə xüsusi komissiya yaradıldı. Ermənistan Yazıçılar İttifaqının tərkibində kürd seksiyası, Ermənistan Elmlər Akademiyasında kürdşünaslıq bölməsi, İrəvan Universitetində isə kürdoloji fakültə yaradıldı. Azərbaycana nisbətən Ermənistanda kürdlərlə bağlı tədbir və yeniliklərin çoxluğunu yəqin ki, Mircəfər Bağırovun Bərzaniyə olan nisbətən inamsız münasibəti ilə əlaqələndirmək olar. Bərzaninin daha bir ideyası Azərbaycan ərazisində kürd muxtar rayonunu bərpa etmək idi. Məlum olduğu kimi, vaxtilə Laçın və Kəlbəcər rayonlarının ərazisində “Qırmızı Kürdistan” mövcud idi. Sonralar ləğv olunan həmin strukturun yenidən yaradılması ideyası istər Moskvada, istərsə də Bakıda neqativ qarşılandı. O cümlədən Mircəfər Bağırov həmin ideyaya böyük skepsislə yanaşırdı, Bərzaninin öz millətinin nümayəndələrinə nəzarət istəyini isə onun “öz xanlığını yaratmaq” cəhdi kimi qiymətləndirirdi. Ümumiyyətlə, kürdlərdə olan arxaik tayfa münasibətləri və sərt iyerarxiya Mircəfər Bağırov və digər Sovet rəsmilərinin nifrətinə səbəb olmuşdu. Bərzaninin digər istəyi isə İraqa dönəndən sonra orda Kürdistan dövləti yaratmaq barədə Stalini yola gətirmək idi. Sudoplatovun memuarlarından bəlli olur ki, Stalin həmin ideyaya da razılıq vermədi. Sovet əks-kəşfiyyatçısı Vadim Udilovun “SSRİ-də terror aktları və təxribatlar” kitabından aydın olur ki, Bərzani İran hökumətinə qarşı döyüşmək üçün Sovet hökumətindən onun dəstəsinə silah-sursat verilməsini, hərbi təlimlər üçün şərait yaradılmasını və sonra da İran ərazisinə girmək üçün icazə verilməsini xahiş etmişdir. Görünür, Bərzani İrandan biabırçı qaçışın revanşını götürmək istəyirdi.
 1949-cu ildə DİN-in Stalinə məruzəsində deyilir: “Mustafa Bərzaninin arzularına uyğun olaraq Azərbaycan KP(b) MK-nin katibi yoldaş Bağırov hökumətə Bərzaninin dəstəsinin Xəzər dənizi sahilindəki düşərgələrin birində yerləşdirmək, onları ərzaq və sursatla təmin etmək, habelə şəxsi heyəti hərbi işə öyrətmək barədə təkliflər verib”. Hökumət müvafiq qərarı qəbul etdi. Həmin qərara əsasən, Bərzaninin dəstəsindən 3 atıcı bölük, artilleriya batareyası, minaatıcı batareya, minaaxtaran taqım, rabitə və tank taqımları formalaşdırıldı. SSRİ Silahlı Qüvvələri Nazirliyindən şəxsi heyətə təlim keçmək üçün 25 zabit göndərildi.
 Ancaq tezliklə Sovet kəşfiyyatı kürdlərin əsl xislətini üzə çıxardı. Çox tezliklə bəlli oldi ki, Sovet rəhbərliyi kürdlərin planlarını qətiyyən düzgün anlamayıb. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) Moskvaya məlumatında göstərilirdi ki, Bərzaninin şeyx komissarları inanclı kürdlər, həmçinin azərbaycanlılar qarşısında xütbələrlə çıxış etməklə onları heç də Sovet hakimiyyətini sevməyə çağırmırlar. Yəni söhbət teokratik bir iyerarxiyadan gedir. Bərzaninin Sovet quruluşu haqda söylədiyi pafoslu kəlmələr isə niyyətlərini ört-basdır etmək fəndindən başqa bir şey deyilmiş! DİN-in Stalinə məruzəsində deyilirdi: “Bir müddət sonra agentura yolu ilə müəyyən edildi ki, Mustafa Bərzani siyasi savadsız şəxs olmaqla bərabər kürd tayfalarını birləşdirərək onlardan knyazlıq qurmaq və bu knyazlığın rəhbəri olmaq niyyətindədir. O SSRİ-də olduğu dövrə onun heç nəyə öhdəlik götürmədiyi müvəqqəti bir təzahür kimi baxır. Bu cür əhval-ruhiyyəni nəzərə alaraq yoldaş Bağırov hökumət qarşısında məsələ qaldırıb ki, kürdlərin dəstələri Azərbaycan SSR ərazisindən çıxarılsın və bacardıqca İranla sərhəddən uzaqda yerləşdirilsin...”
 Bağırovun təklifi yetərli oldu. Üzə çıxdı ki, Stalinin onlara qarşı siyasətindən narazı qalan kürdlər Azərbaycanda silahlı üsyan qaldırmağa hazırlaşırlar. SSRİ Nazirlər Sovetinin 1948-ci il 9 avqust tarixli qərarına əsasən DİN tərəfindən kürdlərin Bakıdan çıxarılaraq Özbəkistan SSR ərazisinə- Daşkənd dəmir yolunun Verxneye-Komsomolskoye stansiyasına daşınmasına başlanıldı. Bakıdan kürdlərin köçürülməsi birdəfəlik aksiya kimi yox, hissə-hissə, xırda dəstələr halında icra olundu. Özbəkistanda onlar kolxoz tövlələrində yerləşdirildi.
 Orta Asiyada kürdlər dilənçi günündə yaşadılar. Bərzani narazılığını Stalinə yazdığı məktublarla ifadə etdi. O Stalinə 72 məktub yazdı. Ancaq heç bir cavab almadı. Bərzani deyirdi ki, məktublar Stalinə gedib çatmır, odur ki qonşuluqda yaşayan bir qadına yalvarırdı ki, Moskvaya getsin və məktubu orda poçt qutusuna salsın. Sonralar həmin hadisələri xatırlayan Bərzani narazılığını bu cür ifadə etmişdi: “Mən 5 dövlətə qarşı vuruşmalı olmuşam- İraq, İran, Türkiyə, Azərbaycan və Özbəkistana qarşı”.
 DİN-in məruzəsində qeyd olunur ki, 1948-ci ilin sonunda Mustafa Bərzaninin Özbəkistan kommunistlərinin başçısı Yusupovla görüşü olmuşdur və həmin görüşdə Bərzani öz dəstəsinin şəraitindən narazılığını bildirərək vəziyyətin, eləcə də gələcək perspektivlərin müzakirəsi üçün Stalinlə görüşü təşkil etməyi Yusupovdan xahiş etmişdir. Göründüyü kimi, Sovet hökuməti Bərzaninin heç də “kommunizm qurucusu” olmadığını aydınlaşdıran kimi kürdlərin Bakıdan uzaqlaşdıraraq faktiki olaraq sürgünə göndərmişdir. Kürd müəlliflər tərəfindən yazılmış “Mustafa Bərzani” bioqrafik kitabında da bu versiya vurğulanır. Kitabdan bir epizod: “Bərzani tərəfdarları özlərinin Orta Asiyaya sürgün olunmalarını repressiya kimi qəbul edirlər və Bağırovla Bərzani arasındakı münasibətlərin pisləşməsi ilə əlaqələndirirlər. Məsələn, onlar Daşkənddə Orduxan Cəlilə belə bir əhvalat danışır: “Bağırovun ad günündə bayram süfrəsi arxasında yubilyarın yaxınları ilə bərabər “Tudə”nin MK katibi Pişəvəri və general Bərzani də əyləşibmiş. Şən söhbətlər və sağlıqlardan sonra Bağırov hiss edir ki, Bərzani çox qayğılıdır. Bağırov üzünü ona çevirərək soruşur: “Niyə heç nə yemirsən?” Bərzani isə cavab olaraq “yoldaşları ac və yoxsul olduğu bir vaxtda SSRİ-yə əylənmək üçün gəlmədiyini” söyləyir. Məhz həmin məclisdən bir qədər sonra kürdlər Bakıdan çıxarıldığından Bərzani tərəfdarları köçürülmə əməliyyatının Bağırovun onlara qarşı münasibətinin soyuması ilə bağlayırlar”. Belədir, ya yox? Hökm vermək çətindir. Fakt odur ki kürdlər Özbəkistan kolxozlarında, bir hissəsi isə Altay vilayətinin çöllərində yerləşdirildi. Sudoplatovun yazdığına görə, kürdlərin Azərbaycandan Özbəkistana sürgün edilməsi ideyası başdan-ayağa Moskvanın ideyası idi və Bərzaninin ümidləri doğrultmaması fonunda bu addım siyasi cəhətdən düzgün addımdı. Bir müddət sonra isə ümumiyyətlə kürdləri SSRİ ərazisində saxlamaq təhlükəli hesab edildi. 1958-ci ildə Mustafa Bərzani komandası ilə birlikdə Sovet cəmiyyətinə yad ünsürlər kimi SSRİ ərazisindən çıxarılaraq İraqa qaytarıldı.
 Mustafa Bərzani 1970-ci illərdə İraqın SSRi ilə yaxınlaşmasını istəməyən ABŞ-ın simasında yeni bir müttəfiq tapdı. Mustafa Bərzani bu səfər də ABŞ-ın köməyi ilə İraq mərkəzi hakmiyyətinə qarşı üsyan etdi. Başlanan üsyanın uğursuzluqla nəticələnməsi ilə Mustafa Bərzani ABŞ-a qaçmalı oldu. 1979-cu ildə vəfat etdikdən sonra onun yerinə bərzani tayfasının və Kürdistan Demokratik Partiyasının başına oğlu Məsud Bərzani keçdi.

