30.09.2015

ABŞ və Türkiyə təyyarələri Suriya səmasına soxulsalar, rus hərbçiləri tərəfindən vurulacaqlar

Fox News informasiya kanalı ABŞ dövlət məmurlarına istinadən bildirmişdir ki, Rusiya ABŞ-dan təyyarələrini təcili olaraq Suriya sımasından yığışdırmağı tələb etmişdir.

Rusiya Dövlət Humanitar Universitetinin dosenti, politoloq Serqey Sereqiçev lenta.ru saytına açıqlamasında bildirmişdir ki, Rusiyanın Suriyaya silah-sursat göndərməsi əvvəllər bağlanmış müqavilələrə əsasən həyata keçirilir. O demişdir ki, yeni müqavilələr də bağlanmışdır ki, həmin müqavilələr barədə danışmaq məqsədəuyğun deyil: "Axı amerikanlar öz bağladıqları müqavilələr barədə aləmə car çəkmirlər".
Sereqiçev demişdir ki, əgər ABŞ və Türkiyə təyyarələri Suriya səmasına soxulsalar, vurulacaqlar: "Suriyaya havadan müdafiə komplekslərinin gətirilməsi Türkiyə təyyarələrinin Suriya səmasına soxulmasının qarşısını almaq məqsədi güdür. Qərbə nümayiş olundu ki, Rusiya Suriya hakimiyyətini devirməyə imkan verməyəcək. Qırmızı xətt var ki, türklər və amerikanlara onu keçməyə icazə verilməyəcək".
Politoloq bildirmişdir ki, Rusiya Bəşər Əsəd hökumətinə dəstək çərçivəsində İranı da silahlandıracaq. O, iranlıların döyüş hazırlığının və mübarizə əzminin yüksək olduğunu qeyd etmiişdir.
Çeçenistan lideri Ramzan Kadırov isə demişdir ki, əgər Suriyada piyada qoşunu lazım olsa, biz ilk cərgələrdə dayanacayıq. "LifeNews" telekanalının efirində çıxış edərkən o bildirmişdir ki, hal-hazırda Suiyada Rusiya hərbçiləri hava əməliyyatları həyata keçirirlər: "Amma əgər İŞİD ilə mübarizədə piyada qoşunu lazım olsa, biz ilk cərgələrdə olacayıq. Bizim bir nömrəli döyüş hazırlığımız var". Kadırov demişdir ki, bir neçə min çeçen əsgəri Suriyaya döyüşmək üçün göndərilə bilər.
"İnterfaks" informasiya agentliyi xəbər vermişdir ki, Suriya müharibəsində Rusiyanın çağırışçı hərbçiləri yox, yalnız könüllü kontraktçıları və zabitləri iştirak edəcəklər.
ABŞ-ın National İnterest nəşri bildirmişdir ki, rusların Suriyaya yolladığı yeni növ silahlar İŞİD terrorçuları üçün əsaslı problemlər yaradacaq. National İnterest Suriya cəbhəsində dönüş yaradacaq Rusiyanın beş hərbi nailiyyətinin adlarını və xüsusiyyətlərini dərc etmişdir. Həmin siyahıda Su-25 bombardmançı təyyarəsi, Mi-24 döyüş vertolyotu, BTR-82A maşını, pilotsuz kəşfiyyat təyyarəsi və speçnazın adları yer almışdır.

Комментариев нет:

Отправить комментарий