11.03.2014

Nəvai. Deyim?


Qaşı yasınmı deyim, gözü qarasınmı deyim,
Könlümə hər birinin dərdü bəlasınmı deyim?

Gözü qəhrinmi deyim, kirpiyi zəhrinmi deyim,
Bu küdurət ara rüxsarı səfasınmı deyim?

Eşq dərdinmi deyim, hicri nəbərdinmi deyim,
Bu qatı dərdlər ara vəsli dəvasınmı deyim?

Zülfü damınmı deyim, ləli kəlamınmı deyim,
Birinin qeydinivü birnin ədasınmı deyim?

Türfə xalınmı deyim, qəddi nihalınmı deyim,
Mavi don üstünə gülrəng qəbasınmı deyim?

Çərx rəncinmi deyim, dəhr şikəncinmi deyim,
Canıma hər birinin cövrü cəfasınmı deyim?

Ey Nəvai, demə qaşü gözünün vəsfini et,
Qaşı yasınmı deyim, gözü qarasınmı deyim?

Cığataycadan klassik Azərbaycan türkcəsinə uyğunlaşdıran: Nouri Ghazvini

Комментариев нет:

Отправить комментарий