«Резня» в партии демократии и процветания Азербайджана


Произошла «резня» в партии демократии и процветания Азербайджана. Члены партии обвиняют друг друга в различных грехах.
Это партия, члены которой, состоящей из стариков и домохозяек, недавно провели акцию протеста перед посольством России в Баку. Причина: «Россия помогала Армении в карабахской войне».
Следует отметить, что аналогичные акции проходят и в Ереване: армянские оппозиционеры также обвиняют Россию в помощи Азербайджану в карабахской войне!
Председатель Партии демократии и процветания Азербайджана Губад Ибадоглу проживает в США. Он карабахский курд. Многие годы он был одним из политических деятелей, живших и работавших на гранты посольства США. Поскольку его обвинили в работе на внешнюю разведку в Азербайджане, он бежал в США и получил там убежище.
Он недавно провел акцию протеста перед посольством России на грант Госдепартамента США; он контролировал действие протестантов с другой стороны океана с помощью «пульта дистанционного управления».
Вернемся к резне. Заместитель председателя Партии демократии и процветания Азербайджана Сахават Алисой вновь выступил с резкими заявлениями в адрес Губада Ибадоглу и обвинил председателя партии в предательстве. 
«Как это может участвовать в партии человек, который на 4 года оборвал связи с партией, с каким статусом он тут выступает? Видимо, у тебя нет чувства стыда. У тебя не хватило мужества признать свою ошибку. Ты не можешь быть председателем партии. И ты это прекрасно знаешь. Ты профессиональный "НКО-шник", я признаю, что ты это умеешь, ты один из 3-5 главных ведущих человек в вопросе грантов в Азербайджане. Ты - любимый кадр тех, кто более 20 лет эксплуатирует Азербайджан, якобы борясь за демократию», - сказал Сахават Алисой.
По словам Сахават Алисоя, Губад Ибадоглу заявил, что в конце этого года в Азербайджане произойдет государственный переворот и он с помощью Англии сядет в президентское кресло. Оказывается Губад Ибадоглу сообщил партийцам, что новый премьер-министр Англии сделал на него «ставку».
Сахават Алисой назвал Губада Ибадоглу лжецом и авантюристом и заявил, что тот не дает ни копейки членам партии из полученных им грантов, и даже отказался дать в долг 200 манат человеку, который был активен в партии в течение 7 лет и руководил работой.
Сахават Алисой сообщил, что один из активистов партии, врач Руфат Алиев, так же, как и он, покинул ряды партии, а также готовится выйти из партии известный общественный деятель Адиль Гейбулла.

26.10.2022

BU XALQA HEÇMİ YAZIĞINIZ GƏLMİR?

