30.04.2014

“Koçaryan mənə dedi ki, narahat olma, hər şey həll olunub”

Avrasiya.net saytında Laçında “Qafqaz Kürdistanı”nı elan edən azərbaycanlılarla bağlı VİDEO (http://avrasiya.net/?p=59084) yayımlandıqdan sonra İtaliyada yaşayan “Yakbun” Ümumittifaq Kürd Assosiasiyasının vitse-prezidenti, “Müstəqil Qafqaz Kürdistanı Azadlıq Hərəkatının” İdarə Heyətinin sədri Vəkil Mustafayevlə bu mövzu ilə bağlı söhbətləşdik.
Xatırladaq ki, Laçının ermənilər tərəfindən işğalından sonra V.Mustafayev oraya gedərək ”Qafqaz Kürdistanı”nın elan edilməsi tədbirinin təşkilatçısı olub. Bundan başqa V.Mustafayev həmin dönəmlərdə mətbuata açıqlanmayan hadisələrin şahidi olub, danışıqlarda birbaşa iştirak edib.  Onun məqsədi Azərbaycanda “Kürdistan” dövlətini yaratmaq idi. Bu isə birbaşa həmin ağır dönəmlərdə Azərbaycanın ərazi bütövlüyünə, onun suverenliyinə xəyanət idi. Bu xəyanət elə separatçı kürdlər, təəssübkeşi olduğu PKK tərəfindən ifşa olundu. V.Mustafayevin erməni və ruslarla birgə Azərbaycanı parçalamaq planı baş tutmadı.

Şeyx Səfiəddinin şeiri


Şeyx Zahid Gilaninin məhşur mürüdlərindən olan, Səfəvi sülaləsi şahlarının ulu babası İshaq ben Əminəddin Cəbrayıl Ərdəbili-Şeyx Səfiəddin adı ilə məhşur olmuşdur.
Şeyx Səfiəddin, Ərdəbildən olmasına baxmayaraq, Gilanı çox sevdiyindən, əsasən Gilanda yaşamış, Talış və Gilək dillərində sərbəst danışmışdır. O, öz müəllimi Şeyx Zahidin xatirini yüksək tutduğu və ona dərin ehtiram göstərdiyi üçün, onun vəsfinə Talış dilində şeirlər yazmışdır ki, o şeirlərdən biri qorunub saxlanılmış, bizə yadigar qalmışdır.

Солнце взойдёт


Те, кто надеется на то, что русский народ можно сломить - посмотрите на этот снимок. 
Это фотография казни русских солдат на Кольском полуострове. 
Посмотрите, как смотрит в глаза смерти этот русский воин. 
Он знает, что умрёт. Он знает, что спасения нет. Но он не умоляет врага, не унижается перед ним. 
Вот ТАК выглядит русский. Вот ТАК выглядит русский дух. 
Вам никогда не сломить нашу нацию. Тем более сейчас, когда мы наконец вспомнили, КТО мы и КТО наши предки. СЛАВА РУССКОМУ НАРОДУ! 
Солнце взойдёт.

Константин Артемьев

Elnur Aslanovun reklam şirkətindəki oyunlar

“Media qurumları ilə biznes şirkətləri arasında vasitəçilik edən “Nyumedia” reklam şirkəti Elnur Aslanova məxsusdur”.

Bu barədə “Axar.az”ın əməkdaşına mötəbər mənbələrdən məlumat verilib. Məlumata görə, adı çəkilən media-reklam şirkəti Elnur Aslanova bağlı olan adamlar tərəfindən idarə edilir və əslində şirkət faktiki olaraq PA-nın keçmiş şöbə müdiri Elnur Aslanova məxsusdur. Həmin şirkətin iş prinsipi media şirkətləri ilə biznes qurumları arasında vasitəçilik etmək olduğu üçün “Nyumedia” vasitəsilə Elnur Aslanovun media qurumları davamlı olaraq reklamla təmin edilib:

Rusiyanın Bakıdakı səfirliyi vətəndaşlıq almaq istəyənləri konsulluğa çağırdı


Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlığı almaq istəyən şəxsləri konsulluq xidmətinə müraciət etməyə çağırıb.

Rusiya vətəndaşlığı almaq üçün səfirliyin açıqladığı qaydalarda bildirilir ki, xarici vətəndaşlar və 18 yaşına çatmış işə yararlı, vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığını sadə üsulla qəbul etmək üçün ərizə ilə konsulluq şöbəsinə müraciət edə bilərlər. Qaydalarda göstərilir ki, müraciət edən şəxs “SSRİ tərkibində daxil olan dövlətlərdə” yaşadığını təsdiq etməli və rus dili testindən keçməlidir. Təlimatda bu qayda belə göstərilir:


Экс-сотрудница ФБР: за всеми терактами в России стоит правительство США

Бывшая сотрудница ФБР Сибела Эдмондс раскрыла информацию о тайной роли США в подготовке и проведении террористических актов на территории России.
Занимаясь исследованием возможной роли чеченской аль-Кайды и мафиозно-политической организации «Фарвест» в терактах 11 сентября 2001 года, международная редакция недавно познакомилась с четырехчасовым интервью бывшей сотрудницы ФБР Сибелы Эдмондс, которое она дала Джеймсу Корбету — владельцу и ведущему известной сетевой передачи американских альтернативщиков «Корбет репорт».

Коломойский в истерике: Уничтожить Славянск любой ценой!

