Страницы

30.09.2021

90-cı illərin mağara təfəkkürü hələ də dəyişməyib


İsgəndər Həmidov - 1992:
"Bizim atom bombamız var və lazım gəlsə istifadə edəcəyik!"
Kamran Həsənli-2021:
"İran bizim qarşımıza 40 kiloluq xəstə adam çıxardır. Onlar bizim xüsusi təyinatlıları görüblərmi?!"

Əziz Azərbaycan xalqı! 30 il ərzində gördüyünüz kimi bu ali savadlı kalxozların İQ səviyyəsində zərrə qədər dəyişiklik baş verməmişdir. Yəqin ki heç biriniz Kamran Həsənlinin Əbülfəz Elçibəyə müşavirlik etdiyini bilmirdi. Bəli, bu zarafat ya ironiya deyil. Adam həqiqətən Elçibəyin müşaviri vəzifəsində çalışıb və Elçibəyin romantik mağara təfəkküründən maksimum faydalanıb. 60 yaşında saçları ağarmış bu adamın 21-ci əsrdə danışdığı söz eynilə özünə öndər bildiyi Elçibəyin içib toyda dediyi “İran rejimi altdan dağılajax” sözünə bənzəyir... Beyni kosmik radiaktiv şüalanmadan travma almış bu bazar alverçilərinə çəpik çalanlar isə bunlardan daha bədbəxt formada psixi travma almış insanlardır...

"Fi Səbilillah" facebook səhifəsi

Rusiya və Pakistan hərbçilərinin birgə təlimləri keçirildi


Rusiyanın Krasnodar vilayətində Rusiya və Pakistan hərbçilərinin birgə təlimləri keçirilib.
Təlimlər gedişatında iki ölkə hərbçilərinin ümumi düşmənə qarşı birgə döyüş ssenariləri, maddi-texniki təminatın təşkili, şəxsi heyətin yerləşdirilməsi və qidalanması məsələləri razılaşdırılıb.
Bundan başqa tərəflər antiterror əməliyyatlarının aparılması, kəşfiyyat-axtarış işləri və pusqu qurulması tapşırıqlarını yerinə yetiriblər, qanunsuz silahlı birləşmələrə qarşı mübarizədə qazandıqları təcrübələrini bir-birləri ilə bölüşüblər.
Onlar yaşayış məntəqəsinə və obyektə bölük halında hücum taktiki məşğələsini həyata keçiriblər. Pakistan xüsusi təyinatlıları Rusiyanın minaların təmizlənməsi üçün yeni istehsal etdiyi “Uran-6” robot-texnik kompleksindən istifadə etməyi öyrəniblər. O cümlədən onlar rus həmkarlarının mühəndis maneələri qurmaq, ərazini minalamaq və minalı sahəni adlamaq bacarıqları ilə tanış olublar.
“Drujba-2021” adı almış bu təlimlər Krasnodar vilayətinin Molkino poliqonunda keçirilib.
Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirmişlər ki, “birgə hərbi təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına yönəlmişdir”.
Xatırladaq ki, bu artıq iki ölkə arasında keçirilən 6-cı hərbi təlimdir. İlk birgə təlim 2016-cı ildə keçirilmişdir.













Gələcəkdə torpaqlarına Çaxal əsgərlərinin nəzarət etməsini istəmirsənsə, Avrasiya Birliyinə qoşulmalısan.


“Rusiya ilə birləşməyən dövlətlərin hamısı Fələstinin gününə qalacaqlar”. (İbrahim Sel)

29.09.2021

ABŞ-ın bütün dünyadakı siyasəti və "demokratiyası" məhz budur!


Şəkildə Qondarma Dağlıq Qarabağ Respublikasının (Artsax) milli məclisinin sədri Aşot Qulyanın yanında əyləşən şəxs Frank Pallonedir. O amerikalı siyasətçi demokratdır. 2019-cu ildə ABŞ konqresinin nümayəndəsi kimi Qarabağımıza gəlmiş və qondarma dövlətə öz dəstəyini bildirərək "Mən demokratik bir respublikanın ərazisindəyəm" demişdi. Artsax bayrağı yanındakı Amerika bayrağı bizə nəyi başa salır, görəsən?
ABŞ-ın bütün dünyadakı siyasəti və "demokratiyası" məhz budur! İşğalçı hökümətlərə dəstək vermək, onların qədim adətidir. Çünki öz hakimiyyətləri də işğal, talan və zülm üzərində qurulmuşdur.

Murad Salahov

Qarşımızda iki yol var


İslamın döyünən ürəyi Rəhbər Ayətullah Seyyid Əli Xamaneyi və vuran qolu böyük İslam sərkərdəsi general Qasim Süleymani.
İmperializmin canına qorxu salıb, yuxusunu qaçıran kişilər.
Müsəlman dünyasının qarşısında iki yolu var: Ya bu adamlara dəstək verib, arxasında dayanıb İslam düşmənlərinin dizini yerə gətirməliyik. Ya da bunların qarşısında dayanıb, düşmənlərinə dəstək verərək müsəlmanların daha da əzilməsinə şərait yaratmalıyıq.
Amma bir şeyi nəzərə almalıyıq ki, hal-hazırda bu adamlardan başqa heç müsəlman dövləti düşmənə meydan oxuya bilmir. Bunlardan başqa bütün müsəlman dövlətlər düşmənin qarşısında əsir-yesir qalıblar, düşmənin qapazaltısına çevriliblər. Bunlardan başqa bütün müsəlman dövlətlər düşmənin diktəsi ilə idarə olunurlar.
Bunu görməyən gözlər ya kordur, ya görmək istəmədiyindən yumulublar.

Elsevər Hüseynov

Eeeeey, Bayden! Sən kimsin ya?!


Burdan ABŞ-a gedəsən orda səni sayıb heçkim qəbul etməyə.
Eeeeey, Bayden! Sən kimsin ya?!
UPD: Görəsən bu özünü müsəlman dünyasının lideri sayan bir ölkənin, əlləri kifayət qədər müsəlman qanına batan Amerika ilə hansı ortaq maraqları ola bilər? Amerikanın əsas maraqlarının hamı bildiyi kimi islam düşmənçiliyidir. Özünə tabe edə bilmədiyi bütün müsəlmanlara düşməndir. Tabe elətdirdiklərini də inəyə bənzədib sağdıqlarını açıq-aşkar deyirlər.
Tabe edə bilmədiklərinin İraq, Əfqanıstan, Liviya kimi qanını tökür. Qanını tökməyə bacarmadığı İranla da ən üst vəziyyətdə düşməndir.
İndi əsas məsələ ondadır ki, bu vəziyyətdə olan Amerika ilə Türkiyə ortaq maraqlara və müttəfiqliyə sahib olduğunu bildirib. Yəni Amerikanın tökdüyü müsəlman qanlarına Türkiyə də ortaqdır?
Bu işə görəsən bəs bizim bəzi "mömünlər" nə deyir?

Afik Əli

İsrailin təxribatlarına uymayaq!