İdris Abbasov

AMEA-nın yeni prezidenti keçən sabiq vitse-prezident, hazırkı deputat, Ədəbiyyat İnstitutunun direktoru və xırdalı-yekəli digər vəzifələrin sahibi İsa Həbibbəyli deyib ki, "qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək və dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur". Sinxron olaraq bir neçə vəzifənin "layiqincə öhdəsindən gələn" akademik-deputat vurğulayıb ki, "dövlətin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirməyə və dünya elminin nailiyyətlərini ölkəmizə gətirməyə çalışacağıq".
Müqtədir İsa Həbibbəyli, siz indiyədək AMEA-nın vitse-prezidenti, direktor və digər vəzifələr tutuduğunuz vaxtlarda məgər dövlət Azərbaycan elminin inkişafına dəstək vermirdi? Dövlətin dəstəyi deyəndə nəyi başa düşürsünüz? Dövlətin akademiyaya ayırdığı milyonlar, dürlü-dürlü qrantlar, pullar itdimi, batdımı, yoxsa o pulların Azərbaycan elminin inkişafına dəxli yox idi, hə?
Məntiqin başa düşmədiyi belə tərənnümlərlə siz – elmin inkişafı bir yana qalsın – vicdanlı alimləri demotivasiya etdiyinizin, vətəndaşların mənəvi məhvinə fərman verdiyinizin fərqindəsinizmi? Niyə bu xalqa qarşı bu qədər acımasızsınız? 
Mən bilmirəmsə, siz deyin, möhtərəm akademik! Elmə dövlət dəstəyi axı necə olur? Yəni dövlət elmin inkişafına pul ayırır, akademşəbəkə o pulu qoyur cibinə?
Bir qütbdə çörəyə, dərmana möhrtac dürüst elm adamları, digər qürtbdə dövlətin ayırdığını yeyib, xalqın dərisini soyan və harınlayan akademşəbəkə üzvlərimi? Əgər bunları da nəzərdə tutmursunuzsa, bəs onda dövlət dəstəyi deyəndə nəyi nəzərdə tutursunuz? Axı sizin də şahidlik etdiyiniz bu illərdə dövlət akademiyaya milyonlar ayırmaqla öz dəstəyini verib. Hanı o pullar?
Açıq deyin, bilək də. Məsələn, necə olur ki, mən ləyaqətli bir vətəndaş kimi elmi məhsuldarlıqda siz İsa Həbibbəylidən irəlidə olduğum halda (bu yerdə təvazökarlıq etmək sadəliyi pozur), ağır məişət şəraiti bir tərəfə qalsın, bir kurs müalicə olunmaq üçün dava-dərman almağa maddi imkanım olmur, siz isə yağ-bal içində üzür, pula pul demirsiniz? Mənim durumumda olan bu xalqa heçmi yazığınız gəlmir? 
P.S.: Pşemislav Cavanşir təklifinizi qəbul edib Bakıya gəldi, ya gəlmədi? Vallah, öz işlərini görüb ölkələrinə fayda verən Polşa vətəndaşları Pşemislav və ya Martini səfirlərimizi səfərbər edərək qonaqlıq məclisi üçün bir-iki günlüyə Bakıya gətirmək dünya elminin nailiyyətlərini ölkəmizə gətirmək deyil. Bunlar tamam başqa-başqa şeylərdir. Pşemislavdan qat-qat namuslu övladlarımız isə elə burdaca– doğma Vətənlərində gözününzün qabağında və məhz sizin fəaliyyətiniz nəticəsində Əzraillə can çəkişir. Bu nə gözə kül üfürmə, bu nə təzaddır? 
Bu barədə daha müfəssəl izah vermək ümidilə...

İranı və Türkiyəni Qafqaza Rusiya gətirib

Zöhrə İsmayılova

Türkiyənin Azərbaycanda olması məhz Rusiyaya lazımdır.
Hər hansı Qərb, NATO ölkəsinin olmasındansa Türkiyənin olması ona görə yaxşıdır ki, lazım olan anda özləri rahat gedə biləcəklər.
Hər hansı ciddi müqavimətlə qarşılaşmayacaqlar ruslar.
Çünki orda ruslar hazırda bir neçə zavod tikir, qaz qovşağı yaradır, bir neçə mərkəz yaradıb.
Bir sözlə, indi Türkiyə formal olaraq Avropa, Qərb, NATO ölkəsidir. Əslində isə Rusiyanın tərəfdaşıdır.
Çinə qədər uzanan, Azərbaycandan keçən böyük yolun təhlükəsizliyini təmin etmək üçün Türkiyə faktoru çox önəmlidir. Onları da neytrallaşdırmaq bu yolun təhlükəsizliyini təmin etmək üçün çox vacib idi. Həmin yoldan dünyanın böyük hissəsinə yüklər daşınacaq. Məhz ölkələrin təhlükəsizliyinin təmin edilməsi əsas plandır. Bu yolda da Qərb Türkiyə tərəfdən, Ermənistan tərəfdən problem yarada bilərdi.
Ona görə də Rusiya İranın Ermənistana daxil olmağını, bizə də Türkiyənin gəlməsini "təmin" edib hər iki ölkəni prosesə cəlb edib və bununla bir növ təhlükəsizlik məsələsində onların da boyununa məsuliyyət qoyub. Çünki bu təhlükəsizlik həm İrana həm Türkiyəyə (yolun bir hissəsi onun payına düşür, amma əsas tranzit xətti bizik) lazımdır.
Qərbin Ermənistana dəstək və daxil olmaq bəyanatlarını, fikirlərini eşidən Rusiya ora tezbazar iranı otuzdurur ki, onlar gəlsə, sülh olmayacaq, toqquşma artacaq, böyüyə də bilər. Səni də ordan vurmaq istəyirlər, yaxşısı budur ki, sən gir otur orda, qoy onlar gəlməsin. Türkiyə də bizdə. Türkiyə isə heç vaxt iranla toqquşmaya getməz deyə (hazırda maraqlar tamamilə üst üstə düşür deyə) - bizdə də Türkiyə.
Və beləliklə, hər iki ölkə də təhlükəsizlik haqqında bəyanatlarla çıxış edir.
Bu sadəcə toqquşmanın qarşısını almaq üçündür.
Bir sözlə, bizdə Türkiyənin, Ermənistanda İranın olması sülh prosesini sürətləndirmək üçün, prosesdə qarşıya çıxa biləcək Qərb maneəsini maksimum neytrallaşdırmaq üçün planlaşdırılıb.

P.S.: Avrasiyada Türkiyə və İranın rolu çox böyükdür.
«Осетины как наследники и древнего Аланского царства, и сарматов, и скифов, и изначальных индоевропейцев Турана, представляют собой уникальный случай преемственности индоевропейского горизонта, туранского Daseina-а в то время, как подавляющее большинство других индоевропейских народов в течение тысячелетий многократно трансформировало и видоизменило древнюю индоевропейскую идентичность. Более того, осетины сохраняют самобытность и древнейптую традицию в сочетании с христианством и отчасти с исламом (у дигорцев) в такой форме, которая по многим параметрам удивительно близка к оригинальной парадигме, а благодаря союзу с Россией и присоединению к ней осетины оказались в том же географическом пространстве, которое и служило колыбелью первых индоевропейских племен, в том же «вмещающем ландшафте», структуру которого они сохранили в своих мифах, легендах, обрядах и религиозных представлениях. Именно поэтому Жорж Дюмезиль, создавший трехфункциональную теорию корневой индоевропейской идеологии, опирался в своих реконструкциях прежде всего на Нартовский эпос и культуру осетин, считая их живыми носителями изначальной индоевропейской — скифской, туранской — древности».

