14.10.2014

Fərid Abdullah: Gey toylarını müsbət qarşılamaq qeyri-mümkündür

Son zamanlar “gey” lərin, “trans” ların və digər cinsi azlıqların “toy” etdiklərinə şahidlik edirik

Bir qisim insan bu cür toyların əleyhinə olmasa da, digərləri bu cür toyların biabırçılıq olduğunu bildirirlər. Nəzər salsaq, görürük ki, bu cür hallar getdikcə  çoxalmaqdadır. Azərbaycan üçün anormal sayılan bu halın getdikcə çoxalmasının və yayılmasının arxasında nə durur?
İslamazeri.az saytı olaraq araşdırmaçı-yazar Fərid Abdullaha müraciət etdik. Fərid Abdullah açıqlamasında geylərin şəxsi həyatının ictimailəşdirilməsi və dünyaya çatdırılması fəsada arxalanan məqsədyönlü siyasət olduğunu bildirmişdir: “Düşünürəm ki, gey toyları məqsəd xarakterlidir. Geylərə qarşı müsbət fikirli olmaq qeyri-mümkündür. Bəzən geylər özünü qadıntəbiətli, humanist, sülhsevər apardıqları üçün cəmiyyətin bəzi humanist düşüncəli insanları onlara acıyır, onlara qarşı tolerant olmağa səsləyirlər. Zahiri normal görünən bu xarakterin daxilində, sözsüz ki, fəsad yatır. Bəzi Hollivud filmlərində qərb cəmiyyətinin daxilində geylik sənətinin normal qarşılandığı, bəzi reklamlarda bunun münasib və cəmiyyətə uyğun olduğu görsənsə də, əslində, bu belə deyil. Bizə göstərilməsi lazım olan şey göstərilir. Guya, bu dünyada normal qəbul edilir.

Biz azərbaycanlı və ya müsəlman olduğumuz üçün bu işə pis baxmırıq. Biz sağlam düşüncə ilə düşünür və bunun fəsadlarını cəmiyyətə çatdırırıq. Geylərin toyları diqqəti özünə cəlb etmək və ya xarici ölkəyə mühacirət etmək və ya inadkarlıq göstərməkdən başqa bir şey deyil. Əgər sən kişini, kişi də sənin kimi kişi qiyafəlini sevirsə, bunu ictimailəşdirib-ictimailəşdirməmək "aşiqlər" üçün əhəmiyyətlidirmi? Qoy, bütün dünya bilsin ki, biz bir-birimizi sevirik və ailəliyik tipli xəstə düşüncə səmimiyyətə sığırmı?
Nəticə etibarilə demək olar ki, KİV bundan şəxsi maraqları üçün istifadə edir. Reytinq qazanmaq üçün, baxış sayını artırmaq üçün. Azərbaycanda bir çox geylər var ki, "gizli sevgilər"inin üstünün açılmasını istəmir. Amma bəziləri şəxsi mənfəətləri üçün istəyir. Azərbaycanda geylər barədə iki hadisə daha çox qabardıldı. İki geydən biri intihar etdi, digəri isə "sevgilisindən" ayrıldı və xaricə getdi. Hər ikisi də bu qeyri-normal ənənəni mühafizə edən qurum üzvləri idi. 
Bunun qarşısını almaq və ya islah aparmaq üçün həmin şəxslərdən qaçmaq lazım deyil, məncə. Onları sağaltmaq, dərdlərinin nə olduğunu araşdırmaq, uşaq vaxtı və ya gənc vaxtlarında aldıqları travmaları araşdırmaq lazımdır. Əgər sağalarlarsa, lap yaxşı, sağalmazlarsa və ya inadkarlıqla cəmiyyətdə fəsad yaradarlarsa, hüquq mühafizə orqanları bu barədə ölçü götürməlidir”.  

birlik.az

Комментариев нет:

Отправить комментарий