С 27 числа по сей день Коломойский ведет переговоры с представителями "Альфа" и ВВ предлагая любые суммы за массовые убийства людей. Пока, что в рядах спецподразделений Иуды не нашлось.
27 вечером в Славянск прибыла группа из 50-60 бойцов собранная из бойцов спецподразделения "Альфа" и ВВ. Задачей группы являлась ликвидация ополченцев и представителей самообороны Славянска. Однако, оставаясь верными принципам своего спецподразделения, бойцы группы "Альфа" отказались выполнять преступный приказ. 
Ночью того же дня к бойцам прибыла делегация представителей Киева во главе с Коломойским. До сих пор ведутся усиленные переговоры с бойцами. Коломойский лично предлагает им любые суммы за выполнение приказа, однако пока среди офицеров не нашлось "Иуды" который бы продал душу за "30 сребренников".

29.04.2014

Многие люди в России готовы выехать на Донбасс

Многие люди в России готовы выехать на Донбасс, невозможно сидеть и смотреть по телевизору как убивают твоих братьев

29 апреля в информационном центре «Юго-Восточный фронт» состоялась пресс-конференция с участием лидера Евразийского союза молодежи Андрея Коваленко.
Андрей прокомментировал сложившуюся ситуацию на юго-востоке.  Он рассказал о том, что «с самых первых дней образования майдана, мы объявили мобилизацию добровольцев. Множество людей из разных уголков России отозвались на этот призыв.  И еще до того как была закрыта украинская граница, мы успели переправить добровольцев на юго-восток.
Люди сами звонят, например, из Подмосковья,  и говорят, что они готовы помочь своим украинским друзьям. Другие готовы принять у себя семьи, которые подвергаются гонениям у себя на родине.

Kürd düşmənlərimizi tanıyın!

Laçında “Qafqaz Kürdüstan”ını elan edən azərbaycanlılar

Avrasiya.net ermənilər tərəfindən Laçının işğalından sonra bir qrup separatçı kürdün ora gəlib erməni və digər bölgələrdən gələn kürd gənclərlə birlikdə “Qafqaz Kürdüstanı” dövlətinin elan edilməsi videosunu əldə edib.
Bu videoda kürdlərin ermənilərlə birlikdə adıçəkilən dövlətin elan edildiyi kadrları və hətta azərbaycanlı separatçı Vəkil Mustafayevin kürd bayrağını öpməsi anı da düşüb.
Xatırladaq ki, 18 may 1992-ci ildə Laçın rayonunun işğal edilməsindən sonra hazırda İtaliyada məskunlaşan Vəkil Mustafayev İrəvana getmişdir. 1992-ci ilin iyun ayında Laçın şəhərində Qondarma “Qafqaz Kürdüstanı” elan edildi və Vəkil Mustafayev “baş nazir” təyin edilmişdi.

O göz sahibinə həsrət

Günarə İsrafilqızı

Baxma gözlərin içinə
Orda dərin məna yatır,
Elə şirin, elə acı,
Yaşanmamış dünya yatır.

Əvvəldən sona tələsir
Gündüzdən gecəyə tərəf,
Baxışların yad dünyası,
Boylanır küçəyə tərəf.

Bir yol gedir sarma -dolaş
Varma çox da dərinliyə
O göz, sahibinə həsrət,
Sahiblənmə mənim deyə.

Украина молниеносно приобрела дурную славу у наёмников


Многочисленные исчезновения на территории Украины высококлассных профессиональных наёмников из специализирующихся на проведении диверсионных операций в зонах межэтнических конфликтов частных военных компаний (ЧВК) мгновенно деморализовали большинство "диких гусей", расчитывавших на лёгкий заработок.

MİRZƏ İBRAHİM BADKUBEYİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbrahim Badkubeyi on üçüncü əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin alimlərindən aldıqdan sonra dini, təhsilini davam etdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin islam, elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəni Bakıya qayıdır, İslam elmlərinin tədrisi və şəriət ehkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur.

MÜSTƏQİL FƏRDLƏRİN BİRLİYİNDƏN YARANAN MÜSTƏQİL XALQ QÜDRƏTLİDİR

Müsahibimiz Azərbaycan Kommunist Partiyası MK-nın katibi Ədalət Abdinovdur

-Ədalət müəllim, Ukraynadı son hadisələrə münasibətiniz necədir?
-Ukrayna, ABŞ və NATO-nun Ukraynanın cənub-şərqində fəaliyyət göstərən  federallaşma tərəfdarlarının rus ordusuna məxsus olmalarına dair iddiaları əsassızdır. Ukraynanın Slavyansk vilayətində ukraynalılara qarşı silah tətbiq etmiş şəxslər guya Rusiya vətəndaşlarıdır, onların hər biri Rusiya ərazizində hərbi xidmət keçməsi və Rusiyanın hərbi mükəlləfiyyətində olması iddia olunur. Əslində isə həmin şəxslər Qərbin imperialist dairələrinin göndərdiyi muzdlu əsgərlərdən, peşəkar qatil və quldur dəstələrindən ibarətdir. ABŞ Ukraynada rusiyayönümlü siyasətçiləri gözdən salmaq məqsədi ilə cürbəcür saxta rəy sorğuları təşkil etdirir. Bu rəy sorğuları guya  Ukraynada Qərbyönlü siyasətçilərin ümumi səs faizinin xeyli yüksəldiyini ortaya qoyur. Əslində isə insanlar rusiyayönümlü siyasətçiləri və partiyaları dəstəkləyirlər.