Александр Дугин, «Туранский Логос»

21.10.2022

Səxavət Əlisoydan Qubad İbadoğluna ağır ittihamlar: Bəs deyirdin İngiltərə sənə “stavka” edir?


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Səxavət Əlisoy yenidən Qubad İbadoğlu haqqında kəskin ifadələr işlədib.
Qaynarinfo xəbər verir ki, Səxavət Əlisoy partiya sədrini xəyanətdə ittiham edib.
"2019-cu il dekabr ayının 22-də ADR Məclisinin 10-cu sessiyasında 6 dəqiqəlik çıxışım var, axtar arxivini bax. 4 ildir ADR-lə əlaqəsini kəsən şəxs 3 il əvvəl Məclisdə necə iştirak edib, hansı statusla çıxış edib? Görünən odur ki, sən utanc hissindən məhrumsan. Cəsarətin çatmadı ki, səhvini etiraf edəsən. Səndən partiya sədri olmaz. Bunu çox yaxşı bilirsən. Sən bir peşəkar "QHT-şniksən”, bunu bacardığını etiraf edirəm, "qrant məsələsi"ndə Azərbaycanda öndə gedən 3-5 nəfərdən birisən. 20 ildən artıqdır Azərbaycanı istismar edənlərin guya demokratiya üçün mücadilə verən sevimli kadrısan", deyə Səxavət Əlisoy bildirib.
S.Əlisoy qeyd edir ki, Qubad İbadoğlu "bu ilin axırında ölkədə vəziyyət dəyişəcək və İngiltərənin yeni baş naziri mənə "stavka" etdiyi üçün Bakıya dönəcəyəm" deyən bir avanturistdir.
"Ağır durumuna rəğmən səndən 200 manat borc istəyən hərəkat üzvünə, 7 ildir dayanmadan səni təbliğ edən birinə "yoxumdur" deyə bilən bir nankorsan" - deyən Səxavət Əlisoy bir ay öncə həkim Rüfət Əliyevin İdarə Heyətindən istefa verdiyini xatırladıb: "Adil Qeybulla da sənin yanından çəkilər yəqin".

20.10.2022

Politoloq Natalya Makeeva Duqin-Lukaşenko görüşü barədə


Belarus lideri Aleksandr Lukaşenko məşhur rus filosofu Aleksandr Duqinlə görüşüb.
Rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı, Geopolitik Ekspertizalar Mərkəzinin direktor müavini Natalya Makeeva bu barədə yazır:

“Bu görüşün əhəmiyyəti çox böyükdür. Fakt budur ki, Aleksandr Qelyeviç nə dövlət məmuru, nə də iş adamıdır. Duqinin sahib olduğu yeganə və ən vacib şey ideyalardır. Bu onun xəzinəsidir.
Yalnız səthi səviyyədə əhəmiyyət kəsb edən iqtisadi mərkəzli görünən müasir dünyada ideyalar birinci yerdədir. Məhz ideyalar kollektiv Qərbə yaxın vaxtlara qədər neoliberalizmin qlobal hökmranlığı yolu ilə uğurla irəliləməyə imkan verən alətdir.
Xüsusən də Fukuyamanın fəlsəfə səviyyəsində formalaşdırdığı daha sonra politologiya və siyasət səviyyəsinə, ekspert mühitinə enir, və sonra daha da aşağı, Qərb insanının gündəlik şüurunu, davranışını, estetik fikirlərini, cinsi həyatını və daha çoxunu formalaşdırır. İdeyalar mücərrəd, formalaşdırılmayan bir şey deyil. Postsovet məkanında, xüsusən də Rusiyada ideyalar ikinci dərəcəli əhəmiyyət kəsb edən bir şey kimi qəbul edilir. Postsovet məkanında, xüsusən də Rusiyada ideyalar ikinci dərəcəli bir şey (iqtisadiyyata, siyasi texnologiyalara və s. əlavə) kimi qəbul edilir. Və bu, bizim qondarma “tərəfdaşlarımıza” həm birbaşa sərhədlərimizdə, həm də bütün dünyada getdikcə daha çox yeni mövqelər ələ keçirməyə imkan verən böyük səhvdir.
Liberalizm Rusiyanın hələ ona qarşı heç bir şey çıxarmadığı çox spesifik bir fenomendir... Bir növ qeyri-müəyyən vətənpərvərlik, əlbəttə yaxşıdır, lakin düşmənin tamamilə hər hansı bir mövzuda uzun müddət mübahisə etdiyi və mümkün suallara cavab verdiyi bir vəziyyətdə kifayət deyil.
Və bu baxımdan Duqinlə Lukaşenkonun görüşü o deməkdir ki, Belarus lideri ideyaların dəyərini, onların üstünlüyünü dərk edir.
Lukaşenko haqqında bəlli bir sadə zəhmət adamı fikiri formalaşıb... Amma deyəsən işlər bir az fərqlidir. Əks halda bu görüş baş tutmazdı. Biz bütün təfərrüatları - dövlət başçısının və filosofun nədən danışdığını bilmirik. Amma eyni zamanda göz qabağındadır ki, öz xalqının əsl rəhbəri üçün filosofla məsləhətləşməkdən, onunla fikir və mənalar, hamımızın birlikdə - Rusiyanın, Belarusun və Avrasiya qitəsinin digər ölkələrinin getməli olduğu yolları müzakirə etməkdən təbii heç nə yoxdur”.