Problem görəndə həll yolu barəsində düşünmüşəm. İran-Azərbaycan arasında yaşanan son problemlərin həll yolu İsrail adında hökumət və onun səfirliklərinin yer üzündən silinməsidir. Qurani-Kərimdə də onlara hökumət məhz bu şeyə görə qadağan olub. Əllərinə hökumət düşərsə Yer üzündə fitnə-fəsad törədərlər.
İnşallah tezliklə İsrailin məhvi ilə bütün dünyaya sülh və əminamanlıq hakim olar.
Azərbaycan tərəfinin İsrail səfirini azad olunan ərazilərə buraxması, İsrail səfirinin ordan video çəkib yayması İrana qarşı addımdır və xətadır.
Daha öncə və dəfələrlə İsrailin təşkilatçılığı ilə Azərbaycan hökumətindən gizli, Azərbaycan ərazisindən İrana qarşı istifadə edilib. Eldar Mahmudov və sair faktlar var.
İran bunu açıq bəyan etdi ki, bizim təlimlərdə məsədimiz İsraildir.
İran tərəfinin də Azərbaycana qarşı xətası Qarabağa hansısa zir-zibil aparan şoferləri boş buraxması, cəzalandırmamasıdır. Xarici işlər nazirliyi sözçüsünün bu mövzuya toxunmaması elə bu işin düzgün olmamasını etiraf etməkdir.
İnşallah bunlar kiçik şeylərdir və keçər.
Əsas nədir? Əsas düşməni düzgün tanımaqdır. Dünən İsrailə bağlı olan və xaricdən İran islam hökuməti əleyhinə işləyən kanallar İlham Əliyevin sözlərini İranın içində yayıb xalqı Azərbaycana qarşı qızışdırırdılar. Bu qədər sadədir məsələ. İsrail fitnə törədir.
Bilək və agah olaq bütün bu işləri edən İsraildir.
Bu işləri edən İsrailin Azərbaycandakı mənfur səfiridir.
Lənətə gəlmiş.

Əşrəf Eyvazlı

28.09.2021

Nəzakət Məmmədova: SSRİ-nin çöküşü kimi bərpası da Qarabağdan başlaya bilər

Azərbaycan Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində son zamanlar ATƏT Minsk Qrupunun həmsədr ölkələrin rəhbərlərinin Qarabağın statusu məsələsini tez-tez gündəmə gətirməsinə sərt formada münasibət bildrdi.
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı”,- deyən Ali Baş Komandanın bu sözləri Ermənistanın 30 illliyi ilə əlaqədar ABŞ prezidenti Baydenin baş nazir Paşinyana təbrik məktubuna gözəl bir cavab oldu.
Prezident bəyan etdi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın: “Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq”.
Maraqlıdır, dövlət başçısının bu sözlərindən sonra Qarabağın statusu istiqamətində işlər hansı formada inkişaf edə bilər? Bu sualla politoloq Nəzakət Məmmədovaya müraciət etdik. 
adalet.az-a açıqlamasında Nəzakət xanım bildirdi ki, Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsindən Cənubi Qafqazda öz mövcudluğunu saxlamaq üçün istifadə edir. Bunların arasında nisbətən Rusiya tarazlaşdırılmış mövqe tutmağı düşünür: “Putin 44 günlük müharibədən sonrakı çıxışlarında Azərbaycan və Ermənistan arasında balansı qorumağa çalışır. Qarabağa aid suala cavab verərkən ilk növbədə o bildirdi ki, hadisələrin birdən-birə hərbi əməliyyatlar mərhələsinə keçməsi uzun illər yığılıb qalmış problemlərin nəticəsi idi və xarici müdaxilə nəticəsində baş verdiyini düşünmür. Putin bununla Ermənistanın, Fransanın və bəzi başqa ölkələrin guya Türkiyənin təhriki ilə Azərbaycanın müharibəyə başlaması versiyasını təkzib edərək, bunu proseslərin məntiqi yekunu kimi əsaslandırdı. Çünki indiyədək dəfələrlə atəşkəsin pozulması, qarşıdurma halları olmuşdu və son nəticədə bu silahlı münaqişənin müharibəyə çevrilməsi ilə nəticələndi. Putinin sözlərinə görə, Rusiyanın uzun illər ərzində Minsk qrupunun həmsədri kimi də mövqeyi ondan ibarət olub ki, 7 rayon Azərbaycana geri qaytarılmalıdır. Rusiya Prezidenti daim Qarabağın beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Ermənistan özü də Dağlıq Qarabağın müstəqilliyini tanımayıb və həm də buna görə hüquqi cəhətdən Qarabağ Azərbaycandır”.
“Rusiya Azərbaycanın müstəqillik dövründə Qarabağdakı inzibati-ərazi dəyişikliklərini belə qəbul etmir, öz köhnə Sovet xəritələrini və oradakı ərazi bölgüsünü əsas götürür. Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına çalışacaq. Bunun müqabilində status məsələsini gündəlikdən çıxara bilər. SSRİ-nin çöküşü Qarabağ məsələsindən başladığı kimi, onun bərpası da Qarabağdan başlaya bilər. Son seçkilərdə Rusiyada kommunistlərin ikinci yeri tutması bunun bir siqnalıdır. Rusiya Qarabağda infrastruktur qurmaqla sanki başqa müstəqil bir dövlətin ərazisində deyil, özünün cənub sərhədlərində təhlükəsizlik tədbirləri görür. Ehtimal ki, öz çıxışında lazım gələrsə, Azərbaycan tərəfi ilə razılaşdırılmaqla sülhməramlıların sayının artırılmasını mümkün hesab edən Rusiya prezidenti onların sayının artırılmasına nail olacaq”, - politoloq bildirmişdir.

27.09.2021

Türk lider Türkiyədən qovuldu

Türkiyə Çindən qorxduğu üçün bu ölkədə türklərin soyqırımına qarşı çıxan uyğur lideri ölkəsindən qovub.
Dünya Uyğur Konqresinin sədri Dolkun İsa dünən gecə Ankaraya daxil olduqdan sonra Türkiyədən deport edilib.
Onun vəkili bildirib ki, Dolkun İsanın girişinə yasaq qoyulması ləğv edilmişdi, ancaq Ankara aeroportunda Türkiyə dövlətinin onun əleyhinə yeni qərar çıxardığı ilə üzləşdik.
D. İsa bununla bağlı öz Tvitter səhifəsində video paylaşaraq deyib: “Türkiyə dövləti 2006-cı ildən mənim girişimi yasaqlamışdı. Ancaq 6 iyul 2021-ci ildə bu ölkənin Ali Məhkəməsi həmin yasağı ləğv etdi. Lakin dünən gecə Ankara aeroportuna daxil olan kimi məni deport etdilər”.
Uyğur lider Türkiyə rəsmilərinə səslənərək deyib: “Mən heç vaxt Türkiyənin qanunlarını pozmamışam və pozmayacağam. Ancaq məni Çinin basqısına görə deport etdilər. Ancaq Çin Şərqi Türküstanda soyqırım həyata keçirir. Bilirdim ki, Türkiyədə də nüfuzları vardır, ancaq bu həddə nüfuzlarının olmasını düşünmürdüm. Sanki Türkiyənin Ali Məhkəməsinin hökmünün heç bir dəyəri yoxdur. Deməyə söz qalmayıb. Ancaq mən bu barədə hökm etməyi türk millətinin öhdəsinə buraxıram”.

“Bizə bildirildi ki, Rusiyanın müdafiə naziri belə sözlər deməyib” - İlham Əliyev

