30.12.2016

Ayı yoldadır

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -56

Mir Möhsün: Türkiyə deyəndə “Nurçu” fitnəsi ilə nazirlərimizi şantaj edib, neft fondumuzdakı pullarımızı Türkiyəyə daşımayanadək əl çəkməyən (20 milyard) Ərdoqan yadıma düşür. Bir də Təbrizdə 40 yox, 40 000 şiəni qətl edən şərəfsiz Səlimlər...
Rauf Qubadov: Azərbaycandakı qanunlar vətəndaşı, iş adamlarını və digərlərini istədikləri vaxt əzməyə imkan verir. Məsələn, nəinki Rusiyada, dünyanın heç yerinde belə vergi qanunu yoxdu.
Həsən Həsənzadə: Demək, millətçilik etmək imansızlıq olmur, amma millətçilərə qarşı yazmaq imansızlıq olur. Deyirlər millətçidir, onun fikirlərinə hörmət elə zad... yəni adamı ruslar demişkən, neprav çıxartmaq üçün özlərinə əxlaq, iman donu geyinirlər. Maskası cırıqlar, heç olmasa maska geyinməyi bacarın...
Elmir Səfəvi: Tarix boyu məgər şahidi olmamısınızmı? Şiələrin belini qıran elə osmanlı olmadımı? Anadoluda 50 min uşaqlı-qadınlı qızılbaş-şiə başı kəsən türklər deyildimi? Bu da tarixin davamıdır da, niyə təəccüblənirsiniz ki?!
Səxavət Cəlalov: Bayaq saytların birində çox təsirli bir yazı oxudum. Gecə saatlarında mağazadan oğurluq olub. Oğurlanan malların siyahısına diqqət edin: 2 çörək, 10 yumurta və 4 ədəd uşaq bezi. Halbuki mağazanın kassasında 200 manat pul olub, amma bu adam sadəcə bir günün yeməyini aparıb. Allah heç atanı çarəsiz eləməsin(((
Arzu Abdulla: Şiəliyin kökündə pula hərislik dayanmayıb. Şiəliyin kökündə etiraz, üsyan dayanıb. Ədalətsizliyə, əxlaqsızlığa qarşı çevrilən üsyan. O üsyan ki məhv ediləcəyini bilə-bilə etiraz etdi. Çünki hələ etiraz etmək gücü var idi. Bu gün o güc hər bir şiənin genində, qəlbində, qanında var. O üsyan ki kökündə dünya malı deyil, insanlıq dayanırdı. Bu gün də o insanlar var, sabah da olacaq! Dünya durduqca hayqıracaq Ya Hüseyn deyə! Batdımı qulaqlarınız bu hayqırtıdan? Batdı, batdı! Karsınız- ədalətsiziliyin ərşə dirədiyi bu qədər ahı-naləni eşitmirsiz. Korsunuz- haqsızlığın haqq üzərindəki zülmünü görmürsünüz. Ya bəlkə görürsünüz, amma qulaqlarınıza, gözlərinizə möhür vurulub. Pula hərislik, dünya malına möhtaclıq qəlbinizi o qədər pasladıb ki hissləriniz ölüb artıq.
Elxan Xəlilov: İnsanların bankları soymasına cinayət, bankların insanları soymasına kredit deyilir.
Semit Naccer: Ayaqqabı tacirlərindən dəfələrlə eşitmişəm. Kitaylar olmasa, uyğurlar bizi diri-diri yeyər. Çox qaniçəndirlər. İnanmırsınız? Gedib Binə-Sədərəkdəki ayaqqabı tacirlərindən soruşun. Ayda 2-3 dəfə Urumçidədirlər.