Natalya Makeeva

07.10.2022

Aleksandr Duqin - Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri


Aleksandr Duqin - Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri.
Rusiyalı filosof, geopolitik, professor, sosioloq, publisist.
7 yanvar 1962-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub.
Atası QRU generalı, anası isə tibb elmləri namizədidir.
Moskva Aviasiya İnstitutunu, Novoçerkassk Dövlət Meliorativ Akademiyasını bitirib.
Elmi dərəcələri: sosiologiya elmləri doktoru, siyasi elmlər doktoru, fəlsəfə elmlər namizədi.
Aleksandr Duqini Kremlin beyni, onun avrasiyaçılıq ideologiyasını isə Rusiya hökumətinin doktrinası hesab edirlər. Mətbuat onu Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının qeyri-formal məsləhətçisi və ideoloqu kimi səciyyələndirir. Qərb mətbuatı onu putinizmin boz kardinalı, geopolitika haqqında kitabını isə Putinin xarici siyasət planı adlandırır. Fransanın “Aktüel” jurnali Duqini postkommunist epoxasının ən nüfuzlu mütəfəkkiri adlandırır.
2009-2014-cü illərdə Moskva Dövlət Universitetinin sosiologiya fakultəsində kafedra müdiri işləmişdir. Bu universitetdə struktur sosiologiyasından, etnososiologiyadan, geopolitika sosiologiyasından, beynəlxalq münasibətlərin sosiologiyasından mühazirələr oxumuşdur.
1997-ci ildə qələmə aldığı “Geopolitikanın əsasları” kitabı Rusiya Genştabı Hərbi Akademiyasının dərsliyinə çevrilmişdir. Duqin özü də bu akademiyada dərs vermişir.
1998-ci ildən Rusiya Dövlət Dumasının sədri Genadi Seleznyovun, 2012-ci ildən isə Dövlət Dumasının sədri Serqey Narışkinin müşaviri işləmişdir.
2016-2017-ci illərdə “Çarqrad” telekanalının baş redaktoru olmuşdur.
Avropanın və ABŞ-ın ultrasağ və tradisionalist hərəkat aktivistləri ilə görüşlər keçirmiş, antiqərb əhval-ruhiyyədə olan ölkələrin – Çinin, İranın və Türkiyənin akademik və ideoloji dairələri ilə əlaqələr qurmuşdur. ABŞ, Fransa, Türkiyə, İran və Moldova universitetlərinə mühazirələr oxumaq üçün dəvətlər almışdır.
Türkiyəli siyasətçi Doğu Perinçek (jurnalistlər onu Ərdoğanın qeyri-rəsmi müşaviri adlandırırlar) bildirmişdir ki, Ərdoğana 2016-cı ildə Darbe çevrilişi təhlükəsi barədə qabaqcadan məhz Duqin məlumat vermişdir və Türkiyənin növbəti ABŞ xuntası əsarəti altına düşməsindən xilas olmasında o mühüm rol oynamışdır.
Rusiyalı yazıçı və siyasi xadim Aleksandr Proxanov Duqini “görkəmli rus insanı” adlandırır və “bizim günlərin parlaq ideoloqlarından biri” kimi səciyyələndirir: “Çox şeylərdə onun tayı-bərabəri yoxdur. O nəhəng tarixi layları adlayır, ilkin axritepləri dirildir. Duqin rus ənənəçiliyi ilə modernist avanqardı birləşdirir”.
Adı ABŞ-ın, Kanadanın və Avropa İttifaqının sanksiya siyahılarına düşmüşdür.
“Amerikanın səcdə etdiyi Tanrı pravoslav ixtiologiyasında Şeytan adlanır” – Duqinin Amerikaya münasibəti belədir.
O Rusiyanın xilasını Şərqə dönüşdə, demokratiyadan və bazar iqtisadiyyatından imtinada görür.
Duqin SSRİ-nin dağılmasını faciə adlandıraraq bunu geopolitik nöqteyi-nəzərdən dəniz sivilizasiyasının quru sivilizasiyası üzərində qələbəsi kimi xarakterizə edir.
Onun nəzəriyyəsində dünya quru və dəniz sivilizasiyalarının mübarizə meydanı kimi təqdim olunur: kontinental dövlətlərin tellurokratiyası dəniz dövlətlərinin tallasokratiyası ilə mübarizə aparır. Burda quru sivilizasiyasına Avrasiya dünyası (başda Rusiya olmaqla), dəniz sivilizasiyasına isə Atlantika dünyası (başda ABŞ olmaqla) aiddir.
Duqinə görə, Avrasiyanın quru dövlətlərində hakimiyyətlər tarixən, ənənəvi olaraq avtoritardır, cəmiyyət quruluşu isə kollektivçilikdir. Demokratiya, individuallıq, istismar isə Atlantik dünyanın məhsullarıdır. Dünya tarixi pərdəarxasında “avrasiyaçılar ordeni” ilə “atlantistlər ordeni” arasında savaş gedir. Bunlar bir növ dünyanın meqa xüsusi xidmət orqanlarıdır.
O liberalizmi bütün bəlaların günahkarı sayır və Stalin kultunu pravoslavlıq ilə əlaqələndirir.

06.10.2022

Rusiyanın Ali Müftisi Avropaya “rusca” cavab verib


Rusiyanın Ali Müftisi Talqat Tadjuddin keçmiş Ukrayna ərazisində keçirilən xüsusi əməliyyatı dəstəkləyib. Müdrik müsəlman lider onu “həqiqətin bərpası” adlandırıb.
Onun fikrincə, müharibə qaz, neft uğrunda deyil, insan ruhu uğrunda gedir:
“Avropaya qaz və neftdən başqa bizdən nə lazımdır? Onlar bizim canımızı almaq istəyirdilər. Yenidənqurma illərində, sonra da bütün televiziyalarda Qərb filmləri uşaqlarımızın beyninə təsir edirdi. Onlar bizim uşaqlarımızı, nəvələrimizi oğurlayırlar!.. Rus dilində, хрен им!”
Bundan əvvəl Volqoqrad vilayətinin müftisi Abdulla Hacı və Rusiyanın Rostov vilayəti üzrə Mərkəzi Ruhani İdarəsinin sədri Məhəmməd Bikmayev xüsusi əməliyyatı dəstəkləyərək vətəni qorumaq kimi müsəlmanın müqəddəs borcunu qeyd edərək, təxribatlara uymamağa çağırıblar. Bikmaev deyirdi ki, “bəla və fitnə qətldən daha pisdir”, Abdulla Hacı isə “bu hərəkətlərin Vətənə, Allaha qarşı yönəldiyini” vurğulayıb.

P.S.: Rusiyada dini konfessiyalar müxtəlifdirlər, lakin onların arasında birlik var, ona görə də yenilməzdirlər!

05.10.2022


Erməni siyasi xadimi Vardan Qukasyan:

“BMT Azərbaycanı aqressor adlandırır. ABŞ, Kanada, Fransa kimi NATO ölkələri də Azərbaycanı aqressor adlandırır. Bircə Rusiya Azərbaycanı aqressor adlandırmır, hətta deyir ki, Ermənistan Qarabağ torpaqlarından çıxmalıdır. Ona görə də biz KTMT-ni tərk etməliyik”.
***
“Biz dəfələrlə Rusiyaya və KTMT-yə müraciət etdik ki, Azərbaycan bizə təcavüz edir. Lakin KTMT bizə heç bir kömək etmədi. Rusiya yüksəkçinli məmurları bizə bildirdilər ki, bu münaqişədə Azərbaycan günahkar deyil, Ermənistan günahkardır! Rusiya açıq-aşkar Azərbaycanın maraqlarını qoruyur. İndi baxın, Rusiya və KTMT bizə heç bir dəstək vermədiyi halda ABŞ-ın ikinci nüfuzlu şəxsi Nensi Pelosi okeanın o tərəfindən gəldi və bizə dəstək oldu. Onda deyin, bu Rusiya və KTMT bizim nəyimizə gərəkdir?”
***
“Rusiyanın politoloqu gəlib Şuşada deyir ki, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər. Deyin, hansı ABŞ siyasətçisi və ya məmuru belə deyir?! Əksinə, ABŞ Azərbaycanı təcavüzkar adlandırır və Qarabağdan çıxmasını tələb edir. Rusiya isə bu məsələdə bizim özümüzü təcavüzkar adlandırır və Azərbaycanın tərəfini tutur. Ona görə də erməni xalqı ölkə rəhbərliyindən KTMT-dən çıxmağı və NATO-da yer almağı tələb edir”.

