10.03.2014

İt canı

Ramin Cahangirzadə

it canım varıydı
ölə bilmədim
süründüm süründüm
sürüdüm canı

nə qədər oyunlar
gəlsə başına
bir zərrə çıxmadı
bir zərrə qanı
***
çinlilər deyirlər
itə qənimdir

qoy bu it canımı
kəsib yesinlər

bu kəsik canıma
min şükür deyib
tanrıya qayıdıb
dua etsinlər

Комментариев нет:

Отправить комментарий