KOMMUNİSTLƏR 1 MAY BAYRAMINA HAZIRLAŞIRLAR

1920-ci ildən başlayaraq 1 may ölkəmizdə rəsmi bayram kimi qeyd olunub. Lakin 1992-ci ildə keçmiş prezident Əbülfəz E lçibəyin göstərişi ilə 1 Mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub. Buna baxmayaraq, Azərbaycan kommunistləri hər il bu bayramı keçiriblər. Bəs, bu il kommunistlər bayrama necə hazırlaşırlar?
Azərbaycan Kommunist Partiyası /AKP/ MK-nın katibi Ədalət Abdinov bildirdi ki, onlar hər il olduğu kimi, bu il də 1 May bayramını təntənəli şəkilldə qeyd edəcəklər. Tədbir Bakının Nizami rayonundakı Fəhlə abidəsinin önündə keçiriləcək. Qardaş respublika kommunist partiyalarından qonaqlar dəvət olunmuşdur. Bayram günü sosializm uğrunda sədaqətlə mübarizə aparan kommunistlərin bir qrupuna mükafatlar, fəxri adlar veriləcəkdir.Toplantıdan sonra kommunistlər Bakı bulvarında bayram gəzintisinə çıxacaqlar.

Президент Чечни-Рамзан Кадыров собрал экстренное совещании в Грозном


Президент Чечни-Рамзан Кадыров собрал экстренное совещании в Грозном,в связи с усложнением и ГЕНОЦИДОМ на Юго-Востоке Украины!

В связи с выше сказанным, он заявляет и дает срок 72 часа киевской власти на прекращение любого насилия на Юго-Востоке, в противном случае- Чеченская республика вводит на Юго-Восток свое военное спецподразделение, неофициальное название «Эскадрон смерти».

http://stockinfocus.ru/2014/04/27/prezident-chechni-ramzan-kadyrov-sobral-ekstrennoe-soveshhanii-v-groznom/

Akif ABBASOV - AYRILIQ

“Acı xatirələr” romanından

Müjkan  qəmli, qüssəli hekayətini çox böyük çətinlik və qəlb ağrısı ilə başa çatdırdı. Həyəcanlı və pərişan idi, dodaqları əsirdi.  Rasim gördüyü ilk anlarda Müjkanın yaxşı əyləncə, yataq yoldaşı olacağını düşünərək ona yaxınlaşıb tanış olmuşdu.  Bilet məsələsi də bir bəhanə idi. Bəd ayaqda təyyarə ilə uçacaqdılar. Rasim fikirləşirdi ki, Müjkanın öz mənzili var, planı tutsa, Moskvada kirayə mənzil tutmaz, elə qadının genə-bol mənzilində qalar, burada şahanə həyat keçirər. Kənddən gələndə südündən, qatığından, qaymağından, nehrə yağından, motal pendirindən, balından, doşabından, qara kürüsündən, ağ balığından, hinduşka və kənd toyuğundan və kənd yumurtasından daşıyıb gətirər. Bir növ Müjkanı saxlayar, daha Moskvada o arvadın, bu qızın dalınca düşməz. Xəstəliyə yoluxmaz. Ərzaqlar xarab olmasın deyə, simiclik eləməyib təyyarəyə oturar.

“Ruhsal Anlaq Günü” içuyumu keçirilib

25 Bölək günü, Çiçək ayı, 36-cı ildə (25.4.2014) Mütləqə İnam Ocağının Ruhsal Mərkəzində “Ruhsal Anlaq Günü” içuyumu (“Ruhsal İdrak Günü” mərasimi) keçirilib.  Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. 
Mütləqə İnam Bayrağı qarşılandıqdan sonra Ata Harayları dinlənilib. Atanı rəmzi qarşılama carı “Ruhumuzun gözü Ata, gözümüzün anlağısan!” olub. 
Ocağın Ruhsal Başçısı Safruhun içuyuma sözü dinlənilib: “Ürəyinizdə Ata Günəşi olsun! İçuyum – mərasim bayramdır. Dadı-duzu bayramlığa uyğundur.  İnsan dünyada çoxlu illər, günlər yaşayır, çoxlu əməklər çəkir, ancaq onu ruhaniyyata çevirib sınıra bilmir. Yəni insan cismanilikdən çıxa bilmir, dünyəvilikdən çıxa bilmir, ruha çevrilə bilmir. Ruha çevriləndə o, yaşanan illərin, görülən işlərin mənasını ruhaniliklə mənimsəyə bilir”. 

Əli Əmirov - Nə ola-ola!

Əlvida söyləmə, görüşəcəyik,
Demə, ayrılığa öyrəşəcəyik.
Yalnız xəyaldamı öpüşəcəyik?
Durma, qollarını boynuma dola!
Sonrası? Nə bilim, nə ola-ola!

Nə qədər doğmasan, nə qədər yaxın!
Yaxın gəl bir az da, yaxından baxım!
Gəl, sənə toxunum, şimşək tək çaxım,
Dağılsın buludlar qoy, sağa-sola!
Sonrası? Nə bilim, nə ola-ola!

Bacarıb, özünü alsan da ələ,
Titrəyir vücudun, gəlir zəlzələ!
Tamam alışmayıb tüstüdür hələ,
Söndürmə ocağı, yenidən qala!
Sonrası? Nə bilim, nə ola-ola!

28.04.2014

Ayağın altı


Ayağın altında bədənin bütün orqanları ilə bağlı sinirlər sonlanmışdır. Bu nöqtələrə möhkəm basaraq və ya masaj edərək həmin orqanların yaxşı işləməsini təmin etmiş oluruq. Ağrıyan yerimizin sağalmasına kömək edərik.

