Страницы

21.02.2015

Ayətullah Xamenei: İran xalqı da sanksiya tətbiq edə bilər və bunu edəcək

Ali Lider Ayətullah Seyid Əli Xamenei bu gün Tehranda İranın Şərqi Azərbaycan əyalətindən olan minlərlə Azərbaycanlı ilə görüşüb. 
Maide.az-ın məlumatına görə, görüşdə Ayətullah Xamenei ABŞ və Avropa tərəfindən İrana qarşı tətbiq olunmuş sanskiyalar və onların naz etmələri və şərtlər irəli sürmələri haqda danışıb və deyb ki, İran xalqı həmişə göstərib ki, güclü iradəyə sahibdir və sanksiyalar məsələsində də İran xalqı onların planlarını uğursuz edəcək. 
Ayətullah Xamenei İran xalqına İslam İnqilabının 36-cı ildönümü münasibəti ilə keçirilən mitinqlərdə aktiv iştirak etdikləri üçün təşəkkürünü bildirib. “İslam İnqilabından 36 il keçməsinə baxmayaraq xalqın bu ilki mitinqdə əzəmətli iştirakı dünyada misilsiz bir mitinq idi”

General Rail Rzayevin qətlinin sensasion təfərrüatları

Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin 6-ci ili tamam oldu. Rzayev öldürüldü, ancaq qatil və sifarişçi bu gün də məlum deyil...
R.Rzayev üçün həmin gün adi günlərdən biri idi. O, günlərlər, aylarla, illərlə hərəkət etdiyi marşrut üzrə iş yerinə getməli idi. Qətldən sonra belə aydın oldu ki, bunu onu sifariş verən, sifarişi icra edən də bilməmiş olmayıb. Generalı güdüblər. Hərəkət trayektoriyasını müəyyən ediblər. Bəs necə olub ki, xüsusi xidmət orqanları bundan xəbərsiz olub? Sual bu gün də açıqdır...
Həmin gün general adəti üzrə evdən çıxıb Azərbaycan Müdafiə Nazirliyindəki iş yerinə getmək üçün xidməti maşına əyləşib. Generalın olduğu xidməti maşını evinin təxminən 200-300 metrliyində - İ.Qutqaşınlı küçəsi, 125 ünvanının qarşısında, S.S.Axundov adına 172 saylı orta məktəbin yaxınlığındakı zibil qutularının yanında dayanıb. Sürücü evdən götürdüyü zibil dolu torbanı yanında saxladığı zibil qutularına atmaq üçün maşından düşüb. Geri dönəndə isə generalın ağzından qan axdığını, maşının arxa şüşəsində güllə dəliklərinin olduğunu görüb. Sürücü generalı hospitala çatdırsa da, artıq gec olub...

KƏMALƏDDİN HEYDƏROV ƏKRƏM ƏYLİSLİYƏ GÖRƏ DANLANIB

Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı və davranışlarına görə fövqəladə hallar naziri Kəmaləddin Heydərov hakimiyyətin üst qatında möhkəm danlanıb. Bu barədə bizi bilgiləndirən mənbənin dediyinə görə, Ə.Əylislinin deputatlıqdan sonra bütün maddi ehtiyaclarının ödənməsi K.Heydərova tapşırılıbmış. FHN şefi də bu tapşırığı artıqlaması ilə yerinə yetirirmiş: o, üstəlik, yazıçının oğlunu bir neçə il əvvəl Gömrük Komitəsində məsul vəzifəyə təyin etdirib.
Mənbənin sözlərinə görə, 1992-ci ildən - Müsavat Partiyası bərpa edildiyi gündən təşkilatın üzvü olan Əkrəm Əylisli məhz Heydərovlar ailəsinin təsiri ilə partiya sıralarından istefa verib. K.Heydərovun atası, Naxçıvan elitasının nüfuzlu fiqurlarından olan Fəttah Heydərov 1997-ci ildə Əkrəm Əylislini müxalifət partiyasını tərk etməsi üçün onunla danışıqlar aparıb. Danışıqlar müsbət sonluqla bitib və yazıçı Müsavat Partiyası sıralarından istefa verib və müvəqqəti olaraq doğma kəndinə köçüb.

Milli Məclisdə kim kimin adamıdır?