Sovetskiy Soyuz: Türklər Azərbaycandan rəngli metaldan başlayıb qara metala qədər hamısını apardı. Zavod-fabriklərdə bahalı cihazlardan tutmuş şiferə qədər hamısını apardı. Üstəlik Türkiyə şirkətləri Azərbaycanda yaxşı yer tutub qazandılar və öz mallarını satmaq üçün yağlı bazar tapdılar. O cümlədən azərbaycanlı turistlər Türkiyədə istrahət edirlər. Nəticə 99:0 tükrlərin xeyrinə- Azərbaycan nə qazandı ki? Xalqımız çörək dalınca qaçdı Rusiyaya.
Rəcəb Hüseynov: Əgər qanunsuz hakimiyyətə gələnləri Suriyadakı kimi təmizləməyə qalandısa, Qərb birinci özlərindən başlamalıdır. İki partiyadan başqa Amerikada partiya yoxdu ki?
Etibar Qaramanoğlu: Sovetin verdiyi evləri indi banka qoydurub xalqın əlindən alırlar.
Fidan Fəradi: “Kuri” deyilən yoxlama var. Məktəbləri gəzir yeni il qabağı. Vəzifəsinin nə olduğunu tam olaraq bilmirəm. Hamı ona “kuri” deyir. Belə şayiə gəzir ki bu dəfə gələndə hər müəllimdən 50 manat alacaq. Deyilənlərə görə, hələ başqa məktəblərdən 70 manatdan alıb. Yazıq müəllimlər 50 qəpiyə güllə atır. Bu bəxtəvər 50 manatdan danışır. Təhsil nazirliyi isə bu ədalətsizliyə hələ də dözür. 8 Martda sinif rəhbəri şagirdlərdən 3 manatdan pul yığıb qadın müəllimələr üçün hərəsinə 10 manatlıq hədiyyə aldıranda sinif rəhbərinin alnının ortasına rüşvətxor damğası yapışdırırlar. Amma kuridir kimdir, o hər il məktəbləri soyub soğana çevirəndə ona heç kim rüşvətxor demir.
Amin Hüseynov: 70 il qız verib qız alıb azərbaycanlılar ermənilərlə, hələ Rusiyada hər cür şərikli biznesləri var, Bakıda 30 min rəsmi qeydiyyatda olan erməni var, amma İran gərək düşmən ola erməni ilə.
Rüstəm Hüseynov: SSRİ-nin dağılması ilə itirdiklərimizin arasında ən böyük itki- kitab mağazaları oldu...
Heydərov Maxsun: Böyük qələt eləyib boş başlarını divara döyürlər İranı pisləyənlər. Bizim 7 rayonumuz demək olar ki İrandan dolanır. 90-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi vaxtında İran bu 7 rayonu aclıqdan qurtardı, yoxsa Elçibəyin umidinə qalsaydı, çoxdan camaat acından və xəstəlikdən ölmüşdü.
Ölmüş Müəllif: Boş-boş söhbətlərə, əsası olmayan mülahizələrə inanmayın. Qapalı cəmiyyət ən gözəl (mən bura böyük həvəslə saf sözünü əlavə edərdim) cəmiyyətdir. Sovet hökuməti qapalı idi. Düzdür bizim Avropada kiminsə göbək atmasından xəbərimiz yox idi, lakin xalqımızın qarnı ac deyildi. Hansısa cındır ingilisin, osmanlının, kürd eşşəyinin əlinin altında işləməkdənsə qapalı cəmiyyətdə yaşamaq min dəfə yaxşıdır. Boşboğazların, qrantgəmiricilərin, Sovet dövründə travma almış uğursuzların statuslarına inanmayın. Ayı yoldadır... Onların sonuna az qalıb.
Ayna M: Qadın gözəl deyilsə, ağlı, düşüncəsi, savadı-zadı boş şeydi... Savadlı olmaqdansa gözəl olmağa çalışmalıyıq. Andıra qalmış dünyanın işi belədi...)
Kaspian Kaspian: Bu millətçilər bütün millətləri hörmətsiz etdilər.