“Bu məsələdən xəbərdar olduğumuzda dərhal Rusiya tərəfindən soruşduq, bu məsələnin nə olduğu ilə bağlı maraqlandıq. Lakin bizə məlumat verildi ki, erməni mətbuatında yayılan bu bəyanat həqiqəti əks etdirmir. Rusiyanın müdafiə naziri belə sözlər deməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində jurnalistin “Bu yaxınlarda Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında görüş oldu. Bu görüşdən sonra “Ermənistanı silahlandırmaq prosesi yenidən başladı” şəklində açıqlama verildi.  Bu açıqlama barədə nə düşünürsünüz? Bu silahlandırma prosesi bölgəyə necə təsir edə bilər? Yox olan Ermənistan ordusu indi yenidən rus silahları ilə ayağa qalxmağa çalışacaq? Bu mövzuda fikirlərinizi öyrənmək istərdim” sualına cavab verərkən deyib.
“Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Belə bir söz deyilməyib. Bizə rəsmi olaraq məlumat verildi ki, belə bir plan yoxdur. Ermənistan ordusunun yenidən pulsuz silahlandırılması ilə bağlı Rusiyadan kifayət edən cavab aldıq və bu məsələni gündəmdən çıxartdıq. Bu, Ermənistanın öz çirkin əməllərindən vaz keçmədiyini göstərir. Ortaya atılan bu yalan ilk olaraq çox böyük xətadır. Əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azından məsuliyyətsizlikdir, təxribatdır.
İkincisi, biz bunu dəfələrcə işğal dövründə də, işğaldan sonra da gördük. Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün Rusiya və Azərbaycan əlaqələrinə xələl gətirmək üçün çalışır. Hər gün, müntəzəm olaraq. Onların günlük işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Onlar düşünürlər ki, bu halda qisasçı qüvvələr yenidən ayağa qalxıb bizə qarşı müharibəyə başlaya bilərlər. Lakin onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli əlaqələrdir və biz bütün məsələləri prezidentlər, müdafiə nazirləri və xarici işlər nazirləri səviyyəsində açıq şəkildə müzakirə edirik. Hər hansı tərəfi narahat edən bir məsələ ilə bağlı dərhal əlaqə qururuq və bu məsələləri həll edirik. Bu gün deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində heç bir təcili mövzunun həlli ilə bağlı heç bir məsələ yoxdur. Çünki bu əlaqələr kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur qazandırmayacaqdır. Ermənistanın yenidən silahlanması ilə bağlı narahatlığımız Rusiya tərəfindən anlayışla qarşılanır”, - deyə İlham Əliyev qeyd edib.
Bu qədər böyük bir missiyanın daşıyıcısı olan qadının son dönəmlərdə kiminsə xoşuna gəlmək, müasir görünmək, seksual hesab olunmaq üçün dodaq gelinə, sinə silikonuna, qaş tatuajına ehtiyac duyması və yalnız bunlarla gündəmə gəlməsi ironik deyilmi?
Qloballaşma dövrünün ən böyük fəsadlarından biri cəmiyyətləri dəyərlərindən uzaqlaşdıraraq manqurtlaşdırmaq siyasətidir. Çünki ənənəsi, milli dəyərləri, bağları olan insanları istədiyin kimi idarə etmək asan iş deyil.
Bütün dünya televiziyaları bizə bir şeyi aşılayır: əgər məşhur, varlı və uğurlu qadın olmaq istəyirsənsə rəqqasə, müğənni, aktrisa, ən pis halda, prodüser olmalısan. Bu gəncliyə örnək olan şəxslər isə bir müddət sonra insan alverində mühakimə olunurlar…

Rəfiqə Əlisəfa
ABŞ və Avropa ərəb ölkələrinə bombalarla gətirdiyi “demokratiya” kimi Şərqə də mənəvi bombalar yağdıraraq “müasirlik” gətirdi. Artıq uzun illərdir ki, qadınlara kişilərlə bərabər hüquqlar sunan, feminizmi müdafiə edən Avropa qadınları şəhvət obyekti kimi aşağılamaqdadır. Bütün filmlər, kliplər, reklamlar qadın baldırları, qadın sinəsi, çılpaq qadın bədənini tərənnüm edir. Qadının həyatdakı misiyası nə vaxtdan seks predmeti olmaqdır? Nə vaxtdan kişilərin ağlını başından almaq müqəddəs analıq missiyasının önünə keçib?

Rəfiqə Əlisəfa
Son illərdə qardaş ölkədən xanımlarımızla bağlı yalnız bu cür başlıqları mediadan oxuyuruq: Türkiyədə 150 lirə qarşılığında kişilərlə görüşən azərbaycanlı fahişələr tutuldu; Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar deportasiya edildi; Türkiyədə bardan çıxan azərbaycanlı qadın vəhşicəsinə öldürüldü; Türkiyəli iş adamını şantaj edən azərbaycanlı qadın həbs edildi; Türkiyədə azərbaycanlı qadın güllələndi; Dənizli bölgəsində azərbaycanlı qadın sevgilisi tərəfindən döyülərək qətlə yetirildi və s.
Haşiyə çıxım ki, bütün dünyanın “terrorçu” kimi tanıdığı ərəblər Dubaydakı qadınlarımızı öldürmürdü. Hər halda Dubaydan cəsədi gələn azərbaycanlı qadınlar haqda mətbuatda xəbər tapmaq olmur.

Rəfiqə Əlisəfa

Qızlarımızın Türkiyədə zorlanan analığı

Rəfiqə Əlisəfa

Yeni ilə yeni müsbət əhval-ruhiyyə ilə başlamaq istəsək də, Türkiyədən gələn xəbər arxamızca gələn bəlalardan uzaqlaşmadığımızı göstərdi: Türkiyənin Burdur əyalətində 24 yaşlı azərbaycanlı qadın mübahisə etdiyi sevgilisi tərəfindən 55 bıçaq zərbəsiylə öldürülüb.
Son illərdə qardaş ölkədən xanımlarımızla bağlı yalnız bu cür başlıqları mediadan oxuyuruq:
Türkiyədə 150 lirə qarşılığında kişilərlə görüşən azərbaycanlı fahişələr tutuldu;
Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar deportasiya edildi;
Türkiyədə bardan çıxan azərbaycanlı qadın vəhşicəsinə öldürüldü;
Türkiyəli iş adamını şantaj edən azərbaycanlı qadın həbs edildi;
Türkiyədə azərbaycanlı qadın güllələndi;
Dənizli bölgəsində azərbaycanlı qadın sevgilisi tərəfindən döyülərək qətlə yetirildi və s.
Bu proses dünən başlamayıb. Hələ illər öncə azərbaycanlı qadınların sorağı Dubaydan gəlməyə başlamışdı. Lakin haşiyə çıxım ki, bütün dünyanın "terrorçu" kimi tanıdığı ərəblər Dubaydakı qadınlarımızı öldürmürdü. Hər halda Dubaydan cəsədi gələn azərbaycanlı qadınlar haqda mətbuatda xəbər tapmaq olmur.
Xanımlarımızın qardaş ölkənin timsalında xarici ölkələrdəki bu cür fəaliyyəti ailə dəyərlərinin, ənənələrin, milli dəyərlərin süqutunun göstəricisidir. Əlbəttə bunun anonimlik faktoru ilə də birbaşa əlaqəsi var. Psixoloqların rəyinə görə, ailəsi, tanışı, qohumu olmayan ölkələrdə yaşayan insanların çoxu adətən milli mənsubiyyət, əxlaq çərçivələrindən özlərini azad edir.
Pulun əsas meyara çevrildiyi bir dövrdə bütün müqəddəs məfhumlar tapdalanır, daxildəki mənəvi əyləclər aradan qalxır.
Azadlığı və müasirliyi etik normalar formalaşdırır. Düzgün qavranmayan azadlıq məfhumu isə özü ilə bərabər bəlalar gətirir. Azadlığın özbaşınalıq olmadığını qavraya bilməyən kəslər aid olduqları cəmiyyətin bütün dəyərlərini ayaqlar altına atır. Bu isə sonda sözügedən fərdlərin şəxsi faciəsinə çevrilir.
ABŞ və Avropa ərəb ölkələrinə bombalarla gətirdiyi “demokratiya” kimi Şərqə də mənəvi bombalar yağdıraraq “müasirlik” gətirdi. Artıq uzun illərdir ki, qadınlara kişilərlə bərabər hüquqlar sunan, feminizmi müdafiə edən Avropa qadınları şəhvət obyekti kimi aşağılamaqdadır. Bütün filmlər, kliplər, reklamlar qadın baldırları, qadın sinəsi, çılpaq qadın bədənini tərənnüm edir.
Qadının həyatdakı misiyası nə vaxtdan seks predmeti olmaqdır? Nə vaxtdan kişilərin ağlını başından almaq müqəddəs analıq missiyasının önünə keçib?
Sonuncu dəfə hansı izlədiyimiz film və ya klipdə qadın hüquqları olan, ayaqlarının üzərində duran, övladları üçün yaşayan bir obraz kimi təqdim olunub bizə?
Kişilər silahlar düzəldib torpaqlar fəth edə, kosmik gəmi düzəldib onunla Aya ayaq basa, süni intellekt yarada bilər. Amma onlar dünyaya həyat verə, yeni bir can gətirə bilməz. Bu qədər böyük bir missiyanın daşıyıcısı olan qadının son dönəmlərdə kiminsə xoşuna gəlmək, müasir görünmək, seksual hesab olunmaq üçün dodaq gelinə, sinə silikonuna, qaş tatuajına ehtiyac duyması və yalnız bunlarla gündəmə gəlməsi ironik deyilmi?
Qloballaşma dövrünün ən böyük fəsadlarından biri cəmiyyətləri dəyərlərindən uzaqlaşdıraraq manqurtlaşdırmaq siyasətidir. Çünki ənənəsi, milli dəyərləri, bağları olan insanları istədiyin kimi idarə etmək asan iş deyil.
Bütün dünya televiziyaları bizə bir şeyi aşılayır: əgər məşhur, varlı və uğurlu qadın olmaq istəyirsənsə rəqqasə, müğənni, aktrisa, ən pis halda, prodüser olmalısan. Bu gəncliyə örnək olan şəxslər isə bir müddət sonra insan alverində mühakimə olunurlar…
Biz Azərbaycan qadınları olaraq bundan daha artığına qadirik. Biz Türkiyədə sevgilisi tərəfindən bıçaqlanmağa layiq deyilik. Biz “Yahşi cazibe” filmindəki yaşayış icazəsi ala bilmək üçün saxta nikaha girən azərbaycanlı qadın obrazı olmamalıyıq.
Saqqalı ilə özünü Məhəmməd peyğəmbərə bənzədən gənclərimiz onun “Cənnət anaların ayaqları altındadır” kəlamını unutmamalıdır. Cənnətin ayaqları altında olacağı analar bu gün siz gənclərlə eyni sinifdə oxuyan, eyni avtobusda gedən, eyni məhəllədə yaşayan qızlardır. Bu qadınları ucuz tutmaq, dəyərsizləşdirmək mənəvi böhranımızın əsasını qoyur.
Qadının öz dəyərini itirməsi cəmiyyətin ən böyük faciəsidir. Artıq ictimai qınaq institutunu bərpa etməyin vaxtı yetişib…
***
Əxlaqsızlıq, fahişəlik hər cəmiyyətdə var. Lakin bunun bu qədər açıq bir müstəviyə keçməsi Azərbaycan üçün yenilikdir. Və deyəsən bizim qadınlar bunu heç bacarmır da. Bu tipli azərbaycanlı qadınların xarici görünüşünə baxan kimi onun haqda müəyyən fikir irəli sürmək olur. Onlar necə davranmalı, necə geyinməli olduqlarını belə bilmirlər. Bəlkə də ölüm səbəbləri də məhz budur.
Azadlıq, müasirlik, sərbəstlik axtarışında gəncliyinizi, gözəlliyinizi, gələcək ailə həyatınızı, analıq məsumiyyətinizi, mənsub olduğunuz cəmiyyətin adını ləkələməyin.
Unutmayın, siz ən yaxşı halda Almaz, Sevil ola bilərsiniz, Kim Kardaşyan ola bilmək üçün erməni doğulmaq lazımdır. /axar.az/