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı rüşvət videosunda maraqlı məqamlardan biri də parlamentin siyahılar əsasında formalaşdırılması barədə Gülər Əhmədovanın dedikləridir.
Videodan göründüyü kimi sabiq deputat açıq şəkildə bildirir ki, parlament hakimiyyətin yuxarı eşolonunda təmsil olunan şəxslərin siyahısı əsasında formalaşdırılır. “Adamlar var Fərhadın adamıdır. Konkret bilirlər ki, bu Fərhadın siyahısıdır. Bu Əli Insanovun siyahısıdır. Bilirlər ki, bu Kəmaləddin Heydərovluqdur, bu Ramiz Mehdiyevlikdir, bu İlham Əliyevlikdir, bu Mehriban Əliyevalıqdır...”, - deyə Gülər Əhmədova vurğulayır.
YAP-ın rəhbərliyinə daxil olan şəxslər Gülər Əhmədovanın bu dediklərini ciddi-cəhdlə təkzib etsələr də, əslində sabiq deputatın söylədikləri barədə zaman-zaman mətbuatda yazılıb. 

20.02.2015

10 ПРАВИЛ ДЛЯ ПОВЫШЕНИЯ СВОИХ ВИБРАЦИЙ

1. Контролируйте свои мысли! Наши каждодневные мысли создают нашу реальность. Мы не говорим о том, что Вы должны отслеживать каждую мысль приходящую Вам в голову. Это могло свести Вас с ума. Просто необходимо заставить себя отказаться от негативных мыслей. Поначалу это кажется неосуществимой задачей. Но со временем, Вы поймете, что все не так сложно, вы приучите свой разум фильтровать собственные мысли. Научитесь видеть не проблему, а способы ее решения. Чем больше Вы думаете о хорошем, тем больше вы повышаете Вашу вибрацию.
2. Говорите только о том чего Вы хотите! Очень часто люди с проблемами в личной жизни, видя влюбленную пару вздыхают говорят, что-то вроде: «Вот, мол, кому-то везет, только не мне!» Стоп! Так, Вы делаете еще хуже, и следовательно так Вы только понижаете собственную вибрацию. В следующий раз скажите, что-нибудь в таком роде: «Я рад за эту пару, уверен, что в скором будущем я тоже встречу свою судьбу». Тоже самое можно перевести на деньги, не стоит рассказывать всем Вашим знакомым о проблемах в финансово плане, так Вы только усугубляете и без того, сложную ситуацию. Научитесь говорить о благополучии, деньгах и счастье, хватит пересказывать всем неудачи!

Зачем Запад хочет уничтожить русскую цивилизацию?


Основная цель любой большой войны- это переформатирование культуры (программного кода) противника в своих интересах или её полное уничтожение вместе с её носителями с последующим освоением территории и ресурсов. В основе всего прочего перечня декларируемых или умалчиваемых целей войны лежит именно эта цель. Именно это мы и наблюдаем сейчас, когда снова разгорается конфликт по линии Восток-Запад и Юг-Север. Ситуация на Украине (Малороссии) полностью отражает цель войны Запада против русской цивилизации.

Akif ABBASOV - VALİDEYNİN ƏN BÖYÜK ARZUSU: OĞUL EVLƏNDİRMƏK, QIZ KÖÇÜRMƏK

(“Acı xatirələr” romanından)

Məsmə arvadın iki qızı və Siracəddin adlı bir oğlu vardı. Siracəddin boylu-buxunlu, qaraşın bənizli, kişi sifətində bir gənc idi. Kişi sifətində ona görə deyirəm ki, indi bəzi gənclərdə qadına xas əlamətlər formalaşır. Uşaqlıqda belələrinə “qız bibi”, “ana uşağı” deyirlər. Siracəddində kişi xasiyyəti vardı. Qiymətləndirməyi də, vurulmağı da, sevməyi də, özünü sevdiyi adama həsr etməyi də, qısqanmağı da bacarırdı.
Siracəddin Müjkanı yas yerinə gələndə təsadüfən görmüşdü. Onlar qonşu olsalar da, Siracəddin qızla birinci dəfə idi ki, rastlaşırdı. əvvəllər onu görməmişdi və görə də bilməzdi. Onların uşaqlığı bir yerdə keçməmişdi. Siracəddingil bir neçə il idi ki, indi yaşadıqları mənzili almış və buraya köçmüşdülər. Onda da Müjkan artıq ailə qurub ata evindən getmiş,   məlum hadisələrdən sonra isə Moskvaya yola düşmüşdü. 

