Misal üçün, bu yaxınlarda fakültənin dekan müavininə yaxınlaşib dedim ki, Müəllim bu nədi?! Akif müəllim(73 yaş) “İnternet jurnalistika”dan dərs deyir. -Neyniyək? Cavan biri vardı, çox pul istədi. Biz də verdik dərsi Akif müəllimə. Yaxşı elədiz! Başqa bir fakt: fakültənin dərslikləri arasında F.Mehdinin 1983-də nəşr olunan “Bədii publisistika” kitabı əvvəldən axıra kimi “Jurnalistikanın partiyalılıq funksiyası”, “Kommunizm”, “Marksizm” və “Leninizm”i təbliğ edir. Bu sayaq kitablar çoxdu. Müasir dövrdə yazılanlar da, bunların tərcüməsidir. Deməli, ÖLKƏ İNKİŞAF EDİR! Müəllimlərdən biri deyir ki, bu qocalar ölməyincə fakültə düzələn deyil! Əgər fakültənin və bununla yanaşı ölkənin təhsil səviyyəsi düzələcəksə, onda mən sizi öldürməyə razıyam. Öz xoşunuzla getmirsiz. Sizi də “müasirləşdirə” bilmirik.
Hökümət deyir bizdə təhsil şedevrdi, özü proqram hazırlayıb tələbələri xaricdə oxumağa göndərir. Qarşısına da şərt qoyur ki, qayıdandan sonra mənim üçün işləyəcəksən. Burda oxuyanların da heç biri üçün iş “yoxdu”. Əksəriyyəti olub “tüfeyli”! Ama bizdə xaricdə oxumaqdan da ağızdolusu danışa bilmirik. Çünki, bu da bir xəstəlikdi. Hər kəs istəyir xaricdə təhsil alsın, ama çox adam bilmir ki, fərq nədir? Və məqsədi nədir? Kimlərsə, ad üçün, kimlərsə gələcəyi üçün, əksəriyyət isə bu təhsil sistemindən bezib, “prosta” gedir!
Комментариев нет:
Отправить комментарий