Erməni siyasətçisi Jirayr Sefilyan:

“44 günlük Qarabağ müharibəsindən qabaq bizim ordunun əli-qolu Rusiya tərəfindən bağlanmışdı. Rusiya bütün hazırlıqları görmüşdü ki, Azərbaycan ordusu qələbə çalsın”.
***
“Ermənistan ordusunun Genştabında oturan və bizim ordumuza nəzarət edən rusiyalı generallar və polkovniklər 44 günlük müharibədə Azərbaycanın qələbə çalmasına şərait yaratdılar”.
***
“Qərb Rusiyanın qorxusundan bizə silah vermir, yoxsa biz çoxdan Arçaxı qaytarmışdıq”.

Natalya Makeeva: Düşmənimiz anqlosakslar, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb və NATO-dur

Beynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı, Geopolitik Ekspertizalar Mərkəzinin direktor müavini Natalya Makeeva:

— Düzgün diaqnoz qoyulub. Düşmənin kim olduğu dəqiq müəyyən edilib. O anqlosakslar, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb və onun hərbi qanadı olan NATO-dan ibarətdir. Eyni zamanda, postsovet məkanında gedən bir çox neqativ proseslərdə Rusiyanın günahı göz qabağındadır. Amma ukraynalı təbliğatçıların “Rusiya günahkardır!” sözlərinə verdiyi mənada deyil. Rusiyanın günahı SSRİ dağılandan bəri düşmən vaxt itirmədiyi halda, keçmiş SSRİ respublikalarında işləməməkdir. Düşmənin Ukraynanı götürməsinin səbəbi, orda baş verənlər, Rusiya diplomatlarının və o vaxtkı “Rossotrudniçestvo”nun günahıdır. Amerikanlar Ukraynanı zəbt etdilər, bizsə mahnı oxuduq və çay içdik... Nə etməliyik? Postsovet məkanında aktiv olmalıyıq. Keçmiş Sovet respublikalarının daxili siyasətinə qarışmalıyıq. Lakin bu yetərli deyil! Düzdür, müdafiə lazımdır, amma müdafiəçilikdən uzaq olmaq lazımdır! Çünki yalnız özümüzü müdafiə etsək, istər-istəməz uduzacaq, məğlub olacağıq... Hücuma keçməliyik. Axı ABŞ-da SSRİ-nin dağıldığı vaxta nisbətdə daha çox ziddiyyətlər var. Təzadlı qanunvericilik, ziddiyyətli cəmiyyət var. “Azad Texas” və “Kaliforniya Uber Alles” şüarlarını xatırlamağın vaxtıdır. “State” sözü “dövlət” kimi tərcümə olunur, odur ki biz “Amerika Birləşmiş Dövlətləri” ilə ciddi məşğul olmalıyıq. Azacıq səy göstərsək, əsas rəqibimiz haldan düşəcək və fəsadlarını dayandıracaq.

Natalya Makeeva: Düşmənimiz anqlosakslar, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb və NATO-dur


Beynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı, Geopolitik Ekspertizalar Mərkəzinin direktor müavini Natalya Makeeva Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında keçirilən konfransda çıxış edib. Tədbirin mövzusu “Amerikanın “Anakonda” strategiyası: Zaqafqaziyanın qeyri-sabitlik zolağına daxil edilməsi təhlükəsi” olub. Natalya Makeevanın çıxışını sizə təqdim edirik.

“Politoloqlarımız düzgün fikirlər səsləndirdilər. Düzgün diaqnoz qoydular. Düşmənin kim olduğu dəqiq müəyyən edilib. O anqlosakslar, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb və onun hərbi qanadı olan NATO-dan ibarətdir.
Eyni zamanda, postsovet məkanında gedən bir çox neqativ proseslərdə Rusiyanın günahı göz qabağındadır. Amma ukraynalı təbliğatçıların “Rusiya günahkardır!” sözlərinə verdiyi mənada deyil. Rusiyanın günahı SSRİ dağılandan bəri düşmən vaxt itirmədiyi halda, keçmiş SSRİ respublikalarında işləməməkdir. Düşmənin Ukraynanı götürməsinin səbəbi, orda baş verənlər, Rusiya diplomatlarının və o vaxtkı “Rossotrudniçestvo”nun günahıdır. Bilirsinizmi, onların fəaliyyəti mənə “SİTA bəyan etməlidir” filmindəki qondarma Naqoniya ölkəsinin səfirliyində başına “kokoşnik” qoyub, rus xalq mahnıları oxuyaraq çay içənləri xatırladır... Amerikanlar Ukraynanı zəbt etdilər, bizsə mahnı oxuduq və çay içdik... Beləliklə, günahkarlar bəllidir və mən ümid edirəm ki, onlar cəzalandırılacaq.
Nə etməliyik? Postsovet məkanında aktiv olmalıyıq. Keçmiş Sovet respublikalarının daxili siyasətinə qarışmalıyıq. Lakin bu yetərli deyil! Düzdür, müdafiə lazımdır, amma müdafiəçilikdən uzaq olmaq lazımdır! Çünki yalnız özümüzü müdafiə etsək, istər-istəməz uduzacaq, məğlub olacağıq...
Hücuma keçməliyik. Axı ABŞ-da SSRİ-nin dağıldığı vaxta nisbətdə daha çox ziddiyyətlər var. Təzadlı qanunvericilik, ziddiyyətli cəmiyyət var. “Azad Texas” və “Kaliforniya Uber Alles” şüarlarını xatırlamağın vaxtıdır. “State” sözü “dövlət” kimi tərcümə olunur, odur ki biz “Amerika Birləşmiş Dövlətləri” ilə ciddi məşğul olmalıyıq. Azacıq səy göstərsək, əsas rəqibimiz haldan düşəcək və fəsadlarını dayandıracaq.
Mən heç “Stalin boğazı”nı da nəzərdə tutmuram. Mən bir neçə dövlətdən danışıram ki, ABŞ-ın yerinə keçən kimi, uzun müddət öz aralarındakı münasibətləri aydınlaşdıracaqlar”.

03.10.2022

Rus ordusunun tərkibində Ukraynada vuruşanlara Rusiya vətəndaşlığı verilir


Vladimir Putin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış şəxslərin sadələşdirilmiş vətəndaşlıq alması haqqında fərman imzalayıb.
Məlumat Ukraynada döyüşlərdə iştirak etmək üçün Rusiya ordusu sıralarına qatılan xaricilər üçün faydalı olacaq.