Dədəkişi Solğun - Olurmu?

Gəl, gəl gözümün nuru, gözəllər gözəlim, gəl.
Gəl ki, şad elə könlümü, ey möcüzəlim, gəl.

Bir hüsnü mələk tək görükəndə gözümə sən,
Gördükdə cəmalın yanır ağzımda dilim, gəl.

Mən ki, viran olmuş o gülün bülbülüyəm tək,
Qəfəsdəyəm, ey gül, sənə çatmır bu əlim, gəl.

Sənsiz ola hər yan mənə cənnət, nəyə lazım,
Sənsiz tökülür gör necə ömür xəzəlim, gəl.

Sən, bivəfa olma, gözəlim, Solğuna qarşı,
Dörd yana edib dərdimi aşkar qəzəlim, gəl.


Vəhhabilər hansı əsasla Suriyada döyüşürlər?

Anar Xəyali

Son günlər Suriyada baş verənlər, daha doğrusu orda öldürülən azərbaycan vətəndaşlarının cəsədlərinin vətənə dönüş xəbərləri demək olar ki, gündəmdən düşmür. Nədir onların bu ölkəyə getməsinə və orda cihad adı altında maskalanaraq vətəndaş müharibəsində iştirak etmələrini doğuran səbəblər? Səbəbləri sırayla sadalamağa keçməmişdən öncə, gəlin özlərini Suriyaya “cihada” getmiş hesab edən vətəndaşlarımızın dini təmayülü haqqında bir neçə söz deyək:
Hamımıza aydındır ki, cihad bəhanəsi adı altında Suriyaya yola düşən həmyerlilərimizin hamısı birmənalı şəkildə özünu Sələfi adlandıran el dili ilə desək, Vəhhabi dini cərəyanının bu və başqa qollarına mənsub şəxslərdir. Onlar bu gün Suriyada vətəndaş müharibəsinə qoşularaq əsasən Səudiyyə Ərəbistanında yaşayan Vəhhabi ərəb şeyxlərinin, başqa sözlə mənsub olduqları dini cərəyanın alimləri tərəfindən verilən fətvalar əsasında döyüşür. Özlərini mənsub olduqları əqidənin qaydalarına görə mücahid adlandıran bu, sələfi gəncləri daşıdıqları əqidənin üsulunca daha heç nə haqqında düşünmürlər.

Farscadan yeni kitab tərcümə olundu: "İravan müsəlman sakinli vilayət olmuşdur"

Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.
XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Anar Əhəd - Utansın

Hər kim ki, salıb qəlbinə pis niyyət utansın,
Allah eliyər qəlbə nəzər əlbət, utansın.

Sərvət dolu ölkəmdə kasıbsansa, utanma,
Qoy qarə qızılnan öyünən dövlət utansın.

Dünya özü nemət dolu, yoxsullara gəl bax,
Kimlər ki, yığır qəbri üçün sərvət, utansın.

Ey əvvəli nütfə, sonu torpaq, sənə təəccüb,
Bir an düşünərkən eliyən ibrət, utansın.

İnsan yaradıb, cənnətə layiq bilib Allah,
Bədbəxtdi bu dünyaya verən qiymət, utansın.

Şairdi Anar, söz düzərək güzgü yaratmış,
Öz eybini kim görsə, edib diqqət utansın.

19.02.2015

Англичане признали, что король Артур был русским князем

Легендарный король Артур, который является эталоном западноевропейского рыцарства, был русским князем, прибывшим в Англию со своей дружиной по соглашению с римским императором Марком Аврелием.
Это сенсационное заявление сделал известный британский историк Ховард Рид. В ходе длительных исследований и Великобритании, Франции и России, Рид пришёл к выводу, что король Артур являлся одним из представителей племён, живших в Сарматских степях Южной России.
Славившийся своими высокими и белокурыми всадниками, эти племена вышли в начале второго века к Дунаю и встретились с римскими легионерами. В ходе длительных переговоров Рим сумел найти с ними общий язык и ядро "варварской" армии было взято на имперскую службу. В 175 году от Н.Х.Л. около шести тысяч Русских воинов прибыли на Альбион.
Работая в архивах петербургского Эрмитажа, Ховард Рид обнаружил многочисленную символику из захоронений на территории России, совпадающую с образцами на знаменах, под которыми сражались воины легендарного короля Артура.

http://x-time.info/eshche/mirovaya-istoriya/1177-anglichane-priznali-chto-korol-artur-byl-russkim-knyazem.html

18.02.2015

“SINDIRILMIŞ ADAM” - Sənin reketçiliyin birdirmi, ondurmu?!

Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli ilə keçmiş daxili işlər naziri İsgəndər Həmidov arasında qarşılıqlı ittihamlar barəsində məlumat vermişdik (Bax: “Baş prokurorun keçmiş müavini İsgəndər Həmidovu reket adlandırıb” adlı məqaləyə). M.Mütəllimli “Yad qardaşlar” adlı məqaləsində politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladıb və İsgəndər Həmidovu o dövrdə reketçilik etməkdə suçlamış, İ.Həmidov isə öz növbəsində M.Mütəllimliyə qarşı ittihamlar irəli sürmüşdü.
M.Mütəllimli İ.Həmidovun ittihamlarına böyük bir məqalə ilə cavab verib. Partiya sədri “Sındırılmış adam” adlı cavab yazısını AzPolitika.info-ya göndərib və onu olduğu kimi dərc etməyi xahiş edib. İsgəndər Həmidovun cavab haqqını tanıdığımızı bəri başdan bəyan edərək, həmin məqaləni təqdim edirik.

İsgəndər Həmidov, deyirsən ki, mən Baş prokurorun birinci müavini olarkən, sənin jurnalist Zərdüşt Əlizadəyə qarşı qanunsuz hərəkətinə görə tədbir görməmişəmsə, cinayət etmişəm. Guya onunla söhbətə tək getmisən və məhkəmədə də əl verib ayrılmısınız.

Baş prokurorun keçmiş müavini İsgəndər Həmidovu reket adlandırıb

Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli “Yad qardaşlar” adlı məqalə ilə çıxış edib. Moderator.az-da yayılan məqaləsində Mətləb Mütəllimli sabiq daxili işlər naziri İsgəndər Həmidovun “bostanına” daş atıb. Belə ki, o, politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladıb və İsgəndər Həmidovu o dövrdə reketçilik etməkdə suçlayıb: “Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti illərində də mövqeyinə, müəyyən fikirlərinə görə dəfələrlə Zərdüşt Əlizadəyə qarşı təhqiramiz hərəkətlərə yol verilmiş, hətta bir sıra hallarda nazirdən çox reketçilik edən, bununla da Xalq Cəbhəsi hakimiyyətinin nüfuzuna ağır zərbə vuran sabiq daxili işlər naziri İsgəndər Həmidovun qoçuları tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmışdır”.

Каптагон: «Арабская весна» и иудейский путч в Киеве совершены на «таблетках ужаса»

За неистовством головорезов ИГИЛ и «укрокарателей» стоят «таблетки ужаса» - мощный амфетамин «каптагон», убивающий жалость и придающий физическую выносливость. Издание Il Giornale опубликовало статью Джана Микалессина, который рассказал, что впервые каптагон был применен в Каире. «Микстура ужаса» распространялась вместе с «арабской весной» как эликсир продления и ужесточения революции, придающий неистовство толпе, готовой жертвовать собой от Туниса до Египта, от Ливии до Сирии. 
Смертоносный амфитамин стал кошмаром для Ближнего Востока: в экстазе люди режут и убивают с улыбкой на лице и пустотой в голове. Курды свидетельствуют, что находили его в карманах сотен боевиков, убитых в Кобани. Проведенный американской разведкой анализ аудиозаписи, на которой заснят Джихади Джон, британский боевик, осуществивший казнь западных заложников, показал, что палач находился под воздействием амфитамина. Первыми о приеме препарата рассказали манифестанты, оказавшиеся в руках полиции в 2011 году. Многие из них признались, что получили от организаторов демонстраций «чудесные таблетки», дарившие «смелость и силы». Препарат «братьям-мусульманам» в то время поставляли из Дубая и Катара. 

