21.04.2017

Bədbəxt tayfa necə olur bəs?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -65

Arzu Abdulla: Sovet dönəmində uşaqlara verilən müavinəti müstəqillik və neft pullarının fontan vurduğu zamanda yığışdırdılar. Olmaz! Körpələrimizin pampers və çörək puluna göz dikənlər qadınlarımıza yük atı, kişilərimizə isə üzüyola eşşək kimi baxırlar.
Leyla Əliyeva: Mən kitabxanada işləyirəm, onu düşünürəm ki kitabxanaçı sənəti bizim hökümətçün süpürgəçi sənətiylə eynidi- zatən maaşları da birdi.
Zaur Xəlilov: Mənim elə yaşıdlarım var ki məktəbdə heç öz adını yaza bilmirdi, Rusiyada uzun illər sonra hərəsi lüks maşında, iş sahibidirlər... Yəni insanlara ilk növbədə münbit atmosfer lazımdır ki nəyəsə nail ola bilsinlər! Bir neçə gün öncə Az nömrə maşınla Bakıdan Rusiyaya gələn şəxs heyrətlə dedi ki burda yol qayda-qanunlarına heyranam, nə bezdirici səs siqnalları, nə də ki qayda pozan yoxdu, xəstəxanalarda tibbi sığortası olan xəstələrə tam təmənnasız qayğıkeş xidmət var, doğulan körpəyə 1 yaşadək limitlə qidalar pulsuz verilir (Rus vətəndaşlarına aiddir), üçüncü uşağın isə hesabına böyük məbləğdə pul qoyulur, məktəblərdə təlim-tərbiyə, bufetlərdə qidalar, gigiyena, tələbkarlıq var, məktəblilərdən sui-məqsədlə qəti pul yığılmır.
İlham Əlisoy: Haqqı deyin, amma kütlədən ötrü özünüzü öldürməyin.
Rahim Qəribov: Osmanlının pozğunluğunu bütün dünya təsdiqləyir.
Sahil Qənbərli: Azərbaycanın bəxti onda gətirib ki, iki nəhəng mədəniyyətin (rus və fars) tən ortasındadı. Bu mövzu müzakirəyə açıq deyil. Əksini iddia edənlər isə diskussiyaya layiq deyillər. Cəmiyyətin proqressiv və konservativ ziyalılarından xəbərsiz bizlər bunu sadəcə görmürük.
Nəsib Namazov: Bir mömin qardaşımızın bibisi oğlüna xərcəng diaqnozu qoyulmuşdu, boğazında şiş var idi. 2 dəfə əməliyyat olunmuşdu, 15 min və 20 min vermişdilər. 3-cü dəfə demişdilər ki artıq 2-3 aya öləcək. Gecəylə çıxdıq İrana, apardım Təbrizə, həkim baxdı güldü ki, bu ki vəzdi sadəcə. Və ordan sağaldı gəldi, artıq 1 il yarımdı.
Ceyhun Salahov: Türkiyə vaxtında Avropaya meyl salmasaydı, Amerikaya nökərçilik eləməsəydi, müsəlman qonşuları ilə, xüsusən də İranla düşmənçilik əvəzinə xoş münasibətlər yaratsaydı, indi belə bir biabırçı vəziyyətdə dalından təpik vurmazdılar.
Qəmlo Əsədullah: Azərbaycanda yeridilən Türkiyəçilik siyasəti istilanın bir mülayim növüdür. Daha doğrusu başlanğıcıdır, ilk mərhələsidir. AKP-çilər Azərbaycanı Türkiyəyə birləşdirmək haqqında fikirləri açıq şəkildə söyləyirlər.