Sən heç nəyə layiq deyilsən

Gülnarə İsrafilqızı

Özün-özünə etdiyin pisliyi kimsə edə bilməz. Əvvəl möhkəm idin. Kimsənin səni sındıra bilməyəcəyi sındırmağa gücü yetməyəcəyi qədər möhkəm. Bir gün qarşına, heç kəsə güvənə bilmədiyin halda güvənini qazanan biri çıxdı. Güvənini qazandı. Aylar keçdi, ilk günlərdə dəyərli olduğunu anladın. İndiyə qədər həyatda mənasız bir ömür yaşadığını düşündün. Sonra onunla bütövləşdiyini…axı insana  həyatda yoldaş lazımdır ki, onun dərtlərinə, çətinliklərinə daşıdığı ağır yüklərə yardım etsin. Tək başına yük daşıyanda beli bükülür yüklərin ağırlığından. Günlər keçdikcə daha da, ağırlaşır. Sənin bir sirdaşa başını sinəsinə qoyub ağlayacağın, sevinəcəyin bir həyat yoldaşına ehtiyacın olur. Ölmüş hisslərin onunla yenidən cücərib pöhrələməyə başladı. Uğurlarının qəhrəmanına çevrildi. Günlər ötdükcə daha da, bağlandın canının bir parçası hesab etdin. Onsuz dayana bilməz artıq dünya dayanacaq qədər qorxuya düşdün. Əgər o səni tərk edib getsə daha heç kəsi sevə bilmərəm qorxusuna. Düşündün Ondan başqasına yar ola bilmərəm heç qarşıma çıxan bunun qədər də, mənə dəyər verməz…

Qəddar atam məni asanda

Aydın Xan Əbilov

Ötən il həyatdan köçən atamla ölsəm və əgər o dünya varsa, onunla rastlaşsam, sadəcə, ağlaya-ağlaya pıçıldayardım ruhuna: "Mən, sadəcə, kitab oxumağı sevən dəcəl bir uşaq idim, ata, yəni doğrudan da bunu anlamaq Azərbaycan kişisi üçün çətin idi?!"
...İndiyəcən də atamın, ümumiyyətlə Azərbaycan ailəsindəki uşaqlara qarşı olan qəddarlığın məğzini anlaya bilməmişəm: goplamayın ki, sizi də mənim kimi, elə öz ailənizdə, uşaqlıqda it kimi çırpmayıblar, sözünüzü ürəyinizdə daşlamayıblar, qəlbinizi çilikləməyiblər, arzularınızı sinənizdə basdırmayıblar, sevginizi könlünüzdə laxlatmayıblar, bir sözlə, uşaqlıq əvəzinə yerdə cəhənnəmin odundan-ağrısından keçməmisiz...
İkilikdə olanda hamı yuxarıda sadaladıqlarımın ağrısını-acısını yaşadıqlarını boynuna alır, dilinə gətitrir, çatda yazır, amma bu dəhşətləri çox az adam ictimailəşdirir, cəmiyyətə çıxarır: ki, ailədaxili və icmada uşaq zorrakılığıyla mübarizə aparılsın, onlara son qoyulsun. Axı məlum msələdir ki, zopa görən onu başqalarına da istiqamətləndirər...

İmadəddin Nəsimi - Nə əcəb

Ey könül, hər bivücuddan can umarsan, nə əcəb!
Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!

Bişəriətlər nə bilsin ənbiyanın şərtini,
Bitəriqətdən rəhi-ərkan umarsan, nə əcəb!

Bibəsərdən mə’niyi-şövqü kamali-mə’rifət,
Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb!

Hər qayanın lə’li olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən lö’löi-mərcan umarsan, nə əcəb!

Çün əzazil əhsəni-təqvimə baş endirmədi,
Anda sirri-Kə’beyi-hənnan umarsan, nə əcəb!

Azərbaycanlılar Rusiya pasportu almağa başladılar


Quba və Xaçmaz rayonlarında yaşayan sakinlər arasında Rusiya səfirliyinə müraciət edənlər var.

Şimal zonasının çox sayda sakini Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb.
Rusiyanın bir neçə gün öncə vətəndaşlıq almaq üçün şərtləri sadələşdirməsi, o cümlədən Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün fəaliyyətini genişləndirməsi MDB ölkələrində, eləcə də Azərbaycanın şimal bölgəsində insanları hərəkətə gətirib.

Предсказание будущего


Евросоюз – начало разрушения 17-21 год. Оказывает поддержку властям Центральной и Западной Украины до 17 г. С 17-го года вынужден сотрудничать с Россией. В конце 19-го Прибалтика уходит в зону влияния России. С 21 года Балканы уходят под влияние России. 26 г. Германия и Польша присоединяются к Новому экономическому образованию во главе с Россией.

Ağaclar niyə kəsilir?

Bakı şəhərində ağacların qanunsuz kəsilməsi halları ilə tez-tez rastlaşırıq. Şikayət və məktublardan da şəhərin ağ ciyəri hesab olunan ağacların bəzən təmir olunan parklarda, yol kənarlarında kəsilməsinin şahidi oluruq.
Unuduruq ki, sanitariya-gigiyena normalarına əsasən şəhərətrafı zonalarda istirahət etmək üçün hər adambaşına 750-1000 kvadratmetr, şəhər içində isə 25-30 kvadratmetrdən az olmayaraq yaşıllıq olmalıdır. Yaşıllıq olmadığı halda sanitariya tarazlığı pozulur, onun landşaftının gözəlləşməsinin qarşısını alır.
Bəs görəsən ağacların kütləvi şəkildə kəsilməsi bizləri nələrdən məhrum edir? Bizdə Azadxeber.net olaraq bu suala cavabı şəhər sakinlərindən almağa çalışdıq.