15.02.2015

GDU-nun REKTORU VİCDANLI MÜƏLLİMİ NƏ CÜR SUSDURDU

Və yaxud «Bir bazar açılıb ki, Sədərək bazarı kimi»

Hörmətli redaksiya, Gəncə Dövlət Universitetinin professor- müəllim heyətinin mətbuatda gedən şikayətlərini universitetin rəhbərliyi və GDU-nun mətbuat katibi Maqbet Əhmədov təkzib edir və bunları böhtan adlandırır. Halbuki, həmin mətbuat katibi Maqbet Əhmədov vəzifəyə qoyulmamış özünün facebook səhifəsində görün nələr yazıb. Bu yazılar universitet rəhbərliyinə məlum olduqdan sonra onu məcbur edib bunları götürtdülər və daha yazmasın deyə özlərinə şərik etdilər. Hörmətli redaksiya, bizdə GDU-nun rektorunun yaxın ətrafı ilə sensasiya xarakterli söhbətinin və "ogru sxodkası" nı xatırladan davalarla, bir-birini təhqirlərlə keçən elmi şurasının gizli videoçəkilişləri var, yaxın günlərdə onları Sizə göndərəcəyik.

14.02.2015

Тайный агент Кремля спас Германию от участи «картофельного поля»

Евгений ЧЕРНЫХ

В Дрездене продолжаются масштабные траурные акции. В них принял участие президент Германии Йоахим Гаук. Люди образовали живую цепь длиной 3.6 километров в память о жертвах трагедии. Ставшей одним из символов ужасов Второй мировой. 13-15 февраля 1945 года авиация США и Великобритании устроила мирным жителям ад на земле. Ковровые бомбардировки сгубили, по разным оценкам, от 35 до 130 тысяч людей. Разрушили старинный город. По оперативным данным дрезденской полиции, «сгорело 12 тысяч зданий, разрушено 24 банка, 26 зданий страховых компаний, 31 торговая лавка, 6470 магазинов, 640 складов, 256 торговых залов, 31 гостиница, 26 трактиров, 63 административных здания, 3 театра, 18 кинотеатров, 11 церквей, 60 часовен, 50 культурно-исторических зданий, 19 больниц, 39 школ, 5 консульств, 1 зоологический сад, 1 водопроводная станция, 1 железнодорожное депо, 19 почтамтов, 4 трамвайных депо, 19 судов и барж...» По оценке самих союзников, «80 % городских зданий подверглись разрушениям различной степени и 50 % жилых зданий было уничтожено или серьёзно повреждено».

13.02.2015

Ari, slavyan və türk qardaşlığı: şiə və pravoslav əlaqələrinin kökü barədə

İbrahim Sel

I hissə: Azərbaycan aristokrayasının qanından ari və rus qanı axır

 Semit təhlükəsi tarixın müxtəlif anlarda tez-tez ari-slavyan sivilizasiyasının başının üstünü almışdır. 16-cı əsrin sonunda vəhhabi mahiyyətli Osmanlı dövlətinin təcüvüzü ilə üz-üzə qalan fars aristokratiyası rus hökmranlığına müraciət etmək qərarına gəlir. 1595-ci ildə İran hökmdarı Şah Abbas və talışların rəhbəri Fərhad xan (Azərbaycan hakimi yox, məhz Gilan hakimi!) Rus çarı Fyodr İoannoviçə məktub yazıb kömək istəyirlər. Fyodr İoannoviç tanınmış rus hökmdarı, ölkənin taleyində həlledici rol oynamış İvan Qroznının oğlu idi və öz uzaqgörənliyi hesabına hakimiyyəti zadəgan Boris Qodunova ötürmüşdü. Məktub məhz çar Fyodora və boyar Boris Qodunova ünvanlanmışdı.

06.02.2015

Этруски — это русские, а Перуджа — это Поруссия

Факты, по мнению исследователей, слишком очевидны, чтобы от них отмахиваться

Этруски — загадочный народ, создавший великую культуру и искусство. Этрусская архитектура, скульптура и, конечно же, фрески поражают воображение. До нас дошло немало артефактов культуры этрусков, но до сих пор неясно происхождение самих создателей этих шедевров. Современная академическая историческая наука рассматривает несколько версий о происхождении этрусков (самоназвание — Rasenna, Rasna), населявших в древности северо-запад Апеннинского полуострова. Обычно их предков отождествляют с населением запада Малой Азии, известным как «протолувийцы». По Геродоту, этруски восходят к тирренам.
А не попытаться ли нам найти ответ на вопрос о происхождении этрусков с помощью… русского языка? «Какое отношение имеет русский язык к вопросам древней истории народа, который когда-то жил на территории современной Италии, то есть очень далеко от современной России?» — недоверчиво спросит скептик. «Никакого!» — безапелляционно ответит приверженец академической науки.