Zeynəb Cəfərli: Əli ətə çatmayanlar ət iylənib deyər həmişə. Millətimizin yarısı Rusiyanın çörəyi ilə bəy balası kimi yaşayır. Rusiya pisiydisə, elə burda qazanaydılar da o çörəyi, daha niyə elindən-obasından ayrı düşürdülər! Adam çörək yediyi təknəyə tüpürməz!
Xural: Novxanıda ayrıca bir villada Ramiz Ənvər oğlu üçün 500 dovşan saxlanılır. Çünki əziz Kardinalımız şəkər xəstəsi olduğu üçün yalnız dovşan əti ilə bəslənir. Həmin dovşanların saxlanıldığı villanın vertolyot meydançası var. “Cənab 500” həmin villaya vertolyotla gedir.
Qulya Bakinka: Sovet dövründə gördüyümüz firavan, problemsiz həyatı ancaq o dövrdə yaşayanlar bilər. İşsiz yox idi, evsiz yox idi. 15 respublikaya 1 pasportla, eyni pulla gedə bilərdin. Pulsuz məktəb, bağça, təlim-tərbiyə vardı, ən əsası da insanlar saf idilər.
Elxan Zaman: Asqıraq boyda ərazisi, əhalisinin sayı və ən əsası təfəkkürü olan bir ölkənin durub regionundakı güclərin üstünə öz aləmlərində xoruzlanmaları, bilmirəm gülməli məsələdir, yoxsa ağlamağlı... Bunların asqıraq boyda təfəkkürlərinə sığmır ki, heç vaxt gücün çatmayacağı birindən düşmən obrazı yaratmaqla özündən başqa həç kesə ziyan verməyəcəksən.
Rüstəm Rüstəmli: Türkiyə puldan ötrü hətta namusunu da verir. Hər pisliyə qol qoyub. Türkiyə çörək kəsəndi, çörək verən yox. Heyf olsun ki bəzi Azərbaycan əhli öz sümüyünü it sümüyünə qatmaq istəyir. Osmanlı türkündə şərəf və qeyrət görmədim. Rusiyanın çöldə avara qalan iti də osmanlı türkündən şərəflidi. Dünyanın ən birinci murdar milləti İsrail, ondan sonra isə İsrailin nökəri osmanlı türküdü.
Ramin Qardaşxanov: Putin bizim fəxrimizdir. Putin, səninlə fəxr edirəm! Amerikanı diz ustə çökürdən, bütün planlarını alt-üst edən prezidentim.
Səttar Məmmədov: Moskvada olanlar bilər, Rusiyada və Avropada ən böyük vağzalı Kazanski vağzalda namaz otağı var, bizimkilər isə deyir ki, iş yerində namaz olmaz.
Zahid Abil: 10 il əvvəl türk seriallarına və proqramlarına baxırdım. Fikirləşirdim ki, bu Türkiyədə nə qədər artist (aktyor) varıymış? Hətta siyasətçilər, əsasən də Ərdoğan (Hollivud). İndi həmin xəstəlik bizim məmləkətdə onlardan da artıq olub.
Uçan Peraşki: Elçibəyçi təfəkkür məhv edilməlidir!
Kəramət Böyükçöl: Rəşad Məcid MKM-də jüri oldu. Hansı göstəricisi ilə? Jüri kimi onun səs verdiyi romanlara baxın, ən zəif əsərə ən yüksək qiyməti verən də, ona-buna zəng edib qrup yaradan da Rəşad idi. Biabırçı uğursuzluğa düçar olanda da dünənə qədər təriflədiyi MKM-dən çıxası oldu. Yazıçılar arasında jurnalist, jurnalistlər arasında redaktor, redaktorlar arasında yeyib-içən oğlan... Bu adamın özünü yamadığı sferalarda statusu bunlardan ibarətdir.