26.09.2021

“Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”

Sosial şəbəkələrdə rusca, yoxsa Azərbaycan dilində təhsil polemikası başlayıb. Rus dilində təhsil məsələsi cəmiyyəti iki yerə bölüb desək, yanılmarıq. Hərə öz fikrini bir şəkildə əsaslandırır. Bu mənada yazıçılarımız, ziyalılarımız nə düşünürlər? Bilmək maraqlı olardı.
"Kim deyir ki, rus dilində təhsil alan uşaq milli xarakterli xəyallar qura bilmir? İnsanın beyin kodu ulu nənələrimizə gedib çıxırsa, o elə azərbaycanlı kimi düşünəcək. Yüz minlərlə rusdilli 44 günlük zəfər savaşında sosial şəbəkələrdə rus dilində döyüşə girdilər. Mən Google-un Azərbaycan seqmentində lazım olan əhəmiyyətli məlumatları tapa bilmirəm, amma rus dilini bildiyimə görə bunu tapıram. Rus dilini bilmək insanın xarakterini millilikdən çıxarmır. Yapon dilini bilən samuray olmur. İngilis dilini bilən imperialist xislətli olmur. Zimbabve Prezidenti Muqabe ingilis dilində təhsil aldı, prezident seçiləndə ingilisləri ölkədən çıxardı. Uşaqlarımızın rus dilində təhsil almasının əsas səbəbi rus dilində "ofisiant axtarılır" tipli elanlara görə deyil". Bu fikirləri bizimyol.info ilə yazıçı Azər Qismət bölüşüb.
"Yenə rusdilli, azərbaycandilli söhbəti başlandı? Adamın rus sektorunda oxuması faciə deyil. Guya rus sektorunda oxuyan şagird Puşkini Nizamidən üstün tutur? Rus filmlərindən qanunlara əməl edilməsini öyrəndim, bunu öz ölkəmdə möhkəmləndirirəm. Rus filmlərindən öyrəndim ki, dövlət büdcəsini dağıtmaq olmaz, indi o fikirlə bunu edəni bağışlamaram. Məgər valideyn görmür ki, Azərbaycan məktəblərinin çoxunda müəllimlər sinifdə qeybət qırıb dərs keçmirlər, uşağı da bazar təfəkküründə yetişdirirlər? Məgər rus məktəbində şagirdə deyilir ki, Azərbaycanı sevmə, Rusiyanı sev? Ondan qorxulur ki, rus dilində danışanın Rusiyaya, ingilis dilində danışanın Amerikaya simpatiyası artır? Dil adamın beynini milliləşdirir ki? Faciə rus sektorunda oxumaq deyil. Təfəkkürdə dəyişiklik etmək lazımdır. Əgər Rusiya efirlərində düşmənlərə cavab verəsi rusdilli politoloq tapa bilmiriksə, o biabırçılıq tənqidə məruz qalmalıdır. Yəni sən bu dili ölkəmizin xeyrinə istifadə etmirsənsə, o hal tənqid olunmalıdır. Faciə rus sektorunda oxumaq deyil, ondan məqsədəuyğun şəkildə istifadə olunmamasındadır",- deyə yazar bildirib.
"Faciə ondadır ki, Qərb sənin ölkəndə ailə dəyərlərini, instututlarını məhv etməyə çalışır. Transgen məhsullarla genimizə müdaxilə edirlər. Qida təhlükəsizliyi agentliyinin işi təkcə dönərxanalarda reyd keçirib eşşəklərin kəsilməsini aşkar etməkdən ibarət deyil. Hər il xarici ölkələrdən transgen pomidor toxumları gətirilir, kartof, soğan və s. Fermer istəyir ki, məhsuldarlığı çox olsun, xəstəliyə dözümlüdür, iqtisadi gəliri yüksəkdir. Guya ona görə laboratoriyalarda belə tip toxumlar hazırlanıb ki, dünyada adamların qidaya olan təlabatını ödəsinlər? Elə düşünənlər Afrikanın torpaqlarını münbitləşdirməyə milyardlar ayırardılar, Ərəbistan səhralarını əkinə yararlı hala gətirərdilər. Xeyr, planet insanlarını çökdürməyə hesablanıb bütün bunlar. Genimiz dəyişir, sonsuzluq artır. Məsələ qaldırılmalıdır ki, yerli sortlarımız bərpa edilsin, alınmırsa, Əkincilik İnstitutu yenilərini yaratsın. Organik mağazalar açılsın, adamlar seçim etsinlər, ya transgen, ya organik. Eynicinslilərin nikahını təbliğ edirlər ki, demoqrafik vəziyyətə mənfi təsir göstərsinlər, ailələrdə uşaqlar doğulmasın. Hər gün saxta profillərlə sənin bayatıların, nağılların ələ salınır, qəhrəmanların aşağılanır, şəhidlərin barmağa dolanır, torpağı azad edənə xaricdən idarə edilən qüvvələr tərəfindən qəsdən peşmanlıq yaradılır. Hamısı da 5 manata satılanların ucbatından. Faciə bunlardır ki, xaricdən sənin bünövrənə müdaxilə olunur. Bunların yanında rus sektorunda təhsil almaq nədir ki... Azad Mirzəcanzadə rus dilində təhsil almışdı, yüzlərlə milli düşüncəli alimlər yetişdirdi",- deyə Azər Qismət bildirib.