Rəsmiyyə Sabir yaradıcılığı

Rəsmiyyə Sabir Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. İnşaat Mühəndisləri Universitetini bitirib. İqtisad üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. DGTYB-nin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio kaset və disk işıq üzü görüb. 2003-cü ilin «Fəxri Gənc»i adını qazanıb. 2003-cü ildə çap olunmuş «Həbs olunmuş sükut» adlı şeirlər kitabının müəllifidir. Ədəbi mühitdəki uğuruna görə ilk şeirlər kitabı 2004-cü ildə Dünya Gənc Türk Yazarlar Brliyinin və Yeni Yazarlar və Sənətçilər Qurumunun diplomlarına layiq görülüb. 2006-cı ildə «Rəngsiz göz yaşları» və «Kölgəsiz dar ağacları» (İraqda), 2009-cu ildə “Unutdun məni”, 2011-ci ildə “Sahilsiz adam” (Türkiyədə) adlı şeir kitabları nəşr olunub. 2006-cı ildə KİBATEK və VEKTOR Beynəlxalq Elm Mərkəzinin “İlin Ədəbiyyat Mükafatına” alıb. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq FÜZULİ Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcəsinin VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII Qurultaylarında və s.) təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunaraq Türkiyə, İraq, İran, İsveç, Almaniya, Bolqarıstan, Özbəkistan və başqa xarici ölkələrdə çap olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına “Altın diplom”a və medalına layiq görülüb.

Daşı, torpağı, ağacı... “danışdıran” qadın

Təxminən 1 ay öncə, Bakıda, dəniz kənarındakı “Biznes mərkəzi”ndə “Qadına güc-güc” layihəsi çərçivəsində əyalət qadınlarının əl işlərindən ibarət sərgi təşkil olunmuşdu. Biz də elə həmin layihə çərçivəsində jurnalist kimi həmin tədbirə qatılmışdıq. Sərgidə Lənkərandan gəlmiş, olduqca nurani bir qadının əl işlərinin toplandığı stolun ətrafına xeyli adam toplaşmışdı. Əyalət qadının əl işləri bura toplaşanları açıq-aşkar təəccübləndirmişdi. Bu əsərlərdə nələr öz əksini tapmışdı? Biz bir qədər sonra bu barədə söhbət açacağıq. İndi isə Tamilla xanım Rəcəbova ilə sərgidə apardığım kiçik söhbəti, necə dəyərlər, yaradıcılıq yolunu, bu sənətə gedən yolda qarşılaşdıqlarını sizə təqdim edirik:
-Öncə xatırladım ki, Tamilla Rəcəbova Lənkəran rayonunda yaşayır, ömür yolunun 70-ci baharını qarşılamağa lap az qalıb. Uzun müddət Lənkərandakı 2 saylı tam orta məktəbdə coğrafiya müəllimi işləyib. Hazırda təqaüdçüdür. 2 övladı var. Övladları onun sənətini davam etdirmək istəməsə də, nəvələrindən biri bu sənətə çox meyil göstərir.

Marağa

Marağa – İranda ,Cənubi Azərbaycanda şəhərdir. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir.
Marağa Azərbaycanın ən qədim və böyük şəhərlərindən biridir. Şəhərin şimalında Səhənd dağı ucalır. Bu dağ Marağanı Təbrizdən ayırır. Dəniz səviyyəsindən 1400 m yüksəklikdə olan Marağa şəhəri Sofi çayının sol sahilində yerləşir. 
Marağa şəhərinin əlverişli təbii və coğrafi şəraitə malik olması qədim ticarət yollarının vaxtilə buradan keçməsi, onu qədim dövrlərdən etibarən bütün şərqdə şöhrətləndirmişdi. Marağa şəhərində indiyədək əsaslı arxeoloji qazıntı işləri aparılmamışdır. Lakin şəhərin adına bir sıra qədim yazılı mənbələrdə təsadüf edilir.
Strabon yazırdı ki, Atropatena hökmdarlarının iki -Qazaka (yay iqamətgahı) və Vera (qış iqamətgahı) adlı paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayndan Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur. Plutarxa görə, Vera Fraata, Dion Kassidə bu şəhər Prasana və yaxud Fraaspa, Ptolomeydə isə Fraspa kimi verilmişdir. Bəlazuri, İbn Fəqih və Yaqut Həməvi də bu şəhərin Əfrahrud adlandığını qeyd etmişlər.

