“Min bir gecə”, “Aliyə”, “Zərda” kimi populyar serialların rejissoru olan Kudret Sabancıdan serialda rol almaq üçün təklif alıb. Bu barədə eksklüziv məlumatı model özü verib: “Avqust ayında çəkilişləri reallaşacaq seriala dəvət almışam. Serialın adını hələlik deyə bilməyəcəm, çünki buna ixtiyarım yoxdur. Yaxşı qonorar alacam”.
Model hazırda aktyor dərsləri alır: “Kudret bəy mənə dedi ki, səni o rolda görürəm, lakin aktyor təcrübən yoxdur, odur ki, seriala hazırlamalıyıq. Buna görə də Türkiyənin məşhur aktrisalarından olan Ayla Alqandan dərs alıram. O xanımın özünün teatrı var, Bərgüzar Korelə və digər məşhur aktrisalara dərs verib. Hazırda həftinin 4 günü dərslərə gedirəm”.
"Yeni xəbər" qəzeti
Комментариев нет:
Отправить комментарий