Müxbirimiz 1-2 manata görə həyatı ağır yük altında keçən insanların ağır həyatından yazır
Kimisi onlara “yükdaşıyan”, kimisi “bazar uşağı”, kimisi isə “arabaçı” deyərək səslənir. Kimin necə çağırmasından asılı olmayaraq onların bir işi var - bazarda alış-veriş edənlərin yükünü daşımaq.
Yükdaşıyanların gününün necə keçdiyini, insanların onlarla necə rəftar etdiyini öyrənmək üçün “Yaşıl bazar”a baş çəkdik. Burada gördüyümüz ən balaca yükdaşıyanın 12, ən yaşlısının isə 56 yaşı var idi. Jurnalist olduğumuzu biləndən sonra yükdaşıyanlarla söhbət etmək o qədər də asan olmadı. Qorxurdular ki, şəkilləri qəzetdə çıxar, dilə-ağıza düşərlər.
Amma hər şeyin bir yolu olduğu kimi, onlarla dil tapmağın da bir yolu olmamış deyildi. Nəhayət, o yolu tapıb azyaşlı bir yükdaşıyan uşaqla söhbətləşə bildik.
Bazar əhli arasında yükdaşıyanları, xüsusən də bu işlə məşğul olan azyaşlıları seçmək o qədər də çətin deyil. Çünki bütün günü bazarın içində o başa-bu başa gedib-gəlir, müştəri axtarır, daha çox alış-veriş edən adamları qarabaqara izləyirlər. Bilirlər ki, yükü ağır olan alıcılar sonda yükdaşıyanlara müraciət etməli olacaq. Ona görə də heç bir yükdaşıyan bu fürsəti əldən buraxmaq istəmir.
İlk yaxınlaşdığım azyaşlı yükdaşıyan bizi müştəri zənn edib məmnuniyyətlə yükümüzü daşımağa hazır olduğunu dedi. Bildik ki, jurnalist olduğumu desəm, adını söyləməyib aralanacaq. Ona görə də jurnalist olduğumu demədim və özümü müştəri kimi göstərib kiçik yükümü arabaçıya daşırtdırdım.
“Yükü neçəyə aparırsan” dedikdə “nə verirsən ver” dedi. Yola düşdük. Yol boyu söhbətdən məlum oldu ki, arabaçılar yükü bazarın çıxışına qədər 1 manata, evə qədər isə 2 manata aparırlar. Onun adı Arif idi. 12 yaşı var. Arifdən məktəbə gedib-getmədiyini soruşduqda “yox, getmirəm” dedi. Sonra da ürəyini açıb-tökdü: “Məktəbə getsəydim, indi 7-ci sinifdə oxuyardım. Ancaq pulumuz olmadığına görə 4-cü sinifdən sonra atam məni məktəbdən çıxarıb bazara araba sürməyə qoydu ki, pul qazanım. Qazandığım pulların hamısını anama verirəm. Atam da işləyir. Burada elə uşaqlar var ki, onlar varlıdır. Amma yenə də gəlib yük daşıyırlar”.
Arif 16-17 yaşlarında bir oğlanı göstərib sözünə davam edir: “Bax, o oğlanın atasının maşını da var. O da yük daşıyır ki, özünə maşın alsın”.
Arifin sözlərinə görə, bazardakı yükdaşıyanlar arasında əsl rəqabət gedir. Müştəri tapmaq, onun etimadını qazanmaq isə o qədər də asan deyil. Balaca həmsöhbətim deyir ki, ilk vaxtlarda müştəri tapmaq elə də asan olmayıb: “Bura təzə gələndə oğurluqlar olurdu. Uşaqlara etibar etmirdilər. Ona görə indiyə qədər də daimi müştərilərimin sayı azdır. Bəzən polislər bizi incidir. Bizi tutub cibimizdə nə varsa alır, hamısını özlərinə götürürlər. Sonra da deyirlər ki, valideynini çağır. Bir neçə saat gözləyirlər, görürlər ki, çağırmırıq, onda bizi buraxırlar”.
Yolun sonuna çatdığımız üçün balaca Ariflə söhbətimizi yekunlaşdırmalı oluruq. Bazarda gəzərkən bazarın ayrı-ayrı hissələrində yükdaşıyanların 3-4 nəfər qrup halında gəzdiklərini gördük. Öyrəndik ki, onlar qrup halında gəzməklə özlərini digər qrupun hücumlarından qoruyur, həm də bir-birlərinə müştəri verirlər.
Digər yükdaşıyan - İdris Baxşıyev isə 4 ildir bu işlə məşğul olduğunu deyir. 35 yaşlı İdris bəy öncə jurnalist olduğumuzu bilib danışmağa çəkinsə də onu da birtəhər dilə tuta bildik. Bizimlə söhbətləşməyə razılıq verdi. İdrisin dediyinə görə, günə 30 manat pul qazanır: “Alnımın təri ilə pul qazanıram. İş yerləri, zavod, fabrik olsaydı, gedib orada işləyərdik. Hər günə 6-7 müştəri olur. Kim nə versə, götürürəm. İndi də evə bir xanımın yükünü aparmışdım. 2 manat verdi. Bizdə qiymət dəyişmir. Ancaq elə imkanlı adam olur ki, çox verir. İşlədik-işləmədik, fərqi yoxdur, bazarın müdirinə arabaya görə hər gün 6 manat veririk. Verməsək, arabanı əlimizdən alarlar”.
Günel MANAFLI musavat.com

Комментариев нет:
Отправить комментарий