Paris terrorunun arxasında duran islam düşmənləri

Son iki əsrdə özünü dünyaya, Avropanın eşq mərkəzi olaraq tanıdan Parisin bu imici artıq təhlükə qarşısındadır. Çünki bəzi qara qüvvələr sevgililər şəhərini qan və göz yaşına bulamaq üçün hərəkətə keçiblər desək, mübaliğə olmaz. Bəs, bu qara qüvvələri hərəkətə keçirən səbəb nədir? Onlar kimlərdir və yaxud əslində kimi təmsil edirlər? Nəhayət, niyə məhz Paris? Öncə bu suallarımıza cavab tapmağa çalışaq…
Bir neçə gün öncə Cəzair əsilli, fransız vətəndaşı Seyid və Şərif qardaşların Parisdə “Şarli Ebdo” jurnalinin redaksiyasında törətdiyi terror aksiyası və ardınca davam edən hərəkətli olaylarda üç terrorçudan başqa on yeddi nəfər həlak oldu. Bundan əlavə bir polis komissarı da terrorçuları zərərsizləşdirmə əməliyyatından sonra intihar etdi.
Doğrudur, bu intihar faktı hər nə qədər müəmmalı qalsa da, yerli medianın yazdığına görə həmin polis komissarı intihardan qısa müddət öncə satirik dərgiyə basqın zamanı həlak olanlardan birinin ailə üzvləri ilə görüşüb. Aralarında hansı mövzuda söhbətin keçdiyi açıqlanmasa da hadisənin məhz bu görüşdən sonra baş verdiyinə görə polisdə məhz bu məsələ ətrafında araşdırma aparır.

Gender bərabərliyi


Sovetler birliyi dağıldıqdan və dünya ilə aramızdakı dəmir pərdə qalxdıqdan sonra pəncərələri açılmış evə döndük. O açıq pəncərələrdən içəri çiçək ətri ilə bərabər üfunətin, ağcaqanad və milçəklərin də dolduğu bina kimi, bizim də auramız Qərbdən zor xoş idxal etdirdiyimiz maddi və mənəvi dəyər və dəyərsizliklərlə doldu. Qərbdən gələn hər şeyin mütləq ən yaxşı olduğuna inandırılaraq hər şeyi kor koranə təqlid etməyə başladıq. 

"Bilderberg" mason təşkilatının 2015 toplantısının yeri bəlli oldu

Bilderberg Qrupunun 2015-ci ildə keçiriləcək illik konfransı üçün yer təsdiq edilib. Böyük siyasətçilər, bank rəhbərləri və dünyada ən böyük şirkətlərin bəzi başçıları, tanınmış Qərb mediasının böyüklərinin iştirak etdiyi sammit Avstriyada yerləşən "Interalpen-Hotel Tyrolda" dəbdəbəli hotel və konfrans mərkəzində keçiriləcək.
"Interalpen-Hotel Tyrol" hoteli 5 ulduzludur. Hotel dağ meşələri və Seefeld xizək kurortunun əhatəsində yerləşir. O həm də İnsbruk aeroportuna yaxındır. Hotel alman əsilli milyarder Liebherr ailəsinə məxsusdur.
Qeyd edək ki, Bilderberg Qrupu 130 üzvündən ibarət qeyri-rəsmi toplantısı hər il keçirilir. Bu qrupun üzvlərinin əksəriyyəti siyasət aləminin tanınmış simaları, biznes və bank rəhbərləri, Qərb mediasının əsas simalarıdır.
Klubun ümumi üzvlərinin sayı 383 nəfərdir. Onlardan 128 nəfəri, yaxud 1/3-i amerikalılardan, qalanları isə Avropa və Asiyadan (Yaponiya, Koreya, Sinqapur, Tayvan, Honkonq və sair) ibarətdir.

05.02.2015

США И ЕС БУДУТ ПЫТАТЬСЯ ДЕМОНИЗИРОВАТЬ РУКОВОДСТВО АЗЕРБАЙДЖАНА

Леонид Савин: «Естественно, что в Армении Пермяков долго не проживет»

Эксклюзивное интервью Vesti.Az с главным редактором портала «Геополитика.ру», российским политологом Леонидом Савиным.

