İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Fani ləqəbi ilə tanınan Mirzə Cəvad Molla Nəcəf oğlu Badkubeyi dərin elmli alimlərdən və həkimlərdən (filosoflardan) biri hesab olunur. Atası Bakının fəzilətli alimlərindən və mücahidlərindən sayılırdı. 1821-ci ildə Bakının, Dağıstanın və Şirvan əhalisinin dini və məzhəbi məsələləri onun vəkaləti altında idi. İran-Rus müharibəsində İranın məğlub olmasından sonra Azərbaycan Çar Rusiyasının tərkibinə keçir. Bu dövrdə Azərbaycanda olan müsəlmanlar, xüsusilə, islam alimləri bir çox çətinliklərlə üzləşirdilər. Camaatla düşmənçilikdə olan yerli kəndxudalar və bəzi bəylər nəzarətin azlığını görüb camaatı incidir, işgəncə verməyə başlayırlar. Bu halda Molla Nəcəfin ciddi müqaviməti ilə qarşılaşır və kömək üçün rus əsgərlərini köməyə çağırırlar. Əsgərlər yerlin bəylərin məkri nəticəsində Molla Nəcəf Əlini və onun tərəfdarlarını tuturlar, sonra Həştərxana sürgün edirlər.
Bir neçə ildən sonra onun sürgün müddəti sona yetir. Sürgün vaxtı qurtaran Molla öz vətəninə qayıtmaq məqsədi ilə gəmiyə minib Bakıya tərəf yola düşür. Özü öz ölümü haqqında əvvəlcədən xəbər verdiyi kimi, sahilə yaxınlaşan zaman gəmi tufana düşür. Başqa sərnişinlərlə birlikdə cəsur alim Molla Nəcəf Əli də haqq dünyasına qovuşur.
Mirzə Cəvad atasının ölümündan sonra onu himayə edən bir şəxsin olmayacağını görüb İrana səfər etməyi qərara alır. Atasından qalan irsi və mal-dövləti öz qardaş və bacılarına verib İranın İsfahan şəhərinə gəlib, Cəddə mədrəsəsində sakin olur. Ərəb dilinin müqəddimat dərslərini, fiqh-üsul və ilahiyyat fəlsəfəsini öyrənməyə başlayır. Xüsusilə Sədrül-mütəllihinin “Hikməti-mütəaliyə” kitabını ustad Seyyid Məhəmməd Baqir və Mirzə Rzadan öyrənir. Bir müddət müqəddəs Məşhəd və Tehran şəhərlərində Hikmət və kəlam elmlərini tədris edərək aktiv şagirdlər yetişdirir. Hökumət aparatına yaxın düşməyib, azad və asudə yaşayışı mənsəb və vəzifədən üstün tutur.
Mirzə Cavad çox səxavətli, əliaçıq adam olub. O qədər hədiyyə və bəxşiş edərmiş ki, hətta özü üçün şam yeməyinə bir şey qalmazmış. Bu barədə alim özü gözəl bir şeir yazmış və şeirdə özünə Fani ləqəbin vermişdir. Ömrünün axır çağlarını Azərbaycanda köçür və burada dünyadan köçür.
“Təzkireyi-müəməyyiz” kitabının müəlifi yazır: “Bu fəzilətli şəxsiyyət hikmət elmində kamil bir ustaddır və kəlam elmində ictihad səviyyəsinə çatmışdır. Elmi dərəcəsi yüksək səviyyədədir, sözlərində kamala dəlalət edən kəlmələr var. Şeİr yazmaq qabiliyyətinədə malikdir”.
Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:
Отправить комментарий