General Hikmət Həsənov. Ordu kürd (oxu: İsrail) nəzarətindən çıxmasın deyə 2 min Azərbaycan hərbçisini likvidasiya edən NATO agenti budur!

25.09.2021

Sionistlərin Bakıda sinaqoq və məktəb sevdası: Bakıda İsrail rejimini təbliğ edən məktəbin fəaliyyəti bərpa olunub


Bakıda sionist rejimin ideologiyasının təbliğ edən "Xabad-Or-Avner" məktəbinin fəaliyyəti bərpa olunub.
Bunu SəhərAzəri Report portalına istinadla xəbər verib. Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili tədris edilir.
Belə məlumatlar da vardır ki, İsrail səfirliyinə bağlı həmin məktəbdə işğalçı rejimin ideologiyası və qondarma dövlətin Fələstin xalqının torpaqları hesabına necə qurulması tədris olunur, məktəblilərdə həmin rejimə sevgi aşılanır.
Qeyd edək ki, müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.
Yəhudi məktəbinin dövlət hesabına modernləşdirilib istifadəyə verilməsi elə bir haldadır ki, Bakıda uşaqlar və yeniyetmələrin İranlılar Məktəbində təhsil almasına adətən süni problemlər yaradılır.

«Laçında, Kəlbəcərdə, Ağdamda, Ağdərədə minlərlə əsgərimizin, elə bədbəxt erməni əsgərlərinin də sağ qalması Putinin 10 noyabr qərarının nəticəsidir. Eşq olsun ona!»

Seymur Şahbazzadə

“Parlament kimi institutlar tezliklə ömrünü başa vuracaq. Ölkədə ordu və onun baş komandanı hakim olmalıdır. Siyasi sistemimizi bax belə qurmaq lazımdır. Hakimiyyət və hərbi kasta – dövlət elə bu olmalıdır. Xalqın xoşuna təkhakimiyyətlilik gəlir və hörmətəlayiq və ruhverici yeganə institut – ordudur. Ölkədə güc strukturları nümayəndələrinin ierarxiyası var və bu ierarxiyanın pik nöqtəsi – hərbçilərdir. Onlar dövlət, məmləkət və xalq yolunda öz canlarını verirlər. Onlar buna kökləniblər, bu onların qəhrəmanlıq stilidir. Odur ki, mən gələcəkdə dövlətimizin hərbçilər tərəfindən idarə olunmasını istəyirəm. Axı biz müharibə şəraitindəyik. Bunu nəzərə almaq, qəbul etmək və bu yöndə sakitcə fəaliyyət göstərmək lazımdır. Bunu gizlətmək mümkün deyil və lazım da deyil, çünki xalq bunu istəyir”.

Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin
“Seçkilər artıq öz mənasını və mahiyyətini itirib. Seçkilərin ölkənin həyatına heç bir aidiyyatı yoxdur. 90-cı illərdə bizə liberal demokratiya yeritdilər və bunun sonu gəlir. Demokratiya nümayəndələri dalana dirəniblər, yatıblar və faktiki olaraq bitiblər. Odur ki, bir demokratın digərini əvəz etməsinin ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Hamısı – boş şeylərdir. Seçkilərin keçirilməsinə son verməyin vaxtı çatıb”.
 
Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin,
“Parlament seçkilərini birdəfəlik yığışdırmaq lazımdır”
“Parlament seçkiləri ölkənin taleyində, siyasi kursunda heç bir rol oynamır, dövlətçiliyin ideyalarına, layihələrinə və strategiyalarına seçkilərin heç bir aidiyyatı yoxdur. Yəni parlament seçkiləri əslində heç nəyi həll etmir. Əsl dövlətçilikdə parlamentə yer yoxdur və onun rolunu əbədi təyin edilmiş senatorlar əvəzləməlidirlər ki, qanunverici aktları da onlar qəbul etməlidirlər”.

Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin,
“Parlament seçkilərini birdəfəlik yığışdırmaq lazımdır”

Duqin: Parlament seçkilərini birdəfəlik yığışdırmaq lazımdır


Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin Rusiyada keçirilən parlament seçkiləri ilə bağlı zavtra.ru saytının verdiyi sualları cavablandırıb.
O seçkilərdə hakim Vahid Rusiya Partiyası siyahısına müdafiə naziri Serqey Şoyqunun başçılıq etməsinin böyük məna daşıdığını bildirib: “Bu onu göstərir ki, Vahid Rusiya – təkcə partiya deyil, elə dövlətin özüdür. Hakimiyyət başa düşür ki, bizim xalqın xoşuna təkhakimiyyətlilik gəlir və hörmətəlayiq və ruhverici yeganə institut – ordudur”.
Duqinin fikrincə Rusiyada parlament kimi institutlar tezliklə ömrünü başa vuracaq: “Bu ölkədə daim ordu və onun baş komandanı hakim olub və olacaq. Bizim siyasi sistemimizi bax belə qurmaq lazımdır. Hakimiyyət və hərbi kasta – dövlət elə bu olmalıdır”. Duqin fikrini onunla əsaslandırır ki, əsl dövlətçilikdə parlamentə yer yoxdur və onun rolunu əbədi təyin edilmiş senatorlar əvəzləməlidirlər ki, qanunverici aktları da onlar qəbul etməlidirlər.
Politoloqun sözlərinə görə, parlament seçkiləri ölkənin taleyində, siyasi kursunda heç bir rol oynamır, dövlətçiliyin ideyalarına, layihələrinə və strategiyalarına bu seçkilərin heç bir aidiyyatı yoxdur. Yəni parlament seçkiləri əslində heç nəyi həll etmir.
Duqin yeni eranın başlanğıcını elan edir: “90-cı illərdə bizə liberal demokratiya yeritdilər və bunun sonu gəlir. Demokratiya nümayəndələri dalana dirəniblər, yatıblar və faktiki olaraq bitiblər. Odur ki, bir demokratın digərini əvəz etməsinin ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Hamısı – boş şeylərdir”.
Duqinin fikrincə, Rusiyada seçkilər keçirilməsinə son verməyin vaxtı çatıb: “Seçkilər artıq öz mənasını və mahiyyətini itirib. Seçkilərin ölkənin həyatına heç bir aidiyyatı yoxdur”.
Duqinin sözlərinə görə, Rusiyada güc strukturları nümayəndələrinin ierarxiyası var və bu ierarxiyanın pik nöqtəsi – hərbçilərdir: “Onlar dövlət, məmləkət və xalq yolunda öz canlarını verirlər. Onlar buna kökləniblər, bu onların qəhrəmanlıq stilidir. Odur ki, mən gələcəkdə dövlətimizin hərbçilər tərəfindən idarə olunmasını istəyirəm. Axı biz müharibə şəraitindəyik. Bunu nəzərə almaq, qəbul etmək və bu yöndə sakitcə fəaliyyət göstərmək lazımdır”.
“İmperiyaya gedən yol diktaturadan keçir” – politoloqun gəldiyi nəticə budur. Onun fikrincə Rusiya indi respublikadan imperiyaya keçid dövrünü yaşayır və ölkə “hal-hazırda bir nəfərin özünü doğrultmuş, leqal və legitim faktiki diktaturası şəraitindədir”. “Bunu gizlətmək mümkün deyil və lazım da deyil, çünki bütün rus xalqı bunu istəyir” – politoloq deyir.