Ofis adamı üçün İbrahim Seldən idman təlimi

İbrahim Selin idman təlimi

27.04.2014

Elnur Aslanovun mason işarəsi

Bu işarə tarixçilər tərəfindən VİKTORY, yəni-sülh yaxud qələbə kimi qələmə verilir və onu Uinston Çörçilin adı ilə bağlayırlar. Bir çox şəkillərində onun bu işarədən tez-tez istifadə etdiyi görünür. Viktory bir çox dillərdə qələbə mənasını verir. Böyük Britaniya və Avstraliyada bu işarədən istifadə təhqir kimi qəbul olunur. Yeni Zelandiyada isə bu işarə cinsi sui-istifadə hesab olunur.
Elmi dildə bu işarənin kodu U+270C -yəni "Qələbə əli" kimi dəyərləndirlər. 
Bu işarənin birbaşa masson lojasına daxil olması barədə də fikirlər mövcuddur. Bir neçə versiyaya nəzər salaq:
1. Bu işarənin bir mənası "qorxun düşmənlər" kimi izah olunur. Britaniyada düşmən əsirlərinin bütün barmaqların kəsib bu işarəni ifadə edən iki barmağı saxlayırdılar ki, qarşı tərəf onlardan qorxub çəkinsin. Bu işarə ilə onlar qorxu saçırdılar;

Обращение Ибрагима Селя Президенту Российской Федерации В.В. Путину

Обращение руководителя Евразийского Движения Азербайджана Ибрагима Селя Президенту Российской Федерации господину Путину В.В.

 Несмотря на внешнюю браваду и красивые речи политиканов о достижениях страны, за красным словцом их скрывается суровая статистика, констатирующая факты ужасающей трагедии азербайджанского народа. После обретения так называемой независимости и вступления в под прямой патронаж США, страна фактически больше потеряла, нежели приобрела. Во-первых, республика разрушила почти до основания все достояния и преимущества национальной экономики, полученные при СССР, не создав новых взамен. Все природные ресурсы Азербайджана доставались западным корпорациям даром. Израиль не имеет своих нефтяных месторождений и откачивает нефть у Азербайджана. От этой сделки народу не достается ни гроша. День за днем ситуация ухудшается. Многие семьи голодают. Не удивительно, что безысходность вызывает у населения депрессию и рост суицидальных проявлений.
 Как свидетельствуют результаты социологических исследований, подавляющее большинство граждан Азербайджана не доверяет ни высшим органам власти, ни игрушечным оппозиционным партиям. Сотни тысяч жителей из-за невыносимой жизни, созданной оккупантами, не видя перспектив, покинули пределы страны. Долгие годы население массово уезжало на заработки в Россию, а сейчас так же массово уезжает на лечение в Иран. Уничтожено и образование и здравоохранение. Большинство граждан страны прозябает на грани нищеты, повсюду коррупция и землячество, люди страдают от отсутствия элементарной социальной справедливости, невозможности получить качественное образование, медицинское обслуживание. Из-за массового завоза ГМО  и токсичных продуктов почти половина населения страны страдает различными недугами. Учителя, врачи получают мизерную зарплату.
 Талантливые люди не могут устроиться на работу, кадры размещают по принципу местничества. На телевидении полно разврата и аморальных шоу, что привели к моральному упадку и уничтожению культуры, созданной за долгие века и годы. Правительственные учреждения  представляют интересы не всех граждан, а лишь узкой их группы - своих земляков.
 К сожалению, Азербайджан за двадцатилетие независимости не нашёл собственного пути в международном развитии. Запад «по-черному» использует Азербайджан, насаждая политический курс, направленный на разрыв наших исторических и региональных связей, тем самым усугубляя ситуацию и позволяя республике и дальше падать в бездну межгосударственного антагонизма. До сих пор остается открытым вопрос о возможном существовании на территории страны секретных групп ЦРУ США и Моссада.
 Народ на грани уничтожения. Исходя из этого, от имени азербайджанского народа прошу предпринять соответствующие меры, помочь братскому азербайджанскому народу.

Ибрагим Сел
Евразийское Движение Азербайджана

İsrail ordusu Hizbullahla döyüşə hazır deyil


İsrail ordusunun üçüncü Livan müharibəsinə hazır olmaması ilə bağlı İsrail mətbuatında maraqlı məlumatlar yayılıb

İslamazeri.az-ım İsrail mediasına istinadən verdiyi xəbərə görə, İsrailin "Maariv" qəzeti bir çox ehtiyyatda olan zabit və əsgələrdən sorğu hazırlayıblar. Sorğuda iştirak edən və jurnalistlərin suallarını cavablayan hərbçilərin əksəriyyəti "Hizbullah" ilə döyüş üçün sionist əsgələrin ruh yüksəkliyinin olmadığını və bunun üçün ordu tərəfindən yardım edilmədiyini bildiriblər. Sorğuda iştirak edən ehtiyyatdakı hərbçilərdən biri bildirir ki, biz 2006-cı ilə qayıtmışıq.

Массовые экономические протесты в Европе - почему шумят?