Elxan Zaman: Əgər bizim ölkənin hansısa ölkəyə birləşməsi qaçılmaz olsa, mən Azərbaycanın Türkiyəyə deyil, Rusiyaya birləşdirilməsinin tərəfdarı olaram... Ruslar ən azından Məhəmməd Əmin, Xoyski, Ağaoğlu, Hüseynzadə, Nərimanov, Hacıbəyov kimi çox şəxsiyyətlərin yetişməsinə səbəb olublar... Türkiyəlilərin isə ən yaxşı formalaşdırdığı adamlar Elnur Aslanov, Rövnəq Abdullayev, Gündüz Osmanov və mediamıza doluşmuş sevil-nuriyeva kimilər dəstəsi olub...
Mirbağır Bünyatov: Oğraşlar demokratiyadan elə danışırlar ki, elə bil Xerosima və Naqasakiya atomu atan bunlar deyil!
Orxan Həbibli: Türkiyə İslam dünyasının üz qarasıdı. ABŞ-a tulalıq etmək Türkiyənin alnına yazılıb. Əgər Türkiyə siyasətini dəyişməsə, məhv olmağa məhkumdu.
Mamu RB Sute: Bizimkilər türk seriallarında, ya erotik səhnədə, ya xidmətçi, ya da süpürgəci roluna çəkilir, nə hikmətdirsə.
Fərhad Həsənzadə: AXCP də, Müsavat da, YAP da- şiəliyin əleyhinə işlər görürlər, onlar bir mərkəzdən idarə olunur.
Pərvin Cəfərzadə: Atama deyirəm 3000 ver köçürəm xaricə. Deyir pul verə bilmərəm, özün çıx get, 2-3 ildən sonra Xoşqədəm sənə də yarım kub vurub gətirəndə başa düşərsən vətən nədi))).
Cavid Məlikov: Ölkədə vəziyyət bərbad haldadır, iş yox, pul yox, olanda da pulun heç bir dəyəri yox, camaat Qazax tərəfdən adi yeməyə bir şey almaq üçün Gürcüstana pənah aparır, cənub bölgəsi İran tərəfə, şimal bölgəsi Dərbənd-Maxaçqala tərəfə pənah aparır, indi də sərhəddə əngəl törədilir, konkret soyqırım gedir.
Zaur Abdullayev: Axşam Atv-də bir kino verdilər, adi Xüsusi təyinatlı İbad, bizimkilər çəkib əsəbimdən yarıda söndürdüm. Azərbaycan bayrağını qaldırdılar, sonra türk mahnısı verdilər, bizim himinimiz yoxdu ki?! Sonra baş qəhrəman İbad əsgərlərinə deyir ermənilərə göstərməliyik ki, türk əsgəri necə olur. Çox təəssüf, hələ də milləti aldadırlar…
Muttəqi Bərməki: Türkiyəlilər Misir qarışanda hepsi ixvançı, erməni öldürüləndə hepsi erməni, petux özünü asanda hepsi onunla olmağa çalışırlar. 
Ferdinand Tomas: Vahhabilər osturançılara İran məsələsinə görə elə paz olub ki, o paz çıxsa osturançıların həm maliyyəsi kəsilər, həm də müsəlman camaatı müsəlman İrana qarşı qaldırmaq üçün istifadə olunan qurama dini materiallar da əllərindən çıxar. Osturançılığın Azərbaycanda əsas hədəfi İrandır. İranla isə vahhabilər olmadan effektiv mübarizə aparmaq mümkünsüzdür.
Oktay Quliyev: Amerikada MakDonaldsda ən yoxsul təbəqənin adamları otururlar. Azərbaycanda bizim imkanlılar MakDonaldsda oturanda özlərini Amerikada oturmuş kimi hiss edirlər))).
Nizami Məmmədov: Səudiyyə Ərəbistanı İsrailin quludur. Bəhreyndə, Suriyada, İraqda baş verən bütün qanlı-qadalı hadisələr onların fitnəsilə həyata keçirilir.