24.09.2021

"Sərdar Cəlaloğlunun ağlayaraq İran SEPAH-ına yalvarmağı deyəsən yadından çıxıb"


Siyasi ekspert Həbib Babai:

"Sərdar Cəlaloğlunun yalvarmaq videosu İran Radio və Televiziya Şurasının arxivində mövcuddur. Qardaşı oğlunun cənazəsi Ermənistan ordusunun əlində idi. Axşama yaxın ağlayaraq SEPAH qüvvələrinə müraciət etdi. Rəsmi olaraq Leytenant Cəfər Cavanın qarşısında diz çökdü və dedi: "Sizi and verirəm Allaha bir iş görün, cənazəni çöl qurdları yeməsin".
Cənazə, SEPAH qüvvələri tərəfindən ona təhvil verildi".

Doğrudan da siz bir az da olsa kişilik şərəf olsaydi “cörəyi dizi üstə” olanlardan olmazdınız.

Polislərə dərman almaq üçün ayrılan pulla heyvanlarını müalicə edib

Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.
"Kriminalqafqaz"ın əldə etdiyi özəl məlumata görə, Ə.Əhmədov həmin illərdə nazirliyin işçilərinə maddi yardım verilməsi məqsədilə ayrılmış puldan 265 883 manat vəsaiti əməkdaşlara verməyərək özü mənimsəyib. Xüsusi xərclər üçün ayrılmış 211 330 manatın cəmi 18 120 manatını xərcləyib, qalan vəsaiti isə mənimsəyib.
İşçilərin həvəsləndirilməsi üçün ayrılmış 1 milyon 535 min 483 manatdan əməkdaşlara 50-150 manat arası ödəniş edib, bəzi qurumların işçilərinə ümumiyyətlə mükafat verməyib. 1 milyon manat külli miqdarda vəsaiti mənimsəyib.
Xaricə ezam olunduğu sənədlərdə göstərilmiş əməkdaşlar xaricə ezamiyyətə getməyib, bunun üçün ayrılmış 186 970 manatı Əhməd Əhmədov özünə götürüb. Dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə ayrılmış 65 000 manat vəsait “TEMA” şirkətinə köçürülüb. Şirkətindən hər ay 380 manat olmaqla, cəmi 11 400 manat dəyərində dəftərxana və təsərrüfat malları alınıb, qalan 53 600 manat vəsaiti mənimsənilib.
Əməkdaşlar üçün dərman preparatlarının alınmasına ayrılan 29 000 manata heyvan dərmanları alınıb və Əhməd Əhmədova məxsus fermaya göndərilib.
Yanacaq-sürtkü materiallarının alınması məqsədilə 1 milyon 175 min 385 manat 10 qəpik pulun 760 725 manat 10 qəpiyinə yanacaq alınıb, qalan pulun 228 000 manatı nağdlaşdırılaraq mənimsənilib, 186 660 manatlıq yanacaq-sürtkü materialları isə Ə.Əhmədovun şəxsi işlərinə sərf olunub.
DİN-də şəxsi heyətin geyim formalarının alınması məqsədilə 2 milyon 454 min 893 manat vəsaitdən 836 738 manatlıq inventar alınaraq işçilərə paylanılıb, qalan 1 milyon 618 min 155 manat mənimsənilib.
Yol boyası və qatqı maddələrinin alınması üçün 1 milyon 250 min 427  manat “TEMA” şirkətinə köçürülüb. Həmin vəsaitdən Naxçıvan MR Nazirlər Kabinetinin 2015-ci il 18 iyun tarixli sərəncamına əsasən Türkiyə Respublikasından 146 250 manat dəyərində 10 ədəd motosiklet, dəbilqə və siqnal sistemi alınıb.
Qalan 1 milyon 104 min 177 manat, həmçinin avadanlıq alınması üçün ayrılan 47 585 manat heç bir sənədləşmə aparılmadan məxaricə silinərək, cəmi 1 milyon 151 min 762 manat mənimsənilib.
Qeyd edək ki, sabiq nazir Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

22.09.2021

Dünyanın ən məkrli ölkələri yığışıb bura - Rusiya və İran buna səssiz qalacaq?!


Politoloq Nəzakət Məmmədova:
"Türkiyə ilə Azərbaycan qardaşdır, buna kimsə söz deyə bilməz. Bölgədə olmaq Türkiyənin qardaşlıq haqqıdır. Pakistanın bu regionda yeri yoxdur. Onu bölgəyə gətirib Azərbaycana müttəfiq kimi sırımaqla regionda gərginliyi artırırlar. İngilislər adada, Çin Uzaq Şərqdə oturub plan cızır, olan bizə olur. Bölgədə gərginlik artır, arada bizim insanlar həlak olur, böyük geosiyasi planların kiçik qurbanına çevrilirlər. Bu, gördüyümüz kimi Rusiya və İranı qıcıqlandırır. Bizə bu lazımdır?! Nəyə görə axı?! İran Azərbaycanla sərhəddə hərbi texnika yığır, Rusiya Xəzərə hərbi gəmilər göndərir. Üstəlik 1 milyard 700 milyon əhalisi olan, nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının gələcəkdə BMT-də islahatlar olarsa, daimi üzv olmaq potensialı olan Hindistan kimi böyük dövlət artıq Ermənistanla əlaqələrini genişləndirir. Niyə Hindistanla münasibətimiz pisləşsin Pakistana görə?! Bu da ingilis planıdır, Pakistanı bizə, Hindistanı Ermənistana yaxınlaşdırıb bölgədə vəziyyətə əl qoymaq. Çin də qonşusu və rəqibi Hindistana qarşı onun düşməni Pakistan kimi bir terror yuvasını regional siyasətinə alət edir. Dünyanın ən məkrli ölkələri yığışıb bura. Rusiya və İran buna səssiz qalacaq?! Yəqin ki, yox. Qarabağ münaqişəsi yox, Qarabağdan sonrakı status-kvo sən demə bölgəni barıt çəlləyinə döndərməkdə imiş. Biz sülh və sabitlik istərkən, İsrail və İngiltərə Azərbaycanı, Qafqazı və bütövlükdə regionu yeni savaşa sürükləyir. Halbuki bu iki ölkə bölgəmizə yad oyunçulardır və harda barmaqları varsa, qan su yerinə axıb. Bölgənin taleyini bölgə ölkələri özləri həll etməlidir. İstənilən yad ölkə burada virus kimidir, yad cisimdir - ya orqanizmi qanqrena edəcək, ya da iylənib çıxacaq. Bizimkilərin siyasəti də bir aləmdir. Hərbi təlim keçməyin hara, güc göstərdiyin ölkənin hərbi gəmilərini orkestrlə qarşılamağın hara?!"

