Avrasiya.net saytında Laçında “Qafqaz Kürdistanı”nı elan edən azərbaycanlılarla bağlı VİDEO (http://avrasiya.net/?p=59084) yayımlandıqdan sonra İtaliyada yaşayan “Yakbun” Ümumittifaq Kürd Assosiasiyasının vitse-prezidenti, “Müstəqil Qafqaz Kürdistanı Azadlıq Hərəkatının” İdarə Heyətinin sədri Vəkil Mustafayevlə bu mövzu ilə bağlı söhbətləşdik.
Xatırladaq ki, Laçının ermənilər tərəfindən işğalından sonra V.Mustafayev oraya gedərək ”Qafqaz Kürdistanı”nın elan edilməsi tədbirinin təşkilatçısı olub. Bundan başqa V.Mustafayev həmin dönəmlərdə mətbuata açıqlanmayan hadisələrin şahidi olub, danışıqlarda birbaşa iştirak edib. Onun məqsədi Azərbaycanda “Kürdistan” dövlətini yaratmaq idi. Bu isə birbaşa həmin ağır dönəmlərdə Azərbaycanın ərazi bütövlüyünə, onun suverenliyinə xəyanət idi. Bu xəyanət elə separatçı kürdlər, təəssübkeşi olduğu PKK tərəfindən ifşa olundu. V.Mustafayevin erməni və ruslarla birgə Azərbaycanı parçalamaq planı baş tutmadı.