1.Siz Saxarova Çoxfunksiyalı Miqrasiya Mərkəzinə gəlməlisiz (buranı əcnəbilər tanıyır), könüllülərin harda qəbul edildiyini mühafizəçidən soruşmalısınız, sizi müsahibə üçün RF Müdafiə Nazirliyinin nümayəndəsinin yanına aparacaqlar: -Niyə gəlmisən? -Özün haqqında danış. -Döyüşməyə hazırsanmı?
Hərbi komissarlığa istiqamət verirlər.
2.Hərbi komissarlığa ozünüzlə birlikdə pasport götürün.
3.1 illik müqavilə bağlayırsız. Müqavilənin sonunda vətəndaşlıq verilir. Aylıq əmək haqqı alacaqsız (döyüş bölgəsində maaş daha yüksəkdir).
4.Hazırlaşmağ  üçün 7 gün verilir (nəsə almaq, işdən çıxmaq və s.).
5.Təyin olunmuş bölüşdürücü məntəqəyə gələcəksiniz.

Ən çox könüllülər Zaqafqaziya, Orta Asiya və Belarusdandır.
Təminat tamdır. İstəyə bağlı olaraq rahat çəkmələr, təchizat və s. götürə bilərsiz.

Bura yazın: @amountno                     Kömək edərik.
@otryadkovpaka

01.10.2022

İnamlı xarizmatik lider – Ramzan Kadırov

Müharibədən sonrakı Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun şəxsiyyəti Kremlin nizamlama planının əsas elementi idi. Moskva bütün dəstəyini, inzibati resursları və vəsaitlərini məhz ona yönləndirmiş, bütün hakimiyyəti Əhməd Kadırovun əlində cəmləmişdi. Bu, bir çox cəhətdən çeçen cəmiyyətində qaynar dövrün sonuna doğru yığılmış ziddiyyətləri aradan qaldırmaq üçün fövqəladə tədbir idi.
Əhməd Kadırovun aradan götürülməsi bütün Kremlə ciddi zərbə oldu və müvafiq olaraq, sülhün qorunması, Çeçenistan daxili ziddiyyətlərin aradan qaldırılması üçün görülən bütün işləri uğursuzluq həddinə çatdırdı – terrorçuların istəyi də məhz bu idi. Əhməd Kadırovun faciəli ölümündən sonra Kremlin Çeçenistanla bağlı variantları çox idi, lakin Putin məhz Kadırovun kursunu davam etdirmək variantı seçildi. Bu məqsədlə əsas variant olaraq dərhal Əhməd Kadırovun oğlu Ramzan Kadırovun prezident seçilməsi üzərində dayanıldı.
Respublikanın baş naziri postunu tutan kiçik Kadırov Çeçenistan sakinlərinə söz verdi ki, səlahiyyət müddəti başlayandan üç ay ərzində müsbət dəyişiklik baş verməsə, vicdanla istefa verəcək. Belə bir yanaşma həm bütövlükdə Çeçenistan, həm də Ramzan Kadırovun özü üçün olduqca xarakterikdir. Məsələ burasındadır ki, Ramzan içərisindən çıxdığı xalqa tam uyğun bir siyasətçidir. O çeçen cəmiyyətinin hələ də ənənəvi həyat tərzinə sadiq qaldığını başa düşür. Bunu onun atası da hələ Çeçenistanın ali müftisi olarkən dərk edirdi. Xalqının onun fəaliyyətini dəstəkləməyəcəyi halda istefa verəcəyini elan edən Ramzan tam ağıllı və prinsipial yanaşması ilə sadə insanların istək və əhval-ruhiyyəsini çox yaxşı başa düşdüyünü nümayiş etdirdi.
Kadırovun prezidentlik ambisiyaları onun şəxsi uğurları fonunda böyüdü. O gücün dadını tədricən hiss etdi və topladığı təcrübə onu bir siyasətçi kimi müdrikləşdirdi. Peşəkar mənada o prezidentliyə hazırlıq üçün baş nazir kimi sürətli kurs keçərək, həqiqətən də böyüdü. Digər tərəfdən kiçik Kadırov həm baş nazir, həm də prezident olarkən atası kimi həmişə öz prinsiplərinə sadiq qaldı və çeçen cəmiyyətinin ənənəvi yolunu nəzərə aldı.
Çeçenistanda xüsusi sosioloji araşdırmanın aparılması və kiçik Kadırovun parlament deputatları qarşısında çıxışı nəticə etibarilə seçkiqabağı vədin yerinə yetirilməsi oldu.
Çeçenistan sakinlərinin Ramzan Kadırovun respublikanın baş naziri kimi fəaliyyətinə yüksək qiymət verməsi ilk növbədə (və ən əsası), Çeçenistanda vəziyyətin həqiqətən yaxşılaşması ilə bağlı idi ki, bu da göz qabağındadır. Baxmayaraq ki, bu irəliləyişdə Kadırov administrasiyasının peşəkar idarəçiliyi ilə yanaşı təbii ki Moskvanın da siyasi və maliyyə dəstəyi böyük rol oynayıb. Respublikada həm iqtisadi, həm də sosial vəziyyətin sabitləşməsi üçün çox böyük işlər görüldü və bu işdə Kadırov Moskvadan olan “nəzarətçi” rolunu oynadı. O Kremlin etibarlı adamı olaraq respublikaya gələn maliyyə vəsaitlərinin ədalətli və yaradıcı şəkildə bölüşdürülməsinə savadlı şəkildə nəzarət etdi. Ona görə də o iqtisadi və siyasi sabitləşmə proseslərinin uğurlu olmasında, korrupsiya və oğurluq səviyyəsinin minimuma enməsində şəxsən maraqlı idi. Baş nazir olduğu bütün dövr ərzində Kadırovun Çeçenistanda reytinqi durmadan artdı. Üstəlik Kremlin ona olan inamı da artırdı. Bunlar Ramzanı var gücü ilə işləməyə və onun administrasiyasında çalışan məmurların sui-istifadələrinə nəzarət etməyə məcbur edən amillər idi. Nəhayət, unutmaq olmaz ki Ramzan Kadırov situasiyaya nəzarət etmək üçün də ənənəvi üsullardan istifadə edir və Çeçenistanın siyasi elitası indi əsasən onun şəxsiyyəti ətrafında cəmləşib. Ramzanın keçmiş yaraqlılara təsiri də həmişə məlum olub. Heç kəsə sirr deyil ki, Çeçenistan Daxili İşlər Nazirliyinin bir çox əməkdaşı bir vaxtlar qanunsuz quldur birləşmələrinin üzvləri olub, sonra isə silahı yerə qoyublar. Yəni Kadırovun hələ də Çeçenistan ərazisində fəaliyyət göstərən həmin kiçik banda qrupları ilə danışıqlar aparmaq üçün ciddi resursu da var. Belə ki kompyuter jarqonunda danışsaq Kadırov “interfeys” funksiyasını – federal mərkəzlə çeçen cəmiyyəti arasında qarşılıqlı əlaqəni həyata keçirirdi. 