21.09.2021

"Torpaqbasdı" məsələsində günah İran tərəfində deyil, Azərbaycan tərəfindədir


İqtisad elmləri doktoru Nazim Bəydəmirli:
"Ədalət xatirinə deyim ki, İran yük avtomobilləri ilə bizim yük avtomobillərinin qarşılıqlı "torpaqbasdı" məsələsində yaranmış durumda günah bizim tərəfdədir... İndiki uşaqlar bilməz, lap əvvəllər hər iki tərəf təqribən 10 dollar yol vergisi alırdılar, sonradan Azərbaycan tərəfi təktərəfli olaraq bu vergini 160 dollara qaldırdı (bizim gömrükçülərin iştahası çox böyük olduğundan)... Düz iki il boyunca İran bizimkilərdən 160 dollar əvəzinə əvvəlki rüsumu almağa davam etdi və səbri daşdı, onlar da 160 dollar almağa başladılar... Bir neçə il əvvəl bizimkilər bu rüsumu yenə artırıb 280 dollara çatdırdılar, İran da adekvat olaraq eynisini etdi... Beləliklə nəqliyyat xərcləri də sahibkarlar üçün bahalaşdı, bu hələ son deyil...
Bir neçə gün əvvəlki bəh-bəhlə gömrükçülərimizə alqış yağdırdığınızdan sonra bizimkilər daha bir əcaib addım atıblar. Azərbaycana mal gətirib geri qayıdan İran maşınlarının yük aparacağı təqdirdə bizim gömrükçülər bir maşından əlavə 600 dollar tələb edirlər, ya da yük boşaldılır... Beləliklə yaxın günlərdə İran tərəfinin də analoji addım atacağı proqnozlaşdırılır... Bütün artan nəqliyyat xərcləri malların dəyərinə əlavə edilərək, sonda sizdən - vətəndaşlardan çıxarılacaq... Hər atılan anormal addımlara "əl çalmamış" məndən də bir rəy öyrənin, sonra "əl çalın")
Mənim üçün ən önəmlisi, Azərbaycanın strateji maraqlarıdır - bu maraqları hər hansı bir qurumun "qrup maraqlarına" qurban vermək olmaz!"

Afik Əlinin videoları rekord qırdı

https://www.youtube.com/watch?v=kOrrjPDtyKk

Tanınmış antiqlobalist aktivist Afik Əlinin facebook profilində paylaşdığı video və müvafiq statusu sosial şəbəkədə böyük maraq doğurub.
Afik Əlinin həmin statusunu və sosial şəbəkə istifadəçilərinin buna yazdığı duzli-məzəli kommentləri sizlərə təqdim edirik.

Afik Əli:
"Hal-hazırda vəziyyətin gərginliyindən istifadə edərək İran-molla rejiminə Pakistanın lideri İmran Xanın İrana, "64 milyonluq ordu ilə bir zaxoda Tehrana girərik" təhdid dolu çıxışını "Əgər İran Aslandüzdə təlimləri dayandırmasa yenidən 64 milyonluq ordu ilə Tehrana girərik" başlığı ilə xatırlatmaq istəyirəm. Əgər bu videodan sonra da fars-malla rejimi ölçü götürməsə, o işığa kor baxım Sərdar Cəlaloğlu, tfu... İmran Xan öz ordusu ilə Tehrana girəcək".

YAZILAN ŞƏRHLƏR

Eli Zeynlzade:
Bərəkət haqqı)))

Faud Gadirov:
O işığa kor baxım. Əhəd dayımın goruna and olsun..., Kərəmin başıyçün, var-yoxsuna lənət.. yalan deyənin hər bir şeyini İmran Xan deyirsə eliyər.

Pasha Pasha:
Bir 2 nəfər, ayaqüstə duran insanlar, heyvan və açıq hava şəkili ola bilər.

SeyyidƏli Ağalarov:
Canım üçün bu tərcümə İmran Xanın öz danışıqından daha yaxşı oxşayır İmran Xanın danışığına. Sanki bu sözləri demək istəyirmiş başqa sözlər deyib. Bunu düz-qoş edənə Əhsən)))

Meftun Nagiyev:
Qaqa canı inanacaqlar

Mahir Ahmed Aslanov:
Türkiyə, İran, Pakistan dövlətləri arasında heç bir problem yoxdur. Bu dövlətlər arasındada muharibə zad olan da deyil. Özünüzi yormayın. Uşaq söhbətləridir bular hamısı...

Arif Səmədov:
Mıran xan möhkəm əsəbiləşib, hindistanlılar bundan möhkəm qorxuya düşüblər, bizə yalvarıblar ki, vasitəçilik edib onları barışdıraq. Söz veriblər ki, erməni ilə qəti surətdə əlaqələrini kəsəcəklər. Əvəzində bizə 64 milyon hinduşqa göndərəcəklərinə söz veriblər. Hindoneziya çox olmasa da, bir balaca qorxub və bizə hind qozu göndərməyə söz verib, təki Mıran xanın hirsi soyusun.

Atash Gulverdiyev:
Ala belə eliyirsüz ki, Sərdar Cəlaloğlu qaza gəlirdəəə

Nurlan Ceferi:
hələ də bu videonun tərcüməsinin altyazıdakı cümlələr olduğuna inananlar var, inanın mənə)

MuhammedBaqir Hamidov:
Əntiqə videodu))

Elmin Qedirli:
Bərəkət haqqı...

Elmin Qedirli:
Camaat da bu videoya baxır,qızışır

Faiq Babayev:
Vatsapa yolla da bunu Kəbleyi

Aydin Abilov:
Bu videonun ilk dəfə yayılmağı yadımdadı. 1 sutka gülmüşəm. Bütün səy səhfələr də paylaşmışdı))))

Sadiq Adiloğlu:
Adam göz yaşlarını saxlaya bilmir) Allah razı olsun admin)

Abbaszade Abbaszade:
Toba inanacaqlar)

Аскер Вердиев:
Montaj olsada bele, dediyi sozlerde haqq varddfdgdxiyaryigini

Sebuhi Memmedov:
Oturub əl calanlar bunu nəysə elə bil siryoznu qəbul eləmir mırta qoyublar bunu)))

Zeynalov Ferahim:
Deyir askır amma farsca

Elvin Ezizov:
Bunu kim düzəldibse amma çox istedadlı adamdır)))

Jamil Shirvanov:
Bu video şedevrdi də. Baxmaqdan doymuram)))

Vugar Mamedzade:
Dedilər axı, İsmayılov, Aslanın quyruğuna basmayın... Sözə qulaq asırlar ki?! AFFA-nın nə işi vardı axı onnan?!

Talibov Niyaməddin:
64 milyon ordu sərhəddə gözləyir, olara yeməyi kim bişirir?

Vugar Mamedzade:
Dedi axı 40 milyard türk. 64 milyonu yedizdirmək nədir ki?

Talibov Niyaməddin:
əcəb oyuna düşməmişik

Vugar Mamedzade:
Oyuna düşməmişik, salıblar...

Seymur Bayramov:
Baldızı gildə))

Ceyhun Sahmarov:
Musiqi lap adamı pərişan edir

Senan Veliyev:
Qardaş çox çox xahiş edirəm bunu mesengerdə at mənə çox çox xahiş edirəm

Elvin Hüseyni:
Caan ay qardaş)) Yaman kövrəldim

Talibov Niyaməddin:
Rəşid məllim haqqinda danişir alt yazıda hamıda inanir

Zaur Hüseynov Biləsuvari:
Dübliyagları yaxşı edirlər bəziləri..!!)))

Elcin Memmedov:
5000 insan bunu ciddi ciddi paylaşmışdı e təzə təzə çıxanda. Aralarında universitet müəllimi də var idi)))

Əbdürrəhman Banifatemeh:
qaqa iran dağılır ujeee)))

Müşviq Cəfərov:
Allah qəflətdə olanlara ağıl versin!

Vugar Sabziyev:
Seherden dəfelerle baxmisham buna. Sumkami zadi yigiahdirmisham. Kochurem burdan.

Təhmasib Lənkərani:
get lənkərana))

Vugar Sabziyev:
Yalan deyirsen beyem. Gederdim e. Pakistan ordusu o terefden gelmez?

Cemsid Huseynov:
Dəliyə yel ver, Əlinə bel ver..))

Vugar Sabziyev:
Cibinden ozuyle Pakistandan getirdiyi choreyi chixardib and ichmedi bes?

