Hakimiyyət düşərgəsində miqyası görünməmiş qarşıdurma gedir və əsas güc mərkəzləri arasında açıq savaş başlayıb. Bu düşərgədəki prosesləri izləyən məlumatlı qaynaqlardan bildirildiyinə görə, hakimiyyətdəki əsas güc mərkəzləri arasında savaş o hədd çatıb ki, onlar bir-birlərinin nüfuz bölgələrində Quba üsyanına bənzər hadisələr törətməyə səy göstərirlər. Qubadakı misli görünməmiş xalq etirazlarının baş qaldırması səbəbləri barədə ötən saylarımızda ətraflı təhlillər verilib.
Xatırladaq ki, bu hadisələrin əsas səbəbi kimi bölgələrdə kifayət qədər ciddi səviyyədə olan sosial narazılığın oliqarxlardan birinin (indiki halda Quba bölgəsinə cavabdeh olan nəqliyyat naziri Ziya Məmmədovun) mövqelərini sarsıtmağa çalışan rəqiblərinin atdığı qığılcımla alovlanması göstərilir. Son günlər ölkədə baş verən, ilk baxışdan aralarında hansısa bağlılığın olduğu görünməyən hadisələri təhlil edən qaynaqlar deyir ki, Quba hadisələrinin uzun müddətdir sosial gərginliyin hökm sürdüyü Salyanda təkrarlanması ehtimalı yaranıb. Bu rayonda bir il əvvəlki Kür daşqınlarından zərər çəkən əhalinin problemləri həll edilməmiş qalır, yerli icra hakimiyyəti başçısının ünvanına daşqından zərər çəkənlərə ayrılan vəsaitlərin mənimsədiyinə dair ittihamlar səslənir. Başqa sözlə, Salyan narazılığın partlayış həddinə çatdığı bölgələrdən biridir. Üstəlik, orada müxalifət güclüdür, xalqın fəal kəsimi yeni texnologiyalardan, o cümlədən “facebook” sosial şəbəkəsindən faydalana bilir. Son günlər bu şəbəkə vasitəsi ilə Salyanda kütləvi etirazlara qalxmaq barədə kampaniya aparılmaqdadır. Əldə etdiyimiz xəbərlərə görə, bu vəziyyətdən həmin bölgəyə görə cavabdeh olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mövqelərini zəiflətməyə çalışan qüvvələr istifadə etmək istəyir.
Müşahidələr onu deməyə əsas verir ki, ayrı-ayrı güc mərkəzlərinin, oliqarxların arasında bölüşdürülmüş digər bölgələrdə də analoji vəziyyət hökm sürür. Həmin vəziyyət barədə yuxarılarda da ətraflı məlumatlar var. Qarşıdurma, güc mərkəzlərinin savaşı o dərəcədə ciddi xarakter alıb ki, artıq Bakıda, günün günorta vaxtında nazir statusunda olan məmurlardan birinin evini yandırırlar. Və bunu bir növ Quba hadisələrinin, Ziya Məmmədovun yaxın adamının evinin (“nazir hesab edir ki, elə onun evini yandırıblar”, deyə mənbəmiz müxbirimizə deyib - Red.) yandırılması hərəkətinə cavab kimi qiymətləndirənlər də var.
Proseslər barədə məlumatlı olan qaynaq deyir ki, ölkə başçısı hakimiyyət düşərgəsində kifayət qədər maliyyə və inzibati resursları əllərində cəmləmiş güc mərkəzlərinin çəkişməsini dayandırmağa qərar verib. Bu məqsədlə onun MTN-ə xüsusi tapşırıq verildiyi də qeyd olunur. Bildirilir ki, son günlər ölkədə bir neçə tanımış şəxs, maliyyə sektorunun rəhbər simaları, yüksək vəzifəli məmurların yaxınları həbs olunublar. Bu barədə rəsmi məlumat verilməsə də, gedən proses olduqca ciddidir. Bəzi qaynaqlar bu həbsləri oliqarxların şiddətlənən “kim-kimi” savaşının bir fraqmenti kimi dəyərləndirir, bu prosesin daha da dərinləşəcəyini iddia edirlər.
İnqilab qığılcımı...
Bütün bu proseslər bir daha sübut edir ki, ölkənin idarəetmə sistemi təkmilləşdirilməli və islah olunmalıdır. Bundan əvvəl də yazdığımız kimi, artıq bu barədə ölkənin siyasi rəhbərliyi qərar qəbul edib. Lakin oliqarxlar anlayırlar ki, əgər ölkədə ciddi islahatlar, kadr dəyişiklikləri başlasa, bu proses onların sonunu gətirəcək. Ola bilər ki, yuxarıda qeyd etdiyimiz və bundan sonra daha da genişlənməsi gözlənilən həbslər bu cür müqavimətləri önləmək, paralel olaraq da, ölkənin hər yerində işaran inqilab qığılcımlarını söndürmək üçün nəzərdə tutulan qabaqlayıcı addımlardır.
Bu gedişatı müxbirimizə şərh edən müxalifətçi (İctimai palata təmsilçisi) ekspertsə belə bir rəy söyləyib: “Azərbaycan demokratiyaya hamilədir; o, mütləq doğulacaq. Ən düzgün yol da hər iki tərəfin (müxalifət və iqtidarın) inadcıllığı bir kənara qoyub, islahatlara razılaşdırılmış halda start vermələridir. Biz prosesləri izləyirik, hər şey müşahidəmiz altındadır. İqtidar köklü islahatlara başlamasa, ölkə sonuna proqnoz verilməyəcək dərəcədə qarışacaq. Bizim hər şeydən, o cümlədən ölkə rəhbərliyinə xarici təzyiqlərin artmasından, regionda hazırlanan təhlükəli oyunlardan, iqtidarın hansı çətinliklər altında qalmasından, digər narahatlıqlarından xəbərimiz var. Azərbaycan iqtidarı özünü, özü ilə bərabər də ölkəni çıxılmaza salıb. İndi bu dalandan çıxmağın yolu birlik modellərinin tətbiqindən keçir. Müxalifət dialoqa, ölkənin qlobal maraqları naminə hər cür əməkdaşlığa hazırdır”.

Комментариев нет:
Отправить комментарий