Fərhad Həsənzadə: Bu millətçilər ki biz cəmiyyətdə görürük, hakimiyyətin əlaltılarıdı. Cəmiyyəti axmaq ideyalarla zəhərləməsələr, cəmiyyət tez ayılıb parazitlərə güc gələ bilər, cəmiyyət sağalar. Bəs sağlam cəmiyyətə parazitlər necə hökm verə bilərlər? Bu mümkün olmayacaq. Ona görə də hakimiyyət, iqtidarda olan böyük parazit zümrə, xırda parazit viruslarım yaşaması üçün şərait düzəldir; onlar müxalifət kimi qalsalar da, onlara dolayı yollarla pullar, vasitələr çatdırılır. Lap ağçılıq olanda onları xaricə ötürür, mümkün olmayanda həbs edir və cəmiyyətin əlindən onları qurtarır.
Fariz Babayev: Ötən əsrin 90-cı illərindən aparılan antisovet və antirusiya təbliğatı sonda azərilərin böyük Rusiyada siyasi və iqtisadi mövqelərinə qarşı aparılan bir alçaqlıq idi ki, sonda Türkiyə vətəndaşlarının burda qol-qanad açmasına səbəb oldu!
Kamran Məmmədov: Demokratiya Sovet dövründə var idi. Amerikansayağı demokratiyada Liviya, İraq, Əfqanıstan dövlətləri yaşayır.
Müttəqi Bərməki: Türkiyə uzun illər ərzində öz zibil kanalları ilə xalqın şüurunu, mədəniyyətini, adətini, dilini və ləhcəsini, bir sözlə hər şeyini dəyişdi.
Faiq Mirzəyev: Türklər Azərbaycan millətindən, Azərbaycan dövlətindən ancaq pul qazanır, neftimizdən faizlər götürür, ucuz qiymətə neft-qaz alır, ölkəmizdə öz mallarını əhalimizə satıb pul qazanır- bəs biz Türkiyədən nə qazanırıq? Və mən azərbaycanlığımı türkün yanında qabardanda türklərin xoşuna gəlmir! Türklər bizim millətin bir nömrəli düşmənidi!
Pərviz Həkimov: Demişəm, deyirəm, deyəcəyəm də. Biz Rus dövründə daha xoşbəxt, daha varlı, daha sağlam, ən əsası isə daha savadlı idik. Bunu bilmək üçün yaltaqlıq və qorxu yox, ədalət hissi kifayətdir.
İlyas Qiyasoğlu: Bizdə də tv-lərdə verilişlər var, məsələn, toy olsun, ayğün, röya, günəbaxan verlişində islam dinin kim çox təhqir edə bilər, yaşlı ağsaqqal-ağbirçəklərin attanıb düşməsi və s. Bəs bu bu xalqın nailiyyəti deyilmi?
Rusiya Dağılacaq: Hər beş ildən bir qısa müddətliyinə mitinqlər dövrü başlayır. Köhnə, unudulmağa macal tapmamış simalarla. Əvvəlcə hələ ürkək kütlə icazəli mitinqlərdə ram edilir. Əgər buna qədər mitinqlər kifayət qədər ekstremal idisə, bundan sonra bir növ alışqanlığa çevrilir. Mitinq ardınca mitinq. Ki tərəddüd edən susqun çoxluqdan maksimal sayda aktiv prosessə cəlb olunsun. Cəmiyyətin istisnasız bütün etiraz potensialı KONKRET ÜNVANda cəmlənsin. Kritik həddə çatanda simalar qəflətən yox olur və kütlə azğın polis qüvvələri, daxili qoşunlarla baş-başa qoyulur. Və budur- daha bir sınmış demokratlar, pərişan fəallar generasiyası hazırdır. Hər hansısa siyasi etiraz uzun muddətliyinə cəmiyyətin yadından çıxır. Simalar bükülüb qutulara qoyulur. Gələn dəfə üçün saxlanılır. 5 il daha dincəlmək olar. 25 ildir eyni şey. Bu sistem məğlubedilməzdir. Azərbaycanlıların fenomenal ağzıayrıqlığı bunu mümkün edir.

Комментариев нет:

Отправить комментарий