Vusal Sabziyev:
"Allaha həmd olsun ki, düşmənlərimizi axmaqlardan qərar verib."İmam Səccad(ə)

https://www.youtube.com/watch?v=cygnIBdbbzQ

Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı

Rüşvət ittihamı ilə həbs edilən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin cinayət işi üzrə bəzi məqamlar bəlli olub.
bizim.media xəbər verir ki, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın “VİP korpusu”na yerləşdirilməsi qarşılığında köməkçisi Qulu Orucov vasitəsilə qanunsuz şəkildə pul yığıb.
Q.Orucov ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf edib: “Hospitalda qeydiyyatçı işləyirdim. İmran Ağayev “Medi Style” klinikasının direktoru olduğundan həmin klinikada baş həkimin müavini vəzifəsində işləyən Lamiyə Əzizova ilə də qiyabi tanışlığım var idi. Aprelin 10-unda Lamiyə ərinin qohumları olan iki nəfərin xəstəxanaya yerləşdirilməsini xahiş etdi. Buna görə 4 min manat verməsini dedim. Xəstələr hospitala yerləşdirildikdən sonra palatada onlardan pulu aldım. Daha sonra İmran həkimin otağında özünə verdim”. 
Q.Orucovun sözlərinə görə baş həkim bu işin qarşılığında ona 200 manat “şirinlik” verib.
İstintaq araşdırması zamanı Lamiyə Əzizova və Qulu Orucovun xəstələrin klinikaya yerləşdirilməsi və ödənişlə bağlı məsələləri vatsapda yazışaraq həll etdiyi məlum olub.
“Qafqazinfo”ya istinadən həmin mesajları təqdim edirik:

Lamiyə Əzizova: Qulu müəllim, VİP razılaşdı. Ambulansı göndərirəm, 4 min manat ödəniş edəcəklər. Ər-arvaddırlar, yoldaşımın qohumlarıdır. 30 dəqiqəyə orada olacaqlar. Analiz verməyiblər, artıq orda gotürərlər də. 
Bundan sonra L. Əzizova xəstələrin şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərib. 
Q.Orucov: Mən indi bunları 14-ə keçirim, 14 verim bunlara, ya 18? 14 bildiyiniz məhşur 14-dür. 18 isə yeni açılan VİP-dir. Yaxşı rentgen elətdirərik.
L.Əzizova: Vallah bilmirəm ki, siz hansını məsləhət görürsüz. Ətrafları genişdir, gedib reklam edəcəklər. Yaxşı yer deyin.
İmran Ağayevin köməkçisi Qulu Orucov və Lamiyə Əzizova daha sonra ödənişin necə ediləcəyi ilə bağlı danışıblar. Q.Orucov ödənişi kimə edəcəklərini soruşub.
L.Əzizova: Sizə etsinlər də. Ambulansa 600 ödəyəcəklər, qalanını da ora ödəsinlər, ya ambulansa?
Q.Orucov: Yox, səhər özüm gedəcəyəm yanlarına, birinci 18-ə verirəm. Bəyənsələr qalarlar orada, bəyənməsələr 14-ə keçirərəm. Özüm götürərəm, 14-də indi boş palatam yoxdur.
L.Əzizovanın “Onda mən heç nə deməyim özlərinə orda başa salarlar, qəbulda” mesajına cavab olaraq Q.Orucov “Nə başa salsınlar? Heç kimə pul deməsinlər, səhər mən yaxınlaşacağam” yazıb.
Q.Orucov: Lamiyə xanım, istəyirsizsə Təcili Tibbi Yardıma ödəniş eliyəndə “summa”nı da ödəsinlər. Sizə necə uyğundursa, elə də edək. Mən indi gecə orda deyiləm, istəmirəm orda kiməsə versinlər, kimsənin məlumatı olsun bununla bağlı. İstəyirsizsə, təcili tibbi yardıma versinlər, onlar da sizə çatdırar, siz özünüz doktora verərsiniz. Necə istəyirsiz.
L.Əzizova: Yox, daha bir də desəm, özümə qarşı şübhə yaradacağam, dedim səhər sizə yaxınlaşacaqlar.
Q.Orucov: Yaxşı, nə vaxt gəlirlər? 15-ə verəcəm, 15-ci korpus (VİP).
Səhəri gün Q.Orucov Lamiyəyə “Sabahınız xeyir, mən onlara dəydim, keflərini soruşdum, siz özünüz danışa bilərsiniz o məsələni? Üstlərindədirmi, gedim götürümmü mən onu?” mesajını yazıb.
L.Əzizova isə “Qulu müəllim, mən onlara demişdim ki, səhər sizə yaxınlaşacaqlar, yəni deyəcəklər ki, ödənişi edin. Siz yaxınlaşıb deyə bilərsiniz, ödənişə görə yaxınlaşmısız. Bir də onlara deyin ki, ödənişi mənə edəcəksiniz, vəssalam onlar biləcəklər”.
Baş həkim İmran Ağayev isə ittihamlar üzrə özünü təqsirli bilməyib. O hospitalda müalicənin tamamilə pulsuz olduğunu bildirib.
Qeyd edək ki, İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadənin bacısı oğludur.

Vüqar Səfərli: Devalivasiya zamanı yaxşı pul qazandım

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
bizim.media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Məhkəmədə prokurorun suallarını cavablandıran V.Səfərli bildirib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilirdi: "Müsabiqələrdə 1-ci yer üzrə 1 000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Bundan əlavə müsabiqədə yer tutmayan jurnalistlərə həvəsləndirici yerlər müəyyən edilirdi və hər jurnalistə 300 manat pul mükafatı təyin olunurdu. Bununla yanaşı, mərasimlərdə jurnalistlərlə birlikdə qonaqlar da olurdu. Bu qonaqlar müxtəlif vəzifələrdə çalışan insanlar, nazirlər, nazir müavinləri, dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər iştirak edirdilər. Həmin şəxslərdən tədbirlərə gəlməyənlər də olurdu. Tədbirə çağırılan qonaqların siyahını bizim işçilər hazırlayırdı, bir qisminə isə dəvətnamə göndərilirdi. Tədbirlərdə nazirlər və icra başçıları da dəvət olunurdu. Həmçinin tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu. Həmin tədbirlər tenderlərlə keçirilirdi. Tenderlərdə bütün qiymətlər yazılırdı. İstintaqda bilmişəm ki, Dövlət Satınalma Agentliyi bununla bağlı şərt qoyub ki, bu cür tədbirlərdə stulun birinin qiyməti 60 manatdan artıq olmamalıdır".
Təqdirləndirən şəxsin sözlərinə görə, "Xəmsə" restoranında keçirilən tədbirlərdən birində müəyyən olunan vəsaitdən 6 min 100 manat artıq qalıb, həmin məbləğ tədbirdən sonra büdcəyə qaytarıldı.
Prokuror bildirib ki, V.Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub. Həmin məbləğlə bağlı məsələyə münasibət bildirən təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o devalvasiya zamanı əldə edib: "Həyat yoldaşımın adına olan "Futbol+qol" qəzetinə ayrılan vəsaitlər digər qəzetlərə ayrılan vəsaitlərdən 1 manat da çox deyildi".
O tenderin keçirilməsi qaydaları ilə bağlı məsələyə də münasibət bildirib: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Bu prosesə Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi həmişə bizim smeta xərclərimizi normal qiymətləndirirdi. Beynəlxalq Mətbuat Mərkəzinin binasında bizdən başqa da dövlət qurumları yerləşirdi. Həmin qurumlar nə qədər icarə verirdi, ondan xəbərim yoxdu".
Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə V.Səfərli deyib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım. Tikintiyə istəsəm də nəzarət edə bilməzdim. Çünki buna nəzarət edənlər var idi. Yazı müsabiqəsində xərclər hamısı tenderdə göstərilirdi. Yazı müsabiqəsində yeməyin pulundan başqa diplomların xərci var idi, əklillər alınırdı".
Daha sonra KİVDF-nin mühasibi Təhminə Yaqubova dindirilib. O qeyd edibki, 2011-ci ildən KİVDF-də işləyib: "Mən orada yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra həmin smeta əsasında çalışmışam. Heç bir halda mənə irad tutulmayıb. Mən baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm, qonaqlar saymamışam. Əlimdə sənədlər olub, həmin sənədlərlə ödənişimi etmişəm".