Последние недели граждане многих стран Европы протестуют против социальных реформ. Французы – против повышения пенсионного возраста, греки и испанцы – против снижения социальных выплат из бюджета, и т. д., и т. п.
Рационально они поступают или нет – вопрос сложный; в конце концов, в каждой стране – свои традиции протеста. Но один очень важный факт мы не можем не отметить: главными участниками процесса являются представители т. н. среднего класса.

26.04.2014

В России принято решение о создании сил специальных операций

В России принято решение о создании сил специальных операций (ВИДЕО)Впервые российские военные открыто заявили о своей готовности работать за рубежом. Речь идет о создании сил специальных операций России с возможностью действовать за границами страны.
Спецназ военной разведки всегда был на особом счету. Те, кто попал в спецназ и прослужил хотя бы срочную службу с нашивкой летучей мыши на плече, навсегда становился другим, особым человеком. 
«ГРУ всегда прекрасно справлялось с применением спецназа как в военное, так и в мирное время. Однако все в итоге должно, конечно же, свестись к созданию сил специальных операций — со своим обеспечением, авиацией и т.д. Создание ССО разрабатывал, в том числе, и полковник Квачков, с которым мы вместе служили», – рассказал генерал-майор Александр Чубаров в интервью «МК».

The Rock, Zanzibar

Avropalılar 340 avro zibil pulu verirlər

Azərbaycanda kommunal xərclər Qazaxıstan, Türkmənistan, Gürcüstanla müqayisədə çox baha olması ən çox danışılan mövzudur. Avropanın bəzi şəhərlərində isə kommunal xərclərin məbləği və növləri ilə tanış olanda mat qalırsan. Avropada işsizlərin ayda 900 avro sosial yardım aldığını bilirik. Lakin bu məbləğ ancaq kommunal xərcləri ödəməyə yetir. Kommunal xidmətə qaz, işıq, ev kirayəsi, zibil, tibbi sığorta daxildir. Kirayə pulu ayda 400 avro, qaz 90 avro, işıq 90 avro, su pulu isə şəhərlərə görə dəyişir. Məsələn, bəzi şəhərlərdə sudan istifadəyə görə aylıq 50, bəzilərində isə 150 avro ödəyirlər. Ancaq zibil pulu isə ayda 340 avrodur. Avropada icbari tibbi sığorta hər bir vətəndaşa aiddir. Bu sığorta 90 avrodan 340 avroya qədərdir. Tibbi sığorta icbaridir. Amma tələbələr tibbi sığorta üçün 100 avro ödəyirlər. Adi vətəndaşlar isə 300 avroya qədər ödədikdən sonra qalan pulu sığorta ödəyir.

Vicdan məhbusu Ruhullah Axundzadənin BMT Bakı nümayəndəliyinə müraciəti

Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyinə

A/R-nın Ə/N-nin P/X-in 15 saylı cəza çəkmə müəssisəsində məhkum  Axundzadə Ruhullah Höccət oğlu tərəfindən

Birləşmiş Millətlər Təşkilatının Bakıdakı nümayəndəliyinin Rəhbəri! Və şəxsən Pan ke Mon.
Mən hələ SSRİ-nin dövründə Sizlərin ayrı-ayrı maraqları üst-üstə düşən ölkələrin birliyi olduğunuzu başa  düşmüşdüm. Belə ki, təkcə Fələstin  xalqının başına gətirilənlərə BMT-nin biganə münasibəti, qəsbkar sionist  İsrailə himayəçiliyi dediklərimi təsdiqləmədədir. Vyetnam müharibəsi yaddaşlardan silinməyib. Amerikanın Nato qoşunlarına rəhbərliyi ilə Əfqanıstana qoşun yeritməsi, İraq-İran müharibəsində 30-dan çox həmkar ölkələrinizin İran İslam ideologiyasını məhv etmək məqsədi ilə İraqa himayədarlığınız sonradan kimyəvi silah axtarışı bəhanəsi ilə İraqın işğalı bunlar yaxın keçmişinizi, kimin kim olduğunun bariz aşkar dəlilləri deyilmi?!

Жизненная история об отношениях между турком и армянином

Али Ага-заде

Жизненная история об отношениях между турком и армянином. Случай 
произошёл в Канаде, 1972-м году.
Было это в Баку, в 2000-м году. В те годы у меня были планы уехать в 
Канаду. В Баку есть известное кафе "Моцарт", хозяином этого кафе 
является Расул, он в Баку живет вот уже 20 лет. К нему в кафе часто 
приходили турецкие предприниматели, которые работали в Баку, и даже 
дипломаты. Я часто посещал это кафе. А однажды, в 1997-м году, когда 
приехал посол Колумбии из Тегерана со своей семьей и, я даже был у Расула за переводчика.
Расул знал, что у меня планы уехать в Канаду, и хотел меня познакомить с
человеком, который мог бы много рассказать о Канаде. Ну вот, был месяц
январь, и однажды в кафе Расул меня пригласил сесть за стол, где было 3
человека.

“İrəli” İctimai Birliyinin nurçuluq örgütü ilə əlaqələri

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən “İrəli”nin layihələrinə qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib.

R.Mərdiyev açıqlamasında yazılanların doğru olmadığını deyib: “Orada yazılır ki, guya bu barədə göstərişi Fərhad Hacıyev verib. Əslində, Gənclər Fondunda layihələr Müşahidə Şurası tərəfindən seçilir. Ona görə də, bu məlumatların heç bir əsası yoxdur. Biz indiyədək Gənclər Fondu ilə ən yüksək səviyyədə əməkdaşlıq etmişik. Əməkdaşlığımız indi də davam edir. Biz də hamı kimi bu il fonda layihələr təqdim etmişik. Ancaq hələlik heç kimə cavab gəlməyib. Fondun cavablarını gözləyirik”.