Şübhəsiz ki, Çeçenistan iqtisadiyyatının bərpasında Kadırovun şəxsi töhfəsi böyükdür. Lakin Moskvanın Çeçenistana qoyduğu nəhəng investisiyaları da unutmaq olmaz.
Ramzan Kadırov region həyatının hərbi-siyasi sferasında sabitliyə nail ola bildi və bu baxımdan Çeçenistan bu gün, demək olar ki, nümunəvi regiondur. Burda baş verən proseslərlə bağlı Kadırov hər kəsdə olmayan informasiyaya malikdir. Məhz bu kontekstdə onun Çeçenistana bitişik respublikalarda - İnquşetiyada, Dağıstanda, Kabardin-Balkarda və digər yerlərdə xüsusi əməliyyatlar keçirmək təşəbbüslərini başa düşmək lazımdır. Vahhabi yaraqlılarının çoxu geri çəkilmək üçün artıq bütün yolların kəsildiyi Çeçenistanda deyil, hələ də qalan quldur dəstələri üçün daşınma bazası kimi istifadə olunan bitişik rayonlarda gizlənirdilər. Belə hallarda Təmizləmə əməliyyatları dəqiq xarakter daşımalı və ən son kəşfiyyat vasitələri (peyklə izləməsi və s.) ilə aparılmalıdır. Həmin uğurlu əməliyyatlar nəticəsində Federal mərkəzə qarşı mübarizə ideyasının sadə əhali arasında getdikcə gözdən düşdüyünü görən qeyri-qanuni silahlı birləşmələrin üzvləri mülki həyata qayıtmağa qərar verdilər.
Amnistiya başa çatdıqdan sonra Ramzan Kadırov əlamətdar bəyanatla çıxış edib. Onun fikrincə, Beynəlxalq terrorizmlə mübarizədə Çeçenistan Respublikası ön sıralarda idi. Kadırov dini ekstremizmin, xüsusən vahhabiliyin istənilən təzahürlərinin ən sərt şəkildə və vaxtında qarşısının alınmasına çağırdı. O öz açıqlamasında bunları dedi: “Çeçenistan Respublikasında geniş yayılmış ənənəvi İslamla ziddiyyət təşkil edən hər hansı bir cərəyanın daha da güclənməməsi üçün onu ilkin mərhələsində dayandırmaq lazımdır. Onu yayanlar şeytanlardır, onların yeri torpağın altıdır”.
Bu sözləri söyləyən Çeçenistan lideri sonradan Rusiya Federasiyasının dərinliklərinə nüfuz etmək üçün Çeçenistan ərazisində Qərb plasdarmı yaratmaq istəyən qüvvələrin cəhdlərinə son qoydu.
Məlumdur ki, çeçen xalqı qədim zamanlardan İslamda sufiliyi əsas götürən sünni məzhəbinə itaət edir. Sovet dövründə islam dini uzun illər qadağan olunduğundan Qərb islamçı təriqətləri bundan istifadə edərək, dinə qoyulan qadağa aradan qaldırıldıqdan dərhal sonra Şimali Qafqazda öz təsirlərini yaymağa çalışdılar. 
Vahhabilik təlim olaraq 18-ci əsrdə Məhəmməd ibn Əbd-əl-Vahhab tərəfindən, qəribə də olsa, Britaniya məxfi xidmətlərinin köməyi ilə yaradılıb - ilk növbədə müsəlmanların birliyini sarsıtmaq və onları Qərbin manipulyasiya obyektinə çevirmək üçün. Vahhabiliyin İslam dininin anti-Qərb qolu olması mifdir. O yalnız Qərbin özünə, o cümlədən amerikanlara növbəti xarici siyasi avantüralarını həyata keçirmək məqsədilə lazım olanda anti-Qərb yönümlü olur. Çoxları 2001-ci il 11 sentyabr hadisələrinin ABŞ üçün nə qədər sərfəli olduğuna diqqət yetirir. Onlar bu hadisədən Əfqanıstan və İraqı işğal edərək öz geopolitik təsir dairələrini keçmiş SSRİ-yə daxil olan Orta Asiya respublikalarına doğru genişləndirmək, sonradan bütün Yaxın Şərqə və onun neft ehtiyatlarına nəzarət etmək üçün bəhanə kimi istifadə etdilər.
Bildiyiniz kimi, vahhabilik adət sistemini - İslam xalqlarının yaşadıqları mühitin təsiri ilə formalaşan ənənələri inkar edir. Bu, xalqların əcdadlarının irsi, adət-ənənələri, inancları ilə əlaqəsini kəsmək üçün edilir.
Vahhabiliyin Çeçenistan ərazisinə nüfuz etməsi regionu Rusiyadan ayrılmaq məqsədilə qabaqcadan düşünülmüşdü. İslamın bu qeyri-ənənəvi azğın cərəyanı xalqı xaricin, ilk növbədə Qərbin manipulyasiya obyektinə çevirməyə imkan verən bir ideologiyadır. Kadırov bu “ideoloji yoluxmaya” qarşı müharibə elan etməklə Qərbin Şimali Qafqaza ekspansiya yolunu bağladı. 
Kadırovun respublikanın beynəlxalq terrorizmlə mübarizədə “cəbhə xətti” olması haqda bəyanatı mübaliğə deyildi, çünki vahhabi ekstremistlərinin bütün dünyada mənəvi dəstəyə ehtiyacı vardı. Beynəlxalq terrorizmin hər bir qələbəsi bidətçi islami cərəyanı bütün dünyada ruhlandırır. Odur ki, hər bir lokal itki və uğursuzluq terrorçuları ruhdan salırdı. Buna görə də terrorçuların Çeçenistanda mövqelərini və təsirlərini sürətlə itirməsi Qərbin yaratdığı bütün ekstremist hərəkatı mənəvi cəhətdən dağıtdı.
Ramzan Kadırov atasının başlatdığı siyasət dalğasında liderlik xarizmasını vaxtında qazana bildi. O Çeçenistanda hakimiyyətin zirvəsinə yüksəlsə də əqidəli dindar olaraq, sahib olduğu səlahiyyətlərdən şəxsi maraqları üçün istifadə etmədi. Əksinə, öz əməlləri ilə formal deyil, xalqının həqiqi lideri olduğunu sübut etdi.

Maqsud Qocabəyli