İlkin Fəryad: Öz gül kimi dilimiz qala-qala geydirmə sözləri dilimizə məcbur soxan Zaur Baxşəliyevi efirdən rədd eləmək lazımdır. Bir də Xəzər TV-ni baglamaq lazımdır, çünki nurçuların tək kanalıdır Azərbaycanda. Bunların məqsədi Azərbaycanı Türkiyənin köləsi eləməkdir. Dilimizi tamamilə məhv edib bu kanal!
İmran İsrafilov: Rəhmətlik atam deyərdi sağlığında: A bala, bu hökuməti dağıdırsız, amma vaxt gələcək düz Dərbəndə kimi qaçıb dizinizi yerə atıb deyəcəksiz hardasan, ay Sovet hökuməti? Hardasan?! Ay rus, hardasan, gəl bizi bu türkün əlindən al!
Kərbəlayi Hüseyn: Çox hayıf o dövlətdən, SSRİ gözəl dövlət idi.
Rahim Qəribov: Bir çoxları 1918-20-ci illərin Türkiyə ordusunu gözümüzə islam ordusu kimi soxur. O zaman belə bir adda ordu mövcud olmayıb! Azərbaycanı işğal edən osmanlı ordusu olub ki, onlar da yerli əhalinin əlindəki yeməklərini belə alıblar. Burada fəaliyyət göstərən şirkətlərin var-yoxuna əl qoyublar. Azərbaycanı İngiltərəyə peşkəş ediblər. Bütün bu olanlardan sonra Türkiyə ilə birləşmək istəyən bir çox “vətən-vətən! deyənlər cahildirlər!
Vinni Puxx: Demokratiya istəmirik, ləyaqətlə qazanılan çörək, iş və sosial ədalət istəyirik.
Taleh Məmmədov: Cəmil bəy niyə hirslənir? “Yolumuz Rəsulzadə-Elçibəy yoludur” deyəndə bilmirdi ki elə onun qabağına bu yolun bərkgedənləri olan Hafizi və Matişkəsifət Qüdrəti çıxaracaqlar?! Vaxtiykən aşınıza tökdüklərinizdir çıxıb qaşığınıza! Nə qədər deyərlər ək çəkin bu Elçibəy yolundan! Elçibəy yolu balığ hafizlərdir, qüdrətlərdir, canım sənə desin donqili sərdarlardır! Dərs olsun!
İqbal Haşimi: İran dünyada ən qədim dövlətə və dövlətçilik ənənələrinə malik bir ölkədir. İranı gözü götürməyən, ona hər cürə iftiralar atanlar Qərbin maşasından başqa bir şey deyillər.
Qafar Şövqi: İraq Şam İngilis Dövleti. İşidin kodunu tapmışam, ey ehli-qubur...)(
Əkrəm Məlikov: İndi bəzilərinin ağzına söz düşüb- “rus bizi talayırdi”. O qədər kor olublar ki, bu gün əsl talançıları öz həndəvərlərində görmürlər. O qədər bədbəxtdirlər ki, saxta, vaxtı ötmüş məhsulları bəh-bəhlə od qiymətinə alıb yeyirlər. O qədər savadsızdırlar ki, iki sözə cümlə qoşub yaza bilmədikləri halda “rusun çökəcəyindən” az qala siyasi icmal hazırlayırlar. Bədbəxt tayfa necə olur bəs?
Seymur S-ev: İt hürər karvan keçər. Yenə Rusla İran sübut etdi ki, ay Amerika, ay Türkiyə, ay ərəblər, ay yəhudilər, dünyanın ən güclü dövləti bizik, istədiyimizi edər, istədiyimiz siyasəti də yürüdərik. Azərbaycanda Rusun Suyiyaya girməsini pisləyənlər əlbəttə pantürkçü, türkpərəst bişərəflərdi, başqa heç kim! Onlar da itdi it- hürər, karvan keçər!
Rüstəm Hüseynov: 23 ildi qorxudan Kükərlidən o tərəfə keçə bilməyənlərin Böyük Turan yaratmaq iştahasına ağlamağım gəlir.