Azərbaycanda baş verən hadisələrdə “masonluq” izi

Son dövrün siyasi statistikasına nəzər saldıqda baş verən hadisələrdə hiss olunan bağlılıq hər kəsin diqqətini cəlb edir

İstər məmurlar arasında qızışmış ədavət, istər ölkədə baş verən narazılıqlar, istərsədə "din pərdəsinə bürünmüş" təriqətlər əslində bağlılıq təşkil edir. Bütün bunlar sanki bir dənizin sahilə çırpılan ləpələridir. Bəs onda ləpələri sahili yuyub aparan bu dənizin adı nədir? ”Cihad”, “nurçuluq”, ”vəhhabilik”, ”sunqurçuluq”, ”sələfilik” və dini İslam olan azərbaycanlıların suveren dövləti... Hər gün KİV-də yerli məmur və hökumət nümayəndələri haqqında yayılan məlumatlar düşünməyə əsas verir ki, hadisələr hansısa bir qurum tərəfindən idarə olunur.
Son 10 ilin tarixinə nəzər saldıqda azərbaycanda vəhhabi adlı dinin təriqətin yayıldığını və cihad adı ilə gəncləri müxtəlif üsullarla öz cərgələrinə qoşduqları məlumdur.

Türk kardeşlərimiz azərbaycanlıları qul ediblər

Türk şirkəti azərbaycanlıları gəmidə qul kimi işlədib it günündə saxlayırmış

Türkiyənin Mersin limanında qeydiyyatdan keçmiş gəmçilik şirkətinə məxsus və heyət üzvləri arasında Azərbaycan vətəndaşlarının da olduğu “Munzur” quru yük gəmisi İngiltərənin Kornvell əyalətindəki Fouvey limanında saxlanılıb.
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, “Anmar Beynəlxalq Nəqliyyat və Dənizçilik” adlı şirkətə məxsus gəmidə heyət üzvləri ilə kölə kimi rəftar edilməsi faktı ortaya çıxıb.
Xəbərlərdə bildirilir ki, gəmi əvvəlcə İngiltərənin Dənizçilik və Sahil Mühafizə Agentliyi tərəfindən aşkara çıxarılan texniki nasazlıqlar səbəbindən saxlanılıb. Daha sonra agentliyin əməkdaşları gəmiyə baxış keçirəndə heyrətə gəliblər.

Bir tikə çörək

Pərnisə Fazil

Yolda yerə yıxılmış bir insan görəndə ona yaxınlaşmazlar, içkilidir...küçə adamıdır...avaradır...
Yerdə bir tikə çörək görəndə əyilib götürərlər, öpüb göz üstə qoyaraq, yaxınlıqdakı divarın kənarına qoyarlar.
İçləri rahat olar, axı Allahın nemətinə sayqı ediblər, onun üçün əyiliblər...
O bir tikə çörəyi qazanmaq üçün çox şeydən keçiblər axı, namusdan, şərəfdən, qeyrətdən. Üzü üzlər görüb, üzünə min söz deyilib, üzü tüpürcəklər görüb. Necə dəyərli olmaya bilər axı o bir tikə çörək?!
O bir tikə çörək ki, bu gün paramparça olmuş Vətəni unutdurub, ləkələnmiş Bayrağımıza laqeydləşdirib, bütün milli dəyərlərin dəyərini salıb...

Hacıleyləklər

Молодая гвардия Эльнура Асланова в черном списке

Фонд молодежи при президенте Азербайджана внес в черный список Общественное объединение «Ирели», сообщают местные СМИ

Согласно информации, Фонд больше «Ирели» не выделяет гранты, ссылаясь на то, что организация не представляет своих отчетов. Источники в «Ирели» отмечают, что организация и раньше не представляла финансовых отчетов. Эту проблему председателю «Ирели» Рауфу Мардиеву всегда помогали решить депутат Джейхун Османлы и бывший завотделом Администрации президента Эльнур Асланов.

Gorbachov Qarabağ münaqişəsinə görə Heydər Əliyevi ittiham edir

SSRİ-nin sonuncu prezidenti Michail Gorbachov "Həyat və islahatlar" kitabında Qarabağ münaqişəsinin necə başlanmasından yazır.

Erməni yazarları Silva Kaputikyan və Zori Balayanla görüşünün detallarını açıqlayır. Qorbaçov kitabında yazır ki, hər şey 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin (85 faizi ermənilər idi) Ermənistan SSR-nin tərkibinə keçmək tələbi ilə ayağa qalxması ilə başlandı. Bu qərar Vilayət Şurası tərəfindən qəbul olunmuş və Ermənistanda çoxminlik nümayişlərlə dəstəklənmişdi. Həmin nümayişlərə cavab olaraq Azərbaycanda da anti-erməni şüarları ilə nümayişlər keçirilirdi.

Tofiq Həsənli - Səpələndi

Meh əsdi xəfif ətrafa yellər səpələndi,
Yarın gülü-rüxsarına tellər səpələndi.

Ömrümdən alıb canımı öz ömrünə aldı,
Zənn eylədi kəm baxtına güllər səpələndi.

Əfsus ki,qərar tutmadı ömrüm bir ömürdə,
Ömrümdən ötüb keçmədi illər, səpələndi!

Yerdə vətənin torpağı düşmənlərə qaldı,
Göydən ələnib başıma küllər səpələndi.

Qaldıqca vətən torpağı düşmənlərə, Tofiq,
Yurdlar talanıb, çöllərə ellər səpələndi.

