
Son iki gün ərazində Rusiya təyyarələri Latakiyadakı bazadan 40-dan çox uçuş keçirmiş, terrorçuların 24 obyekti - əsas silah anbarları, yeraltı bazalar, əlaqə punktları, o cümlədən partlayıcı maddə və partladılmaq üçün nəzərdə tutulan maşınlar hazırlayan zavodlar sıradan çıxarılmışdır. Aviasiya Latakiya, Homs, Hama, İdlib, Hələb və Raqqa ərazisindəki hədəfləri bombaladıqdan sonra Suriya ordusu bir neçə istiqamətdə müvəfəqiyyətlə hücuma keçmişdir. Terrorçuların istehkamları məhv edilmiş, "Ən-Nusra Cəbhəsi", "İslam Dövləti", "Cund aş-Şam", "Ceyş əl-Fəth" və "Ceyş əl-İslam" qruplaşmalarının fəaliyyətləri iflic vəziyyətinə düşmüşdür. "Ən-Nusra Cəbhəsi"nin iki avtokolonu qırıcı təyyarələrin atəşinə ilə üzləşmiş, əməliyyat meydanında yüzdən çox terrorçunun cəsədi qalmışdır. Homs şəhərinin iki yaşayış məntəqəsi, o cümlədən terrorçuların bir müddət əvvəl ələ keçirdikləri An-Neyrab və Kuveyris aerodromları Suriya Ordusu və Hizbullah əsgərlərinin hücumu nəticəsində azad olunmuş, hücum zamanı onlara havadan Rusiya vertolyotları dəstək vermişdir. Deraa və Suveyda əyalətlərinin cənubunda İŞİD və "Ən-Nusra Cəbhə"sinin mövqelərinə sarsıdıcı zərbələr endirilmişdir.
Maaret-En-Nuuman rayonundakı bunkerin vurulması nəticəsində "Ceyş əl-İslam" komandiri Zahran Alluş və qruplaşmanın digər aparıcı şəxsləri öldürülmüşdür. Hal-hazırda qruplaşmanın döyüşçüləri öz liderlərinə yas saxlayırlar. Xatırladaq ki, bir neçə gün qabaq qruplaşma Rusiyaya müharibə elan etmiş və rus əsgərlərinin başına pul quymuşdu.

Ərəb mediası xəbər vermişdir ki, Rusiya təyyarələri 3 gün ərzində 125 zərbə endirmişlər. Dağıdılan obyeltlərin içində İŞİD-in Al-Qariyateen şəhərindəki ştabı da vardır. İŞİD-in Hələbdəki komanda mərkəzi və Tabka aeroportunda terrorçuların cəmləşdiyi yer də məhv edilmişdir. Al-Bab rayonu ərazisində isə təfkirçilərin zirehli maşınları rus təyyarələrinin bombardmanına məruz qalmışdır.
Ekspertlər qeyd edirlər ki, Suriyaya gətirilmiş yeni rus silahları əməliyyatlarda qeyri-adi dəqiqliyi ilə fərqlənir. Suriya cəbhəsinə Rusiya hərbi-kosmik qüvvələrinin gətirilməsi regionda terrorçuların həyatını cəhənnəmə çevirmişdir. Rus təyyarələri hədəfi ən aşağısı 40-50 kilometr məsafədən vurduğundan, onları heç bir raket ilə vurmaq mümkin deyildir. Təyyarələrdə analoqu olmayan "Xibina" radioelektron müdafiə sistemləri də vardır ki, təyyarəni vurmaq üçün atılan raketin istiqamətini dəyişməyə qadirdir. İŞİD və digər terrorçu qruplaşmaların heç bir havadan müdafiə kompleksləri belə yoxdur. Rusiyanın yeni model aviasiya texnikaları təyyarəçilərə minimal risk altında döyüş aparmağa imkan yaradır. Təyyarələrin hamısında müasir QLONASS nişanalma və naviqasiya sistemləri qoyulmuşdur. Qırıcıların atdığı bombalar hədəfi 5-10 metr dəqiqəliklə vurur. Su-34 bombardmançılarının atdığı KAB-500S bombası terrorçuların yeraltı bunkerlərini və beton istehkamlarını tamamilə dağıdıb külə çevirir.

Комментариев нет:
Отправить комментарий