- Леонид Владимирович, в первую очередь, хотелось бы узнать, что Вы думаете по поводу нашумевшего инцидента в Гюмри?
- В первую очередь хотелось бы отметить, что на эту тему было очень много спекуляций. Инциденты, конечно, бывают, это была серьезная трагедия. Было выявлено, что родители Пермякова являются прихожанами одной из радикальных американских сект, да и сам военнослужащий, наверняка, имел к ней отношение. Смущает тот факт, что инцидент произошел сразу же после присоединения Армении к ЕАЭС. Думаю, что реакция граждан Армении, которые вели себя не вполне политкорректно, напрямую связана с этим вопросом. К тому же, считаю, что в этом инциденте и в его раскручивании замешана третья сторона. Скорее всего, тема будет и дальше развиваться. Возможно, что будут новые провокации. Посмотрим, как будет реагировать руководство России и Армении.


Hizbullah zaman axarında


O israilin, sionizmin, massonların, Amerkanın və umumiyyətlə islam düşmənlərin əleyhinə olan bütün Müqavimət təşkilatlara və keçirilən əməliyyatlara rəhbərlik edir. General Süleymani İslam ordusunun "SEPAH QUDS" bölməsinin lideridir. Livan, Suriya, İraq, Yəməndə və s...ölkələrdə Hizbullah kimi təşkilatlar və müqavimət bayraqları altında fəaliyyət göstərən qüvvələr onun rəhbərliyi və nəzarəti altında idarə olunur.

04.02.2015

DİRİ ŞƏHİD: General Hacı Qasım Süleymani


O israilin, sionizmin, massonların, Amerkanın və umumiyyətlə islam düşmənlərin əleyhinə olan bütün Müqavimət təşkilatlara və keçirilən əməliyyatlara rəhbərlik edir. General Süleymani İslam ordusunun "SEPAH QUDS" bölməsinin lideridir. Livan, Suriya, İraq, Yəməndə və s...ölkələrdə Hizbullah kimi təşkilatlar və müqavimət bayraqları altında fəaliyyət göstərən qüvvələr onun rəhbərliyi və nəzarəti altında idarə olunur.

02.02.2015

Eşşəkdən düşüb xarici avtomobilə minən SOCAR-çılar

Bir müddət əvvəl SOCAR-ın 441 N-li meydançasında baş verən qəza nəticəsində orda çalışan 41 fəhlənin 4-ü həlak olub. Həlak olanların üçünün meyidi tapılsa da birinin meyidi sonradan tapılıb.
Qafqaz Xəbər Agentliyi bu xəbəri araşdırarkən məlum oldu ki, təkcə keçən il SOCAR-da iş yerində 10-dan artıq fəhlə həlak olub. Və heç bir rəhbər işçi məsuliyyətə cəlb olunmayıb. Araşdırma nəticəsində o da məlum olub ki, həmin meydançanın qəzalı vəziyyətdə olması əvvəlcədən şirkətin rəhbərliyinə məlum imiş. Belə olan halda fəhlələri “faciənin ağzına” atmaq heç bir qanun-qaydaya sığmır, insanlığa ziddir. Bu, unsanları minalanmış sahəyə qovmağa oxşayır…
Onlarla ailə öz başçısını itirir… SOCAR-ın məsul işçisi isə müxbirimizə deyir ki: “İş yerində ölüm olar dəə..”.

Fazil Mustafa Heydər Əliyev və onun oğlu barədə


Zaman gələcək, nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub  Heydər Əliyevə abidə ucaldacaqlar

Mənə subut edin ki, H.Əliyev turkdü, edə bilməzsiniz, çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. Mənə sübut edin ki, H.Əliyev müsəlmandı, mənə sübut edin ki, H.Əliyev insandı!

Bu seçim başqa seçim olacaq. Azərbaycanda prezidentin yenidən seçimi bəlkə da aysberqin görünən tərəfidi. Bu gün Azərbaycan aydınının seçimidi. Bu gün Azərbaycan üçün müttəfiq və düşmən dövlətlərin seçimidi. Bu gün Azərbaycanın ya bir millət-iki dövlət olmaq, ya da bir millət-bir xaraba-bir dövlət olmaq seçimidi.