Zahid Mikayılov: Putin dünyanın yetişdirdiyi ən böyük dahi şəxsiyyətlərdən biridir.
Rəhim Həsənli: 1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu.
Elxan Xəlilov: Bu xalqın 1 nömrəli düşməni onun ziyalılarıdır. Sarsaq, yaltaq, məddah... Həmişə belə olub.
Aydın Hüseyni: Bilin ki vahhabilərin canı, malı, qanı, namusu bizə halaldır. Buna şəksiz inanın və onlarla hal-hazırkı dövrdə iqtisadi, maddi və s. bacardığınız yöndə mübarizə aparın. Gücünüz çatdığı hər nə varsa, və siz əsirgəyirsənizsə- bu günahdır. Və sizdən soruşulacaq.
Zeynəb Cəfərli: Sovet vaxtı hakimiyyət insan müdafiəçisi idi. İnsan hakimiyyəti idi...
Hamza Hüseyn: 1-ci sinif dərsliklərindəki şeirlərə baxdım, Elza Seyidcahanın şeirinə şükr elədim.
Zərdüşt Əlizadə: Elçibəy bilmədi ki, münaqişəni dərinləşdirmək lazım deyil. Bilmədi ki, on minlərlə insan həlak olmamış qüdrətli sülhün yollarını axtarıb tapmaq lazımdır. Elçibəyin o qədər siyasi savadı yox idi; Helsinkidə Levon Ter-Petrosyan ona dedi ki, gəl danışaq, Elçibəy cavab verdi ki, mən sənlə danışmaq istəmirəm. Bu nə deməkdir? Sən dövlət başçısısan. Böyük dövlətlər səni barmağına dolayıb. Sən də Ermənistan prezidentinə deyirsən ki, mən sənlə danışmaq istəmirəm. Bu hansı siyasi savadın, hansı qabiliyyətin təzahürüdür?
Doktor Əli Şəriəti: Bu avropalı ziyalılar- əslində İslam və ya Şərq ölkələrində müəyyən bir obrazı öhdəliyinə götürmüş ziyalıdır. İmperialistlərin tanımadıqları ölkələrdə “yol göstərən, lider” olaraq dilini bilmədikləri insanların arasında onların köməkçiləri olan “ziyalı”lardır. Şərqdə gur, sulu və möhtəşəm ağacların arasında Qərb imperializminin zəhərli mədəniyyət, fəlsəfə, iqtisadiyyatı üçün bir qurd, bir həşərat rolunu oynamaqdadırlar.
Samir Tağıyev: Azərbaycan tarix boyu heç vaxt osmanlının tərkibində olmayıb. Bu görmək istəyənlər satqın vicdansızlardır.
Rusiya Dağılacaq: Baxmayaraq ki, Azərbaycan xalqı bütün bu türkçülüyə, rəsulzadə-elçibəyçiliyə, üçrəngli bayrağa şüurlu şəkildə müqavimət göstərmək dərəcəsinə qədər inkişaf etməyib, xalq yenə də bütün bunlara özünün sabotajı ilə qeyri-şüuri etiraz edir: valyutaya rəzulzadəni yapışdırırlar- xalq “məmməd” adı qoyur, əlinə üçrəngli bayraq verirlər- xalq 25 ildir ki o bayrağı tərs tutmaqdan əl çəkmir, nə qədər çalışırlar kasıb-kusubun uşağından türkiyə modelli millətçi düzəltsinlər- xalq vətəni “dağılmış”, “xaraba”-dan savayı epitetlərə layiq görmür. Çünki, təkrar edirik, azərbaycanlılar realist xalqdır. Onlara müvəqqəti türkvari vətənpərvərliyi aşılamaq olar- amma süni mənzərə yaranacaq. Sistem vaxt keçdikcə daha çox “sboy” verməyə başlayacaq. Alınmayacaq.

Комментариев нет:

Отправить комментарий