25.01.2015

Etibar Salmanov - Leysan öncəsi sakitlik

GETDİN

Bu gün birdəfəlik çəkib getdin,
Qəlbimdə son bahar havası var.
Qəlbimdə susmuş dəniz aynası var,
Tufan öncəsi sakitlik kimi.

Son kəs gözlərimə baxıb getdin,
Qəlbimdə lal olmuş hisslərim var.
Qəlbimdə hərəkətsiz yarpaqlar var,
Leysan öncəsi bir sakitlik kimi.

Son kəs əllərimi sıxıb getdin,
Qəlbimdə sıxılmış bir ürək var.
Qəlbimdə can verən məhəbbətim var,
Ölüm öncəsi bir darlıq kimi.


Son kəs üzümə gülüb getdin,
Qəlbimdə bu  gülüşə bir heyrət var.
Qəlbimdə bu gülüşə bir üsyan var,
Ayrılıq öncəsi haqsızlıq kimi.

QƏLBİMİN AĞRISI

Gedirsən bu gün, uzaqdır səfər,
Ayrılıq başlarkən  başlar əzablar.
Həsrətlə əzabı zəncirlər bağlar,
Etibarın qəlbinə dolar ağrılar.

Həsrətin uzun sürməsin nolar,
Ayrılıq qəlbimi üzməsin nolar,
Hicrindən ciyərim təşnəyə dönər,
Mənə bu cəzanı verməsən nolar.

Böyük ayrılıqlar bir sınaq olar,
Həsrətin qəlbimi içindən oyar.
Həyatım yoxluğunla cəhənnəm olar,
Məni bu odlara atmasan nolar.

Gözləyəcəm yolunu, dönüşün gözəl olar,
Yoxluğundan artan sevgim eşq olar.
Deyirlər sevginin zirvəsi bir eşq olar,
Məni eşqin ilə yaşatsan nolar.

Комментариев нет:

Отправить комментарий