Россия готовится


Последний Начальник Генерального Штаба СССР, вышедший в отставку в 1994 году, 78 летний Лобов Владимир Николаевич, вновь на действительной военной службе, в звании генерала армии, слушает Шойгу на Коллегии Министерства обороны РФ.
Чтобы всем было понятно о ком речь:

Исраэль Шамир: Россия может говорить с народами мира «поверх голов» их правителей

Увлеченные Крымом, мы немножко утратили ощущение общей картины мира. Ситуация на самом деле очень тревожная. И в этой ситуации, которую Путин, наверное, прогнозировал, Россия добилась новых успехов в пиаре. Я бы связал это с проведением Олимпиады, с помощью которой России удалось войти в мировое медиапространство, и более того – выйти к людям минуя СМИ. Очень раскрученная «Прямая линия» с Путиным стала продолжением этого процесса.
Идея заключается в том, чтобы Россия могла разговаривать с народами мира «поверх голов» правительств, хотя это умение во многом было утрачено. В ближайшее время мы увидим, насколько хорошо это будет получаться. Это сложная игра и результатов не стоит ждать немедленно.
Стоит напомнить, как разговаривало с народами мира советское руководство. Когда после войны СССР угрожал реальный ядерный удар, советскому народу удалось обратиться к другим народам и создать мощное движение за мир, которое, в конечном счете, предотвратило войну. Не исключено, что России удастся это сделать снова. /globalconflict.ru/

25.04.2014

Lahıc


avrasiya.info

Литва. Тракайский замок.


avrasiya.info

İngiltərənin tarixi istismarçılığı

İlkin Məmmədov

İngiltərənin müstəmləkə tarixi

Dünyada bir çox ölkənin daxili siyasətinə qarışmış, müstəmləkəçilik etmiş və hələ də müstəmləkəçilik etməyə davam edən İngiltərə barədə məlumat vermək istəyirəm. İngiltərə müstəmləkəçiliyə 1688-ci ildə baş verən inqilabdan sonra başlamışdı. Bu inqilab ilə İngiltərədə dövlət idarəçiliyi sistemi quruldu. Parlament ölkənin güc strukturu halına gəlmişdi. Bu inqilab daha sonra Hannover xanədanının iqtidara gəlməsi ticarət burjuasına sərf etdi və ingilis müstəmləkəçiliyini sürətləndirən güc oldu.
İnqilab dənizlərdə genişləndi. Daha çox ticarət gəliri əldə etmək üçün böyük bir imperiya quruldu və bütün dünya iqtisadiyyatını öz mənfəətləri üçün istismar etməyə başladılar. Əlbəttə bunları etmək üçün dənizlərdə və okeanlarda böyük güc olmağa ehtiyac var idi. Bunu da qısa zaman ərzində həll edərək genişlənməyə başladılar.

Rövşən Məmmədli - Kərbəla vaqiəsi

Ləb teşnə Hüseyn ibni Əli, Kərbü-Bəladə
Tövhid ələmin ucaldaraq, oldu əmadə
Ol söylədi, ölsəmdə belə, dəştü-fənadə
Zillətu-zəlilliyin, libasın geyməyəcəm
Zalimə and ola ki, mən boyun əyməyəcəm

Nəfsim eşqimdə fəna, həqq evinə müştəriyəm
Tanımırsızsa bilin, Heydər oğlu Heydəriyəm
Rəsulullah buyurub, iki dünya sərvəriyəm
Heç xəyal eyləməyin, sizə beyət eliyəm
Gəlmişəm büt dağıdam, çünki məndə Əliyəm

Mən xanım Fatimənin, bağının meyvəsiyəm
Cəddimin Mədinədə, dolaşan gur səsiyəm
Allahın höccətiyəm, nurunun cilvəsiyəm
Gəlmişəm bu gün bura, həqqi ehya eliyəm
Qanımla olsa belə, zülmü ifşa eliyəm

Difayi-həqqi mənə, öyrətdi anam Zəhra
O özü ilk elədi, difayi-həqqi-vila
Mədinədən səhrayə, gəlmişəm ki, ey dünya
Anamın inqilabın, burda bərpa eliyəm
Şeyxeyni-Mədinəni, indi rüsva eliyəm

Getdiyim yol eşidin, Mustəfanın yoludu
Qılıncı tutan qolum, Heydərin öz qoludu
Qəlbimə dağ çəkilib, dərdü-qəmnən doludu
Mən savaş istəmədim, gərək əmma eliyəm
Kərbəla torpağına, qanla imza eliyəm

Rövşəna eşqidə sən, bildinmi kimdi Hüseyn?
Arifə qibleyi-həqq, aşiqə nu`ri-eyn
Behişdi bir dünyada, bilki Beynol-Hərəmeyn
Gər istəsəm dünyamı, həmdə üqba eliyəm
Gərəkdi ziyarətin, mən də icra eliyəm

İbrahim Sel - Cındır otaq

(Tələbəlik dəftərindən)

Tələbkar tələbə -2

Səhər tezdən yenə də
ev sahibəsinin quduz səsi
başına ğötürüb evi
“Bu gün ev pulunu çatdırmasanız 
tökəcəm şələ-şülənizi çölə”
Əzizinəm, Heyne
sən də nəyi qoyub nəyi axtarırdın
Mən bütün Avropada
asanlıqla sülh yaradardım
ancaq qabağıma bir-iki
azəri qadın çıxdı ki onları
heç sakitləşdirə bilmədim